Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-264/2020 28.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: Ali Məhkəmənin hakiminin əmək haqqına uyğun pensiyanın təyini və hesablanması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X11, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi nin vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə(bundan sonra cavabdeh) qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 21(103)-1939/2019 saylı, 16 oktyabr 2019-cu il tarixli qərarından iddiaçı və cavabdehin verdikləri kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında 28 yanvar 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı 19 aprel 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əmək kitabçasına əsasən 13 sentyabr 1969-cu il tarixdən 19 aprel 2017-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul o lmuş, həmçinin 1994-2000-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi işləmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixi qərarı ilə iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü seçilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 1 avqust 1994-cü il tarixli 91 nömrəli əmrinə əsasən iddiaçının Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli 867 nömrəli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının üzvü seçilməsinə əsasən 27 iyul 1994-cü il tarixdən Hərbi Kollegiyanın şəxsi heyəti siyahısına salınmış və xidməti vəzifəsinin icrasına başlamışdır. Həmin tarixdən bütün təminatlarla təmin edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 31 mart 1995-ci il tarixli qərarı ilə iddiaçıya “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnaməyə uyğun olaraq ikinci ixtisas dərəcəsinin verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 aprel 1995-ci il tarixli 134 nömrəli əmrinə əsasən iddiaçıya Azərbaycan Respublikası Milli Məclisinin qərarına əsasən ikinci ixtisas dərəcəsi verildiyinə görə ixtisas dərəcəsinə müvafiq maaşına əlavə edilmişdir. Azərbaycan Respublikasının müdafiə nazirinin 30 iyun 1997-ci il tarixli əmrindən çıxarışa əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının üzvü ədliyyə polkovnik-leytenantı iddiaçıya növbəti ədliyyə polkovniki hərbi rütbəsi verilmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon İda rəsinin 22 oktyabr 2014-cü il tarixli 380 nömrəli arayışına əsasən iddiaçıya Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrlər sırasından 25 fevral 1995-ci il tarixli ədliyyə baş leytenantı, 2 oktyabr 1995-ci il tarixli ədliyyə polkovnik-leytenantı, 30 iyun 1997-ci il tarixdə ədliyyə polkovniki rütbəsi verilmişdir. İddiaçı Dövlət Sosial X8 rayon şöbəsinə ərizə ilə müraciət edərək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Dövlət Sosial X8 rayon şöbəsinin iddiaçıya ünvanladığı 2 iyun 2017-cil il tarixli məktubda iddiaçının əmək pensiyasının yenidən hesablanmasından imtina olunaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.7.1-ci maddəsinə əsasən 5 il hakim işləmiş sabiq hakimlərə-hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında, 30.7.2-ci maddəsinə əsasən 5 ildən 10 il qədər hakim işləmiş sabiq hakimlərə-hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla, 20.7.3-cü maddəsinə əsasən 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə-hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. İddiaçı 1995-2000-ci illərdə Azərbaycan Respub likası Ali Məhkəməsinin hərbi kollegiyasının hakimi işlədiyi müddətlərdə müraciətdə qeyd etdiyi əlavələri almadığı üçün pensiyasının hesablanmasında həmin əlavələrin nəzərə alınması mümkün deyildir. İddiaçı 20 fevral 2017-ci il tarixdə cavabdeh Dövlət Sosial X8 rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun 1994-2000-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının hakimi vəzifəsində işlədiyi illər, yəni 5 illik dövr Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinin əmək haqqındakı sonrakı artımlarla bərabər nəzərə alınmaqla, həmçinin 25 ildən artıq hakim vəzifəsində işlədiyi üçün vəzifə maaşının 75 faizi məbləğində əlavə haqq, Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ona verilmiş ikinci ixtisas dərəc əsinə görə minimum əmək haqqının dörd misli məbləğində əlavə haqq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının hakimi kimi hərbçi olduğu üçün ona rütbəyə, hərbi xidmət illərinə görə və ərzaq təminatı ilə əlaqədar verilən əlavə haqlar nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması haqqında öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin (X1, 2-1(86)-2722/2017 saylı iş) 10 avqust 2017-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçının 1994 - 2000-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının hakimi vəzifəsində işlədiyi illər, yəni 5 illik dövr Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinin əmək haqqındakı sonrakı artımlarla bərabər nəzərə alınmaqla, hə mçinin 25 ildən artıq hakim vəzifəsində işlədiyi üçün vəzifə maaşının 75 faizi məbləğində əlavə haqq, Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ona verilmiş ikinci ixtisas dərəcəsinə görə minimum əmək haqqının dörd misli məbləğində əlavə haqq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının hakimi kimi hərbçi olduğu üçün ona rütbəyə, hərbi xidmət illərinə görə və ərzaq təminatı ilə əlaqədar verilən əlavə haqlar nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması haqqında Dövlət Sosial X8 rayon şöbəsinin üzərinə öhdəlik qoyulmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X3məruzəçi, X9 və X2, 2-1(106)-454/2017 saylı iş) 2 noyabr 2017-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati-İqtis adi Məhkəməsinin 10 avqust 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlərBədəlov Kəmaləddin Nurəddin oğlu-məruzəçi, Dadaşov İlqar Ağababaş oğlu və X13, 2-1(102)-380/2018 saylı iş) 7 mart 2018-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X8 rayon şöbəsinin kassasiya şikayəti qismən təmin olunaraq Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2 noyabr 2017-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılmaq üçün həmin məhkəməyə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X5məruzəçi, X4 və X25, 2-1(106)-191/2018 saylı iş) 12 iyun 2018-ci il tarixli qər ardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 10 avqust 2017-ci il tarixli qərarı ləğv edilmiş, inzibati iş aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakıİnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İddiaçı 23 iyul 2018-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun 1994-2000-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının hakimi vəzifəsində işlədiyi illər, yəni 5 illik dövr Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinin əmək haqqındakı sonrakı artım larla bərabər nəzərə alınmaqla, həmçinin 25 ildən artıq hakim vəzifəsində işlədiyi üçün vəzifə maaşının 75 faizi məbləğində əlavə haqq, Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ona verilmiş ikinci ixtisas dərəcəsinə görə minimum əmək haqqının dörd misli məbləğində əlavə haqq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının hakimi kimi hərbçi olduğu üçün ona rütbəyə, hərbi xidmət illərinə görə və ərzaq təminatı ilə əlaqədar verilən əlavə haqlar nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması haqqında öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 19.04.2017-ci ildə pensiya yaşına çatmağı ilə əlaqədar hakim kimi fəaliyyətinə xitam verildikdən sonra əmək pensiyasını almaq üçün DS MF-nin Cəlilabad rayon şöbəsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsində “Əmək pensiyaları haqqında” Qanunun 20.7.3-cü maddəsinə əsasən 10 ildən yuxarı hakim vəzifəsində işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta əmək haqqının 55%-i miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta əmək haqqının 5 %-i miqdarında əlavə olunmaqla, lakin həmin orta əmək haqqının 80% miqdarından çox olmamaq şərti ilə ona pensiya təyin edilməsini əsas götürərək pensiya təyin edilərkən 1994-cü ildən 2000-ci ilədək Azərbaycan Respublikası Ali Məhkəməsinin hərbi kollegiyasının hakimi vəzifəsində işlədiyi 5 ilin orta aylıq əmək haqqının əsas götürülməsini, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinə əsasən “əmək haqqı artımındakı sonrakı dəyişikliklər in həmin məbləğə şamil edilməsi” barədə tələbini nəzərə alaraq Azərbaycan Respublikası Ali Məhkəməsi hakiminə verilən əmək haqlarının da ona pensiya təyin edilərkən nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsini İşlər İdarəsinin 16.06.2017-ci il tarixli 712/37 saylı arayışına əsasən, Ali Məhkəmənin hakimlərinin vəzifə maaşı Ali Məhkəmənin sədrinin vəzifə maaşının 80%-i miqdarında (hal-hazırda Ali Məhkəmənin sədrinin vəzifə maaşı 2280 manat, Ali Məhkəmənin hakimlərinin vəzifə maaşı 1824 manat təşkil edir) müəyyən edilmişdir. Ali Məhkəmənin hakimlərinə hər 5 illik hakimlik stajına görə vəzifə maaşının45 %-i miqdarında əlavə haqq (15 il hakimlik stajı olanlar üçün), səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 %-i həcmi ndə aylıq pul təminatı, yüksək hüquqi ixtisasa görə vəzifə maaşının 15%-i həcmində haqq, məzuniyyətə çıxdıqları vaxt 2 aylıq əmək haqqı məbləğində müavinət və hər il müalicə olunmaları üçün 2 aylıq əmək haqqı məbləğində pul təminatı ödənilir. DSMF-nin Cəlilabad rayon şöbəsi tərəfindən göndərilmiş 02.06.2017-ci il tarixli 79/04-190 saylı məktubda cavabdeh də ona “Əmək pensiyaları haqqında” Qanunun 20.7.3-cü maddəsinə əsasən 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 55% miqdarında, 10 ildən yuxarı hakim stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 80 % miqdarından çox olmayan pensiya təyin edilməsi ilə razılaşsa da, lakin “Məhkəmələr və hakimlər haqqında” Qanunun “əmək haqqı artımındakı sonrakı dəyişikliklərin həmin məbləğə şamil edilməsi” barədə tələbini nəzərə almadan ona son 5 ilin hərbi məhkəmənin hakiminin orta aylıq əmək haqqı nəzərə alınmaqla pensiya təyin etmişdir. Beləliklə, iddiaçı hesab edir ki, 25 ildən artıq hakim vəzifəsində işlədiyindən ona hakimin vəzifə maaşının 75% miqdarında (5x15) əlavə haqq ödənilməlidir. 29.07.1992-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən “Azərbaycan Respublikası məhkəmələri hakimləri üçün ixtisas dərəcələrinin müəyyən edilməsi haqqında” Qanun qəbul edilmişdir. Həmin Qanuna əsasən, Azərbaycan Respublikası məhkəmələri hakimləri üçün 6 dərəcə: ali, İ,İİ, İİİ, İV, V ixtisas dərəcələri müəyyən edilmiş, “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnamə təsdiq edilmiş, Əsasnamədə hakimlərə ixtisas dərəcə lərinin ömürlük verilməsi, ixtisas dərəcəsi olan hakimlərə vəzifə maaşından əlavə haqq verilməsi müəyyən edilmişdir. İddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə, “Əmək pensiyaları haqqında” Qanunun 20.7.3-cü maddəsinə istinad edilmişdir. 2 saylı Bakıİnzibati-İqtisadi Məhkəməsinin (hakim X10, 2-1(82) 3433/2018 saylı iş) 24 oktyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək, iddiaçının 1994-2000-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının hakimi vəzifəsində işlədiyi illər, yəni 5 illik dövr Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinin əmək haqqındakı sonrakı artımlarla bərabər nəzərə alınmaqla, həmçinin 25 ildən artıq hakim vəzifəsində işlədiyi üçün vəzifə maaşının 75 faizi məbləğin də əlavə haqq, Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ona verilmiş ikinci ixtisas dərəcəsinə görə minimum əmək haqqının dörd misli məbləğində əlavə haqq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının hakimi kimi hərbçi olduğu üçün ona rütbəyə, hərbi xidmət illərinə görə və ərzaq təminatı ilə əlaqədar verilən əlavə haqlar nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləğ fərqinin birdəfəlik olaraq iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X14məruzəçi, X6 və X7, 2-1(103)-440/2019 saylı iş) 13 m art 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək 2 saylı Bakıİnzibati-İqtisadi Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlərRəsulbəyova Nigar İmran qızı-məruzəçi, X15 və X16 2-1(102)-2063/2019 saylı iş) 19 iyun 2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 13 mart 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 25 sentyabr 2019-cu il tarixli protokol qərarı ilə cavabdeh Azərbayc an Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X17məruzəçi, X26 və X19, 2-1(103)-1939/2019 saylı iş) 16 oktyabr 2019-cu il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli qərarı “25 ildən artıq hakim iş lədiyi üçün vəzifə maaşına 75 faiz məbləğində əlavə haqq” ödənilməsi hissəsində ləğv olunmuş, iddia həmin hissədə qismən təmin edilərək 25 ildən artıq hakim işlədiyi üçün vəzifə maaşına 45 faiz məbləğində əlavə haqq nəzərə alınmaqla pensiyasının yenidən hesablanması qərara alınmış, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı 6 noyabr 2019-cu il tarixdə kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının 16 oktyabr 2019-cu il tarixli qərarının qismən ləğv edilməsi, müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 19 noyabr 2019-cu ildə kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 16 oktyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətlərinin dəlilləri: İddiaçının kassasiya şikayətinin dəlillərinə görə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 16 oktyabr 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2-1(81)3433/2018 saylı, 24 oktyabr 2018-ci il tarixli qərarı ilə iddiaçı “25 ildən artıq hakim vəzifəsində işlədiyi üçün vəzifə maaşına 45 % məbləğində əlavə haqq” nəzərə alınmaqla pensiyanın yenidən hesablanması qət edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının bu iş üzrə 16 oktyabr 2019-cu il tarixli qərarı qismən ləğv edilməli, müəyyən edilm iş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməlidir. Belə ki, 1997-ci ildə qəbul edilmiş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsi hakimlik stajının hər 5 ilinə görə hakimlərə hər ay vəzifə maaşlarının 15% həcmində əlavə haqq verilməsi nəzərdə tutulmuşdur. 16 fevral 2001-ci ildə göstərilən Qanunun 106-cı maddəsində dəyişiklik edilmiş, həmin maddəyə “hakimlik stajının hər 5 ilinə görə hakimlərə hər ay vəzifə maaşının 15% həcmində əlavə haqq verilməsi” sözlərindən sonra “45%-dən faizdən çox olmamaq şərtilə” sözləri əlavə edilməklə əlavə haqq verilməsi 45%-lə məhdudlaşdırılmışdır. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə iddiaçıya qulluq stajına görə əlavə 1994-2000-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi işlədiyi dö vr nəzərə alınmaqla müəyyən edilmişdir və hazırda iddiaçının pensiyasının məbləği 2.100 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 20.7-ci maddəsinə əsasən, hakimlərə əmək pensiyasına əlavələr istənilən ardıcıl gələn 60 ay ərzindəki əmək haqqının orta aylıq məbləğindən əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. İddiaçının 1995-2000-ci illərin orta aylıq əmək haqqı nəzərə alınaraq pensiyasının hesablanması zamanı həmin orta aylıq əmək haqqı barədə arayışda göstərilən bütün əlavələr nəzərə alındığından, onun pensiyası eyni əsasla yenidən hesablana bilməz, yəni məhkəmənin tələbi bu hissədə, ümumiyyətlə, qeyri-mümkündür. Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsinin ilkin mətnində hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15% həcmində əlavə haqq verildiyi müəyyən edilmişdir. Həmin Qanunun 109cu maddəsində isə səlahiyyət müddətləri qurtardıqdan sonra pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları vəzifə maaşlarının 80% miqdarında pensiya verildiyi qeyd edilmişdir. Həmin dövrdə hakimlərin pensiyası yalnız vəzifə maaşından hesablandığı üçün hakimlərə verilən əlavə haqq pensiya hesablanarkən nəzərə alına bilməzdi. Həmin əlavələr “əmək haqqına artım” sayılmadığından sonradan da nəzərə alına bilməzdi. İddiaçı ixtisas dərəcəsinə görə, hərbi rütbəyə görə, hərbi xidmət illərinə görə, ərzaq təminatı ilə əlaqədar verilən əlavə haqlar barədə arayışlar təqdim etməmiş, həmin məbləğləri aldığını sübut etməmişdir. tərəflərin izahatları: İddiaçı məhkəmə kollegiyas ının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçı və cavabdehin kassasiya şikayətləri vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4cü maddələri). Şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayətlər qəbul oluna bilən hesab edilir. İddiaçıya 1 iyun 2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı he sab edir ki, 1994-2000-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının hakimi vəzifəsində 5 illik dövr Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinin əmək haqqındakı sonrakı artımlarla bərabər nəzərə alınmaqla, həmçinin 25 ildən artıq hakim vəzifəsində işlədiyi üçün vəzifə maaşının 75 faizi məbləğində əlavə haqq, Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ona verilmiş ikinci ixtisas dərəcəsinə görə minimum əmək haqqının dörd misli məbləğində əlavə haqq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının hakimi kimi hərbçi olduğu üçün ona rütbəyə, hərbi xidmət illərinə görə və ərzaq təminatı ilə əlaqədar verilən əlavə haqlar nəzərə alınmaqla pensiyası yenidən hesablanmalıdır. DSMF-nin Cəlilabad rayon şöbəsinin 6 iyul 2017-ci il tarixli m əktubundan görünür ki, iddiaçının 22 il hakim vəzifəsində işlədiyi iş stajı və son 5 il hakim vəzifəsində aldığı 5 ilin orta aylıq əmək haqqı əsas götürülərək 1 iyun 2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İşdə olan sənədlərdən görünür ki, iddiaçı 19 aprel 1952-ci ildə anadan olmuşdur, 26 iyul 1994-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü seçilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının üzvü olduğuna görə 27 iyul 1994-cü il tarixdən Hərbi kollegiyanın şəxsi heyəti siyahısına salınaraq xidməti vəzifəsinin icrasına başlamış, həmin tarixdən bütün təminatlarla təmin edilmiş, 31 mart 1995-ci il tarixdə “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnaməyə uyğun olaraq ikinci ixtisas dərəcəsi verilmiş, ikinci ixtisas dərəcəsi verildiyinə görə ixtisas dərəcəsinə müvafiq maaşına əlavə edilmiş, müdafiə nazirinin 30 iyun 1997-ci il tarixli, 0127/rt nömrəli əmrinə əsasən ədliyyə polkovniki hərbi rütbəsi verilmişdir. Həmçinin ölkə Prezidentinin 03.09.2000-ci il tarixli, 535 saylı sərəncamı ilə Ağır Cinayətlə rə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmiş və 28.07.2007-ci il tarixli, 2289 saylı sərəncamla Ağır Cinayətlər Dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmişdir. Cavabdeh iddiaçının son 5 il hakim vəzifəsində aldığı 5 ilin orta aylıq əmək haqqı əsas götürülərək ona pensiya təyin etdiyini bildirmişdir. İddiaçı isə Ali Məhkəmənin hakimi kimi işlədiyi 5 illik dövr və həmin illərdə əmək haqqına edilən və aldığı əlavələr nəzərə alınmaqla əmək pensiyasının təyin edilməsini arzu etmişdir. İddianın rədd edilən hissəsi üzrə iddiaçının kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İddiaçı hesab edir ki, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15% həcmində əlavə haqq verilməsi nəzərə alınarsa, iddiaçı 25 ildən çox (29 il) hakim işlədiyindən ona vəzifə maaşının 45% həcmində deyil, 75% həcmində əlavə hesablanmalıdır. Qeyd edilməlidir ki, iddiaçı Ali Məhkəmənin hakimi işləyən dövrdə “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsində qeyd edilmişdi ki, hakimlik stajının hər 5 ilinə görə hakimlərə hər ay vəzifə maaşının 15% həcmində əlavə haqq verilir. Lakin həmin normaya 16 fevral 2001-ci ildə edilən dəyişikliyə əsasən, hakimlik stajının hər 5 ilinə görə hakimlərə hər ay vəzifə maaşının 15% həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. İddiaçının pensiya hüququ 1 iyun 2017-ci ildə yarandığından və həmin vaxt hakimlik stajına görə əlavələrdə qanunverici 45 faizlik məhdudiyyət müəyyən etdiyindən bu hissədə iddianı rədd e tməklə məhkəmə haqlı olmuşdur. Cavabdehin kassasiya şikayəti ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Cavabdehin imtinası və şikayətin dəlili ondan ibarətdir ki, 1995-2000-ci illərdə Ali Məhkəmənin hərbi kollegiyasının hakimi kimi işlədiyi dövrdə müraciətində qeyd etdiyi əlavələri almadığı üçün pensiyanın hesablanmasında nəzərə alına bilməz. 29.07.1992-ci il tarixdə qəbul edilmiş, 30.11.2001-ci il tarixədək qüvvədə olan “Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələrinin müəyyən edilməsi haqqında” Qanunla Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələri müəyyən edilmiş, “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnamənin 7-8-ci bəndlərinə əsasən ixtisas dərəcələri hakimlərə ömürlük veril ir və ixtisas dərəcəsi olan hakimlərə vəzifə maaşından əlavə haqq müəyyən edilmişdir. 04.11.1992-ci il tarixdə qəbul edilmiş, 31.05.2007-ci il tarixədək qüvvədə olan “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Azərbaycan Respublikası məhkəmələrinin ikinci ixtisas dərəcəli hakimlərinə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının dörd misli məbləğində əlavə haqq verilməsi qərara alınmışdır. İddiaçıya ikinci ixtisas dərəcəsi verilməsi barədə Milli Məclisin 31 mart 1995-ci il tarixli qərarı olmuşdur. Yəni iddiaçı 1995-2000-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü (hakimi) işlədiyi dövrdə ona ikinci ixtisas dərəcəsi verilmişdir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinə əsasən, hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı ”Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq həyata keçirilir. “Əmək pensiyaları haqqında” Qanunun 20.1.4-cü maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyası yaşına çatmış sabiq hakimlərə təyin edilir. Həmin Qanunun 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.7-ci maddəsinin redaksiyasına görə bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 5 il hakim işləmiş sabiq hakimlərə-hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında; 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə -hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əm ək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla; 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə-hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Qanunvericiliyin tələbinə görə əmək pensiyası yaşına çatmış sabiq hakimlərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınır, onların tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Odur ki, iddiaçının 1994-2000-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü (hakimi) vəzifəsində işlədiyi illər, yəni 5 illik dövr Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinin əmək haqqındakı sonrakı artımlarla bərabər nəzərə alınmaqla, həmçinin Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ona verilmiş ikinci ixtisas dərəcəsinə görə minimum əmək haqqının dörd misli məbləğində əlavə haqq nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması tələbini təmin edərkən apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İşdəki sənədlərə görə iddiaçı 1997-ci ildə ədliyyə polkovnik rütbəsi almış, bu rütbədə, habelə hərbi qulluqçu statusunda olduğu üçün ərzaq təminat ı ilə bağlı əlavə haqq almışdır. İddiaçıya 1994-2000-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü (hakimi) vəzifəsində işlədiyi illər nəzərə alınmaqla pensiya təyin edilməli olduğundan, bu dövrdə o həm də hərbi rütbə və ərzaq təminatı ilə bağlı əlavə haqq aldığından həmin dövrdə aldığı rütbəyə və ərzaq təminatına görə aldığı məbləğləri pensiya təyini zamanı hesablanmalı olması barədə məhkəmənin gəldiyi nəticə əsaslı olmuşdur. Bəhs edilənlərə əsasən,apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan şikayətlər təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayətləri təmin edilmə sin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1939/2019 saylı, 16 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-264/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-264/2020
28.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver