Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2635/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərbi qulluqçu kimi əlilliyə görə təyin edilmiş pensiyanın əvvəlki illərə görə hesablanması və fərqin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naz irliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış xəsarətlərlə əlaqədar İİ qrup əlilliyə görə hərbi qulluqçu kimi təyin edilmiş pensiyanın ötən illərə görə, yəni xx.xx.1999-cu il tarixdən xx.xx.2019-cu il tarixədək pensiyada yaranmış fərqin hesablanıb birdəfəlik ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyul 2023-cü il tarixli, 2-1(103)1005/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya xx.xx.1999-cu il tarixdə Azərbaycan Respublikasının müdafiəsi zamanı yaralanma səbəbi və “sağ budun və ba ldırın odlu silah yaralanmasının fəsadları, budun və baldırın çoxsaylı bərkimiş travmatik çapıqları, yerişinin qismən pozulması” diaqnozu ilə 3 nömrəli Sabunçu TSEK-si tərəfindən üçüncü dərəcə əlillik təyin edilmişdir 2. xx.xx.2012-ci il tarixli 1198 nömrəli müayinə aktına əsasən Azərbaycan Respublikasının müdafiəsi zamanı səbəbilə ikinci qrup müddətsiz əlillik təyin edilmiş və iddiaçı xx.xx.2019-cu il tarixədək 197,04 manat pensiya almışdır
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçının adına xx.xx.2019-cu il tarixli MN-11690 nömrəli məlumat vərəqi tərtib edilərək DSMF-na göndərilmiş, iddiaçıya Azərbaycan Respublikasının müdafiəsi zamanı səbəbilə ikinci dərəcə əlilliyə görə xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək 351,20 manat; xx.xx.2019-cu il tarixdən ömü rlük 375,20 manat pensiya təyin edilmiş, eyni zamanda keçmiş üç il müddət üçün hesablanmış 5837,76 manat məbləğində fərq 2019-cu ilin mart ayından etibarən hissə-hissə pensiyasının üzərinə əlavə olunmaqla iddiaçının müvafiq kart hesabına köçürülür.
4. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlil kimi müddətsiz Prezident təqaüdü alır.
5. İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə fərq məbləğinin hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu 27 may 2019-cu il tarixli məktubla iddiaçının müraciətindən imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş xx.xx.2019-cu il tarixli məlumat vərəqəsinə əsasən Azərbaycan Respublikasının müdafi əsi zamanı alınmış xəsarətlə əlaqədar İİ dərəcə əlilliyə görə xx.xx.2019-cu il tarixində təminat xərcliyinin 80 faizi - 375,20 manat məbləğində pensiya təyin edilmiş və keçmiş üç il müddət üçün hesablanmış, əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 5837,76 manat məbləğində fərq cari ilin mart ayından etibarən hissə-hissə pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış xəsarətlərlə əlaqədar İİ qrup əlilliyə görə hərbi qulluqçu kimi təyin edilmiş pensiyanın ötən ill ərə görə, yəni xx.xx.1999-cu il tarixdən xx.xx.2019-cu il tarixədək pensiyada yaranmış fərqin hesablanıb birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2019-cu il tarixli 2-1(085)-1285/2019 nömrəli qərardadı ilə Müdafiə Nazirliyinin prosessual iştirakına xitam verilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat İdarəsi (hazırki adı Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) cavabdeh qismində məhkəmə icraatına cəlb edilmişdir.
2. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(085)1285/2019 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmiş və sonuncu məhkəmə tərəfindən icraata qəbul edilmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1992-ci ilin avqust ayından xx.xx.1992-ci ilə kimi Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda Qarabağ bölgəsinin Ağdam rayonu ərazisində erməni hərbi birləşmələrinə qarşı gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.1992-ci ildə döyüş zamanı yaralanmaqla, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci ilə kimi “sağ budun yuxarı 1/3-nin, sağ baldırın 1/3-nin və sol ayağının İİ ayaq darağı sümüyünün qəlpəli sınığı ilə, odlu silah kor qəlpə yaralanmaları, sağ budun yuxarı 1/3-nin və sol ayağın yad cisimləri metal qəlpələri. Yaraların birincili cərrahi işlənməsindən sonrakı vəziyyət” diaqnozu ilə müayinə və müalicə olunmuş və aldığı xəsarətlərdən hərbi xidmətdən azad olunmuşdur. 2000-ci ildə 13 sa ylı Zona Tibbi Sosial Ekspert Komissiyasının müvafiq rəyinə əsasən ona hərbçi kimi deyil mülki şəxs kimi ümumi əsaslarla İİ qrup əlillik dərəcəsi təyin olunmuşdur. Həmin Ekspertiza Komissiyasının 1198 nömrəli xx.xx.2012-ci il tarixli SER TSE-02 № 280050 saylı rəylə müddətsiz və əmək qabiliyyətsiz kimi İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. 2019-cu ilin aprelin 1-nədək 148 manat, həmin vaxtdan sonra isə 230 manat pensiya alır. Əmək qabiliyyəti olmadığından heç yerdə işləyə bilmir.
4. Cavabdeh inzibati orqan iddiaya qarşı yazılı etirazında bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunda əmək pensiyasının təyin edilməsi müddətləri konkret olaraq göstərilmişdir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mind iyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İdarə tərəfindən iddiaçıya pensiya ödənişi qanunvericiliyin müvafiq bəndinə uyğun olaraq təyin edilmiş və ödənilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş xx.xx.2019-cu il tarixli MN11690 nömrəli məlumat vərəqəsinə əsasən “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış xəsarətlə əlaqədar” İİ dərəcə əlilliyə görə xx.xx.2019-cu il tarixdən təminat xərcliyinin 80 faizi miqdarında pensiya təyin edilmiş və keçmiş üç il (xx.xx.2016 – xx.xx.2019) müddət üç ün yenidən hesablanaraq ödənilməkdədir.
5. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1025/2020 nömrəli qərarı (hakim N.İ.Abıyev) ilə iddia qismən təmin edilmiş, iddiaçıya xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövrdə ödənilmiş pensiya məbləği ilə Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış xəsarətlə əlaqədar ikinci dərəcə əlilliyə görə hərbi qulluqçu kimi təyin edilmiş pensiya məbləği arasındakı fərqin hesablanaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
6. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.2006-cı il tarixdən qüvvəyə mindiyindən iddiaçıya əlilliyə görə pensiya həmin tarixdən tətbiq edilməklə yenidən hesablanmalıdır. “Əmək pensiyaları haqq ında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir.
7. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1104/2020 nömrəli qərarı (hakimlər V.M.Ağayev /sədrlik edən və məruzəçi/, A.B.Nuriyeva və A.Ə.Hüseyn) ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1025/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020ci il tarixli, 2-1(102)-1751/2020 nömrəli qərarı (hakimlər İ.K.Hüseynov /sədrlik edən və məruzəçi/, N.İ.Rəsulbəyova və K.N.Bədəlov) ilə Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 16 iyun 2020-ci il tarixli 2- 1(103)-1104/2020 nömrəli qərarı ləğv edilmiş, iddiaçının “01 yanvar 2006-cı il tarixdən 01 mart 2016-cı il tarixədək olan dövrdə ödənilmiş pensiya məbləği ilə Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış xəsarətlə əlaqədar İİ qrup əlilliyə görə hərbi q ulluqçu kimi təyin edilmiş pensiya məbləği arasındakı fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası rədd edilmişdir.
12. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə bağlı əvvəllər Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2017ci il tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tətbiq edilməməlidir. Bununla yanaşı, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “”Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.11-ci maddəsinin tətbiqinə dair” xx.xx.2020-ci il tarixli Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş d övr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. İşdən göründüyü kimi, iddiaçı ona müddətdən artıq xidmət hərbi qulluqçusu kimi əmək pensiyasının təyin olunması üçün cavabdehə xx.xx.2019-cu il tarixdə müraciət etmiş, onun təminat xərcliyi barədə xx.xx.2019-cu il tarixli “Məlumat vərəqəsi” nəzərə alınma qla xx.xx.2019-cu il tarixdən yeni məzmunda əmək pensiyası təyin edilmişdir və əvvəlki üç illik müddət üçün ödənilməmiş pensiya məbləği “Əmək pensiyaları haqqında” Qanunun 37.7-ci maddəsinə uyğun olaraq ödənilir. Cavabdehin şikayətinin dəlilləri əsaslı olduğundan apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin olunmamalıdır. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsi üçün İnzibati Prosessual Məcəllənin 96.5-ci maddəsində göstərilən hallar hazırkı iş üzrə aşkar olunmadığından, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində icraat
13. İddiaçı şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissələrinə və 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91 və 96.5.1-ci maddələrinə uyğun olmayan hesab edilmiş, müvafiq məhkəmə aktının icra edilməməsi və işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının inzibati və mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılması qərara alınmışdır.
