Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-264/2022 25.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X2 cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə, BP (British Petroleum) Exploration Xəzər LTD Şirkətinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilmə barədə ərizə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı X2 cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə, BP (British Petroleum) Exploratio n Xəzər LTD Şirkətinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “işlə təmin edilmə, sertifikatların verilməsi, kompensasiyanın ödənilməsi və s.” tələblərinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 10 noyabr tarixli, 2-1(103)2128/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
1. İddiaçı 2021-ci il 5 may tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək BP (British Petroleum) və ARDNŞ-nın (SOCAR) Birgə layihəsində kadr hazırlığı üzrə iş təcrübəsi, X1 üzrə (X5ması üzrə) keçdikləri sahə üzrə onu və qardaşını və ya onların qruplarının hamısını BP (British P etroleum-Britania Petrolu) Şirkətinə, memorandum və birgə sazişlərinə əsasən işlə təmin etməyi və ya SOCARda (ARDNŞ) işlə təmin olunması, ona təqdim etdiyi Ədliyyə Nazirliyinin (2016-cı ildə təqdim etdiyi) və son şəxsiyyət vəsiqəsindəki kimi X3 adı ilə də sertifikat verilməsi barədə və bununla yanaşı bütün layihə iştirakçılarına, layihəni uğurla başa vursalar da verilməyən, amma vəd olunmuş ikinci sertifikatın da verilməsi barədə, bütün iş təcrübələrini e-sosial.az və ya X4 vurulmasının cavabdehlərin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə öhdəlik qoyulması barədə, ARDNŞ-nın idarəsi üçün “Mətbuat və İctimaiyyətlə Əlaqələr üzrə mütəxəssis” vakansiyasının müsahibə mərhələsini kamera çəkilişi ilə yenidən keçirilməsi, qanunların tələb və qaydalarının yaxşı tərəflərinin ona və bütün qrupa təyin olunması haqqında və bu zamana kimi 4 il məcbur işsiz buraxıldıqları üçün işsizlik, əməyin təhlükəsizliyi və sağlamlığı haqqında qanunun norma və qaydalarına uyğun kompensasiyanın işi vəd verən sifarişçi BP Şirkətindən və SOCAR-dan müştərək qaydada tutaraq ona və digər qrup iştirakçılarına ödənilməsi barədə və iddia tələbindəki bəndlərin hər birinin cavabdehlərin üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 2 iyun tarixli, 2-1(112)-6401/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 5 oktyabr tarixli, 2-1(103)-2128/2021 nömr əli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2021-ci il 2 iyun tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçı ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək kassasiya şikayəti vermək üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmasını xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 10 noyabr tarixli, 2-1(103)-2128/2021 nömrəli qərardadı ilə iddiaçının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilmə barədə ərizəsi təmin edilməmişdir.
7. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən onun aztəminatlı şəxs olmasını, heç bir qazancının olmadığını və s. təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının ərizəsinə sübut kimi əlavə etdiyi X4 aid işsiz olmas ı barədə müraciət vərəqi ilə bağlı qeyd etmişdir ki, qeyd olunan vərəqdə yazılan məlumatlar kompüter vasitəsilə yazılıb çapa verildiyindən və elektron qaydada təsdiqlənmədiyindən, iddiaçının müraciətinin məhz X6 vasitəsilə qeydiyyata alınmasını təsdiq etmir. Bu səbəbdən də, qeyd olunan müraciət vərəqi iddiaçının işsiz kimi qeydiyyata alınmasına dair sübut kimi qəbul oluna bilməz.
8. İddiaçı 2021-ci il 10 noyabr tarixli qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, dövlət hesabına vəkillə təmin olunmasını və işə mahiyyəti üzrə baxaraq qərar verilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
9. Kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçının cavabdeh orqanlardan iddia tələbi işsizlik barəsindədir və təqdim edilən sübutlardan, faktlardan və tələb edilən işsizlik kompensasiyasında da görünür ki, iddiaçı işsizdir. İddiaçı 2017-ci ilin fevral ayından cavabdehlər səbəbindən həm işsiz qalmış və həm də işsizlik sığortası ala bilməmişdir. Qərardadda qeyd olunmuşdur ki, iddiaçının X6ndan və ya E-sosial.az saytından çapa verib sübut üçün təqdim etdiyi sənəd əllə yazılmış sənəddir. Bakı Apellyasiya Məhkəməsinin hakimi E-sosial.az və ya X6 qayda və tələblərini bilmədiyindən və bildiyi halda riayət etmədiyindən belə bir səhv nəticəyə gəlmişdir. Belə ki, iddiaçı BP və SOCAR-ın layihəsində iştirak etdikdən sonra işsiz qalmış, işlədiyi müddətsiz müqavilə ilə olan işindən çıxmışdır. b. kassasiya şikayətinə etirazların dəlilləri
10. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti kassasiya şikayə tinə qarşı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər maddi vəsaitə malik olmamasını kassasiya şikayətində də əsaslandırmamışdır. Belə ki, iddiaçı hüquqi yardım göstərilməsi ilə bağlı hər hansı vəkilə və ya vəkil bürolarına müraciət etməsi, onun qazancının vəkilin xidmətini ödəməyə yetərli olmaması barədə hər hansı sübut təqdim etməmişdir. Qeyd olunmalıdır ki, hüquqi yardım göstərilməsi ilə bağlı vəkilin xidmət haqqının məbləği həmin vəkil və müraciət edən şəxsin qarşılıqlı razılaşması əsasında müəyyən edilir. İddiaçı hüquqi yardım göstərilməsi ilə bağlı hər hansı vəkilə və ya vəkil bürolarına müraciət etməsi barədə sübut təqdim etmədiyindən hüquqi yardıma görə ondan nə qədər məbləğ tələb oluna biləcəyi, onun qazancının vəkili n xidmət haqqını ödəməyə kifayət edib-etməyəcəyi barədə nəticəyə gəlmək mümkün deyil. Ona görə də, iddiaçının hazırkı qazancının vəkilin xidmətindən istifadə edilməsi üçün kifayət etməyəcəyi nəticəsinə gəlmək üçün əsas yoxdur. Qeyd olunmalıdır ki, iddiaçının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməməsi onun hüquq və azadlıqlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Belə ki, əsassız olaraq kassasiya şikayəti tərtib olunması üçün dövlət hesabına vəkillə təmin olunma, qanun və məhkəmə qarşısında bərabərlik hüququnun pozulmasına (hazırkı iş üzrə cavabdehə münasibətdə), süründürməçiliyə səbəb olur, şəxslərin intizamsızlığına şərait yaradır. Şəxsin maddi imkansızlığının qiymətləndirmənin aparıla bilməsi üçün isə şəxsin maddi imkansızlığını qanunvericiliklə müəyyən edi lmiş qaydada təsdiq edən hər hansı (aşağı həddə əmək haqqı və ya pensiya, işsizlik müavinəti, dövlət sosial yardımı və s. alması barədə) mötəbər sübut məhkəməyə təqdim olunmalıdır. Formalaşmış məhkəmə təcrübəsinə görə də pulsuz hüquqi yardımla maddi imkanları məhdud olan yetkinlik yaşına çatmayanlar (onların qanuni nümayəndələri), əlillər, habelə əhalinin başqa aztəminatlı təbəqələrindən olan şəxslər təmin edilir. Lakin qeyd olunanlara zidd olaraq, iddiaçı tərəfindən onun aztəminatlı şəxs olmasını, heç bir qazancının olmadığını və s. təsdiq edən heç bir sənəd, sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddiaçının kassasiya şikayəti verməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmasından imtina edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin fa ktiki hallarına uyğun olmaqla qanuni və əsaslıdır.
11. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiyası məhkəməsinin 2021-ci il 5 oktyabr tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
12. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Mə hkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
13. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
14. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükd ə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. Şikayət qərardadın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
16. Nəzərə alınmalıdır ki, işin hallarının araşdırılması prinsipinin tələbləri icraatın bütün mərhələlərinə, habelə icraat iştirakçılarının verdikləri ərizə, vəsatət və şikayətlərə də aiddir.
17. Hazırkı halda, apellyasiya instansiyası məhkəməsi iddiaçının “dövlət büdcəsinin vəsaiti hesabına vəkil ilə təmin olunma barədə” ərizəsinə baxarkən işin hallarının araşdırılması prinsipinin tələblərini təmin etməmiş, iddiaçının təqdim etdiyi yazılı məlumatla kifayətlənərək, müraciətin düzgün hə lli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda, bunu etməmişdir. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (İPM-in 12.1, 12.2-ci maddələri).
18. Apellyasiya instansiyası məhkəməsi iddiaçının təqdim etdiyi məlumatın həqiqiliyini (mötəbərliyini) yoxlamaq imkanına malik olduğu halda, bunu etməmişdir.
19. Kassasiya şikayətinə qarşı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin etirazında göstərilən dəlillərə gəldikdə (iddiaçının hüquqi yardım göstərilməsi ilə bağlı hər hansı vəkilə və ya vəkil bürolarına müraciət etməsi, onun qazancının vəkilin xidmətini ödəməyə yetərli o lmaması barədə hər hansı sübutu təqdim etməməsi və s.), məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir.
21. Normanın məzmunundan göründüyü kimi, işdə iştirak edən şəxslər dövlət büdcəsinin vəsaiti hesabına vəkillə o halda təmin olunurlar ki, vəkilin xidmətlərini ödəmək üçün həmin şəxsin kifayət qədər vəsaiti olmasın.
22. Məhkəmə kollegiyası dövlət büdcəsinin vəsaiti hesabına vəkil ilə təmin olunma barədə ərizələr üzrə ə vvəlki qərarlarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olaraq qeyd edir ki, qanunvericilikdə şəxsin kifayət qədər imkana malik olmamasının meyarları müəyyən edilmədiyindən, belə imkanın olmaması məhkəmə tərəfindən qiymətləndirilir. Yuxarıda qeyd edilən normanın məzmunundan göründüyü kimi, dövlət vəsaiti hesabına vəkillə təmin olunma üçün əsas meyar vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitin olmaması, yəni ərizəçinin aztəminatlı şəxslərə aid olmasıdır.
23. Apellyasiya instansiyası məhkəməsinin qərardadından göründüyü kimi, məhkəmə hesab etmişdir ki, qeyd olunan qiymətləndirmənin aparıla bilməsi üçün şəxsin maddi imkansızlığını qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edən hər hansı (aşağı həddə əmək haqqı və ya pensiya, işsizlik müavinəti, dövlət sosial yardımı və s. alm ası barədə) mötəbər sübut məhkəməyə təqdim olunmalıdır. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçının təqdim etdiyi məlumatın mötəbərliyini yoxlamadan (müstəqil şəkildə öz təşəbbüsü ilə sübutlar toplamadan) rədd etmiş, buradan, iddiaçının öz hesabına vəkil ilə müqavilə bağlamaq iqtidarında olub-olmadığı ilə bağlı qiymətləndirməni İPM-in 58.7-ci maddəsinin tələblərinə uyğun aparmamışdir.
24. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərardadı İPM-in 12.1, 12.2, 58.7-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərardadı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin norma ların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət ərizənin təmin edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 10 noyabr tarixli, 2-1(103)-2128/2021 nömrəli qərardadı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.