Məhkəmə qərarları › İş №2-1(102)-264/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-264/2024

19.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-264/2024 19.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat ı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2023-ci il tarixli, 21(103)-2555/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. DSMF-nin Suraxanı rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə iddiaçıya xx.xx.2019-cu il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. Cavabdehin xx.xx.2021-ci il tarixli **********3 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərarı ilə, iddiaçıya həmin tarixdən 342,63 manat məbləğində pensiya yenidən hesablanaraq təyin edilmişdir.

3. Cavabdehin xx.xx.2022-ci il ta rixli **********2 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərarına əsasən, iddiaçıya həmin tarixdən 354,29 manat məbləğində pensiya yenidən hesablanaraq təyin edilmişdir.

4. İddiaçı cavabdehə müraciət edərək pensiyanın yenidən hesablanmasını xahiş etmişdir.

5. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla iddiaçıya bildirmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixində ona 222,96 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1972-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək əyani təhsil aldığı dövr də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 31 il 11 ay 16 gün sığorta stajı və X1 Sisteminin Pensiya altsi stemi proqram təminatına əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2019-cu il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınan 14.908,32 manat pensiya kapitalı əsasında yaşa görə əmək pensiyanızın məbləği Qanunun 27.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla yenidən hesablanmış və pensiya məbləğində (354,29 manat) heç bir dəyişiklik olmamışdır. Qanunun 27.1-ci maddəsinə uyğun olaraq, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapital ı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Eyni zamanda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.2.3-cü yarımbəndinə uyğun olaraq, 1 iyul 2017ci il tarixdən etibarən Qanuna edilmiş dəyişikliklərə əsasən, Qanunun 29.1-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, illər üzrə isə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilir. Qeyd o lunan Qanunun 27.1-ci maddəsinin və Qaydaların 4.2.3-cü yarımbəndinin tələblərinə uyğun olaraq, iddiaçının xx.xx.2006-cı il tarixinədək 31 il 11 ay 16 gün sığorta stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanaraq xx.xx.2006-cı il tarixinə qeydə alınmış və Qanunun 29.1-1-ci maddəsinə əsasən indeksləşdirilərək xx.xx.2019-cu il tarixi üçün 23.092,54 manata çatdırılmışdır. xx.xx.2006-cı il tarixinədək olan 31 il 11 ay 16 gün sığorta stajına uyğun olaraq hesablanmış pensiya kapitalı 23.092,54 manat və xx.xx.2006-cı il tarixindən xx.xx.2019-cu il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 14.909,09 manat pensiya kapitalı toplanılaraq (23.092,54 + 14.909,09 = 38.0 01,63) gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına bölünmüşdür (38.001,63: 144 = 263,90 manat). Həmçinin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyanızın məbləği xx.xx.2020-ci il tarixindən 307,57 manata, xx.xx.2021-ci il tarixindən 342,63 manata, xx.xx.2022-ci il tarixindən 354,29 manata çatdırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişiklər edilməsi haqqında”” xx.xx.20 17-ci il tarixli, 543 VQD nömrəli Qanuna uyğun olaraq onun xx.xx.2006-cı ildən xx.xx.2017-ci ilədək (11 il 6 ay) fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış kapitalının (11.271 manat) 80 % artırılması, yəni 1,8-ə vurulması və üstünə xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilə kimi yığılan pensiya kapitalının (3638 manat) toplanaraq alınan (23925 manat) məbləğin 144-ə bölünərək yaşa görə pensiya məbləğinin bu qaydada yenidən hesablanması ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1955-ci ildə anadan olmuşdur. xx.xx.1972-xx.xx.1977-ci illərdə əyani olaraq ali təhsil almış, xx.xx.1977-ci ildə əmək fəaliyyətinə başlamış və yaşa görə əmək pensiyası hüququna çatandan sonr a iddiaçıya 2019-cu ildə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2019-cu ildə elektron qaydada 222,96 manat məbləğində pensiya təyin olunmuşdur. İddiaçı xx.xx.2017-ci ildən sonra pensiyaya çıxmış, lakin ona xx.xx.2019-cu ildə pensiya təyin olunarkən məbləği düzgün hesablanmamış, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1- ci maddəsi tətbiq olunmamışdır. Belə ki, xx.xx.2017-ci il tarixindən qüvvəyə minən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında” xx.xx.2017-ci il tarixli, 543 VQD nömrəli Qanunun 27.1-ci maddəsinə edilən dəyişikliyə əsasən 1-ci cümləsində “bu qanun qüvvəyə mindiyi günədək sığortaolunanların” sözləri “sığortaolunanların (əmək pe nsiyaları təyin edilmiş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1- dək sözləri ilə, ikinci cümləsində “170 manat 306 manat” ilə əvəz edilmişdir. Qanunun 27-ci maddəsinin 2-ci cümləsində 170 manatın 306 manat ilə əvəz olunması o deməkdir ki, 170 manata 80% artırılma nəzərdə tutulub və tətbiq edilib (170 x 1,8(80%) = 306 manat təşkil edir). Qanunla eyni zamanda 27.1-ci maddəyə aşağıdakı məzmunda 3-cü cümlə əlavə edilmişdir: ’’Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının xx.xx.2006-cı il tarixindən xx.xx.2017-ci il tarixədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (Əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla 2017-ci il 01 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qey də alınır”. İddiaçıya xx.xx.2019-cu ildə pensiya təyin olunub məbləği hesablanarkən xx.xx.2017-ci il tarixli Qanunun bu göstərişi və tələbi nəzərə alınmamış, qüvvədən düşmüş qanuna əsasən pensiya məbləği hesablanmışdır. Hesab edir ki, cavabdehin hərəkəti əsassızdır. Belə ki, xx.xx.2017-ci il tarixli Qanuna görə xx.xx.2006-cı ildən xx.xx.2017-ci ilədək (11 il 6 ay) yığılmış pensiya kapitalı 80% artırılmalı, yəni 1,8-ə vurulmalı və üstünə pensiyaya çıxdığı günədək yığdığı məbləğ toplanıb, cəmi məbləğin 90%-i 144-ə bölünməlidir. İddiaçının pensiya kapitalı cədvəlindən xx.xx.2006-cı ildən xx.xx.2019-cu ilə kimi 14909 manat pensiya kapitalı toplamağı məlum olur. xx.xx.2006-cı ildən xx.xx.2017-ci ilə kimi yığılmış pensiya kapitalı 11271 manat kimi hesablanmış, iddiaçının 2006-ci ilin yanvar ayın dan 2006-cı ilin dekabr ayına kimi N nömrəli hərbi hissədə işlədiyi zaman Dövlət Sosial Müdafiə Fonduna ödədiyi 234,23 manat məbləğindəki pul əsassız olaraq pensiya kapitalı kimi nəzərə alınmamışdır. Əgər 234,23 manat pulu da nəzərə alınsaydı xx.xx.2006-cı ildən xx.xx.2017-ci ilə kimi yığılmış pensiya kapitalı 11271 manat deyil, 11.505,23 manat edəcəkdir. Digər tərəfdən yığdığı 11271 manat pensiya kapitalı devalvasiyaya uğradığı üçün hər 170 manat = 218 dollar = 370 manat təşkil edir. xx.xx.2017-ci ildən bu günə kimi stabilləşmə olduğundan xx.xx.2017-ci ildən xx.xx.2019cu ilə kimi yığdığı məbləğ (3638 manat) hər 170 manat = 100 dollar = 170 manat təşkil edir. Qanunun tələbinə görə iddiaçının 11 il 6 ay ərzində yığdığı cavabdeh tərəfindən nəzərə alınmış 11271 manat, nəzərə alınmamış 234,2 3 manat məbləğindəki pensiya kapitalı 1,8-ə vurulmalı, yəni 80% artırılmalı, 11.271 manat x 1,8 = 20287 manata çatdırılmalı və üstünə xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilə kimi yığılan pensiya kapitalı olan pul, yəni 3638 manat toplanmalıdır. Bu halda alınan 23925 manat 144 bölünür və alınan məbləğ iddiaçıya ödənilməlidir.

8. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müəyyən olunmuş yaş həddinə çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Vətəndaşa xx.xx.2019cu il tarixli qərar ilə 263 manat 90 qəpik məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pens iya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qanunun 27.1 maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajlarının hər ili üçün 306 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajları aylarının sayına mütənasib olunmaqla hesablanaraq) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hiss əsində xx.xx.2006-cı il tarixə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla bağlı iddiaçının təqdim etdiyi staj məlumatlarına əsasən onun xx.xx.2006-cı il tarixədək 31 il 11 ay 16 gün sığorta stajı qeydə alınmış və pensiya hesablanarkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 27.1 maddəsinin qüvvəyə mindiyi xx.xx.2017-ci il tarixdən sonrakı məbləğ tam nəzərə alınaraq pensiya təyin edilmişdir. Belə ki, PAS-da (X 2) bu artımlar həyata keçirilərək hər bir sığorta olunanların istifadə olunmamış kapitalı müvafiq olaraq xx.xx.2017- ci il tarixə 80% artırılmışdır. İddiaçı 2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan kapitalın 2019-cu il tarixinə indeksləşdirilmiş məbləği 23092,58 manat, xx.xx.2006-cı il tarixindən xx.xx.2019-cu il tarixədək fərdi hesabının sığorta hissənində qeyda alınan pensiya kapitalının 2019-cu il tarixinə indeksləşdirilmiş məbləği 14909,09 manat müəyyən edilmişdir. xx.xx.2020-cu il tarixə həmin Qanunun 29.1-ci maddəsinə əsasən iddiaçıya aldığı yaşa görə əmək pensiyası orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilərək 307,57 manata, xx.xx.2021-ci il tarixə 342,63 manata, xx.xx.2022-ci il tarixə isə 354,29 manata çatdırılmaqla ödən işi hələ də davam etdirilir. Qeyd olunanlara əsasən iddiaçının yaşa görə əmək pensiyasının məbləği qanunvericiliyin tələbinə uyğun hesablanmışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Məhkəmə iclasında iddiaçı tərəfindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatət verilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9960/2022 nömrəli, 08 dekabr 2022-ci il tarixli qərardadı ilə vəsatət təmin edilmiş və iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Ekspertin (ekspertlərin) qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. İş materiallarına əsasən iddiaçının əmək kitabçasına görə stajı və fərdi şəxsi hesabında mövcud olan pensiya kapitalı nəzərə alınmaqla pensiyası düzgün hesablanmışdırmı?

2. İddiaçının iddia etdiyi Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında” xx.xx.2017-ci il tarixli, 543 VQD nömrəli Qanununa uyğun olaraq onun xx.xx.2006-cı ildən xx.xx.2017-ci ilədək (11 il 6 ay) fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış kapitalının (11.271 manat) 80% artırılması, yəni 1,8-ə vurulması və üstünə xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilə kimi yığılan pensiya kapitalının (3638 manat) toplanaraq alınan (23925 manat) məbləğin 144 bölünərək yaşa görə əmək pensiyası məbləğinin bu qaydada yenidən hesablanıb ödənilməsi qanunvericiliyin tələblərinə uyğundurmu?

3. Əlİddiaçı qanunvericiliyin tələblərinə uyğun aylıq hansı məbləğdə pensiya ödənişi edilməlidir?

11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/217 №-li ekspert r əyinə əsasən, iddiaçı Əlİddiaçı fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu xx.xx.2019-cu il tarixə qeydə alınmış pensiya kapitalının məbləği 23.074,56 + 14.909,76 = 37.984,32 manat təşkil edir. Deməli vətəndaşın əmək pensiyasının sığorta hissəsinin məbləği (SH = PSK/Tİ 37.984,32: 144 = 263,78 manat təşkil edir və onun pensiyasının məbləği (P=SH+YH) xx.xx.2019-cu il tarixdən 263,78 + 0 = 263,78 manat düzgün hesablanaraq ödənilməsi müəyyən edilir. İddiaçının pensiyasının məbləği orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməklə: xx.xx.2020-ci il tarixdən 263,78 x 16,6% = 307,57 manat, xx.xx.2021-ci il tarixdən 307,57 x 11,4% = 342,63 manat, xx.xx.2022-ci il tarixdən 342,63 x 3,4% = 354,29 manat hesablanaraq ödənilmiş old uğu müəyyən edilir. xx.xx.2017-ci il tarixinədək istifadə olunmamış pensiya kapitalı (yəni 50%) xx.xx.2017-ci il tarixindən 80% artırılaraq 90%-ə çatdırılmaqla vətəndaşın pensiya təyinatında nəzərə alınmışdır. Məhz bu məsələni xüsusilə vurğulayaraq Məhkəmənin nəzərinə çatdırırıq ki, iddiaçı iddia ərizəsində və xx.xx.2022-ci il tarixində keçirilən məhkəmə iclasında ona pensiya təyinatı zamanı xx.xx.2007-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək 90%-lə nəzərə alınmış və hesablanmış pensiya kapitalının əsassız olaraq bir daha yenidən 80% artırılaraq hesablanması qanunvericiliyin tələblərinə uyğun olmaması müəyyən edilir.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1499/2023 nömrəli, 15 mart 2023-cü il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsi hesab etmi şdir ki, xx.xx.2017-ci il tarixinədək iddiaçının istifadə olunmamış pensiya kapitalı (yəni 50%) xx.xx.2017-ci il tarixindən 80% artırılaraq 90%-ə çatdırılmaqla iddiaçının pensiya təyinatında nəzərə alınmışdır. Lakin iddiaçı ona pensiya təyinatı zamanı xx.xx.2007-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək 90%-la nəzərə alınmış və hesablanmış pensiya kapitalının əsassız olaraq bir daha yenidən 80% artırılaraq hesablanması haqqında tələb irəli sürmüşdür. Lakin iddiaçının həmin tələbi qanunvericiliyin tələblərini baxımından düzgün deyildir.

14. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası nın 25 avqust 2023-ci il tarixli, 2-1(103)-2555/2023 nömrəli qərarı ilə (hakimlər: K.Əkbərov – sədrlik edən və məruzəçi, M.Tağızadə və İ.Şirinov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 15 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd edilmişdir ki, xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli № 377 saylı Fərmanına əsasən məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsind ə qeydə alınırdı. Belə ki, işin araşdırılan hallarından müəyyən edilir ki, xx.xx.2017-ci il tarixinədək iddiaçının istifadə olunmamış pensiya kapitalı (yəni 50%) xx.xx.2017-ci il tarixindən 80% artırılaraq 90%-ə çatdırılmaqla iddiaçının pensiya təyinatında nəzərə alınmışdır. Lakin iddiaçının ona pensiya təyinatı zamanı xx.xx.2007-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək 90%-lə nəzərə alınmış və hesablanmış pensiya kapitalının əsassız olaraq bir daha yenidən 80% artırılaraq hesablanması haqqında tələbi qanunvericiliyin tələblərinə uyğun deyildir.

17. Apellyasiya məhkəməsi öz mövqeyini əsaslandırmaq üçün “Əmək pensiyaları haqqında” Qanunun 7, 27.1-ci maddələrinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablan ması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 5.2-ci bəndinə istinad etmişdir

18. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə edilmiş əlavə: “Sığorta olunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabın sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla. 2017-ci il 1 iyul tarixinə f ərdi hesabın sığorta hissəsində qeydə alınır.” Göründüyü kimi, dəyişikliyə əsasən sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-i sığortaolunana məxsus olub, onun fərdi hesabının sığorta hissəsində qeydə alınır. Qalan 10 % isə - idarəetmə xərcləri (maddə 1.0.16.), sosial sığorta ehtiyatı (maddə 1.0.17.) və xüsusi hesab (maddə 1.0.18.) kimi müəyyən edilir. Sözügedən Qanuna edilmiş dəyişikliyin yaratdığı və iddiaçının tələbinin əsasını təşkil edən vacib hüquqi vəziyyət 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə pensiya kapitalının 80% artırılmasıdır. Söhbət xx.xx.2006-cı ildən xx.xx.2017-ci ilədək məcburi dövlət sosial sığorta ödənişləri hesabına fərdi hesabın sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının s ığorta hissəsinin hesablanmasında nəzərə alınmamış), devalvasiyaya məruz qalaraq dəyərini itirmiş pensiya kapitalının 80% artırılmaqla həmin itkilərin kompensasiyasından gedir. İddiaçı məhz bu qanunun qüvvədə olduğu vaxt xx.xx.2019-cu ildə pensiyaya çıxmışdır. Cavabdeh isə o pensiyaya çıxan vaxt qüvvədə olmayan, buna görə də tətbiqi qanunsuz olan və eyni zamanda onun üçün əlverişsiz vəziyyət yaradan qüvvədən düşmüş normaya istinad etməklə onun qanuni tələbini təmin etməkdən, yəni pensiyanı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının xx.xx.2017-ci il, 543 VQD saylı Qanununa əsasən yenidən hesablamaqdan imtina etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Cavabdeh kassasiya şikayətinə etiraz təq dim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2023-ci il tarixli, 2-1(103)-2555/2023 nömrəli qərarını dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Qanun. Maddə

1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunanların) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.8. fərdi şəxsi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır 1.0.10 pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır Maddə

3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasınin vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə

27. Qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması 27.1. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalın a çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respubli kasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 5.2. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80 faiz artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır.

23. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şik ayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (h əcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

24. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

28. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə ap ellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçının əmək pensiyasının yenidən hesablanması ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

31. İş materialları ilə müəyyən olunur ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixində yaşa görə əmək pensiyası təyin edilmiş, sonradan iddiaçının aldığı yaşa görə əmək pensiyası orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilərək 307,57 manata, xx.xx.2021-ci il tarixə 342,63 manata, xx.xx.2022-ci il tarixə isə 354,29 manat təşkil etmişdir.

32. Hazırkı halda, iddiaçı ona təyin edilmiş əmək p ensiyasının məbləği ilə razılaşmayaraq pensiyasının yenidən hesablanmasını tələb edir.

33. Bununla bağlı qeyd edilməlidir ki, işin araşdırılmış hallarına görə, iddiaçının 2006cı il tarixinədək 31 il 11 ay 16 gün sığorta stajına əsasən fərdi hesabının sığorta hissəsində qeydə alınan kapital: (31+(11+16/30 gün)/12ay)x 306=9780,09. 2006-cı il tarixinədək vətəndaşın fərdi hesabının sığorta hissəsində qeydə alınan kapitalın 2019-cu il tarixinə indeksləşdirilmiş məbləği 23092,58 manat təşkil edir. İddiaçının xx.xx.2007-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 90%-nin məbləği, X1 Sisteminin Pensiya altsisteminə əsasən (sığortaedənlər tərəfindən DSMF-yə sığortaolunan haqqında verilən məlumata əsasən) istehlak qiymətləri inde ksinin illik səviyyəsinə uyğun indeksləşdirildikdən sonra 2019-cu ilin vəziyyətinə 14909,76 manat təşkil etmişdir. Beləliklə, iddiaçının - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu xx.xx.2019-cu il tarixə qeydə alınmış pensiya kapitalının məbləği 23074,56+14909,76=37984,32 manat, əmək pensiyasının sığorta hissəsinin məbləği isə 37984,32:144=263,78 manat təşkil etmişdir. İddiaçının pensiyasının məbləği xx.xx.2019-cu il tarixdən 263,78+0=263,78 manat hesablanaraq ödənilmişdir. Sonradan iddiaçının aldığı yaşa görə əmək pensiyası orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilərək 307,57 manata, xx.xx.2021-ci il tarixə 342,63 manata, xx.xx.2022-ci il tarixə isə 354,29 manat təşkil etmişdir.

34. Məhkəmə kollegiyası qey d edir ki, xx.xx.2017-ci il tarixinədək istifadə olunmamış pensiya kapitalı (yəni 50%) xx.xx.2017-ci il tarixindən 80% artırılaraq 90%-ə çatdırılmaqla vətəndaşın pensiya təyinatında nəzərə alınmış, məhz bu səbəbdən hesablanmış pensiya kapitalının əsassız olaraq bir daha yenidən 80% artırılaraq hesablanması qanunvericiliyin tələblərinə uyğun deyildir.

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı qərarın 21-22-ci bəndlərində qeyd olunan maddi hüquq normalarının tələblərinə uyğun qərar qəbul etmişdir. Belə olan halda, kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası nın 25 avqust 2023-ci il tarixli, 2-1(103)-2555/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar