Məhkəmə qərarları › İş №2-1(102)-2644/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2644/2019

11.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2644/2019 11.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, X1 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı diplom üzrə ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi tələ binə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1164/2019 saylı iş üzrə 11 iyun 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 11 oktyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı 2010-cu ildə Gürcüstan Respublikası Tbilisi Humanitar Tədris Universitetinə daxil olmuş, 2015-ci il 27 iyun tarixdə həmin təhsil müəssisəsini bitirmiş və ona 2016-cı il 27 iyun tarixli, THTU 000008 saylı diplom verilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Gürcüstan Respublikası Tbilisi Humanitar Tədris Universiteti tərəfindən onun adına verilmiş 2016-cı il 27 iyun tarixli, THTU 000008 saylı diplomu üzrə ixtisasın tanınması (nostrifikasiyası) v ə ekvivalentlik haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Cavabdeh 2017-ci il 7 noyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Gürcüstan Respublikası Tbilisi Humanitar Tədris Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünün yerinə yetirilməsi qeyri-mümkündür. İddiaçı cavabdehin imtinasını əsassız hesab edərək hazırkı tələblə məhkəməyə müraciət etmiş Gürcüstan Respublikası Tbilisi Humanitar Tədris Universiteti tərəfindən onun adına verilmiş 2016-cı il 27 iyun tarixli, THTU 000008 saylı diplomu üzrə ixtisasın tanınması (nostrifikasiyası) və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliy inin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2010-cu ildə Gürcüstan Respublikasının Tbilisi Humanitar Tədris Universitetinə qəbul olmuş, Səhiyyə fakültə şurasının 2016-cı il 27 iyun tarixli, 12 nömrəli qərarı ilə ona “Diplomlu Stomatoloq” bakalavr akademik dərəcəsi verilmişdir. Təhsili müvəffəqiyyətlə bitirməyi ilə əlaqədar ona 2016-cı il 27 iyun tarixli, THTU № 000008 nömrəli bakalavr diplomu verilmişdir. Ali təhsil haqqında diplomu Gürcüstan Respublikası Təhsilin Keyfiyyəti Üzrə Milli İnkişaf Mərkəzi tərəfindən 2016-cı il 3 avqust tarixində Apostil möhürü ilə təsdiqlənmişdir. İddiaçı göstərilənlərə və “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 1 3 may tarixli, 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi” Qaydalarının (bundan sonra mətndə Qaydalar) 1.6, 3.4-cü maddələrinə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 33, 45, 46, 68, 69 və 75-ci maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya qarşı təqdim etdiyi etirazında müraciəti ilkin olaraq təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlillərə istinadla iddianın rədd olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-837/2018 saylı, 03 iyul 2018-ci il tarixli qərarı (hakim – E.M.Mustafayev) ilə iddia təmin edilmiş, Gürcüstan Respublikası Tbilisi Humanitar Tədris Universit eti tərəfindən iddiaçının adına verilmiş 27 iyun 2016 tarixli, THTU 000008 saylı diplomu üzrə ixtisasın tanınması (nostrifikasiyası) və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmaması xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2378/18 saylı, 06 noyabr 2018-ci il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – K.N.Abiyeva, hakimlər – M.N.Tağızadə və Ü.A.Mayılov) ilə apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-837/2018 saylı, 03 iyul 2018-ci il tarixli qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilməklə iddia rədd olunmuşdur. Azərbaycan Respu blikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)657/19 saylı, 20 fevral 2019-cu il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – İ.K.Hüseynov, hakimlər – N.İ.Rəsulbəyova və Z.M.Quliyev) ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2378/18 saylı, 06 noyabr 2018-ci il tarixli qərarı ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1164/2019 saylı, 11 iyun 2019-cu il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – İ.B.Əhmədov, hakimlər – S.S.Seyidova və V.M.Məmmədov) iləcavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-837/2018 saylı, 03 iyul 2018-ci il tarixli qərarı ləğv edilmiş iş üzrə yeni qərar çıxarılmaqla İddiaçı Əsədullahoviçin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “diplom üzrə ali təhsil ixtisasının tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 iyun 2019-cu il tarixli qərarını ləğv edib iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi tərəfindən işin halları düzgün araşdırılmamış, maddi və prosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Gürcüstan Respublikası Tbilisi Humanitar Tədris Universiteti tərəfindən verilmiş 26.06.2016-cı il tarixli THTU 000008 saylı diplomun və diploma əlavənin notariat qaydasında tərcümə və təsdiq edilmiş surətindən görünür ki. İddiaçı 5 il əyani tədris almış, 27.06.2016-cı ildə Gürcüstan Respublikası Tbilisi Humanitar Tədris Universitetini bitirmiş və ona stomatoloq ixtisası üzrə bakalavr akademik dərəcəsi verilmişdir. İddiaçı adına verilmiş ali təhsil haqqında diplom Gürcüstan RespublikasıİHHŞ-Təhsilin Keyfiyyəti Üzrə Milli İnkişaf Mərkəzi tərəfindən 03.08.2016-cı il tarixində Apostil möhürü ilə təsdiqlənmişdir. İş materiallarına əlavə edilmiş pasport məlumatlarından isə müəyyən olunur ki, iddiaçı təhsil aldığı müddət ərzində Gürcüstan Respublikasına gedib-gəlmişdir. Göründüyü kimi, İddiaçı təhsil aldığı 2010-2016-cı illərd ə demək olar ki, daim Gürcüstan Respublikasının Tbilisi şəhərində olmuş və dərslərdə iştirak etmişdir. Bununla da o, Gürcüstan Respublikası Tbilisi Humanitar Tədris Universiteti tərəfindən verilmiş diploma əlavədə qeyd olunan tədris yükünü tam yerinə yetirmişdir. Yalnız son tədris ilində, yəni 2015-2016-cı illərdə təhsil aldığı ölkədə az müddətdə olması onunla əlaqədar olmuşdur ki, son təhsil ili təcrübə ili olmuş və iddiaçı təcrübəni Azərbaycanda keçmişdir. Tərəflərin izahatları İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı dinlənilmədən baxılmışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Kollegiya cavabdehin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iddianın təmin olunmasına dair yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli, 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici döv lətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Həmin Qaydaların 3.3-cü bəndində təsbit edilmişdir ki, təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Qaydaların 3.7-ci bə ndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin is tiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Həmin Qaydaların 3.8-ci bəndinə görə isə tanınmaq və ekvivalentlik haqqında Şəhadətnamə almaq üçün təqdim olunmuş ixtisasla Azərbaycan Respublikasında qüvvədə olan mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə qoyulan məcburi minimum tələblər arasında müəyyən fərqlər yarandığı və ya hazırlıq sahəsi Azərbaycan Respublikasında qəbul edilmiş ali ixtisas təhsilinin istiqamətlərinin və ixtisaslarının siyahısına uyğun gəlmədiyi halda sınaq yoxlamaları da aparılır. Zəruri olduğu halda və özünün istəyi əsasında ərizəçi sınaq yoxlamaları verəcəyi fənlər üzrə ali məktəblərdə mühazirələrdə iştirak edir. Bundan başqa,2004-cü il martın 4-də Bakı şəhərində imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 may tarixli, 217 №-li Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi və Gürcüstan Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”in 8-ci maddəsinə əsasən, Tərəflər bu Saziş imzalandığı anda və onun qüvvəyə mindiyi tarixdən sonrakı dövrdə hər iki dövlətin təhsil müəssisələri tərəfindən verilmiş ümumi, orta və texniki peşə təhsili, orta ixtisas və ali təhsil haqqında sənədlərin, habelə elmi dərəcələrin və adların verilməsini təsdiq edən sənədlərin qarşılıqlı tanınması haqqında razılığa gəlirlər. İşin hallarından müəyyən olunur ki, cavabdeh diplomu tanımaqdan imtina edərkən iddiaçının Gürcüstan Respublikası Tbilisi Humanitar Tədris Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində ol duğundan diploma əlavədə qeyd olunmuş tədris yükünün yerinə yetirilməsinin qeyri-mümkün olduğuna əsaslanmışdır. Lakin cavabdeh bu zaman özünün mövqeyini dəqiqiləşdirməmiş, tələb olunan müddətin nə qədər olduğunu göstərməmişdir. Bununla bağlı olaraq apellyasiya məhkəməsi tərəfindən sərhədkeçmə məlumatları əsas götürülməklə aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçı əyani təhsil aldığı 5 illik təhsil müddətində 4 təhsil ili ərzində normativə uyğun olaraq dərslərdə iştirak etsə də, son tədris ilində ölkə xaricində 23 gün olmuşdur. Məhkəmə hesab etmişdir ki, həmin 23 gün müddətində bir illik tədris yükünü mənimsəmək mümkünsüdür. Kollegiya apellyasiya məhkəməsinin sözügedən mövqeyini əsassız hesab edir. İlk növbədə qeyd edilməlidir ki, həm iddiaçıya məxsus pasportdakı qeydlərdən, həm də Dövlət Sərhəd Xidməti tərəfindən təqdim edilmiş sərhədkeçmə məlumatlarından müəyyən olunur ki, iddiaçı əyani təhsil aldığı müddətin ilk 4 ili ərzində kifayət qədər uzun müddət ərzində Gürcüstan ərazisində olmuşdur. Buna görə də, həmin dörd illik müddətlə bağlı apellyasiya məhkəməsi iddiaçının normativə uyğun olaraq dərslərdə iştirakının sübuta yetirildiyi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Lakin məhkəmə tədrisin sonuncu ilinin təcrübə ili olduğunu, iddiaçının təcrübəsini Azərbaycanda keçdiyini nəzərə almamış, formal əsaslardan çıxış etməklə 23 gün müddətində bir illik tədris yükünü mənimsəməyin mümkün olmadığını bildirmişdir. Nəzərə almaq lazımdır ki, sonuncu tədris ili təcrübə ili olduğu üçün iddiaçı həmin təcrübəni Azərbaycanda keçmişdir və deməli, tədris yükünü ödəmişdir. Onun təhsil aldığı müəssisə də sonuncu tədris ilinin təcrübə ili olduğunu təsdiq etmiş və iddiaçının Azərbaycan keçdiyi təcrübəni tədris yükünün yerinə yetirilməsi kimi qəbul etmişdir. Gürcüstan Respublikası Tbilisi Humanitar Tədris Universitetinin 09.10.2019-cu il tarixli, No517/03 saylı arayışı ilə bu hal təsdiq olunur. Beləliklə, cavabdehin təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçının həmin ölkədə qısa müddət ərzində olduğu və diploma əlavədə qeyd olunmuş tədris yükünün yerinə yetirmədiyinə dair bildirdiyi dəlillər əsassız olmuşdur, işdəki mövcud sübutlarla bunun əksi təsdiq olunur. Beləliklə, cavabdeh iddiaçının təhsil almaq üçün tələb olunan müddətin qarşılığında Gürcüstanda qısa müddət ərzində olduğuna və buna görə də, diploma əlavədə qeyd olunmuş tədris yükünün yerinə yetirmədiyinə əsaslanmasına baxmayaraq bu halın mövcudluğunu sübut edə bilməmişdir. Halbuki, İPM-in 14.3-cü maddəsinə əsasən bu halda sübutetmə yükü cavabdeh inzibati orqanın üzərinə düşür. Həmin maddəyə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Bundan başqa, qanunvericilikdə iddiaçının təhsil aldığı ölkədə olması müddəti deyil, ixtisas almaq üçün təlimin ümumi normativ müddətinin Azərbaycan Respublikas ındakı təhsilin dövlət standartlarına uyğunluğun araşdırılması müəyyən edilmişdir. Kollegiya həmçinin qeyd edir ki, işin hallarından göründüyü kimi cavabdeh ümumi qaydada, hər hansı konkret hallara və sübutlara istinad etmədən tədris yükünün yerinə yetirilmədiyinə əsaslanmaqla diplomu tanımaqdan imtina etmişdir.Bu, yolverilməzdir. Əslində isə cavabdeh bu halda, Qaydaların 3.7-ci bəndinə uyğun olaraq təhsil sahəsində ixtisasın tanınması və ya təhsilin məzmununun uyğunluğu haqqında mənfi rəylərə istinad etməli və həmin rəyləri məhkəməyə təqdim etməli idi. Lakin nə iddiaçının müraciətini təmin etməkdən imtina ilə bağlı məktubunda, nə də birinci və apellyasiya instansiyası məhkəmələrindəki icraat zamanı cavabdeh həmin zəruri sübutları təqdim etməmişdir.Kollegiya həmçinin qeyd edir ki, hazırkı iş üzrə məhkəmənin özü tərəfindən də mənfi rəy verilməsinə əsas ola biləcək Qaydaların 3.7-ci bəndində sadalanmış hallardan hər hansı biri də müəyyən olunmamışdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1164/2019 saylı iş üzrə 11 iyun 2019-cu il tarixli qərarı ləğv edilsin. İddia təmin olunsun. Gürcüstan Respublikası Tbilisi Humanitar Tədris Universiteti tərəfindən İddiaçı adına verilmiş 27 iyun 2016 tarixli, THTU 000008 saylı diplomu üzrə ixtisasın tanınması (nostrifikasiyası) və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsi Azərba

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar