Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-264/2021 09.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “xxxx” MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarına qarşı müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X1, Cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirl ər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 22 oktyabr tarixli, 2-1(103)-1750/2020 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 2020-ci il 11 avqust tarixli, **********528800 nömrəli “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsini xahiş etmişdir.
2. İddiaçı, həmçinin ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən cəmiyyətin “xxxx” ASC-nin “Bridge Plaza” filialında ola n bank hesabına qoyulmuş 2020-ci il 21 avqust tarixli **********2A nömrəli sərəncamın icra edilmədən geri çağırılması, borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında sərəncamlar istisna olmaqla cəmiyyətin bank hesablarına 2020-ci il 11 avqust tarixli, **********528800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərara əsasən hesablanmış borc məbləği ilə bağlı yeni sərəncamların göndərilməsinin vergi orqanına qadağan edilməsi, göndərildiyi təqdirdə isə icra edilməməsi, cəmiyyətin əmlakının siyahıya alınması barədə qəbul edilmiş 2020-ci il 19 avqust tarixli qərarın icrasının dayandırılmasını xahiş etmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən 2020-ci il 11 avqust tarixli, **********528800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul edilmiş və həmin Qərara əsasən iddiaçıya ümumilikdə 92.158,83 manat əlavə vergi məbləği hesablanmışdır. Həmin qərar iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilmişdir. Eyni zamanda, cavabdeh cəmiyyətin bank hesabında olan pul vəsaitinin dövlət büdcəsinə alınması ilə bağlı 2020-ci il 21 avqust tarixdə **********2A nömrəli sərəncamla aidiyyəti üzrə “xxxx” ASC-nin “Bridge Plaza” filialına müraciət etmiş və cəmiyyətin əmlakını siyahıya alınması barədə 2020-ci il 19 avqust tarixli qərar qəbul edilmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 31 avqust tarixli, 2-1(112)-5998/2020 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, cavabdeh tərəfindən iddiaçının “xxxx” ASC-ni n “Bridge Plaza” filialında olan bank hesabına qoyulmuş 2020-ci il 21 avqust tarixli, **********2A nömrəli sərəncamın icra edilmədən geri çağırılması, borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında sərəncamlar istisna olmaqla cəmiyyətin bank hesablarına 2020-ci il 11 avqust tarixli, **********528800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərara əsasən hesablanmış borc məbləği ilə bağlı yeni sərəncamların göndərilməsinin cavabdehə qadağan edilməsi, göndərildiyi təqdirdə isə icra edilməməsi, cəmiyyətin əmlakının siyahıya alınması barədə qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarın icrasının dayandırılması qərara alınmışdır.
5. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəf indən həmin borcun tutulması ilə bağlı vergi qanunvericiliyində müəyyən edilmiş tədbirlər həyata keçirilməsi davam etdirildiyi halda, hazırkı iddia tələbi əhəmiyyətini itirmiş hesab edilə bilər.
6. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və müdafiə xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizənin rədd olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 22 oktyabr tarixli, 2-1(103)-1750/2020 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmiş, iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi qismən təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb qurtaranadək – cavabdehin 2020-ci il 11 avqust tarixli, ********** nömrəli “v ergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar və həmin qərara əsasən hesablanmış vergilərin və maliyyə sanksiyasının dövlət mədaxilinə alınması ilə əlaqədar iddiaçının “xxxx” ASC-nin “Bridge Plaza” filialında olan bank hesablarına qoyulmuş 2020-ci 21 avqust tarixli, **********2A nömrəli sərəncamının icrası dayandırılmış, borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında sərəncamlar istisna olmaqla iddiaçının bank hesablarına 2020-ci il 11 avqust tarixli, **********528800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən hesablanmış vergilərin və maliyyə sanksiyasının dövlət mədaxilinə alınması üçün yeni sərəncamların qoyulması cavabdehə qadağan edil miş, iddiaçının əmlakının siyahıya alınması barədə qəbul edilmiş 2020-ci il 20 avqust tarixli, **********7 saylı Qərarın icrası dayandırılmış, ərizə - cavabdeh tərəfindən cəmiyyətin “xxxx” ASC-nin “Bridge Plaza” filialında olan bank hesabına qoyulmuş 2020-ci il 21 avqust tarixli, **********2A nömrəli sərəncamın icra edilmədən geri çağırılması hissəsində təmin edilməmişdir.
8. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə tərəfindən vergi qanunvericiliyinin müvafiq göstərişləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 41.2-ci maddəsinin müəyyən etdiyi qayda müvəqqəti xarakterli müdafiə haqqında tədbirin müəyyən şərtlərlə görülməsi üçün əsas verir. Lakin birinci instansiya məhkəməsi tərəfindən sərəncamın icra edilmədən geri çağır ılması hissəsini təmin edərək qeyd edilən hallar nəzərə alınmamış, lazımi hüquqi qiymət verilməmişdir.
9. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın qismən ərizənin təmin olunan hissəsində ləğv edilməsini və həmin hissədə ərizənin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
10. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra mətndə - VM) 23.1.6-cı maddəsinə əsasən, vergi orqanları müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin edir. Həmin Məcəllənin 23.1.7-ci maddəsinə görə, vergi orqanları vergi ödəyicilərini n hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, inzibati cərimələrin alınmasını təşkil etməkdir. Həmin Məcəllənin 23.1.8-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək vergi orqanlarının hüquqlarına aid edilmişdir.
11. Göründüyü kimi, qəbul edilmiş qərardadla vergi orqanlarının birbaşa səlahiyyətlərinə müdaxilə edilmişdir.
12. Eyni zamanda, VM-in 63.2-ci maddəsinin tələbi bundan ibarətdir ki, vergi ödəyicisi ona hesablanmış verginin məbləği ilə razı olmadığı halda, verginin öd ənilməsini dayandırmadan bilavasitə vergi nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət verə bilər. Lakin məhkəmənin hazırkı qərardadı ilə cavabdeh qanunla müəyyən edilmiş hüquqlarından məhrum olmuş, iddiaçı isə müəyyən edilmiş vəzifələrindən azad edilmişdir.
13. VM-in 89-cu maddəsinə əsasən: - vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. - əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir.
14. Qəbul edilmiş qərardadla vergi orqanı tərəfindən qoyulmuş sərəncamların icrası dayandırılmaqla, eyni zamanda, gələcəkdə də qovulmasının qadağan edilməsi ilə cavabdehin birbaşa səlahiyyətlərinə müdaxilə edilməklə yanaşı vergi qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqları məhdudlaşdırılmışdır.
15. VM-in 63.2-ci maddəsinə əsasən, vergi ödəyicisi ona hesablanmış verginin məbləği ilə razı olmadığı halda, verginin ödənilməsini dayandırmadan bilavasitə vergi nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət verə bilər.
16. Qanunvericiliyin müddəasından da göründüyü kimi vergi öd əyicisi vergi borcunu mübahisələndirsə də onu ödəməlidir. b. məhkəmə icraatı iştirakçılarının izahatları
16. Cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.
17. İddiaçının vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ
18. VM: Maddə 65.2. Bu Məcəllənin 65.2.1.1 və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Bu zaman kredit təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən bank hesablarında dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir. Maddə 65.2.1. Vergi orqanı aşağıdakı hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir: 65.2.1.1 vergi ödəyicisi tərəfindən hesablanmış və bəya n edilmiş vergilər bu Məcəllənin 65.1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə; 65.2.1.2. vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə; 65.2.1.3. məhkəmənin müvafiq qərarı və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı olduqda həmin qərara uyğun olaraq; 65.2.1.4. vergi ödəyicisinin yazılı razılığı olduqda.
19. İPM: Maddə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasını n dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Maddə 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Maddə 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 41.2. İşin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gə ldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Maddə 41.3. Məhkəmə, inzibati aktın icrasının dayandırılması barədə ərizə ilə bağlı qərar qəbul edilənədək, cavabdehin üzərinə inzibati aktın icrasına yönəlmiş hərəkətləri etməkdən çəkinməyə dair öhdəlik qoya bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərardadının iddiaçının ərizəsinin təmin edilmiş hissəsində ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Şikayət aşağıdakı səbəblər ə görə təmin oluna bilməz.
23. VM-in yuxarıda qeyd edilən 65.2-ci və 65.2.1-ci maddələrinin məzmunundan da göründüyü kimi qanunverici pul vəsaitinin məxaric əməliyyatları üzrə “dondurulması haqqında” sərəncamı və vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından “dövlət büdcəsinə alınması haqqında” sərəncamı fərqləndirir.
24. Hazırkı işdə iddiaçı onun bank hesablarından hər hansı bir vəsaitin dövlət büdcəsinə alınması (silinməsi) üçün sərəncam verilməsinin cavabdehə qadağan edilməsini, habelə, cəmiyyətin əmlakının siyahıya alınması barədə qəbul edilmiş 2020-ci il 19 avqust tarixli qərarın icrasının dayandırılmasını tələb edir.
25. Ərizəçinin ifadə tərzinə əsasən, ərizəçi bilavasitə ona hesablanmış vergi borcunun tutulmasına yönələn hərəkətlərdən müdafiə olunmaq məqsədi güdür. Həmin vergi borcunun və onun tutulmasına yönələn hərəkətlərin (görülən tədbirlərin) əsasında ərizəçinin iddia icraatı qaydasında mübahisələndirdiyi qərar dayanır. Beləliklə, ərizəçinin “müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə” ərizəsi həmin qərarın icrasına yönəlmiş tədbirlərin dayandırılmasına yönəlmişdir. Bu səbəbdən, ərizəçinin dəlilləri İPM-in 41-ci maddəsinin kontekstində yoxlanılmalıdır.
26. İddianın uğurluluq ehtimalı hazırda aydın olmasa da (İPM-in 41.2-ci maddəsinin 2-ci cümləsi), ərizəçinin ən azından inzibati aktın icrasının dayandırılmasına olan marağının üstün qüvvəyə malik olduğunu qanunverici VM-in 63.2-ci maddəsində təsbit etmişdir. Həmin normanın tələbinə əsasən, vergi ödəyicisi ona hesablanmış verginin məbləği ilə razı olmadığı halda, vergin in ödənilməsini dayandırmadan bilavasitə vergi nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət verə bilər.
27. İşin materiallarına görə, vergi orqanının qərarı ərizəçi tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş və hazırda iş üzrə məhkəmə araşdırması davam edir.
28. Beləliklə, ərizəçi vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə onun tərəfindən VM-in 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə şikayət verdiyindən (maddə 65.2.1.2), həmin qərarın icrasına yönələn hərəkətlərin (görülən tədbirlərin) qadağan edilməsini tələb etməkdə vergi ödəyicisi (ərizəçi) haqlıdır.
29. Mübahisələndirilən qərar üzrə hesablanmış vergilərin tutulması ilə bağlı vergi orqanının vergi qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının məhdudlaşdırılması ilə bağlı dəlilə gəldikdə, vergi orqanın həmin hüququ, eyni zamanda, iddiaçı vergi ödəyicisinin mübahisələndirilən qərarla müəyyən edilmiş vergi öhdəliyinin icrası VM-in 65.2-ci maddəsi ilə təmin edilir. Həmin normaya görə, vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir.
30. Hazırkı işdə cavabdeh vergi orqanının həmin təminat üsulundan istifadə imkanı məhdudlaşdırılmır.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 22 oktyabr tarixli, 21(103)-1750/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov