Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2636/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın yenidən hesablanması (hakim)) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şə rtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2005-ci il tarixədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin müddəaları tətbiq edilməklə xx.xx.2019-cu il tarixdən sonrakı bütün əmək haqqı artımları, bütün əmək haqqı növləri, o cümlədən hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə pensiya məbləğinə daxil edilməklə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün düzgün 5685,60 manat pensiya hesablanması və ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 iyul 2023-cü il tarixli, 2-1(103)-1523/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya ilkin olaraq sabiq prokurorluq işçisi kimi xx.xx.2008-ci il tarixdən yaşa görə 483,78 manat, xx.xx.2017-ci il tarixdən sabiq hakim kimi yaşa görə 1070,37 manat məbləğində pensiya təyin edilmiş və xx.xx.2018-ci il tarixdən əmək pensiyası artırılaraq 2201,21 manat, xx.xx.2018-ci il tarixdən 2429,80 manat, xx.xx.2019-cu il tarixdən 2507 manat hesablanmışdır.
2. İddiaçı cavabdehə müraciət edərək xx.xx.2019-cu il tarixdən Tərtər Hərbi Məhkəməsinin hakiminin əmək haqqındakı artımlara uyğun olaraq ona pensiya artımlarını hesablanıb ödənilməsini xahiş etmiş, sonuncu xx.xx.2020-ci il tarixli məktubla bildirilmişdir ki, müxtəlif məhkəmələrdə 16 il 11 ay hakim vəzifəsində işləməyi və Tərtər Hərbi Məhkəməsinin hakimi vəzifəsindəki fəaliyyətinin son 24 ayı ərzindəki əmək haqq ının orta aylıq məbləği və əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla əmək pensiyasına əlavələr hesablanmışdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa əsasən xx.xx.2019-cu il tarixdən vəzifə maaşı 1584manat müəyyənləşdirilmişdir. Müvafiq olaraq pensiyanın artım məbləği (1584 manat aylıq vəzifə maaşı + 712,80 manat qulluq stajına görə 45% əlavə + 237,60 manat təmsilçilik xərclərinə görə 15% əlavə) x 24 ay + (4.593,60 manat məzuniyyətə çıxarkən vəzifə maaşının və qulluq stajına görə əlavənin 2 misli məbləğində müavinət + 4.593,60 manat müalicə məqsədilə vəzifə maaşının və qulluq stajına görə əlavənin 2 misli məbləğində müavinət) x 2 il) – 79.200: 24 ay = 3300 manat – 3037,50 manat (artı ma qədər orta aylıq əmək haqqı) = 262,50 x 55,75% (15 ilə 50% + 5,75% (15 ildən artıq hər ilə görə 3% (il tam olmadıqda natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)) = 146,35 manat təşkil edir. Belə ki, xx.xx.2019-cu il tarixdən pensiyanın ümumi məbləği 2507 manat (2360,65 manat + 146,35 manat) təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2005-ci il tarixədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin müddəaları tətbiq edilməklə xx.xx.2019-cu il tarixdən sonrakı bütün əmək haqqı artımları, bütün əmək haqqı növləri, o c ümlədən hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə pensiya məbləğinə daxil edilməklə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün düzgün 5685,60 manat pensiya hesablanması və ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli 2-1(112)-4503/2020 nömrəli qərardadı ilə iddia geri götürülmüş hesab edilmiş və bu əsasla iş üzrə icraata xitam verilmişdir. Qərardaddan verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(103)800/2021 nömrəli qərardadı ilə təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-4503/2020 nömrəli qərardadı ləğv edilmiş və iş sonrakı prosessual hərəkətin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilm işdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1975-ci ildən 2000-ci ilin sentyabr ayına kimi 25 ildən artıq Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müxtəlif vəzifələrdə, xx.xx.2000-ci ildən xx.xx.2007-ci ilədək Salyan rayon məhkəməsinin hakimi, xx.xx.2007-ci ildən xx.xx.2010-cu ilə kimi Ağdam Hərbi məhkəməsinin hakimi, xx.xx.2010cu ildən xx.xx.2017-ci ilə kimi (faktiki xx.xx.2017-ci ilə kimi) Tərtər Hərbi məhkəməsinin hakimi vəzifəsində işləmişdir. 16 il 11 ay (faktiki 17 il 1 ay) hakim vəzifəsində işləmiş, xx.xx.2017-ci ildən hakim səlahiyyətlərinə xitam verilmişdir. 2018-ci ilin yanvar ayından ona pensiya hesablanmışdır. xx.xx.2005-ci ilə kimi qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinə görə əmək haqqı artımındakı sonrakı dəyişikliklər birm ənalı şəkildə tam həcmdə pensiya məbləğinə şamil edilir. Lakin, Dövlət Sosial Müdafiə Fondunun Salyan rayon şöbəsi tərəfindən “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin tələbləri pozularaq onun pensiyası yenidən düzgün hesablanmamış, əmək haqqındakı bu artımlar pensiyasına daxil edilməmişdir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarının da tələbləri pozulmuşdur. Qərara görə hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: - 30 dekabr 2005-ci il tarixədək və zifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə - həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin; - 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə - həmin günədək qüvvədə olmuş “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. “Məhkəmələr və hakimlər haqqında” 30 dekabr 2005-ci ilə kimi qüvvədə olmuş Qanunun 109-cu maddəsinə əsasən 10 ildən 15 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin orta əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə pensiya hesablanmalı və əmək haqqı artımındakı sonrakı dəyişikliklər pensiya məbləğinə şamil edilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Qanuna edilən son dəyişikliklərdən sonra həmin Qanunun 106-cı maddəsinə əsasən hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilmiş və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. Ali Məhkəmənin sədrinə Azərbaycan Respublikası Milli Məclisi Sədrinin aylıq vəzifə maaşı həcmində; hərbi məhkəmələrin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində; hərbi məhkəmənin hakimlərinə həmin məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində vəzifə maaşı müəyyən edilmişdir. Hakimlik stajının hər 5 ilinə görə, həmçinin, elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlar ının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarından xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir. Səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir. Qüvvədə olan qanunvericiliklə Azərbaycan Respublikası Milli Məclisi Sədrinin aylıq vəzifə maaşı 2475 manat müəyyən edilmişdir. Buna müvafiq olaraq Ali Məhkəmənin sədrinin aylıq vəzifə maaşı 2475 manat, Tərtər Hərbi Məhkəməsi sədrinin aylıq vəzifə maaşı Ali Məhkəmə sədrinin aylıq vəzifə maaşının 80 faizi həcmində, yəni 2475 manat 0,8=1980 manat, Tərtər hərbi məhkəməsinin hakiminin vəzifə maaşı isə həmin məhkə mə sədrinin aylıq vəzifə maaşının 80 faizi həcmində yəni 1980 x 0,80 = 1584 manatdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən iddiaçıya verilən xx.xx.2019-cu il tarixli 8/1299 saylı arayış da təsdiq edir ki, xx.xx.2019-cu ildən etibarən Tərtər Hərbi Məhkəməsinin hakiminin əmək haqqı artırılmışdır. xx.xx.2019-cu ildən etibarən Tərtər Hərbi Məhkəməsi hakiminin əmək haqqı 1584 manatdır. Tərtər Hərbi Məhkəməsinin hakimlərinə də həmin Qanuna uyğun olaraq bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. Vəzifə maaşına əlavə vəzifə maaşı kimi nəzərə alındıqda aylıq vəzifə maaşı 1584 + 1584 = 3168 manat. Vəzifə maaşına əlavə vəzifə maaşı hesab edilməklə və məhkəmə, prokurorluq orqanlarında 15 ildən artıq staja görə əlavə hesablanan 45 faiz məbləğində ödənişin məbləği 316 8 manat x 0,45 = 1425 manat. Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə verilən vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatının məbləği 3168 manat x 0,25 = 792 manat. Tərtər Hərbi Məhkəməsinin hakiminə, 15 ildən artıq iş stajına görə əlavə, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə verilən vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı nəzərə alınmaqla hesablanan orta aylıq əmək haqqı 3168 +1425 +720 = 5385 manat, illik məzuniyyət pulu 5385 manat x 2 = 10770 manat. Həmin məbləğdən bir aya düşən məbləğ 10770 manat: 12 ay = 897 manat, illik müalicə pulu pulu 5385 manat x 2 = 10770 manat. Həmin məbləğdən bir aya düşən məbləğ 10770 manat: 12 ay = 897 manat, bunlar da nəzərə alınmaqla orta aylıq əmək haqqı 3168 +1425+720+897+897 = 7107 manatdır. Tərtər Hərbi Məhkəməsi hakiminə hesablanan digər ödənişlər barədə məlumatı yoxdur. Digər ödənişlərin olması aşkar ediləcəyi təqdirdə onlar da nəzərə alınmalıdır. İddiaçıya artımlara görə pensiya yenidən hesablanarkən Tərtər Hərbi Məhkəməsi hakiminin orta aylıq əmək haqqı bu məbləğdə götürülməlidir. İddiaçının hakimlik stajı 16 il 10 aydır (faktiki 17 il 2 aydır). 10 ilə görə hesablanmalı pensiya məbləği 7107 x 0,55 = 3908,85 manat, 10 ildən artıq hakimlik stajının hər ili üçün 5 faiz əlavə hesblanmalı pensiya məbləği 7107 x 0,05 = 355,35 manat. 6 il üçün 355,35 x 6 = 2132,10 manat, 10 ay üçün əlavə hesablanmalı pensiya məbləği 355,35: 12 x 10 = 296,12 manat, 10 ildən artıq hakimlik stajına görə yəni 6 il 10 ay üçün hesablanmalı pensiya məbləği 2132,10 manat + 296,12 manat = 2428,12 manat olmalıdır (hesablamalarında texniki qüsurlar ola bilər). Bunlar nəzərə alındıqda iddiaçıya hesablanmalı aylıq pensiyanın ümumi məbləği 3908,85 + 2428,12 = 6337,07 manat olmalıdır. Bu orta aylıq əmək haqqının 89 faizinə bərabərdir. Lakin, Qanun orta aylıq əmək haqqının 80 faizindən yüksək pensiya hesablanmasına icazə vermədiyindən Qanuna görə iddiaçıya 7107 x 0,80 = 5685,6 manatdan az olmayan məbləğdə pensiya hesablanmalıdır. xx.xx.2000-ci ilə kimi işləmiş sabiq hakimlər həmin tarixdən sonra təyin edilmiş hakimlər kimi yüksək vəzifə maaşı və əmək haqqı almamışlar. Onlara, həmçinin, ildə bir dəfə aylıq əmək haqqının iki misli həcmində məzuniyyət pulu və müalicə pulu ödənməmişdir. Lakin, “Məhkəmələr və h akimlər haqqında” 30 dekabr 2005-ci ilə kimi qüvvədə olmuş Qanuna uyğun olaraq onlara işlədikləri dövrdə faktiki almadıqları və sonradan təyin edilmiş hakimlərin əmək haqlarına uyğun pensiyalar hesablanmışdır ki, bu da ədalətli və qanuni bir haldır. Cavabdeh Qanunun tələblərini pozaraq xx.xx.2019-cu ildən tətbiq edilən əmək haqqı artımlarını iddiaçının pensiyasına şamil etməmişdir.
5. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-6653/2021 nömrəli qərarı (hakim M.C.Qarayeva) ilə iddia rədd edilmişdir.
6. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının pensiyasında vəzifə maaşına edilmiş artımın nəzərə alınması və pensiyanın yenidən hesablanması iş materialları ilə açıq-aydın şəkildə öz təsdiqini tapmışdır. Sığortaolunanın əmək pensiyası ona pe nsiya təyin olunduqdan əvvəl aldığı əmək haqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı mövqeyi qətidir və şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımların nəzərə alınmasını qadağan edir.
7. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-567/2022 nömrəli qərarı (hakimlər A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-6653/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022ci il tarixli, 2-1(102)-1699/2022 nömrəli qərarı (hakimlər İ.K.Hüseynov /sədrlik edən və məruzəçi/, N.İ.Rəsulbəyova və K.N.Bədəlov) ilə Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 1(103)-567/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
12. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin həmin qənaəti və əsaslandırmaları İnzibati Prosessual Məcəllənin 12.1, 13 və 58.7-ci maddələrinin tələblərinə uyğun deyildir. Belə ki, iddiaçı iddia ərizəsində sonuncu əmək haqqı artımları nəzərə alınmaqla ona 5685,60 manatdan az olmayan məbləğdə pensiya hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etsə də, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7 maddələrinin şərh edilməsinə dair 18 iyul 2008-ci il tarixli qərarına istinad edərək onun pensiyasının 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin müddəalarına əsasən hesablanmasını arzulayır. Eyni yanaşma iddiaçının yazılı izahat və şikayətlərində də i fadə olunmuşdur. İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin normanın tələbinin təmin olunmaması, öz növbəsində işin hallarının araşdırılması prinsipinin tələblərinin də pozulmasına səbəb olmuşdur. Belə ki, işin faktiki halları məhz aydın şəkildə ifadə olunan tələb üzrə araşdırılmalı, cavabdehin də həmin tələb üzrə və hansı həcmdə öhdəlik daşıyıb-daşımadığı müə yyən edilməlidir. Bu zaman, həmçinin iddiaçıya əmək pensiyasının 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin müddəalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun təyin edildiyi (əmək haqqı artımındakı sonrakı dəyişiklik nəzərə alınmaqla yenidən hesablandığı) də yoxlanılmalıdır. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi iddiaçının irəli sürdüyü tələblə məhz hansı nəticəyə nail olmaq istədiyini dəqiq müəyyən etməmiş və bununla da yardım etmə funksiyasını yerinə yetirmədən düzgün istiqamətdə araşdırma aparmamışdır. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnziba ti Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1523/2023 nömrəli qərarı (hakimlər Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və P.A.Hüseynov) ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-6653/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki,. yeni apellyasiya baxışı zamanı iddiaçı iddia tələbini “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7 maddələrinin şərh edilməsinə dair xx.xx.2008-ci il tarix li qərarına istinad edilərək onun pensiyasının xx.xx.2005-ci il tarixədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun” 109-cu maddəsinin müddəaları tətbiq edilməklə, xx.xx.2019-cu il tarixdən sonrakı bütün əməkhaqqı artımları, bütün əməkhaqqı növləri, o cümlədən hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə pensiyanın məbləğinə daxil edilməklə, ona xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci ilə kimi olan dövr üçün düzgün-5685,60 manat pensiya hesablanması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi kimi dəqiqləşdirmişdir. İddia tələbi üzrə aparılmış araşdırma nəticəsində müəyyən etmişdir ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən sabiq hakim kimi əmək pensiyası təyin edilmiş və əmək pensiyası hesa blanarkən onun iddia etdiyi kimi xx.xx.2005-ci il tarixədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsas tutulmuşdur. İddiaçının qulluq stajı 16 il 10 ay 20 gün təşkil edir. Əgər xx.xx.2005-ci il tarixədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsas tutulmadan iddiaçıya pensiya təyin olunmuş olsaydı, pensiya məbləği 80 faiz deyil, 55 faiz miqdarında hesablanmalı idi ki, bu hal isə iddiaçının xeyrinə deyil, zərərinə olardı və iddiaçının hazırda aldığı pensiya məbləğinə uyğun olmazdı. İddiaçının vaxtilə işlədiyi vəzifə maaşı 1584 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 1022,40 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzi fə maaşının 25 faizi miqdarında əlavə 568manat, digər növ əlavələr 658,88 manat, orta aylıq əmək haqqı 3152,16 manat təşkil etmişdir. Hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar xx.xx.2022-ci il tarixdən iddiaçının vaxtilə işlədiyi vəzifə maaşı 2272 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 712,80 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavə 396 manat, digər növ əlavələr 459,36 manat, orta aylıq əmək haqqı 4521,28 manat təşkil etmişdir. xx.xx.2019-cu il tarixdən sonrakı dövrlə bağlı artımlar olarkən məbləğlərdə yalnız vəzifə maaşına münasibətdə hesablanma faizi fərqli olur, qalan mükafatlar və s. əvvəlki qaydada müəyyən olunmuş faizlərlə hesablanır. Məsələn, vəzifə maaşı artıb 2272 manat olarkən müvafiq olaraq hakimlik stajına görə vəzifə maaşının məbləği 45 faizi miqdarına, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarına uyğun hesablanır, qalan mükafatlar, ixtisas dərəcəsinə görə əlavənin məbləği və s. əvvəlki qaydada müəyyən olunmuş faizlərlə hesablanır. Həmçinin, xx.xx.2019-cu il tarixdən sonrakı dövrdə əmək haqqı artımı ilə bağlı qeyd olunmalıdır ki, bu halda fəaliyyətdə olan və ya fəaliyyətdə olmayan hakimlərə əlavə haqqın ödənilməsi nəzərə alınmalıdır. Beləliklə, qeyd olunmalıdır ki, əgər iddiaçı xx.xx.2019-cu il tarixdən sonrakı dövrdə hakim olaraq fəaliyyətdə olardısa, bu halda ona həmin hakimə əmək haqqının bir misli qədər əlavə şamil oluna bilərdi. Lakin iddiaçı xx.xx.2019-cu il tarixdə hakim kimi fəaliyyət göstərməmişdir. Cavabdeh tərəfindən haqlı olaraq vəzifə maaşına bütün artımlar, yəni hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavə, digər növ əlavələr nəzərə alınaraq pensiya məbləği hesablanmışdır. İddia tələbinin hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin pensiyanın məbləğinə daxil edilməklə pensiyanın yenidən hesablanması barədə iddia tələbinə münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixdən sonrakı dövrdə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin fəaliyyətdə olmayan hakimlərə şamil olunmaması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu n 20-ci maddəsində öz əksini tapmışdır. Belə ki, xx.xx.2019-cu il tarixdən sonrakı dövrdə əmək haqqının 100 faizi məbləği qədər əlavə yalnız fəaliyyətdə olan hakimlərin əmək haqqlarına artımlar hesab olunur. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən sabiq hakim kimi əmək pensiyası təyin edilmişdir və iddiaçıya əmək pensiyası hesablanarkən onun iddia etdiyi kimi xx.xx.2005-ci il tarixədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsas tutulmuşdur.
15. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və iddianın tmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
16. İddiaçının kassasiya şikayətinin dəlili iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu (xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş): Maddə 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş sabiq hakimlər;.... Maddə 20.1.4-1. Hakim və ya hakim kimi bu Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri; Maddə 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 19. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 109- 5 (xx.xx.2021-ci il tarixədək qüvvədə olan redaksiyada) 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il tarixli qərarına əsasən “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsi və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsi nin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: xx.xx.2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə - həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin; xx.xx.2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə - həmin günədək qüvvədə olmuş “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2005-ci il tarixədək qüvvədə olmuş 109-cu maddəsinin beşinci hissəsinin tələbinə görə, səlahiyyət müddətləri qurtardıqdan sonra pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya verilir və əmək haqqı artımındakı sonrakı dəyişiklik həmin məbləğə şamil edilir.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti ve rən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüqu q normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubunun və iddia tələbinə etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üz rə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı və kassasiya şikayətinin dəlili hakimlərə ödənilən bir aylıq vəzifə maaşı həcmində əlavə nəzərə alınmaqla pensiyasının hesablanmasından ibarətdir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, işin məhkəmələr tərəfindən araşdırılmış və müəyyən edilmiş hallarından da göründüyü kimi, iddiaçının hakimlik fəaliyyəti xx.xx.2019cu il tarixədək olan müddətdə olmuş və həmin tarixdən sonra hakimlik fəaliyyəti ilə məşğul olmamışdır. Hazırki qərarın 18-20-ci bəndlərində sadalanan q anunvericiliyin tələblərinə əsasən əgər iddiaçı xx.xx.2019-cu il tarixdən sonrakı dövrdə hakim olaraq fəaliyyətdə olardısa, bu halda ona həmin hakimə əmək haqqının bir misli qədər əlavə şamil oluna bilərdi. 29. xx.xx.2019-cu il tarixdən sonrakı dövrdə əmək haqqının 100 faizi məbləği qədər əlavə yalnız fəaliyyətdə olan hakimlərin əmək haqlarına artımlar hesab olunur. İddiaçıya isə xx.xx.2017-ci il tarixdən sabiq hakim kimi əmək pensiyası təyin edilmişdir və iddiaçıya əmək pensiyası hesablanarkən məhz onun iddia etdiyi kimi xx.xx.2005-ci il tarixədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsas tutulmuşdur.
30. Odur ki, apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməli, cavabdehin kassasiya şikayəti təmin edil məməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 iyul 2023-cü il tarixli, 21(103)-1523/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.