Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2644/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sosial müavinətin ödənişinin bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 29.12.2023 hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə müavinətin xx.xx.2022-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)-369/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya xx.xx.2019-cu il tarixdən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinət təyin edilmişdir.
2. İddiaçı xx.xx.2017-ci ildən, xx.xx.2020-ci il tarixədək aktiv vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatda olduğundan ona təyin edilmiş yaşa görə sosial müavinət ödənişi xx.xx.2022-ci il tarixdə dayandırılmışdır.
3. İddiaçı cavabdehə müavinətin bərpa olunması ilə bağlı müraciət etmiş, heç bir fəaliyyətlə məşğul olmadığını və xx.xx.2020-ci il tarixdən vergi uçotundan çıxdığını bildirmişd ir.
4. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********5 nömrəli imtina məktubunda qeyd etmişdir ki, xidməti yoxlama zamanı məlum olmuşdur ki, xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək aktiv vergi ödəyicisi kimi qeydiyyatda (VÖEN: **********) olduğu halda xx.xx.2020-ci il tarixinədək qüvvədə olan “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinin tələbləri pozularaq iddiaçıya xx.xx.2019-cu il tarixindən yaşa görə sosial müavinət təyin edilib. Bu səbəbdən ona təyin edilən yaşa görə sosial müavinətin ödənişi xx.xx.2022-ci il tarixindən dayandırılmışdır. Nəticədə xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək 5263.00 manat məbləğində artıq ödəmə müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2019-cu il tarixli “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliyə əsasən 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarıldığı üçün xx.xx.2020-ci il tarixindən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. Müraciətlə əlaqədar olaraq bildirilir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsindən vergi uçotunun ləğv edilməsi haqqında rəsmi arayış təqdim etməsinə baxmayaraq, qadınların yaşa görə müavinət hüququ xx.xx.2022-ci tarixindən 63 yaş müəyyən edildiyindən və beş və daha çox uşaq doğub səkkiz yaşınadək tərbiyə etmədiyindən iddiaçıya yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, ona təyin edilmiş yaşa görə müavinətin xx.xx.2022-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona xx.xx.2019-cu il tarixdə yaşa görə müavinət təyin edilmişdir. Lakin həmin müavinət daha sonradan, yəni xx.xx.2022-ci il tarixdə dayandırılmış və cavabdeh bunu onun vergi ödəyicisi kimi qeydiyyatda olması ilə əsaslandırmağa çalışmışdır. Halbuki, iddiaçı vergi ödəyicisi kimi qeydiyyatdan keçsə də heç bir fəaliyyətlə məşğul olmamış və həmin VÖEN xx.xx.2020-ci il tarixdə deaktiv edilmişdir. Heç bir fəaliyyətlə məşğul olmaması və xx.xx.2020-ci il tarixdə vergi uçotundan çıxması ilə bağlı sənədləri cavabdeh inzibati orqana təqdim etməsinə baxmayaraq sonuncu öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Cavabdehin etirazları:
7. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə müvafiq olaraq yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Yuxanda qeyd edilən maddələrin məzmunundan aydın olur ki, şəxsə yasa görə sosial müavinət təyin edilməsi üçün onun həm yaşa görə pensiya hüququ yaranmamalı, həm də işləməməlidir.
8. İddiaçı aktiv vergi ödəyicisi kimi vergi orqanında xx.xx.2017- xx.xx.2020-ci il tarixlərdə qeydiyyatda olması onu işsiz və işaxtaran statusundan məhrum etdiyi kimi aktiv vergi ödəyicisi olması səbəbilə məcburi dövlət sosial sığortasına cəlb edilməsi onun sahibkarlıq və ya digər gəlirli əmək fəaliyyəti ilə məşğul olduğu anlamına gəlir.
9. İddiaçı xx.xx.2017-ci ildən, xx.xx.2020-ci il tarixədək aktiv vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatda olduğundan ona xx.xx.2019-cu il tarixdə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyasına əsasən 3 və daha artıq uşağı doğub 8 yaşınadək tərbiyə etdiyi və 57 yaşına çatdığı üçün təyin edilmiş yaşa görə sosial müavinət ödənişi xx.xx.2022-ci il tarixdə dayandırılmışdır.
10. İddiaçı hal-hazırda yaşa görə sosial müavinət hüququnun mövcud olubolmadığına nəzər salsaq, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə xx.xx.2019-cu il tarixdə edilən dəyişikliyi nəzərə alaraq ona yaşa görə sosial müavinət təyin edilməsi üçün iddiaçı 62 yaşa çatmalı və əmək fəaliyyəti ilə məşğul olmamalıdır. İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olduğundan ona yaşa görə sosial müavinət təyin edilməsi qanunvericiliyin tələblərinə müvafiq deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
11. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-504/2023 nömrəli qərarı ilə cavabdehin üzərinə iddiaçıya təyin edilmiş yaşa görə müavinətin xx.xx.2022ci il tarixdən bərp a edilməsi öhdəliyi qoyulmuşdur.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya münasibətdə həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə müvafiq olaraq xx.xx.2019-cu il tarixdən yaşa görə müavinət təyin edilmiş və xx.xx.2022-ci il tarixədək ödəniş həyata keçirilmişdir. Lakin cavabdeh tərəfindən ödənişlərin həyata keçirilməsi göstərilən tarixdən dayandırılmış, cavabdeh öz mövqeyini iddiaçının xx.xx.2017-ci ildən xx.xx.2020-ci il tarixədək aktiv vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatda olması ilə əsaslandırmağa çalışmışdır. Halbuki, iddiaçıya yaşa görə sosial müavinətin təyin edildiyi xx.xx.2019-cu il tarixdə o, artıq vergi uçotunda olmuş, həmçinin vergi uçotundan çıxarıldığı xx.xx.2020-ci il tarixədək olan dövrdə ona münasibətdə ödənişlər həyata keçirilmiş və ödənişlərin dayandırıldığı xx.xx.2022-ci il tarixədək olan dövrdə sosial müavinətin dayandırılması ilə bağlı heç bir tədbir görülməmişdir.
13. Bununla yanaşı, məhkəmə tərəfindən iş materiallarında olan sənədlərin və cavabdeh tərəfindən aparılmış inzibati icraat materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində 15 manat vergi ödənişinin dövlət büdcəsinə ödənilməsini təmin etmişdir və vergi orqanına təqdim etdiyi müvafiq ərizəyə əsasən xx.xx.2020-ci il tarixdən uçotdan çıxarılmışdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçı qeyd olunan dövrdə aktiv sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Həmçinin adına VÖEN açıldıqdan bir il altı aydan artıq müddət keçdikdən sonra ona yaşa görə sosial müavinət təyin edilmiş, VÖEN-in aktiv olduğu müddət ərzində cavabdeh tərəfindən iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını təsdiq edən sübutlar müəyyən edilməmişdir. Müavinətin dayandırılması zamanı aparılmış icraat zamanı iddiaçının iştirakı təmin olunmamışdır. Həmçinin məhkəmə araşdırması ilə iddiaçıya münasibətdə təyin edilmiş sosial müavinətin dayandırılması barədə cavabdeh tərəfindən qəbul edilmiş hər-hansı qərar aşkar edilməmiş, cavabdehin nümayəndəsi məhkəmənin sorğusuna cavab olaraq belə bir qərarın tərəflərindən aşkar olunmadığını bildirmişdir.
14. İşin müəyyən edilmiş hallarından görünür ki, müavinətin ödənişinin dayandırılması zamanı cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olması, inzibati icraatın hansı qaydada aparılması göstərilməmiş, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakı təmin olunmamış, eyni zamanda onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsinin aydınlaşdırılması həyata keçirilməmişdir. Aparılan icraat “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olmamışdır. Belə ki, cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan faktiki hərəkətlər etməklə müavinəti dayandıra bilməz.
15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
16. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)-369/2023 nömrəli qərarı ilə cavabde hin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-504/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdən 3 və daha çox uşağı doğub, 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinət təyin edilmişdir. Daha sonra inzibati orqan tərəfindən aparılan xidməti yoxlama zamanı məlum olmuşdur ki, xx.xx.2017-ci il t arixdən xx.xx.2020-ci il tarixədək iddiaçı aktiv vergi ödəyicisi kimi qeydiyyatda VÖEN (**********) olduğu halda ona xx.xx.2019-cu il tarixdən təyin edilmiş yaşa görə sosial müavinətin ödənişi Qanunun 7.0.2-ci maddəsinin tələbləri pozularaq davam etdirilmişdir. Bu səbəbdən cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixli 37877 nömrəli qərar qəbul edilmişdir. Qərara əsasən xx.xx.2022-ci il tarixdən iddiaçıya təyin edilmiş sosial müavinət dayandırılmış və xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək 5.263 manat artıq ödəmə qeydə alınmışdır. İddiaçı iddia ərizəsində qeyd edilən dövrdə vergi ödəyicisi kimi qeydiyyatdan keçsə də, heç bir fəaliyyətlə məşğul olmadığını qeyd etmişdir. Lakin, Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergi İdarəsinin xx.xx.2022-ci il tarixli ***** *****863700 nömrəli məktubuna əsasən iddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində dövlət büdcəsinə 15 manat vergi ödənişinin ödənilməsini təmin etmişdir və vergi orqanına təqdim etdiyi müvafiq ərizəyə əsasən xx.xx.2020-ci il tarixdən uçotdan çıxarılmışdır. Həmçinin, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununda qeyd edilmiş dəyişikliyə əsasən Qanunun 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarıldığı üçün xx.xx.2020-ci il tarixdən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. Ona görə də Şəki Ap ellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(107)369/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. b) kassasiya şikayətinə etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “İnzibati icraat haqqında” Qanun: Maddə
13. Etimad hüququnun qorunması prinsipi Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.... Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.... Maddə
21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı Mad də 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur.... Maddə
28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi;... Maddə
64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə
67. Qanunsuz inzibati aktın ləğv olunması... 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.... 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklər in əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
22. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərd ə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kas sasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
26. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh müavinətin ödənişinin dayandırılması barədə məsələni həll edərkən eyni zamanda həm sosial müavinətin təyini, ödənilməsi və ödənişin dayandırılması ilə bağlı qanunvericilik normalarının, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. 27. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman, inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır.
28. Həmçinin nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.
29. Bu baxımdan inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq ödənişin dayandırılmasına səbəb ola bilən hər hansı halın mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar bir araşdırma nəticəsində müəyyən etməklə müavinətin ödənişini dayandırmaqda cavabdeh haqlı sayıla bilməz. Belə ki, ödənişin təyin edilməsi barədə qərarın ləğvinə və ya ödənişin da yandırılmasına əsas olan bilən hər hansı halı aşkar etdikdə, inzibati orqan bu qərarın 21-ci bəndində qeyd olunmuş qaydada əvvəlki qərarın qəbulu üzrə inzibati icraatı təzələməyə, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində ödənişin dayandırılmasına əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə icraatın sonunda bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, müavinətin təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın et ibarlığına və hüquqi qüvvəsinə zidd olardı.
30. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 21(107)-369/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.