14. Qərarda qeyd edilmişdir ki, məhkəmələr iddianı q ismən təmin edərək iddiaçıya 2006-cı ildən başlamaqla ödənilməmiş pensiyanın tərəflər arasında razılaşdırılmaqla hissə-hissə ödənilməsi qənaətinə gəlsələr də, gəlinən nəticə kifayət qədər əsaslandırılmamış, inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş imkanlardan yararlanılmamışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edərkən ərizəçiyə xx.xx.2012-ci il tarixli tarixdə Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış xəsarətlərlə əlaqədar İİ qrup müddətsiz əlilliyin təyin edilməsini, ərizənin, məlumat vərəqinin və cavab məktubunun zaman baxımından ardıcıl olmayan şəkildə verilməsini nəzərə almamış, əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması arasında hər hansı fərqləndirmə aparmadan, iş üzrə tətbiq edilməli olmayan madd i hüquq normasını tətbiq etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli 131(102)-4(k)/2022 nömrəli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(102)-1751/2020 nömrəli qərarı və bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(103)1104/2020 nömrəli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1005/2023 nömrəli qərarı (hakimlər X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və R.Ə.Səmədov) ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1025/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə qərarından iddianın təmin edildiyi hissədə cavabdeh tərəfindən apellyasiya şikayəti verildiyi üçün məhkəmə qərarının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılır. Belə ki, qərar iddianın təmin edilmədiyi hissədə iddiaçı tərəfindən mübahisələndirilməmişdir.
18. İşin təkrar apellyasiya baxışı zamanı iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsi Plenumunun qərarlarındakı hüquqi mövqelər istiqamətində yenidən araşdırma aparılaraq, iddiaçının xx.xx.2019-cu ildən əvvəl etdiyi müraciətlərin və həmin müraciətlərə verilmiş cav abların təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi ilə bağlı müvafiq qurumlara məhkəmə sorğuları verilmiş, həmin sorğulara cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubla iddiaçının 2019-cu ilin fevral ayınadək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinə rəsmi şəkildə etdiyi bütün müraciətlərin şəxsi işinə əlavə edildiyi və müvafiq göstərişə əsasən şəxsi işinin xx.xx.2019cu il tarixli məktubla Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə göndərildiyi bildirilmişdir. Həmçinin sorğulara cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyindən məhkəməyə daxil olmuş məktuba əlavə edilmiş sənədlərdən müəyyən ol unmuşdur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda onun Bakı şəhər məhkəməsinin cinayət işləri üzrə İ dərəcəli məhkəmə kollegiyasının xx.xx.1988-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95 və 15.94 b4, b6-cı maddələri ilə təqsirli bilinərək, 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi (cəzanın əvvəli xx.xx.1988-ci il; cəzanın sonu xx.xx.2003-cü il) və Azərbaycan Respublikasının 74 illiyi münasibətilə xx.xx.1992-ci il tarixli Amnistiya haqqında Qanunun 8-ci maddəsinin “v” bəndinə əsasən, cəzanın çəkilməmiş qalan üçdə bir hissəsi azaldılaraq xx.xx.1999-cu il tarixdə cəza müddətinin qurtarması ilə əlaqədar 2 saylı islah əmək müəssisəsindən azad edildi yi göstərilmişdir. Arxiv şəxsi işdə 2 saylı islah əmək müəssisəsinin 17/12-465 nömrəli xx.xx.1993-cü il tarixli məktubu ilə Azərbaycan Respublikası Prezident Aparatının Vətəndaşlıq və bağışlama məsələləri şöbəsinə təqdim olunan sənədlər paketində olan xasiyyətnamədə xx.xx.1992-ci il tarixdə Dağlıq Qarabağda hərbi əməliyyatlarda iştirak etmək üçün könüllü olaraq döyüş bölgəsinə göndərilməyi göstərilmişdir. Arxiv uçot kartoçkasında xx.xx.1993-cü il tarixdə cəzanın qalan hissəsinin çəkilməsi üçün 2 saylı islah əmək müəssisəsinə qaytarılması barədə məlumat qeydiyyatdan keçmişdir. Həmçinin sorğuya Müdafiə Nazirliyinin verdiyi cavab məktubuna əlavə olunmuş iddiaçının şəxsi işinin materiallarından məlum olmuşdur ki, iddiaçı tərəfindən təqaüdünün hərbi qulluqçu kimi yenidən hesablanması ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə xx.xx.2018-ci il tarixdə ərizə ilə müraciət edilmiş və həmin müraciət məktubu xx.xx.2019-cu il tarixdə Müdafiə Nazirliyinə daxil olmuşdur. Beləliklə, iş üzrə müəyyən olunmuşdur ki, iddiaçının tərəfindən iddiaçıya hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyasının təyin olunması üçün xx.xx.2019-cu il tarixdə müraciət edilsə də (bu fakt işin mübahisəsiz halıdır), əslində iddiaçının hərbi qulluqçu kimi təqaüdünün yenidən hesablanması barədə Müdafiə Nazirliyinə müraciəti daha öncə, yəni xx.xx.2018-ci il tarixdə olmuşdur. İddiaçı həmin ərizəsi inzibati orqana xx.xx.2019-cu il tarixdə daxil olduqdan sonra onun xx.xx.2019-cu il tarixli məlumat vərəqəsi tərtib olunaraq cavabdehə təqdim olunmuşdur. Nəzərə alınmalıdır ki, iddiaçıya xx.xx.2012-ci il tarixl i müayinə aktı əsasında İİ qrup müddətsiz əlillik təyin edilmişdir. Deməli, hazırki işdə iddiaçı xx.xx.2017-ci il tarixədək əmək pensiya hüququ yaranan, lakin hərbi qulluqçu kimi əmək pensiyasının yenidən hesablanması üçün inzibati orqana xx.xx.2019-cu il tarixədək (yəni xx.xx.2018-ci il tarixdə) müraciət edən şəxs olmuşdur. Lakin cavabdeh inzibati orqan iddiaçının sosial təminat hüququnun xx.xx.2017-ci il tarixədək mövcudluğu ilə bağlı inzibati orqana xx.xx.2019-cu il tarixədək müraciət etməsini nəzərə almadan ona tələb etdiyi fərq məbləğinin müvafiq müddət üzrə ödənilməsindən əsassız olaraq imtina etmişdir. Hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması qaydası pensiyanın təyin edilməsi qaydasından fərqləndirilmiş və təminat xərcliyində baş verən artımlar barədə məlumatların Fonda təqdim olunması üçün daha qısa müddət müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-2-ci maddəsinin tələblərinə müvafiq olaraq, 2019-cu il yanvarın 1-dək əmək pensiyasının yenidən hesablanması üçün müvafiq inzibati orqana müraciət etmiş pensiyaçılara münasibətdə həmin Qanunun 32.1- 1-ci maddəsinin tələbləri şamil edilmir, yəni “pensiyanın müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi” şərti həmin şəxslərə tətbiq edilmir. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçıya müvafiq növdə pensiya xx.xx.2017-ci il tarixədək təyin olunduğundan və onun həmin pensiyasının yenidən hesablanması ilə bağlı müraciəti də xx.xx.2019-cu il tarixədək olduğundan birinci instansiya məhkəməsinin gəldiy i nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur.
19. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
20. Cavabdehin kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, məhkəmələrin iddiaçının xx.xx.2019-cu il tarixədək olan müddətdə, yəni xx.xx.2018-ci il tarixdə Müdafiə Nazirliyi etdiyi müraciəti əsas götürmək barədə mövqeyi səhv olmuşdur. Belə ki, iddiaçı həmin tarixdə səlahiyyəti olmayan orqana müraciət etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTB İQ EDİLƏN HÜQUQ 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.5. Təminat xərcliyi – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlarda nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Maddə 4.1. Bu qanuna uyğun olaraq əmək pensiyalarının aşağıdakı növləri müəyyən edilmişdir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Maddə 11.2. Hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sırasından olan əlillər aşağıdakı kateqoriyalara bölünürlər: 11.2.1 müharibə əlilləri - əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə; 11.2.2 hərbi qulluqçular sırasından digər əlillər—əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə. Maddə 12.2 (xx.xx.2017-ci il tarixədək qüvvədə olan). Hərbi qulluqçulara (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra 3 aydan gec olmayaraq üz verdikdə, yaxud əlillik bu müddətdən sonra, lakin xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya), xəstəlik nəticəsində üz verdikdə təyin edilir. 23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanı ilə 2007-ci il 01 yanvar tarixdən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmiş və həmin tarixdən hərbi qulluqçu statusuna malik olan şəxslərin pensiyaları “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllən in 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul e dir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avrop a İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubunun və iddia tələbinə etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış xəsarətlə əlaqədar İİ qrup əlilliyə görə hərbi qulluqçu kimi təyin edilmiş pensiya ödəni şinin xx.xx.1999-cu il tarixdən xx.xx.2019-cu il tarixədək hesablanması və aldığı pensiya ilə ödənilməli olan pensiya məbləği arasındakı fərqin birdəfəlik ödənilməsindən ibarətdir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsindəki “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ xx.xx.2017-ci il tarixədək yaranmış, lakin əmək pensiyası təyin edilməsi üçün müvafiq inzibati orqana məhz həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə tətbiq olunur. Həmin Qanuna xx.xx.2018-ci il tarixində yeni məzmunda əlavə edilmiş 32.1-2-ci maddə isə inzibati orqana 2019-cu il yanvarın 1-dən sonra müraciət etmiş pensiyaçıların əmək pensiyasının yenidən hesablanması hallarını tənzimləyir.
32. Hazırki işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən təqaüdünün hərbi qulluqçu kimi yenidən hesablanması ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə 26 dekabr 2018-ci il tarixdə ərizə ilə müraciət edilmiş və həmin müraciət məktubu 03 yanvar 2019-cu il tarixdə Müdafiə Nazirliyinə daxil olmuşdur. Göründüyü kimi, iddiaçının nümayəndəsinin iddiaçıya hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası təyin olunması barədə müraciəti xx.xx.2019-cu il tarixdə olsa belə, iddiaçının hərbi qulluqçu kimi təqaüdünün yenidən hesablanması barədə Müdafiə Nazirliyinə müraciəti daha öncə, yəni xx.xx.2018-ci il tarixdə olmuşdur. İddiaçının həmin müraciəti daxil olduqdan sonra xx.xx.2019-cu il tarixli məlumat vərəqəsi tərtib olunaraq cavabdehə təqdim edilmişdir. Cavabdeh inzibati orqan iddiaçının sosial təminat hüququnun xx.xx.2017-ci il tarixədək mövcudluğunu və inzibati orqana xx.xx.2019-cu il tarixədək müraciət etməsini nəzərə almadan ona tələb etdiyi fərq məbləğinin müvafiq müddət üzrə ödənilməsindən əsassız olaraq imtina etmişdir.
33. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.2006-cı il tarixdən qüvvəyə mindiyindən xx.xx.2006-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövrdə ödənilmiş pensiya məbləği ilə Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış xəsarətlə əlaqədar ikinci dərəcə əlilliyə görə hərbi qulluqçu kimi təyin edilmiş pensiya məbləği arasındakı fərq hesablanaraq ödənilməlidir.
34. Sonda məhkəmə kollegi yası onu da qeyd edir ki, iddianın təmin edilməsi nəticəsində cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ödənilməli olan pensiya fərqinin hissə-hissə aparılmasının mümkünlüyü yalnız tərəflərin qarşılıqlı razılığı və ya məhkəmənin müvafiq qərarına əsasən müəyyən edilə və həyata keçirilə bilər. Birinci və apellyasiya instansiyası məhkəmələri haqlı olaraq ödənilməmiş fərqin birdəfəlik ödənilməli olmasının xüsusi göstərilməsini məqsədə uyğun hesab etməmişdir.
35. Odur ki, apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməli, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasi ya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyul 2023-cü il tarixli, 21(103)-1005/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.