Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2639/2019 15.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: arxiv arayışı əsasında kolxozda işlədiyi illərin sığorta stajına adi edilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X2, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şö bəsinə (bundan sonra cavabdeh) qarşı“1972-1973 və 1975-1996-cı il tarixinədək Qaysa kəndində yerləşən T.İsmayılov adına kolxozda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)381/2019 saylı, 20 iyun 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 15 oktyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Balakən rayon Dövlət Arxivinin 27.07.2018-ci il tarixli, 18.03.2019-cu il tarixli arxiv arayışları və Balakən Rayon Məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli 2(019)-1295/2018 saylı qətnaməsinə əsasən iddiaçı 1972-1973 və 1975-1996-cı il tarixi nədək Qaysa kəndində yerləşən T.İsmayılov adına kolxozda işləmişdir. Cavabdehin iddiaçıya ünvanladığı 21 yanvar 2019-cu il tarixli məktubunda qeyd olunur ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi və hesablanması qaydaların 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının 1972-1973 və 19751996-cı il tarixinədək Qaysa kəndində yerləşən M.Qorki adına kolxozda işlədiyi illər əmək kitabçasında qeyd edilməmişdir. Cavabdehin 16.04.2019-cu il tarixli 203 nömrəli arayışından görünür ki, Balakən rayon kolxozlarında minimum adam gün norması kişilərdə 200 adam gün, qadınlarda 180 adam gün nəzərdə tutulmuşdur. Ona görə d ə iddiaçı 27.07.2018-ci il tarixli 288 nömrəli arxiv arayışına əsasən 24 il kolxozda iş stajı olmasına baxmayaraq 20 ilində minimum adam gün normaları yerinə yetirmişdir. İddiaçı 1973-cü, 1975-ci, 1977-ci, 1990-cı illər ərzində (728+350+1092+1031)=3201 adam saat işləmiş, yerinə yetirməmiş 4 ilin normalarına əsasən 3201 adam saat işləmiş, həmin günlər kişilər üçün nəzərdə tutulan günü 7 adam saat normasına bölünərsə, iddiaçının Balakən rayon kolxozlarında faktiki işlədiyi müddətin 2 il 3 ay müəyyən edilir. Beləliklə, iddiaçının arxiv arayışına əsasən ümumi iş stajı 22 il 3 ay təşkil etmişdir. İddiaçı 7 fevral 2019-cu il tarixdə iddia ərizəsi, sonradan iddianın dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1972-1973 və 1975-1996-cı il tarixinədək Qaysa kəndində yerləşən T.İsmayılo v adına kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim X3, 2-1(84)-504/2019 saylı iş) 22 aprel 2019-cu il tarixli qərarı ilə iddia qismən təmin edilərək cavabdehin üzərinə iddiaçının Balakən rayonu Qaysa kənd ərazisində fəaliyyət göstərən T.İsmayılov adına kolxozunda işlədiyi 1972, 1976, 1978-1989, 1991-1996-cı illər tam, 1973, 1975, 1977, 1990-cı illərdə işlədiyi müddət isə minimum əmək iştirakı normasına görə faktiki işlədiyi müddət (2 il 3 ay) nəzərə alınmaqla sosial sığorta stajına daxil edilməsi öhdəliyinin qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, qanunvericiliyə əsasən inzibati icraat zamanı işin faktiki ha lları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması yolverilməzdir. İş stajını təsdiq edən sənəd kimi arayışlar nəzərə alınır. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdir. Cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş 19.06.2019-cu il tarixli arayışda qeyd olunur ki, iddiaçının Balakən rayonu Qaysa kənd ərazisində fəaliyyət göstərən T.İsmayılov adına kolxozunda işlədiyi 1972, 1976, 1978-1989 və 1991 -1996-cı illər tam, 1973, 1975, 1977 və 1990-cı illərdə minimum adam günü normalarını doldurmadığına görə faktiki iş stajı 2 il 3 ay olmaqla cəmi həmin kolxozda 22 il 3 ay və 2 il hərbi xidmət dövrü ilə ümumi iş stajı 24 il 3 ay təşkil edir. Əgər məhkəmə iddiaçının həmin illərini təsdiq edərsə onun tələb olunan 16743 manat kapitalına qarşı 24 il 3 ay x 701,47=17045,72 manat pensiya kapitalına malik olmaqla yaşa görə əmək pensiyası hüququ qazandırır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 22 aprel 2019-cu il qərarı ilə razılaşan Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X1-məruzəçi, Gündüz Qasım oğlu və X4,2-1(107)381/2019 saylı iş) 20 iyun 2019-cu il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmə dən saxlamışdır. Cavabdeh 28 iyun 2019-cu il tarixdə qərarın surətini almış, 16 iyul 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci bəndinə əsasən Qanun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması, yəni iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının yuxarıda qeyd edilən iş stajları əmək kitabçasında qeyd edilməmişdir. Məhkəmə qərar qəbul edərkən yalnız X7 rayon şöbəsi tərəfindən verilmiş aray ışa əsaslanmışdır. İddiaçının qeyd olunan iş stajının qeyd olunduğu əmək kitabçası olmadığından belə bir qərar ləğv olunmalı idi. əsaslandırma hissəsi: İddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İ PM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İddiaçı pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmiş, 1972-1973-cü və 1975-ci ildən 1996-cı il tarixədək iddiaçının kolxozda işlədiyi illər əmək kitabçasında göstərilmədiyindən ona pensiya təyin olunmasından imtina olunmuş, dəqiqləşdirilmiş iddiada iddia tələbi 1972-1973-cü və 1975-ci ildən 1996-cı il tarixədək kolxozda işlədiyi iş stajının sosial sığorta stajına daxil edilməsi barədə olmuşdur. İddia mümkünlük şərtlərinə cavab verir. İd diaçı pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Cavabdeh etirazında təqdim edilən arxiv arayışında olan dövr iddiaçının əmək kitabçasında olmadığına görə həmin illərin nəzərə alınmadığını bildirmişdir. İddiaçının 1972-1973-cü illərdə və 1975-ci ildən 1996-cı il tarixədək Balakən rayonu Qaysa kəndində yerləşən T.İsmayılov (M.Qorki) adına kolxozda işləməsi işdə olan çoxsaylı arxiv sənədləri (əmək haqqı cədvəlləri və sair) ilə təsdiq olunur. İddiaçının 1972-1973-cü illərdə və 1975-ci ildən 1996-cı il tarixədək Balakən rayonu Qaysa kəndində yerləşən T.İsmayılov (M.Qorki) adına kolxozda işləməsi Balakən rayon Məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli qətnam əsi ilə də sübuta yetmiş, cavabdeh həmin işdə maraqlı şəxs qismində iştirak etmişdir. 1964-cü il 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş “Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında” SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli 859 №-li Qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staj müddətinə daxil edilmir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Kolxozun nümunəvi nizamnaməsinin 33-cü bəndində qeyd edilir ki, kolxozda iş günü, müddəti, qaydas ı, istirahət günləri; hər il pullu məzuniyyətlər verilməsi qaydası, habelə əmək qabiliyyətli kolxozçuların ictimai təsərrüfatda əmək iştirakı minimumu, sınaq müddətini keçmə qaydaları kolxozun daxili intizam Qaydaları ilə tənzim olunur. Yəni kolxozda iş vaxtının minimum əmək iştirakı normasının (minimumun) müəyyən edilməsi həmin kolxozun daxili Qaydaları ilə müəyyən edilir. Apellyasiya instansiyası Oğuz rayon Dövlət Arxivinin 4 mart 2019-cu il tarixli arayışına istinad edərək kişilərə minimum normanı 260 gün müəyyən etmişdir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 sayl ı qərarı ilə qüvvədən düşmüşdür) 1-ci bəndində qeyd edilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Yuxarıda sadalanan qanunvericilik əsas götürülərək iddiaçının faktik iş norması nəzərə alınmaqla 1972, 1976, 1978-1989-cu illər tam, 1983, 1975, 1977 və 1990-cı illərdə işlədiyi müddət isə minimum əmək iştirakı normasına görə faktiki işlədiyi müddət qismən (2 il 3 ay) müəyyən edilmişdir. Mübahisə olunan illərin iddiaçının iş stajı kimi təsdiq edilməsi dövlət arxivinin arayışında və sənədlərində qeyd edildiyindən, həmin məlumatların cavabdehdə ş übhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən, bəhs edilən dövrü iddiaçının sosial sığorta stajına aid etməklə məhkəmə düzgün nəticəyə gəlmişdir. Odur ki, şikayətin dəlili əsaslı olmamışdır. Məhkəmə kollegiyası iddiaçının hüquqi marağının mövcudluğu ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı xx xxxxxx 1954-cü ildə anadan olmuşdur. İddiasında yaşa görə əmək pensiyası təyin edilməsi barədə cavabdehə müraciət etdiyini, iş stajı əmək kitabçası ilə təsdiq olunmadığına görə cavabdehin ona pensiya təyin olunmasından imtina etdiyini bildirmişdir. Cavabdeh apellyasiya məhkəməsinə ünvanladığı 19 iyun 2019-cu il tarixli məktubunda qeyd etmişdir ki, iddiaçının kolxozda işlədiyi cəmi stajı 22 il 3 ay və 2 il hərbi xidmət dövrü nəzərə alınmaqla ümumi iş stajı 24 il 3 ay tə şkil edir. Həmin illərin stajı təsdiq edilərsə, onun tələb olunan 16743 manat kapitalına qarşı 17045,72 pensiya kapitalına malik olmaqla yaşa görə əmək pensiyası hüququ qazanır. Cavabdeh iddiaçının pensiya hüququna malik olmasını, bu hüququn onun pensiya kapitalı ilə təsdiq olunmasını bildirdiyindən, kollegiyanın qənaətinə görə iddia tələbi iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı olduğundan və iddiaçı belə tələb hüququna malik olduğundan iddiaçının iddia qaldırmaqda hüquqi marağı mövcud olmuşdur. Apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermədiyindən şikayət təmin olunmadan, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məc əlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-381/2019 saylı, 20 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2639/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2639/2019
15.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver