Məhkəmə qərarları › İş №2-1(102)-2643/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2643/2019

20.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2643/2019 20.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Qaradağ rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi) GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Q aradağ rayon şöbəsinə qarşı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-N(N03)-N060/20N9 saylı, 23 may 20N9-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 20 noyabr 20N9-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.N957-ci ildə Bakı şəhərində anadan olmuşdur, hazırda ünvan N ünvanında qeydiyyatdadır. (AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsi) İddiaçı 04.N2.N978-ci ildən hal-hazıra qədər əmək fəaliyyəti ilə məşğul olur. (04 dekabr N978-ci il tarixli əmək kitabçası) İddiaçı ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon şöbəsinə (bundan sonra - cavabdeh) müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, cavabdeh N0/428 saylı, N0.N2.20N8-ci il tarixli məktubla bildirmişdir ki, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Həmin cavabla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı N2 aprel 20N4-cü il tarixindən, 57 yaşdan əmək pensiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 0N yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun N7-ci maddəsinin 5-ci bəndinə, aldığı əmək haqqına əsasən təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi yenidən hesablanaraq yaranmış fərqin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı xx.xx.N957-ci ildə doğulmuş, N976-N978-ci illərdə hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra müxtəlif müəssisələrdə çalışmış 25 ildən çox ümumi iş stajı toplamışdır ki, həmin stajın da N2 il 6 aydan çoxu güzəştli pensiya hüququ verən zərərli peşələrə aiddir. Ona görə də güzəştli şərtlərlə 57 yaşından əmək pensiyası təyin edilməsi üçün ərizə ilə cavabdehə müraciət etmiş, lakin sonuncu ona N0.N2.20N8-ci il tarixli imtina məktubu ünvanlayaraq bildirmişdir ki, onun təqdim etdiy i əmək kitabçasının surətinə əsasən N980-N98N-ci il tarixlərdə 3 saylı Tikinti İdarəsində işlədiyi tikinti çilingəri peşəsi, N98N-N983-cü il tarixlərdə «Azənerqostroy»da çilingər, N996-2003-cü illərdə “Azəriqaztəchizat” İB-nin Səyyar Mexaniki dəstəsində operator və çilingər peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı»sında nəzərdə tutulmadığı üçün güzəştli şərtlərlə əmək pensiyası hüququ yoxdur. Həmin imtinadan narazı qalan iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının 0N.0N.2006cı il tarixə qədər cəmi 3 il N ay sığorta stajı olmuşdur. Hətta onun 0N.0N.20 06-cı il tarixə qədər 25 ildən çox ümumi və N2 il 6 aydan çox güzəştli stajı olsa belə, əvvəlki qanunvericiliklə 57 yaşa görə əmək pensiyası hüququ olmayacaqdır. N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-N(8N)-998/20N9 saylı, N8 fevral 20N9cu il tarixli qərarı ilə (hakim: Ş.Ə.Süleymanova) iddia tələbi təmin edilmiş, güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı N2 aprel 20N4-cü il tarixindən, 57 yaşdan əmək pensiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 0N yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun N7-ci maddəsinin 5-ci bəndinə, aldığı əmək haqqına əsasən təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi yenidən hesablanaraq yaranmış fərqin birdəfəyə ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-N(N03)-N060/20N9 saylı iş üzrə 23 may 20N9-cu il tarixli qərarı ilə (sədrlik edən: C.A.Yusifov, hakimlər: V.M.Ağayev və A.B.Nuriyeva) apelyasiya şikayəti qismən təmin edilmiş, N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-N(8N)-998/20N9 saylı, N8 fevral 20N9-cu il tarixli qərarı dəyişdirilmiş, iddia qismən təmin edilmiş, iddiaçıya güzəştli şərtlərlə yaşa görə 57 yaşının tamam olduğu N2 aprel 20N4-cü il tarixindən, həmin vaxt “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədə ol an N0, N, 27 və 37-ci maddələrinə müvafiq hesablama qaydası ilə və ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə, yaşa görə güzəştli şərtlərlə ömürlük əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi «Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun N7-ci maddəsinin 5-ci bəndinə əsasən iddiaçıya aldığı əmək haqqına əsasən pensiya təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi yenidən hesablanaraq yaranmış fərqin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Cavabdeh Bakı Apelyasiya Məhkəməsin in İnzibati-İqtisadi Kollegiyasının 2-N(N03)N060/20N9 saylı iş üzrə 23 may 20N9-cu il tarixli qərarından kassasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsinin qərarında obyektiv həqiqəti ifadə edən hüquqi və faktiki əsasları qətiyyən nəzərə alınmamış, iş tam, hərtərəfli və obyektiv araşdırılmamış və nəticədə qanunvericiliyin tələbləri kobud surətdə pozularaq əsassız qərar qəbul edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” AR Qanununun 9.N-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan iş lərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -57 yaşına (0N.07.20N7-ci il tarixdən 60 yaşına) çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı N2 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı N0 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə görə iddiaçıya 20N4-cü ildə 57 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi q anuna ziddir. Etiraz: İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək onun təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qərarının dəyişdiirlmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış məhkəmə icraatının iştirakçıları məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində onların iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 9N-ci ma ddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qeyd olunmalıdır ki, apelyasiya instansiya məhkəməsinin qərarı ilə iddia qismən təmin edilsə də, iddiaçı iddianın təmin olunmayan hissəsini mübahisələndirməmiş, qərardan kassasiya şikayəti verməmişdir. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir. İPM-in 90.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada tə qdim olunduğu gündən N (bir) ay müddətində (İPM-in 94.N-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ilə cavabdehin tələbi qismən təmin edilsə də, cavabdeh kassasiya şikayətində qərarın tam ləğv olunmasını xahiş etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən - iddianın təmin edilməyən hissəsi ilə bağlı mümkünsüz, qalan hissədə mümkün hesab edilməlidir. Ona görə də hazırkı kassasiya baxışının predmetini apelyasiya instansiyası məhkəməsinin qərarının cavabdehin kassasiya şikayətinə əsasən, iddianın təmin olunan hissəsinin yoxlanılması təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosia l və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə pensiya hüququ yaranmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilini əsassız hesab edərək bildirir ki, 0N.0N.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 9.N-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajı na malik olduqda və bu müddətin azı N2 il 6 ayını həmin işlərdə, qadınlar -55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı N0 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.N-ci bəndinə əsasən də bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edili r. Qanunvericiliyin qeyd olunan tələbləri qaydasında iddiaçının əmək kitabçasının onun hazırda işlədiyi ARDNŞ-in «Neftqaztikinti» tresti tərəfindən N6.NN.20N8-ci təsdiq olunmuş surətlərinə və həmin Trestin 4 saylı Tikinti Quraşdırma İdarəsi tərəfindən DSMF-nin Qaradağ rayon şöbəsinə verdiyi 07.05.20N5-ci il tarixli təqdimatına və onun hərbi biletinin surətinə əsasən aşağıdakı kimi sığorta stajı müəyyən edilir: 06.05.N976 - N.06.N978- hərbi xidmət (2 il N ay 20gün) 04.N2.N978 - 20.03.N980- Əli-Bayramlı yardımçı müəssisələrin kombinatında çilingər (N il 0N ay N6 gün); 05.06.N980 - 28.02.N98N- 3 №-li Tikinti İdarəsində çilingər (8 ay 23 gün); 03.03.N98N-N3.0N.N983- «Azərenerjitikinti» trestində («UPTK») —çilingər ( N il N0 ay N0 gün); 08.02.N983 - N9.04.N986 - Zuyev elektromexanika zavodunda çilingər (3 il 2ay NN gün); N8.N2.N986 - 20.02.N988 - həmin zavodda usta ( Nil 2ay 2gün), 25.02.N988 - N.09.N990-həmin zavodda usta (2 il 7ay Ngün) 05.N0.N990 - 0N.06.N992-4840N №-li hərbi hissədə çilingər (N il 7ay N gün) 0N.06.N992 - 0N.N0.N993 - N №-li hərbi hissədə elektrik və qaz qaynaqçısı (N il N ay) 0N.N0.N993 - 02.05.N995 - N №-li hərbi hissədə qaz qaynaqçısı (N ay N8gün) N5.05.N995-0N.04.N997-«Azəriqaztəchizat»-da baş qurğuların mühəndisi (0N.0N.N996-cı il tarixinə qədər 7 ay N6 gün), sonra isə baş qurğuların operatoru (0N.04.N997-ci il tarixinə N il N ay); 0N.04.N997-N0.07.2003 «Azəriqaztəchizat» N3№-li Səyyar mexanikləşdirilmiş dəstədə çilingər ( 6 il 3ay 9gün) 22.07.2003 - 2N.N0.2005 - BTC LCO Boru kəməri layihəsində boru mardajçısı ( 2 il 2ay 29 gün); 04.08.2006 - 08.08.N2 - «Xəzərdəniznefttikinti» tresti 2 saylı İxtisaslaşdırılmış TikintiQuraşdırma filialında texnoloji boru kəmərinin quraşdırıcısı (6 il 4gün); 09.08.20N2 - 24.NN.20N4 - «Neftqaztikinti» tresti 5 saylı İxtisaslaşdırılmış TikintiQuraşdırma İdarəsində dəmir-beton konstruksiyaların quraşdırıcısı ( 2 il N ay N5 gün) N7.NN.20N4-cü il tarixdən - hal-hazıradək «Neftqaztikinti» tresti 4 saylı TikintiQuraşdırma İdarəsində dəmir-beton konstruksiyaların quraşdırıcısı işləyir. (N7.NN.20N40N.07.20N7 ( «Əmək pensiyaları haqqında» Qanuna dəyişiklik və əlavə qüvvəyə minənədək) dövrü üzrə həmin müəssisədə iş stajı 2 il 7 ay N4 gün təşkil edir). Beləliklə də iddiaçının qeyd olunan iş stajı ümumiləşdirildikdə, onun 0N iyul 20N7-ci il tarixinə qədər 25 ildən artıq ümumi sığorta stajı toplanır. Həmin müddətin isə N 2 il 6 aydan çoxu zərərli və ağır iş şəraitinə aid vəzifə və peşələrə aiddir: O cümlədən onun işlədiyi: - N №-li hərbi hissədə N il N ay elektrik və qaz qaynaqçısı, N №-li hərbi hissədə isə N ay N8 gün işlədiyi qaz qaynaqçısı (cəmi: N il 8 ay N8 gün) peşələri -Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci ildə təsdiq etdiyi «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı»sının «Ümumi peşələr» adlı 35-ci hissəsində (N və 72-ci bəndləri) güzəştli pensiya hüququ verən göstəricilər sırasına aid edilmişdir. Bundan əlavə, apelyasiya instansiya məhkəməsi əsaslı olaraq qeyd etmişdir ki, işin 22-ci vərəqində olan «SOCAR» «Neftqaztikinti» trestinin 03 dekabr 20N5-ci il tarixli güzəştli arayışına əsasən, iddiaçınin həmin tarixə Trestin Tikinti Quraşdırma İdarələrində Nazirlər Kabinetinin 23.0N.2007-ci il tarixi qərarı ilə təsdiq olunmuş qeyd olunan «Siyahı»nın 29-cu hissəsində, polad və dəmir-beton quraşdırıcısı kimi 3 il N ay N9 gün zərərli əmək şəraiti üzrə stajı vardır və o, hal-hazıradək bu peşədə çalışır. Onun əmək kitabçasının surətinin həmin trest tərəfindən N6.NN.20N8-ci il tarixdə təsdiq olunduğunu nəzərə alsaq, arayışda qeyd olunan 03.N2.20N5-ci il tarixdən sonra 0N.07.20N7-ci il tarixinə qədər (Qanuna edilən dəyişiklik qüvvəyə minənədək) olan dövrü (N il 6 ay 28 gün) də həmin müddətə əlavə etdikdə trestdə zərərli iş şəraitində iş stajı 0N.07.20N7-ci il tarixinə 4 il NN ay N7 gün təşkil edir. Eyni zamanda, iş materiallarının 23-cü vərəqində olan Azərbaycan Respublikası «xxxx» A SC-nin N6 oktyabr 20N8-ci il tarixli güzəştli arayışına əsasən müəyyən olunur ki, iddiaçının «Azərqaztəchizat»İB «Səyyarmexaniki» müəssisəsində qeyd olunan «Siyahı»nın 29-cu hissəsində nəzərdə tutulan - dəmir beton konstruksiyaların quraşdırıcı peşəsində 7 il 6 ay N0 gün zərərli əmək şəraitində iş stajı vardır. Beləliklə də, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2000-ci il tarixli N2 saylı Qərarı ilə təsdiq etdiyi «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı»sında nəzərdə tutulan güzəştli pensiya hüququ verən peşələr üzrə iddiaçının N2 il 6 aydan da çox zərərli iş stajının mövcud olduğu sübuta yetirilir. Göründüyü kimi, cavabdehin imtina məktubunda zərərli iş stajına aid etmədiyi çilingər pe şələrinin tədqiqinə əlavə ehtiyac qalmır. Yəni, iddiaçının həmin peşələrdə işləməsi nəzərə alınmasa belə, qaz və elektrik qaynaqçısı və dəmir-beton quraşdırıcısı kimi çalışdığı peşələrdə onun N2 il 6 aydan çox zərərli iş stajı toplanır. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, iş materialları və qanunvericiliyin tələblərinə əsasən iddiaçı 20N7-ci ilin iyulun N-nə qədər 25 il ümumi sığorta stajı olduğu və bunun da N2 il 6 ayından çoxunu zərərli və ağır iş şəraitində işlədiyindən onun həmin tarixə qədər “Əmək pensiyaları haqqında” Qanunun 9.N-ci maddəsinə əsasən 57 yaşından güzəştli pensiya hüququnun yarandığı müəyyən olunur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 57 yaşdan güzəştli şərtlə əmək pensiyası hüququna malik olduğundan, işə baxan apelyasiya instansiyas ı məhkəməsi cavabdehin imtinasının bu hissədə qanunsuz olması və iddianın həmin hissədə təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.N və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bəhs edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı yoxlanılan hissədə maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilm ədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Qaradağ rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-N(N03)-N060/20N9 saylı iş üzrə 23 may 20N9-cu il tarixli qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar