Məhkəmə qərarları › İş №2-1(102)-2638/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2638/2023

29.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2638/2023 29.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yerli icra hakimiyyəti tərəfindən ayrılmış torpaq sahəsi üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdar əsinə qarşı “torpaq sahəsinə çıxarışın verilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)248/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 506 saylı xx.xx.1997-ci il tarixli sərəncamı ilə iddiaçıya Bakı şəhəri, Səbail Rayonu, Bibiheybət qəsəbəsi Salyan 32 saylı ünvanında “Köhnə Bağ” sahələrində yerləşən ərazidə fərdi evin tikintisi üçün 1200 kv.m torpaq ayrılmışdır.

2. İddiaçı cavabdehə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi Salyan 32 ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması ilə bağlı cavabdehə müraciət etmişdir.

3. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********87 nömrəli imtina məktubu ilə bildirmişdir ki, Səbail rayon İcra Hakimiyyəti başçısının 506 saylı xx.xx.1997-ci il tarixli torpaq sahəsinin ayrılması barədə sərəncamında torpaq sahəsinin ölçüsü göstərilməmişdir. Həmçinin, elektron kadastr məlumatlarına əsasən yerləşmə cizgisində göstərilən torpaq sahəsinin cənubdan bir hissəsi digər fiziki şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahələri ilə üst-üstə düşür. Bundan əlavə torpaq sahəsinin şimaldan böyük hissəsi digər fiziki şəxs adına verilmiş plan-ölçünün baza məlumatı ilə üst-üstə düşür. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail Rayonu, Bibiheybət qəsəbəsi Salyan 32 ünvanında “Köhnə Bağ” sahələrində yerləşən 1200 kv.m. torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Səbail rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 506 saylı sərəncamı ilə ona fərdi evin tikintisi üçün 1200 kv.m. torpaq sahəsi ayrılmış, h əmin zamandan etibarən sözü gedən torpaq sahəsi daimi olaraq onun sahibliyində və istifadəsindədir. Bu günədək torpaqdan istifadəsinə dair heç bir fiziki və ya hüquqi şəxsin etirazı olmamışdır. Hesab edir ki, torpağın hasarlanmaması ona dair reyestrdən çıxarışın verilməsinə əsas deyildir. xx.xx.2021-ci tarixli BA02766-2021 saylı Milli Arxiv İdarəsinin arayışından görünür ki, hazırda mübahisəsi gedən torpaq sahəsi iddiaçıya xx.xx.1997-ci il tarixdə ayrılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanunun 8.0.1-ci maddəsinin tələbinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlət və bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipotekaya qoyulmasına dair qəbul olunmuş aktla r daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İşin şərh olunan faktiki hallarında göründüyü kimi, hazırkı iş üzrə cavabdehin Səbail rayonu, Bibiheybət qəsəbəsi Salyan 32 ünvanında yerləşən 1200 kv.m sahədən ibarət torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsindən imtinası ilə bağlı hərəkətləri qanuni və əsaslı olmamışdır. Həmçinin qeyd edilməsi zəruridir ki, sözügedən Bakı Şəhəri Səbail rayon İcra Hakimiyyətinin 506 saylı, xx.xx.1997-ci il tarixli sərəncamı “Salyan şosesi” Bibiheybət qəsəbəsində yerləşən “köhnə Bağ” sahələrinin sənədləşdirilməsi və orada fərdi evin tikintisi barədə olmuşdur və sərəncamda da qeyd olunduğu kimi “Bibiheybət” qəsəbə n ümayəndəliyi tərəfindən tərtib edilmiş cizgiyə istinad edilmişdir. Səbail rayon İcra Hakimiyyətinin Bibiheybət qəsəbə nümayəndəsi tərəfindən tərtib edilmiş Bakı şəhəri Səbail rəyin İcra Hakimiyyəti başçısının 506 saylı, xx.xx.1997-ci il tarixli Sərəncami ilə ayrılmış yerləşmə cizgisində torpağın ölçüləri göstərilmişdir. İddiaçı tərəfindən 2018-ci ildə Səbail rayon İcra Hakimiyyətinə edilmiş müraciətlə əlaqədar olaraq xx.xx.2018-ci il tarixli Ə183-091 saylı “Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci 11 tarixli 506 saylı sərəncamı ilə vətəndaş İddiaçı, Salyan şosesi Bibiheybət qəsəbəsində köhnə bağ sahəsində, fərdi evin tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsinin Situasiya planı və sxemi və yerləşmə koordinatları qeyd olunmaqla verilmişdir. Beləliklə də müəyyən olunur ki, cavabdeh təşkilatın imtina barədə bildirişində qeyd olunan “əsaslar” həqiqəti əks etdirmir. Cavabdehin imtina məktubunda qeyd etdiyi hallar ümumiyyətlə imtinaya əsas ola bilməz. Səbail rayon icra Hakimiyyəti Başçısının 506 saylı, xx.xx.1997-ci il tarixli sərəncamı ilə istifadəsinə ayrılmış torpaq sahəsi illərdir onun qanuni istifadəsindədir. Cavabdehin etirazları:

6. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Səbail rayon İcra Hakimiyyəti başçısının 506 saylı xx.xx.1997-ci il tarixli torpaq sahəsinin ayrılması barədə sərəncamda torpaq sahəsinin ölçüsü göstərilməmişdir. Həmçinin, elektron kadastr məlumatlarına əsasən yerləşmə cizgisində göstərilən torpaq sahəsinin cənubdan 140 kv.m hissəsi X1 adına daşınm az əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahələri ilə üst-üstə düşür. Bundan əlavə, torpaq sahəsinin şimaldan 530 kv.m hissəsi X2 adına verilmiş plan- ölçünün baza məlumatı ilə üst-üstə düşür (**********780). Habelə, sözügedən əraziyə dair X3 da müraciəti daxil olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4452/2022 nömrəli qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri, Səbail Rayonu, Bibiheybət qəsəbəsi Salyan 32 saylı ünvanda yerləşən “Köhnə bağ” sahələrində Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 506 saylı sərəncamı ilə iddiaçıya ayrılan və hazırda sahibliyində və istifadəsində olan Bakı şəhəri, Səbail Rayonu, Bibiheybət qəsəbəsi, Salyan 32 saylı ünvanda “Köhnə Bağ” sahələrində yerləşən torpaq sahəsinə dair faktiki mövcud olan ölçülərinə uyğun olaraq mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. 8 Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinin ayrılmasına dair yerli icra hakimiyyəti orqanının müvafiq sərəncamının, həmçinin plan-cizgisinin olması, torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-248/2023 nömrəli q ərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: - Səbail rayon İcra Hakimiyyəti başçısının 506 saylı xx.xx.1997-ci il tarixli sərəncamı ilə Bibiheybət qəsəbəsi, ünvan ünvanda yerləşən “Köhnə bağ” sahələrindən İddiaçı ayrılmış, lakin sərəncama əlavə olunmuş cizgidə ölçüsü göstərilməyən, faktiki ölçüsü 1200 kv.m. olan torpaq sahəsinin cizgisi ilə **********29 reyestr nömrəsi və **********90 reyestr nömrəsi ilə X1 adına müvafiq olaraq 133 kv.m. və 130 kv.m. daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X2 adına verilmiş **********0780 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunmuş 531 kv.m. torpaq sahəsinin koordinatlarının üst-üstə düşüb-düşməməsi müəyyən edilsin.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1243 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının 506 saylı xx.xx.1997-ci il tarixli sərəncamı ilə Bibiheybət qəsəbəsi, ünvan ünvanda yerləşən "Köhnə bağ” sahələrindən İddiaçı ayrılmış, lakin sərəncama əlavə olunmuş cizgidə ölçüsü göstərilməyən, faktiki ölçüsü 1200 kv.m. olan torpaq sahəsinin 260 kv.metr hissəsi digər şəxslərə aid torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı ayrılmış və digər sahələrlə üst-üstə düşməyən 940 kv.metr torpaq sahəsinin cizgisi və koordinatları rəyə əlavə edilmiş sxemdə qeyd edilmişdir.

12. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ona Bakı şəhəri Səbail rayon İcra H akimiyyətinin 506 saylı xx.xx.1997-ci il tarixli sərəncamı ilə ayrılmış Bakı şəhəri, Səbail Rayonu, Bibiheybət qəsəbəsi Salyan 32 saylı ünvanda “Köhnə Bağ” yerləşən 940.kv.m sahədən ibarət olan torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)-248/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmiş, iddiaçıya Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 506 saylı xx.xx.1997-ci il tarixli sərəncamı ilə ayrılmış Bakı şəhəri, Səbail Rayonu, Bibiheybət qəsəbəsi Salyan 32 saylı ünvanda “Köhnə Bağ” sahəsində yerləşən 940 kv.m. sahədən ibarət olan torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmu şdur.

14. Apellyasiya instansiyası məhkəməsi cavabdehin “iddiaçının torpaqayırma sənədində torpağın ölçüsünün göstərilməməsi” ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsinin 1200 kv.m. olduğu Səbail rayon İH tərəfindən verilmiş torpaq sahəsinin cizgisində göstərilmişdir. Həmin cizgi torpaqayırma sənədinin (sərəncamın) texniki göstəricilərini əks etdirən ayrılmaz tərkib hissəsidir. Ona görə də iddiaçıya müvafiq sərəncamla ayrılması qərara alınan torpaq sahəsinin ölçüsü 1200 kv.m. olmuşdur, hansı ki, həmin torpağın da ekspert rəyinə əsasən 260 kv.m. hissəsi başqa şəxslərin torpaqları ilə üst-üstə düşür, lakin 940 kv.m. hissəsi boşdur və iddiaçının dəqiqləşmə ərizəsinə əsasən tələbi də məhz həmin 940 kv.m. torpaq sahəsinin adına rəsmiləşdirilməsi ilə bağlı dır. İddiaçı 940 kv.m. torpaq sahəsinin adına rəsmiləşdirilməsi ilə bağlı tələbində haqlı olduğu üçün onun həmin tələbi təmin olunmalıdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçının İdarəyə müraciəti zamanı göstərdiyi torpaq sahəsi ilə xx.xx.2023-cü il tarixli, 10/1243 nömrəli ekspert rəyi və ona əlavə olunmuş sxemdə göstərilən torpaq sahəsi müxtəlif yerlərdə yerləşir. Belə ki, ekspert rəyinə əlavə olunmuş sxemdə qeyd olunan 1200 kv.m torpaq sahəsi heç bir torpaq sahəsi ilə üst-üstə düşmür və iddiaçı tərəfindən təqdim edilən xx. xx.2018-ci il tarixli yerləşmə cizgisi ilə uyğunsuzluq təşkil edir. Həmin cizgidə qeyd olunan torpaq sahəsi iddiaçının İdarəyə müraciəti zamanı göstərdiyi torpaq sahəsinə uyğundur. Lakin elektron kadastr məlumatlarına əsasən yerləşmə cizgisində göstərilən torpaq sahəsinin cənubdan 130 kv.m hissəsi X1 adına ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsi, 128 kv.m hissəsi isə X1 adına ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşür. Torpaq sahəsinin şimaldan 525 kv.m hissəsi X2 adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin plan-ölçünün baza məlumatı ilə üst-üstə düşür. b) kassasiya şikayətinə etirazın dəl illəri

17. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə il ə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bil ər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Şikayət aşağıdakı səbəblərə görə təmin ol una bilməz.

23. İş materiallarından göründüyü kimi, torpaq sahəsi iddiaçıya Səbail rayon İcra Hakimiyyətinin 506 saylı xx.xx.1997-ci il tarixli sərəncamı ilə ayrılmışdır. 24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də dövlət qeydiyyatının əsası kimi məhz İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş akt nəzərdə tutulmuşdur.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 4 oktyabr 2016-cı il qərarında aşağıdakılar təsbit olunmuşdur: “Mülki Məcəllənin 139.1ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu qayd a “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş ə saslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.... “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçı tərəfindən cavabdehə təqdim edilən aktın “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilməmişdir.”

26. Beləliklə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində təsbit olunmuş şərt iddiaçı tərəfindən ödənildiyi ndən, onun həmin normadan irəli gələn tələb hüququ vardır.

27. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işdə olan ekspert rəyindən, eləcə də, apellyasiya məhkəməsinin iclasında ekspertin verdiyi ifadəsindən müəyyən olunur ki, iddiaçıya ayrılmış 1200 kv.m. torpaq sahəsinin 940 kv.m. hissəsinin hər hansı şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən olunmuşdur.

28. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, ekspert rəyinin surəti apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehə göndərilmiş, ekspert rəyinin araşdırıldığı, həmçinin həmin rəyi vermiş ekspertin də iştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak etmiş, lakin cavabdeh tərəfindən həmin rəyə hər hansı münasibət bildirilməmişdir.

29. Apellyasiya instansiya sı məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 21(103)-248/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar