Məhkəmə qərarları › İş №2-1(102)-2633/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2633/2023

30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2633/2023 30.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4 Hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 2-ci dərəcəli əlilliyin təyin edilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 2-ci dərəcə əlillik dərəcəsinin təyin olunması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2023-ci il tarixli, 2-1(103)-731/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının əlillik vəziyyəti Zərdab Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019- cu il tarixli 0260003AAFKZ saylı göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və “X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => B15-B19 - Virus hepatiti => B18 Xroniki virus hepatiti => B18.0 - Delta amil ilə gedən xroniki virus mənşəli В hepatiti; Diaqnoz: Dəqiqləşdirilməmiş xroniki virus hepatiti, - Xr.hepatitin kəskinləşməsi. Assit, Digər və dəqiqləşdirilməmiş qaraciyər sirrozu. Pankreatik steatoreya, Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, - “Odlu silah mərmi partlayışından sonrakı sol əlin İİ barmağının distal falanqasının ovuc səthində bir ədəd, sağ əlin İİ barmağının dırnaq falanqası nahiyəsində bir ədəd, sağ dirsək oynağında bir ədəd, sağ pəncənin alt səthində bir ədəd köhnə çapıq toxumalar, sağ əlin İİ barmağının yumşaq toxumalarının yad cismi (metal qəlpə)”; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşmış müalicə müsəssisəsində müayinə və müalicə davamı məsləhət görülür” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir.

2. Daha sonra həmin xəstəxananın xx.xx. 2019-cu il tarixli 0260003AAFW6 saylı göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və “X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => B15-B19 - Virus hepatiti => B18 - Xroniki virus hepatiti => B18.9 - Dəqiqləşdirilməmiş xroniki virus hepatiti; Diaqnoz: B18.9 Dəqiqləşdirilməmiş xroniki virus hepatiti, Qaraciyərin sirrozu-dekompensasiya mərhələsində. Qaraciyər - hüceyrə çatmamazlığı, Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: diaqnoz və ağırlaşmaları təsdiq edən müayinələr ətraflı qeyd olunmayıb” səbəbi ilə imtina edilmişdir.

3. Daha sonra iddiaçının əlillik vəziyyəti Zərdab Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli 0260003AAF61 saylı göndərişi əsasında həmin tarixdə qiymətləndirilmiş və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ21 - Miokard infarktı => İ21.1 - Miokardın aşağı divarının kəskin transmural infarktı; Diaqnoz: Miokardın aşağı divarının kəskin transmural infarktı. Sol mədəcik çatmamazlığı. Essensial [birincili] hipertenziya. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstəliyin başlanmasından az vaxt keçib, stasionar müalicə müddəti yetərli deyil, həkim statusu səthi yazılıb. Əvvəlki göndərişdəki diaqnozla indiki diaqnoz tam fərqlidir. İxtisaslaşmış klinikada stasionar müayinə və müalicə təyin olunur” səbəbi ilə imtina verilmişdir.

4. Sonuncu dəfə iddiaçının əlillik vəziyyəti Zərdab Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0274003AALXW saylı göndərişi əsasında qiymətləndir ilmiş və “Diaqnoz: Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX X3 İİİ FS. Ağırlaşma Z95.5 Koronar angioplastik implantatın və transplantatın olması, Angioplastik stend əməliyyatından sonrakı vəziyyət. Ağırlaşma İ25 Ürəyin xroniki işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz. Ağırlaşma İ50 Ürək çatmamazlığı, üç İ F.S. Ağırlaşma H90.5 Eşitmənin dəqiqləşdirilməmiş neyrosensor tipli itirilməsi, sağ tərəfli neyrosenser ağır eşitmə İİİ-İV dərəcə. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək əlillik dərəcəsinin təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 1989-1991-ci illərdə SSRİ SQ-də həqiqi hərbi xidmətdə olmuşdur. 1994-cü ildə könüllü olaraq hərbi xidmətə daxil olaraq Azərbaycan Respublikası SQ-də hərbi xidmətdə olmuşdur. 2005-ci il tarixinədək Azərbaycan Respublikası SQ-də müxtəlif vəzifələrdə hərbi xidmət keçmişdir. 1994-cü ilin aprel ayının son günlərində N nömrəli hərbi hissənin tərkibində Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlər zamanı düşmən tərəfindən atılan mərminin onların olduğu səngərdə partlaması nəticəsində hərbi xidmət vəzifələrinin icrası zamanı müxtəlif bədən xəsarətləri almışdır. Bədəninin müxtəlif yerlərində bu gündə çoxsaylı mərmi q əlpələri gəzdirir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrdə hərbi xidmət keçdiyi dövrdə döyüşlərdə düşmənlə təmas xəttində yaralanmış və sağlamlığını itirmişdir. Aldığı hərbi travma və stresslər səbəbindən ağır xəstələnmiş və hərbi xidmətini davam etdirə bilməmişdir. İmkansızlıqdan o, keyfiyyətli müalicələr ala bilməmişdir. Hal-hazırda sağlamlığı pis vəziyyətdədir. Onun barəsində dəfələrlə sənədlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə 3 dəfə təqdim edilsə də bu günədək müsbət qərar qəbul edilməmişdir. Qarabağ döyüşlərində müxtəlif bədən xəsarətləri almağıyla əlaqədar olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X6 və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Hə kim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Həmin şəhadətləndirilmələr nəticəsində onun xəstəliyinin səbəb əlaqəsi “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeyd edilmişdir. Zərdab rayonu Həkim Məsləhət Komissiyası tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasına (VSEK-ə) 88 nömrəli forma təkrar olaraq 3 dəfə təqdim edilmişdir. Lakin müsbət heç nə əldə edə bilməmişdir. Artıq onun haqqında elektron qaydada göndərilən forma 88-ə 3 dəfə imtina edilmişdir. 3 dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində qəbulu həyata keçirən mütəxəssislərin qəbulunda olsa da bir nəticə əldə edə bilməmişdir. Onun müalicəsini və müayinəsin i düzgün təşkil edə bilmir. Dəfələrlə müayinələr keçirilsə də heç bir nəticə yoxdur. Artıq 3 dəfə 88 nömrəli forma Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə təqdim edilib. Zərdab rayon Mərkəzi Xəstəxanasının həkim mütəxəssisləri tərəfindən tərtib edilmiş 88 nömrəli formaya Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən 3 dəfə imtina cavabı verilmişdir. Səbəb kimi əlavə müalicəyə ehtiyacı olması göstərilmişdir. Amma bu ona əlillik dərəcəsinin verilməsinə maneəçilik etmir.

7. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7972/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı əyani müayinəyə dəvət edilərək əlillik vəziyyətinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyində qiymətləndirilməsi üçün 1 (bir) aylıq müddət təyin edilmişdir.

9. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün xx.xx.2021-ci ildə Agentlikdə mütəxəssislərin iştirakı ilə komissiyada əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, İddiaçı hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “X3 İİİ fs. Angioplastik stend əməliyyatından sonrakı vəziyyət. Ürəyin xroniki işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz. Ürək çatışmazlığı” diaqnozu - anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq İddiaçı barəsində “diaqnoz əlillik əlaməti təyin etməməsi” qərarı verilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1409/2022 nömrəli, 18 mart 2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X5 ekspertlərinə həvalə edilmişdir.

11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X7 tərəfindən verilmiş T 197/2022 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, İddiaçı adına iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli 0260003AAFW6 saylı, xx.xx.2020-ci il tarixli 0260003AAF61 saylı və xx.xx.2021-ci il tarixli 0274003AALXW göndərişlərində göstərilən diaqnozlar klinik, laborator-instrumental müayinələr əsasında düzgün təyin edilmişdir. xx.xx.2021-ci il tarixli 0274003AALXW göndərişdə qeyd edilən “İ20.0-sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX, X3 İİİ F.S. Ağırlaşma: koronar angioplastik implantatın və transplantatın olması; angioplastik stent əməliyyatından sonrakı vəziyyət; ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz, ürək çatışmazlığı, İ F.S” diaqnozu nəzərə alınmaqla əsas xəstəlik və ağırlaşmaları ilə əlaqədar şəxsin əyani müayinəsində aşkar edilmiş patomorfoloji dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrini aid etmək mümkün olmadı. Qeyd edilən xəstəliklərdən əziyyət çəkən xəstələr stent əməliyyatından sonra təyin edilmiş dərman preparatlarını mütəmadi qəbul edir və vəziyyəti ilə əlaqədar kardioloqa müraciət edirlər.

12. Bakı İnzibati Məhkəməsinin 2 avqust 2022-ci il tarixli, 2-1(112)- 1409/2022 nömrəli qərarı ilə (hakim A.Əhədova) iddia tələbi rədd edilmişdir.

13. B irinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının hazırkı sağlamlıq vəziyyəti onun əlillik təyinatına imkan vermədiyindən əlilik təyinatının aparılmasından imtinası qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır.

14. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 fevral 2023-cü il tarixli, 2-1(103)-731/2023 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə tibbi ekspertizası təyin edilmişdir.

16. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X7 tərəfindən verilmiş T 198/2023 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuş dur ki, 1,2. Vətəndaş İddiaçı adına iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli 0260003AAFW6 saylı, xx.xx.2020-ci il tarixli 0260003AAF61 saylı və xx.xx.2021-ci il tarixli 0274003AALXW göndərişlərində göstərilən diaqnozlar klinik, laborator-instrumental müayinələr əsasında düzgün təyin edilsə də, xx.xx.2019-cu il tarixli 0260003AAFW6 saylı göndərişdə qeyd edilən diaqnozlarla, digər iki (xx.xx.2020-ci il tarixli 0260003AAF61 saylı və xx.xx.2021-ci il tarixli 0274003AALXW) göndərişlərində qeyd edilən diaqnozlar tam fərqli diaqnozlardır. Belə ki, İ göndərişdə olan diaqnozlar “Qaraciyər patologiyasıdır, son iki göndərişdə olan patologiyalar isə “İ20.0-sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət ol unan stenokardiya, ÜİX, X3 İİİ F.S. Ağırlaşma: koronar angioplastik implantatın və transplantatın olması; angioplastik stent əməliyyatından sonrakı vəziyyət; ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz, ürək çatışmazlığı, İ F.S” isə ürək xəstəlikləri ilə əlaqədardır. Son göndərişdəki xəstəliklərlə əlaqədar o, “X8”ə göndərilərkən onun həmin xəstəliklərdən əziyyət çəkməsi instrumental müayinədə də təsdiq olundu.

3. Əlilliklə əlaqədar sualın həlli məhkəmə tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilita siya Agentliyinin tibbi-sosial ekspert komissiyalarının səlahiyyətlərinə aiddir.

4. Qeyd edilən xəstəliklərin tam reabilitasiyası mümkün deyildir. Belə xəstələr stent əməliyyatından sonra təyin edilmiş dərman preparatlarını mütəmadi qəbul edir və vəziyyətinin ağırlığı ilə əlaqədar istər stasionar, istərsə də ambulator müalicəyə cəlb oluna bilər.

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2023-ci il tarixli, 21(103)-731/2023 nömrəli qərarı ilə (hakimlər: A.Hüseyn – sədrlik edən və məruzəçi, V.Baxışova və R.Qurbanov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2-1(112)-1409/2022 saylı qərarı ləğv edilmiş, iddia tələbi təmin edilərək iddiaçıya qiymətləndirildiyi 07 dekabr 2019-cu il tarixdən İİ (ikinci) dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının əlillik vəziyyəti Zərdab Rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçı barəsində tərtib olunmuş Forma 88 - 0260003AAFW6 nömrəli göndərişdə xx.xx.2019-cu il tarixdə qiymətləndirildiyi vaxt qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.5-ci maddəsində nəzərdə tutulmuş xəstəliklərdən (ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən bo y-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0-K31.9, K50-K55.9, K58-K60.5, K62-K63.9, K65.8, K71-K77.0, K85-K86.9)) XBT10-əsas diaqnoz qaraciyərin fibrozu və sirrozu K74 kodu ilə əks olunmuşdur. Həmin forma 88 arayışına əsasən qeyd edilən xəstəliklə əlaqədar pasient əyani olaraq (infeksionist tərəfindən) və diaqnostik (USM və dopleroqrafiya) müayinə olunmuş və müayinələrin nəticələri qeyd edilmişdir. İddiaçının digər xəstəliklərlə bağlı əlillik təyininə dair növbəti müraciəti (stenokardiya) onun qeyd edilən xəstəlikdən (qaraciyərin fibrozu və sirrozu) əziyyət çəkdiyini və müvafiq əsaslar olduğu təqdirdə əlilliyinin təyin olunması hüququnu istisna etmir.

19. Həmin nəticəyə gələrkən apellysiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.5-ci maddəsinə istinad etmişdir.

20. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya məhkəməsi iş üzrə mövcüd olmuş iki ekspertiza rəyini qiymətləndirmədən, iddiaçı barəsində öz mülahizəsinə uyğun şək ildə qərar qəbul etmişdir. Belə ki, həm birinci instansiya məhkəməsi həm də apellyasiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza nəticəsində verilmiş ekspert rəyində iddiaçı barəsində əlillik təyin edilməsinə əsas verilmədiyi göstərilmişdir.

22. Həmçinin qeyd edilmişdir ki, məhkəmələr ekspertiza rəyini sübut kimi qəbul etməsələr belə, mütləqdir ki, öz qərarında bunu əsaslandırsınlar. Lakin apellyasiya məhkəməsi tərəfindən keçirilən ekspertizanın cavabdehin lehinə istifadə edilməməsi əsaslandırılmamışdır.

23. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Nizamna məsinin 3.1.2. bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək və 3.2.5-ci bəndinə əsasən, tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək Agentliyin hüquq və vəzifələrinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.2-ci bəndində eyni xarakterli səlahiyyət Agentliyə həvalə olunmuşdur. Göründüyü kimi Agentlik əlilliyin qiymətləndirilməsi və təyini barədə tam səlahiyyətli qurumdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. İddiaçı kassasiya şikayətinə etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə

3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə

4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası nın Qanununa uyğun olaraq şikayət edə bilər.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndiri lməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır.

27. İnzibati Prosessual Məcəllə a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə q ərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən işin hallarını və işdə olan sübutları tam, obyektiv və hərtərəfli araşdırmamış və bunun nəticəsində iş üzrə düzgün olmayan qərar qəbul etmişdir.

31. Belə ki, hazırkı iş üzrə iddiaçının tələbi ona əl illik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır.

32. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qərardadı ilə iddiaçı əyani müayinəyə dəvət edilərək əlillik vəziyyətinin cavabdeh Agentliydə qiymətləndirilməsi qərara alınmışdır. Həmin qərardadın icrası nəticəsində cavabdeh tərəfindən məhkəmə ünvanlanmış məktubda qeyd edilmişdir ki, iddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün xx.xx.2021-ci ildə Agentlikdə mütəxəssislərin iştirakı ilə komissiyada əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, İddiaçı hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “X3 İİİ fs. Angio plastik stend əməliyyatından sonrakı vəziyyət. Ürəyin xroniki işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz. Ürək çatışmazlığı” diaqnozu - anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır.

33. Eyni zamanda qeyd edilməlidir ki, hazırki işin hər iki instansiya məhkəməsində icraatı zamanı məhkəmə-tibbi ekspertizası keçirilmişdir.

34. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza nəticəsində alınmış rəydən görünür ki, şəxsin əyani müayinəsində aşkar edilmiş patomorfoloji dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrini aid etmək mümkün olmadı.

35. Apellyasiya instansiya məhkənməsi tərəfindən təyin edilmiş ekspertiza nəticəsində alınmış rəydə isə qeyd edilmişdir ki, “iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli 0260003AAFW6 saylı, xx.xx.2020-ci il tarixli 0260003AAF61 saylı və xx.xx.2021-ci il tarixli 0274003AALXW saylı göndərişlərində göstərilən diaqnozlar klinik, laborator-instrumental müayinələr əsasında düzgün təyin edilsə də, xx.xx.2019-cu il tarixli 0260003AAFW6 saylı göndərişdə qeyd edilən diaqnozlarla, digər iki (xx.xx.2020-ci il tarixli 0260003AAF61 saylı və xx.xx.2021-ci il tarixli 0274003AALXW) göndərişlərində qeyd edilən diaqnozlar tam fərqli diaqnozlardır. Belə ki, İ göndərişdə olan diaqnozlar “Qaraciyər patologiyasıdır, son iki göndərişdə olan patologiyalar isə “İ20.0-sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX, X3 İİİ F.S. Ağırlaşma: koronar angioplastik implantatın və transplantatın olması; angioplastik stent əməliyyatından sonrakı vəziyyət; ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz, ürək çatışmazlığı, İ F.S” isə ürək xəstəlikləri ilə əlaqədardır.”

36. Göründüyü kimi, hər iki ekspert rəyində iddiaçının diaqnozları klinik, laboratorinstrumental müayinələr əsasında düzgün təyin edilməsi qeyd edilmişdir.

37. İş materialları ilə müəyyən olunur ki, səhiyyə müəssisəsi tərəfindən iddiaçının əlilliyinin qiymətləndirilməsi üçün bir neçə dəfə (xx.xx.2019-cu il tarixli 0260003AAFKZ saylı, xx.xx.2019-cu il tarixli 0260003AAFW6 saylı, xx. xx.2020-ci il tarixli 0260003AAF61 saylı və xx.xx.2021-ci il tarixli 0274003AALXW saylı) göndəriş verilmişdir.

38. Lakin iddianı təmin edən apellyasiya məhkəməsi yalnız xx.xx.2019-cu il tarixli 0260003AAFW6 saylı göndərişdə göstərilən “qaraciyərin fibrozu və sirrozu” diaqnozunu əsas gətirərək, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.5-ci maddəsində nəzərdə tutulmuş xəstəliklərin K74 kodu ilə əks olunmasını bildirmişdir.

39. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin həmin nəticəsini əsaslı hesab etmir. Belə ki, səhiyyə müəssisəsi tərəfindən xx.xx.2019-cu il tarixli göndərişdə qaraciyərin sir rozu diaqnozu qeyd edilsə də, lakin sonrakı xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli göndərişlərdə həmin diaqnoz öz əksini tapmamış, sonuncu ekspert rəyindən də müəyyən olunduğu kimi həmin göndərişlərdə olan patologiyalar ürək xəstəlikləri ilə əlaqədardır.

40. Bununla bağlı qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həllinə mane olan qeyd edilən ziddiyyəti aradan qaldırılması istiqamətdə müvafiq araşdırma aparmamışdır.

41. Məhkəmənin bu cür araşdırması, Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsində müəyyən olunmuş işin hallarının tam araşdırılması prinsipinə və 58-ci maddəsində müəyyən olunmuş sübutların araşdırılması qaydalarına cavab vermir.

42. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin 16 iyun 2023-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, kassasiya şikayətinin iddia tələbinin təmin edilməməsi ilə bağlı qərarın qəbul edilməsi hissəsi iş üzrə bir sıra sübutların araşdırılması zəruri olduğundan təmin edilməməlidir.

43. İşə təkrar baxan apellyasiya məhkəməsi Ali Məhkəmənin yuxarıda göstərilən hüquqi mövqeyini nəzərə alaraq səhiyyə müəssisəsinin göndərişləri arasında yaranmış ziddiyyətlərin aradan qaldırılması istiqamətində müvafiq araşdırma aparmalı və bundan sonra qanuni və əsaslı qərar qəbul etməlidir.

44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2023-ci il tarixli, 21(103)-731/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar