Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-264/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Mingəçevir şəhər şöbəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və 23.04.2019 Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, tərəflərin iştiraki olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Mingəçevir şəhər şöbəsinə qarşı təhsil müddətinin sosial sığorta illərinə daxil edilməsi haqqında iddia tə ləbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli qərarından cavabdeh şöbə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının 01.09.1969-cu il tarixdən 28.02.1972-ci il tarixədək X2 Texnikumunda əyani təhsil aldığı dövrün sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdeh şöbənin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 22 may 2018-ci il tarixli qərarı ilə (hakim V.Qasımov; iş № 2-1(84 )-884/2018) iddianın təmin edilməsi; cavabdeh şöbənin üzərinə iddiaçıya 01.09.1969-cu ildən 28.02.1972-ci ilədək X2 Texnikumunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliynin qoyulması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli qərarı ilə(sədrlik edən R.Əliyev, hakimlər M.Hüseynov və İ.Şükürov; iş № 2-1(107)366/2018) apellyasiya şikayətinin təmin edilməməsi; Şəki İnzibati-İqtisadi Məhkəməsinin 22 may 2018-ci il tarixli qərarının baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan cavabdeh şöbə kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh şöbənin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya inistansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə əsassız və qanunsuz qərar qəbul olunmuşdur. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə tərəflərin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən, məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali M əhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir.. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan müəyyən edilir ki, iddiaçı 01.09.1969-cu il tarixdə X2 Texnikumuna daxil olmuş, Dövlət imtahan Komissiyasının 28.02.1972-ci il tarixli qərarı ilə ona aqronom ixtisası verilmiş və 28.02.1972-ci ildə O seriyalı 270519 nömrəli diplom almışdır. O, həmin müddətin sosi al sığorta müddəti kimi nəzərə alınmasını cavabdeh şöbədən xahiş etmiş, lakin sonuncu özünün 20.04.2018-ci il tarixli cavab məktubunda bundan imtina etmiş və bildirmişdir ki, "Əmək pensiyaları haqqında" Qanununda sığorta stajına daxil edilən müddətlərin tərkibində əyani təhsil müddəti nəzərdə tutulmamışdır. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, haqlı olaraq belə hesab etmişdir ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan, yəni 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı” haqqında SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə görə, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslar da oxuyanlar əmək pensiyası almaq hüququna malikdirlər. Göründüyü kimi, tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə ali, orta ixtisas, texniki peşə məktəblərində təhsil müddəti iş stajına daxil edilirdi. Həmin qanunvericilikdə qeyd edilən dövrün əmək stajına daxil edilməsi barədə konkret göstəriş olduğundan iddiaçı bu hüquqdan məhrum edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinə əsasən, hazırda qüvvədə olan qanunvericiliyi həmin dövrə tətbiq etmək mümkün deyildir. Çünki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Göründüyü kimi, cavabdeh şöbənin ağırlaşdırıcı hallara istinad edərək əyani təhsil müddə tini sosial sığorta stajına daxil etməməsi konstitusion normanın pozulmasıdır. Bundan başqa, iddiaçının əyani təhsil aldığı müddət onun artıq qazanılmış hüququdur. Qeyd edilməlidir ki, “əmək stajı" və “pensiya hüququ” bir-birindən fərqli anlayışlardır. Pensiya hüququ şəxsin qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur, yəni bu gün qüvvədə olan pensiya hüquq normalarını tənzimləyən qanunvericilik aktında əyani təhsil müddətinin əmək stajına daxil edilməməsi pensiya hüququ yaranmış şəxsə deyil, hazırda əyani təhsil alan şəxsə şamil edilməlidir. Ona görə də “əyani təhsil müddətinin əmək stajına daxil edilməsi” məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə, pensiya hüququ isə bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimləni r. Beləliklə, “əmək stajı" və “pensiya hüququ” müxtəlif dövrlərdə yaranan hüquqi anlayışlar olduğundan, təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə müəyyən oluna bilməz. Cavabdeh şöbə 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda əyani təhsil müddətinin sığorta stajına daxil edilməsinin nəzərdə tutulmaması ilə bağlı dəlil söyləsə də, iddiaçı pensiyaya çıxmaq hüququnu 2006-cı ildən sonra əldə etsə də, təhsil müddətinin sığorta stajına daxil edilməsi ilə bağlı hüquqlarını “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olduğu dövrdə yox, 1969-1972-ci illərdə əldə etdiyindən və bu hüquq onun qazanılmış hüququ olduğundan, yuxarıda qeyd olunan maddi hüquq no rması hazırki mübahisəyə tətbiq oluna bilməz. Odur ki, bu dəlillər əsaslı olmadığından təmin eilə bilməz. Beləliklə, cavabdeh şöbənin iddiaçının 01.09.1969-cu ildən 28.02.1972-ci ilədək X2 Texnikumunda təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsindən imtinası qanuni və əsaslı olmamışdır. 1-ci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 149.7-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İPM-in 1.2-ci maddəsinə müvafiq olaraq bu Məcəllə ilə başqa qayda müəyyən edilmədi yi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ıxtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və k linik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, cavabdeh şöbənin kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mül ahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilməmişdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəm ə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondununun Mingəçevir şəhər şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-264/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-264/2019
23.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver