Məhkəmə qərarları › İş №2-1(102)-2641/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2641/2024

18.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2641/2024 18.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti) qarşı iş üzrə QƏRARİ Açar sözlər: bələdiyyə qərarı ilə verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi n 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti) qarşı “Bərdə rayonu Bərdə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarına əsasən və həmin qərar əsasında tərtib edilmiş A seriyalı 002161 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 2010 kv.m ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 30 may 2024-cü il tarixli, 2-1(104)-37/2024 nömrəli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Dövlət T orpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsi xx.xx.2007-ci il tarixli, 60 nömrəli rəy verərək Bərdə bələdiyyəsi tərəfindən sahibkarlıq məqsədilə 2010 kv.m torpaq sahəsinin iddiaçıya satılmasına etiraz etməmiş və həmin torpaq sahəsi üzrə müvafiq sənədləşmə aparılmasını qanunamüvafiq hesab etmişdir.

2. Bərdə bələdiyyəsinin 30 mart 2007-ci il tarixli 03 nömrəli iclas protokolunun qərarı ilə Bərdə-Tərtər yolunun cənubunda Bərdə-Yevlax Dəmir yolunun qərbində, Avtobaza ilə həmsərhəd olan 0.2010 ha torpaq sahəsi sahibkarlıq məqsədilə iddiaçıya satılmışdır. 3. 30 mart 2007-ci il tarixli sahəseçmə aktından görünür ki, iddiaçıya satılması nəzərdə tutulan torpaq sahəsi şimaldan Bərdə-Tərtər şose yolunun qoruma zolağı ilə, şərqdən yol və həyət ilə, qərbdən avtobazanın hasarı ilə, cənubdan isə s u arxı ilə həmsərhəddir.

4. Torpaq sahəsinin dəyəri olan 703 manat məbləğində pul vəsaiti iddiaçı tərəfindən bələdiyyənin hesabına ödənilmiş, torpaqların alqı-satqısına dair 31 mart 2007-ci il tarixli 32 nömrəli akt, daha sonra A 002161 nömrəli xx.xx.2007-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.

5. İddiaçı bələdiyyə qərarı ilə ona satılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, torpaq sahəsinə baxış keçirilərək müəyyən edilmiş koordinatlar elektron kadastr məlumat bazasında yoxlanılmışdır. Torpaq sahəsi dövlət mülkiyyətinə aid əraziyə düşür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məh kəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “X2 X6”ndə xx.xx.2007-ci il tarixli, A 002161 nömrəli plan ölçü sənədi ilə müəyyən edilmiş torpaq sahəsinin mənsubiyyəti ilə bağlı (bələdiyyə mülkiyyəti kimi) düzəliş edilməsi və həmin plan-ölçü sənədində qeyd olunan koordinatlar daxilində 2010 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

7. İddiaçı tələbini bu qərarın 1-5-ci bəndlərində qeyd edilən hallara istinad etməklə əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, həmin sahənin üzərində 2011-ci ildə avtomobil təmir sexi tikmişdir və hazırda da istifadə edir

8. Cavabdehin iddia tələbinə yazılı etirazının dəlilləri iddiaçının müraciətindən imtinanın dəlilləri ilə eynilik təşkil edir.

9. İşin məhkəmə araşdırması zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********78 nömrəli məktubuna əlavə edilmiş rəylə müəyyən edilmişdir ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları ilə ona sənəd üzrə verilmiş 2010 kv.m torpaq sahəsinin koordinatları, konfiqurasiya və yerləşmə mövqeyi arasında uyğunsuzluq vardır, Bərdə şəhəri ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsi Elektron məlumat bazasında öz əksini tapmadığından, yalnız Elektron məlumat bazasında mövcud X3 X4 (TEKUİS-nə) əsasən həmin torpaq sahəsinin mülkiyyət növünü təyin etmək mümkündür və həmin torpaq sahəsi dövlət mülkiyyətinə aid torpaq sahəsidir.

10. Gəncə İnzibati Məhkəməsinin (hakim: F.C.Hüseynov) 08 fevral 2023-cü il tarixli 2-1(114)-19/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, “X3 X6”ndə xx.xx.2007-ci il tarixli, A 002161 saylı plan ölçü sənədi ilə müəyyən edilmiş torpaq sahəsinin mənsubiyyəti ilə bağlı (bələdiyyə mülkiyyəti kimi) düzəliş edilməsi və xx.xx.2007-ci il tarixli, A 002161 saylı torpaq sahəsinin plan və ölçüsü sənədində qeyd olunan koordinatlar daxilində 2010 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdehə həvalə edilmişdir.

11. Birinci instansiya məhkəməsinin əsaslandırması: 11.1. Mübahisə predmeti olan torpaq sahəsi bələdiyyənin müvafiq qərarı i lə iddiaçıya satılmış və torpağın dəyəri iddiaçı tərəfindən bələdiyyənin hesabına ödənilmişdir. Yəni, sözügedən torpaq sahəsi alqı-satqı qaydasında iddiaçıya verilmişdir və sonuncu tərəfindən həmin torpaq sahəsi təyinatı üzrə istifadə edilir. Cavabdehin imtinasının əsası kimi torpaq sahəsinin dövlət mülkiyyətinə aid əraziyə düşməsi qeyd olunmuşdur. 11.2.Torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətlərinə aid edilmişdir. Qeyd edilməlidir ki, torpaq sahəsinin planı və ölçüsü sənədi ilə faktiki istifadə vəziyyəti arasın da uyğunsuzluğun olması həmin plan və ölçü sənədində müəyyən edilmiş koordinatlar daxilində sahənin qeydə alınmasına maneə olan hal deyildir. 11.3. Eyni zamanda, iş üzrə verilmiş müvafiq rəydən göründüyü kimi, Bərdə şəhəri ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsi Elektron məlumat bazasında olmadığına görə mübahisəli torpaq sahəsinin hüquqi rejimi X3 X4 (TEKUİS-nə) əsasən müəyyən edilmişdir. Nəzərə alınsa ki, torpaq sahəsi 2007-ci ildə satılmış və həmin sahəyə dair həmin ildə səlahiyyətli qurum (ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi) tərəfindən torpaq sahəsinin plan və ölçüsü sənədi işlənmiş, habelə sahənin üstündə tikililər inşa edilmişdir, torpaq sahəsinin 2016-cı ildən sonra yaradılmış bazaya monitorinq aparılmadan dövlət mülkiyyəti kimi işlə nməsinin əsası olmamışdır. Başqa sözlə, cavabdeh qurum “Azərbaycan Respublikasında X3 X6nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”nın tələblərinə uyğun monitorinq və hazırlıq işləri aparmadan, sözügedən sahənin hüquqi rejimini səhv müəyyən etməklə iddiaçının hüquqlarını pozmuşdur.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 iyun 2023-cü il tarixli 2-1(104)-389/2023 nömrəli qərardadı ilə Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur.

14. İşin məhkəmə araşdırması zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21346/2-4476/2023 nömrəli məktuba əlavə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan 0.2214 ha torpaq sahəsinin koordinatları ilə, ləğv olmuş DTXK tərəfindən tərtib edilmiş A 002162 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ilə verilmiş 0.2010 ha torpaq sahəsinin məkan göstəriciləri üst-üstə düşsə də, koordinatları və sahə ölçüləri arasında uyğunsuzluq vardır (bu rəyə əlavə olunmuş sxematik planda öz əksini tapmışdır). İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 0.2214 ha-dır. Bərdə şəhəri ərazisində aparılmış ilkin torpaq islahatına dair kompleks yerquruluşu layihəsi elektron məlumat bazasında mövcud olmadığından, Bərdə bələ diyyəsinin 30.03 2007-ci il tarixli, 03 nömrəli qərarı ilə 0.2010 ha torpaq sahəsi satılan zaman həmin torpaq sahəsinin hüquqi rejimini təyin etmək mümkün olmamışdır. Yalnız Elektron məlumat bazasında mövcud X3 X4 (TEKUİS-nə) əsasən həmin torpaq sahəsinin hüquqi rejimini təyin etmək mümkündür və həmin torpaq sahəsi tikintialtı torpaqlar olmaqla digər təyinatlı torpaq sahəsidir.

15. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-46/2-87/2023 nömrəli məktubuna əlavə edilmiş rəydən görünür ki, A 002161 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan, Bərdə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 03 nömrəli qərarı ilə iddiaçıya verilmiş torpaq sahəsinin yalnız cənub hissəsində yerləşən X1 hüquqlar ı xx.xx.2010-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə, AN 002161 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin yerləşdiyi ərazi baza məlumatlarında dövlət əmlakı kimi qeyd edilmişdir.

16. İddiaçı apellyasiya icraatı zamanı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bərdə rayonu Bərdə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarına əsasən və həmin qərar əsasında tərtib edilmiş A 002161 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 2010 kv.m ölçüdə torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə 18 aprel 2024-cü il tarixl i qərardadla məhkəmənin icraatına qəbul edilmişdir.

17. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Z.Mamedov /sədrlik edən və məruzəçi/, A.V.İsgəndərova və A.V.Bayramov) 30 may 2024-cü il tarixli, 2-1(104)-37/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin edilmiş, Bərdə rayonu Bərdə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarına əsasən və həmin qərar əsasında tərtib edilmiş A 002161 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 2010 kv.m ölçüdə torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: 18.1.Mübahisə predmeti olan 2010 kv.m torpaq sahəsi Bərdə rayonu Bərdə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarına əsasən iddiaçıya satılan zaman qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin 12 aprel 2007-ci il tarixli 60 nömrəli rəyində torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olması bildirilmiş və DTXK-nin Bərdə rayon şöbəsi Bərdə bələdiyyəsinin fondundan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə 2010 kv.m torpaq sahəsinin satılmasına etiraz etməmiş və torpaqayırma sənədləri mövcud qanunvericiliyə uyğun hazırlandığından, həmin sənədlər əsasında iddiaçıya hüquqi sənədlərin verilməsi məqsədəmüvafiq hes ab etmişdir. Qeyd edilməlidir ki, bu rəy, torpaq sahəsi ayrılan zaman səlahiyyətli orqan tərəfindən verilmişdir. 18.2.İşdə olan sənədlərlə təsdiq olunur ki, torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyə qərarı ilə yanaşı torpaq sahəsinin iddiaçıya satılması barədə iddiaçı ilə bələdiyyə arasında tərtib edilmiş DTXK Bərdə rayon şöbəsində 31 mart 2007-ci il tarixdə 32 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair akt, torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması, satılmasının qanunamüvafiqliyi barədə rayon torpaq şöbəsinin rəyi, habelə rayon torpaq şöbəsi tərəfindən verilmiş A 002161 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi mövcud olmuşdur. Həmçinin, iş materiallarında olan fotoşəkillərdən və mütəxəssis rəyinə əlavə edilmiş ortofotodan görünüşdən müəyyən edilir ki, iddiaçı tərəfindən bələdiyyənin qərarına əsasən ona verilmiş torpaq sahəsi üzərində avtomobil təmiri sexləri yerləşir. Odur ki, 2007-ci ildə torpaq sahəsinin satılmasının qanunamüvafiqliyi barədə səlahiyyətli dövlət orqanı tərəfindən verilən sənədlər mötəbər hesab edildiyindən, hazırda həmin torpaq sahəsinin dövlət mülkiyyəti olması barədə cavabdehin imtinası əsaslı hesab edilə bilməz. 18.3.Bundan başqa, iddiaçıya verilmiş torpaq sahəsinə həmsərhəd olan torpaq sahələri üzərində başqa subyektlərin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb-alınmaması və qeydə alınmış torpaq sahəsinin mənsubiyyəti barədə məlumatın əldə edilməsi istiqamətində aparılmış araşdırmalar nəticəsində cavabdeh tərəfindən verilmiş rəydə mübahisəli torpaq sahəsinin cənub his səsində yerləşən X1 hüququnun xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəsi ilə dövlət reyestrində qeydiyyata alınması və həmin Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-46/2522/2024 saylı məktubuna əlavə edilmiş Bərdə rayon X5 İcraiyyə Komitəsinin xx.xx.1989cu il tarixli 28 nömrəli icrakom iclas protokolundan çıxarışda həmin torpaq sahəsinin həyətyanı olması öz təsdiqini tapmışdır. 18.4. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsi hüquqların dövlət qeydiyyatından imtinanın əsaslarını müəyyən etmişdir. Hazırki işdə belə əsaslar mövcud deyildir.

19. Cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN V Ə ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh kassasiya şikayətinin əsaslandırması: 20.1. Qanunvericiliyin tələblərinə riayət edilməklə təqdim edilmiş sənədlərin dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmış və məlum olmuşdur ki, elektron kadastr məlumat bazasına əsasən həmin torpaq sahəsi dövlət mülkiyyətinə aid ərazidə yerləşir. Belə olan halda isə həmin əmlak üzərində başqa fiziki və hüquqi şəxslərin hüququ olmadıqda və torpaq sahəsi üzərində mülkiyyətin formasına uyğun olaraq, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələbləri gözlənilməklə, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz ə mlakın dövlət reyestrindən çıxarış verilə bilərdi. Həmçinin, iddiaçının iddia etdiyi 2010 kv.m torpaq sahəsinin təyinatı dövlət torpaqlarına aid torpaqlar, torpaq sahəsinin mülkiyyətçisi dövlətdir. Mübahisə predmeti olan torpaq sahəsi dövlət mülkiyyətində olduğundan, həmin torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı sərəncam vermək səlahiyyəti Əmlak Məsələləri Dövlət Xidmətinə məxsusdur, buna görə də Xidmətin müvafiq qərarı olmalı, torpaq sahəsinin alqı-satqısı barədə sonuncu ilə iddiaçı arasında müqavilə bağlanmalı idi. Hazırkı iş üzrə iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad olunan bələdiyyə qərarı qanunsuz olaraq dövlət mülkiyyətində olan torpaq sahəsi ilə bağlı qəbul edildiyindən heç bir hüquqi nəticəyə səbəb ola bilməz və həmin qərar iddiaçının mübahisə predmeti olan torp aq sahəsi üzərində hüquqlarının yaranmasına əsas ola bilməz.

21. Üçüncü şəxsin kassasiya şikayətinin əsaslandırması: 21.1.Apellyasiya məhkəməsi tərəfindən aparılan araşdırma zamanı mübahisə predmeti olan torpaq sahəsinə bitişik olan ********** nömrəli, xx.xx.2010-cu il tarixli çıxarışa əsasən, X1 mülkiyyətində olan torpaq sahəsinin dövlət mülkiyyəti kimi qeyd olunan şəxsə ayrıldığı müəyyən edilmişdir. Eyni zamanda, Bərdə rayon Bərdə Bələdiyyəsi tərəfindən məhkəmə sorğusuna verilmiş cavab məktubunda Bərdə bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin xəritəsinin olmadığı müəyyən edilmişdir. Bundan əlavə, məhkəmə araşdırması zamanı “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mübahisə predmeti olan torpaq sahəsinin bələdiyyə mülkiyyətinə ayrılması barədə hər hansı dövlət aktı və digər müvafiq sənədlər məhkəməyə təqdim edilməmişdir. 21.2.Bərdə rayon Dövlət Arxiv İdarəsi tərəfindən apellyasiya məhkəməsinin sorğusuna cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli, 49 nömrəli cavab məktubundan görünür ki, Bərdə rayon Bələdiyyəsinin 2000-ci ildən 2007-ci ilədək fond sənədləri yoxlanılmış və iddiaçıya verilmiş mübahisə predmeti olan torpaq sahəsinin xəritəsi, yerquruluşu planısxemi, dövlət aktı arxivə təhvil verilməmişdir. Həmçinin, mübahisəli torpaq sahəsinə dair sahəseçmə aktından görünür ki, qeyd olunan akt cavabdeh tərəfindən təsdiq edilməmişdir. Göründüyü kimi, mübahisəli torpaq sahəsi ilə bağlı qeyd olunan sənədlər səlahiyyəti olmayan qurum tərəfindən qəbul olunduğundan və bu, iddiaçının mübahisə predmeti olan torpaq sahəsi üzərində hər h ansı hüququnun yaranmasına əsas ola bilmədiyindən, cavabdeh tərəfindən əsaslı olaraq “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Qanunun 15.1.5-ci maddəsinə uyğun olaraq, iddiaçının torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatından imtinası əsaslıdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 29. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (28 oktyabr 2008-ci il tarixdən əvvəlki redaksiyada) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülk iyyətə, istifadəyə və icarəyə verilir.... 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.... Maddə 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə satıla bilər. 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. 30. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Resp ublikasının Qanunu (28 oktyabr 2008-ci il tarixdən sonrakı redaksiyada) Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tiki nti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.... 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir.... 31. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşd ırılması qaydaları haqqında” Əsasnamə Bənd

1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.... Bənd

7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazin in planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir.... Bənd

16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir.... 32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:... 1.0.4. qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır.... Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.... Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə

11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. h üquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.... Maddə

12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 33. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

11. Qanunçulu q prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.... Maddə

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə

19. Mötəbərlik prezumpsiyası 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.... Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır....

34. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə

139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.... 139.3. Daşın maz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir....

35. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bil ər. … Maddə

58. Sübutların araşdırılması qaydası … 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. … Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edil ən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) y eni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

36. Kassasiya şikayətləri vaxtında verilmiş, şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

37. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

40. Apellyasiya instansiya məhkəməsi istinad etdiyi sü butları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

41. Bununla belə məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Qanunda müəyyən edilmiş qaydada inzibati icraat aparmalı olduğu halda, bunu etməmiş, iddiaçının yazılı müraciətinə səthi və formal yanaşmış, eyni yanlış olan mövqeyini də həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsində, həmçinin, kassasiya şikayətində də müdafiə etmişdir.

42. Belə k i, cavabdeh inzibati orqan iddiaçıya ünvanladığı imtina məktubunda formal olaraq qeyd etmişdir ki, elektron baza məlumatlarına əsasən qeyd olunan torpaq sahəsinin dövlət mülkiyyətində olması müəyyən edilmişdir.

44. Məhkəmə kollegiyası cavabdehin bu imtinasını əsassız sayır. Belə ki, apellyasiya instansiyası məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan 2010 kv.m torpaq sahəsi Bərdə rayonu Bərdə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarına əsasən iddiaçıya satılan zaman qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun satılmışdır. Belə ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin 12 aprel 2007-ci il tarixli 60 nömrəli rəyində torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olması bildirilmiş və DTXK-nin Bərdə rayon şöbəsi Bərdə bələdiyyəsinin fondundan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə 2010 kv.m torpaq sahəsinin satılmasına etiraz etməmiş və torpaqayırma sənədləri mövcud qanunvericiliyə uyğun hazırlandığından, həmin sənədlər əsasında iddiaçıya hüquqi sənədlərin verilməsi məqsədəmüvafiq hesab etmişdir. Qeyd edilməlidir ki, bu rəy, torpaq sahəsi ayrılan zaman səlahiyyətli orqan tərəfindən verilmişdir.

45. Həmçinin, işdə olan sənədlərlə təsdiq olunur ki, torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyə qərarı ilə yanaşı torpaq sahəsinin iddiaçıya satılması barədə iddiaçı ilə bələdiyyə arasında tərtib edilmiş DTXK Bərdə rayon şöbəsində 31 mart 2007-ci il tarixdə 32 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair akt, torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması, satılmasının qanunamüvafiqliyi barədə rayon torpaq şöbəsinin rəyi, habelə rayon torpaq şöbəsi tərəfindən verilmiş A 002161 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi mövcud olmuşdur. Odur ki, 2007-ci ildə torpaq sahəsinin satılmasının qanunamüvafiqliyi barədə səlahiyyətli dövlət orqanı tərəfindən verilən sənədlər mötəbər hesab edildiyindən, hazırda həmin torpaq sahəsinin dövlət mülkiyyəti olması barədə cavabdehin imtinası əsaslı hesab edilə bilməz.

46. Apellyasiya məhkəməsi tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edildiyi kimi, mübahisə predmeti olan torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla, bələdiyyə tərəfindən qanunvericiliyin tələblərinə uyğun qaydada iddiaçıya satılmışdır. Cavabdeh və üçüncü şəxs olan inzibati orqanlar həmin torpaq sahəsinin iddiaçıya s atıldığı dövrdə bələdiyyənin deyil, dövlət mülkiyyətində olduğunu bildirsələr də, bununla əlaqədar məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişlər. 47.Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 48.Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 may 2024-cü il tarixli, 2-1(104)-37/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar