Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2641/2019 25.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1, İddiaçının vəkili Hüseynov Sənan Qabil oğlunun, Cavabdehin vəkili Rəfibəyli Fərhad Lətif oğlunun iştirakları ilə, İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon Şöbəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 21 may tarixli 21(103)-886/2019 nömrəli qərarından iddiaçı və cavabdeh tər əfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçıya 2013-cü il tarixdən 52 yaşından yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 16 oktyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçıya 2013-cü il tarixdən 52 yaşından yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. 50 yaşından güzəştli şərtlərlə yaşa görə pensiyasının təyin edilməsi halı 1997-ci il 1 avqust tarixədək mövcud olduğundan, ərizənin icrası mümkün deyildir. İddiaçı 2018-ci il 23 oktyabr tarixd ə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 50 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 2011-ci il 30 iyul tarixdən, yəni 50 yaşdan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə əsasən əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin 5-ci bəndinə əsasən pensiya təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi pensiya məbləğinin hesablanaraq yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız he sab edir. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun (1997-ci il 1 avqust tarixədək olan redaksiyasında) 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının Vİİ hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. İddiaçı göstərilənlərə və “Əmək pensiyaları haqqında” Qanunun 3.1, 9.8, 31.1-ci maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçıya 2013-cü ildə 52 yaşında yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Onun pensiya hüququ hazırda qüvvədə olan qanunvericiliklə müəyyən edildiyi üçün pensiyanın məbləğinin hesablanması da hazırda qüvvədə olan qanunvericiliyə uyğun aparılmış, yəni pensiyanın məbləği 2006-cı il 1 yanvar tarixə qədər sığorta stajına, 2006-cı il 1 yanvar tarixdən sonrakı dövr üzrə isə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına əsasən hesablanmışdır. İddiaçıya 52 yaşında yaşa g örə güzəştli şərtlərlə əmək pensiyası təyin edilərkən onun 2006-cı il 1 yanvar tarixə qədər 20 ildən çox sığorta stajının və 10 ildən çox 1 №-li siyahı üzrə güzəştli sığorta stajının olması əsas götürülmüşdür. Vətəndaşlara 50 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi halı 1997-ci il 1 avqust tarixə qədər mövcud olmuş, həmin tarixdən isə qanundan çıxarılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 4 dekabr tarixli 2-1(81)4571/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 50 yaşdan, yəni 2011-ci il 30 iyul tarixdən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin 5-ci bəndinə əsasən təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi pensiya məbləğində yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 1997-ci il 1 avqust tarixinə 20 il ümumi, 10 ildən çox xüsusi iş stajı mövcud olmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 21 may tarixli 2-1(103)-886/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı qismən – iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin 5-ci bəndinə əsasən təyin edilməsi öhdəliyinin cavabde hin üzərinə qoyulması hissəsində ləğv edilmiş, iddia həmin hissədə rədd olunmuş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılması hissəsi ilə əlaqədar birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin rədd olunan hissəsi ilə bağlı hesab etmişdir ki, iddiaçının 2011-ci il 30 iyul tarixdə əmək pensiyası hüququnun yarandığı vaxt artıq əmək pensiyası qanunvericiliyində, pensiyanın orta aylıq əmək haqqı əsasında hesablanmasını tənzimləyən norma qüvvədən düşmüşdür. Odur ki, məhkəmə kollegiyası iddiaçıya təyin olunan pensiyanın orta aylıq əmək haqqından hesablanmasının qanunvericiliyin tələbinə zidd olmasına dair cavabdehin dəlillərini əsaslı hesab edərək qeyd etmişdir ki, iddiaçıya 2011-ci il 30 iyul tarixdən təyin edilməli olan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2006-cı il 1 yanvar tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə, o cümlədən 17-ci maddəsinin 5-ci bəndinin tələbinə əsasən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə zidd olmuşdur. Məhkəmənin qərarı iddiaçıya 2019-cu il 25 iyun, cavabdehə 2019-cu il 18 iyun tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2019-cu il 4 iyul tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın tam təmin olunmasını tələb edir. Cavabdeh həmin qərardan 2019-cu il 12 iyul tarixdə kassasiya ş ikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını tələb edir. Kassasiya şikayətlərinin dəlilləri: İddiaçının kassasiya şikayətinin dəlillərinə görə, Hacıqabul rayonunun Dövlət Arxiv İdarəsi tərəfindən verilmiş olan 89 saylı, 2018-ci il 21 sentyabr tarixli Arxiv arayışına əsasən, iddiaçı 1 il, 11 ay sovxozda fəhlə işləmiş, 1980-cin ildən 1982-ci ilə qədər hərbi xidmətdə olmuşdur. O, həmçinin 1982-ci ildən 1984-cü ilə kimi Nəqliyyat təmiri üzrə çilingər vəzifəsində işləmişdir. Məhkəmə göstərilənləri nəzərə alaraq iddiaçının 20 il ümumi stajının olmasını müəyyən etmişdir. Məhkəmə qərarda bu hala münasibət bildirsə də, qərarın çıxarıldığı vaxt nəzərə alınmamışdır. Məhkəmə qərarını belə əsaslandırır ki, hazırkı iş üzrə “Əmək pensiyaları haqqında” Qanunun tələblərini əsas götürmüş və iddiaçının 2011-ci il 30 iyul tarixdə pensiya hüququnun yarandığını hesab etmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədən düşməsini əsas gətirmiş pensiyanın orta aylıq əmək haqqı əsasında hesablanmasını tənzimləyən normanın qüvvədən düşməsini bildirmişdir. Həmin normanın qüvvədən düşməsinə baxmayaraq, iddiaçının əmək haqqından pensiyaya tutmalar yönəldilmişdir. Apellyasiya instansiyası məhkəməsi qərarında qanunun geriyə qüvvəsi məsələsinə münasibət bildirməmişdir. Qüvvədən düşmüş qanunun tələbləri iddiaçının vəziyyətini yaxşılaşdıran hal hesab olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bununla da müəyyən etmək olar ki, məhkəmənin qərarı maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə qəbul olunmuşdur. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçıları nın izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Apellyasiya instansiyası məhkəməsi göstərilən normaların tələblərinə əməl etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şi kayətin təmin olunmasını, həmçinin cavabdehin kassasiya şikayətinin təmin olunmamasını xahiş etdilər. Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını, həmçinin iddiaçının kassasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Əsaslandırma hissəsi: Kassasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). İddiaçının şikayəti aşağıdakı səbəblərə görə təmin edilə bilməz. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 3.1-ci m addəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 9.8-ci maddənin məzmunundan göründüyü kimi həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Başqa sözlə, qanunverici güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını toplamış şəxslərin həmin stajın tam toplandığı vaxtda qüvvədə olan qanuna əsasən müəyyən edilmiş stajı və yaşı nəzərə alır. Hazırkı işdə iddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajına 1997-ci il avqustun 1-dək malik olduğundan o, Qanunla həmin tarixədək müəyyən edilmiş 50 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququnu qazanmışdır. İddiaçının 50 yaşı 2011-ci il iyulun 30-da tamam olduğundan ona güzəştli şərtlərlə pensiya həmin tarixdən təyin olunmalı və pensiyanın məbləği həmin tarixdə qüvvədə olan qanuna uyğun olaraq hesablanmalıdır. Beləliklə, iddiaçının əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin 5-ci bəndinə əsasən pensiya təyin edilməsi barədə tələbinin təmin edil məsi üçün əsaslar olmamışdır. Cavabdehin şikayəti aşağıdakı səbəblərə görə təmin oluna bilməz. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərba ycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarlarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000- ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı azı 20 illik ümumi və azı 10 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmışdır. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının 50 yaşdan təyin edilməli olduğuna dair məhkəmələrin gəldiyi nəticə düzgündür. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 21 may tarixli 2-1(103)-886/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2641/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2641/2019
25.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver