Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2647/2019 28.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası X2 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı QƏRARDAD GİRİŞ HİSSƏ: Hakim Bədəlov Kəmaləddin Nurəddin oğlu, iş üzrə Səfərova Mətanət İsa qızının katibliyi ilə, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı maddi zərərin tutulması haqqında iddia tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1297/2019 saylı, 23 may 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatının mümkünlüyü məsələsinə 28 avqust 2019-cu il tarixdə, Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağ ıdakı qərardadı qəbul etdim. TƏSVİRİ HİSSƏ: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona vurduğu 1000 manat maddi ziyanın ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-591/2019 saylı, 11 mart 2019-cu il tarixli qərarı ilə (hakim: M.T.Hacıbəyova) iddia rədd edilmişdir. Məhkəmənin həmin qərarından iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1297/2019 saylı, 23 may 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: C.A.Yusifov, hakimlər: V.M.Ağayev və A.B.Nuriyeva) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-591/2019 sa ylı, 11 mart 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı hazırda kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-1297/2019 saylı, 23 may 2019-cu il tarixli qərarının ləğv olunmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış məhkəmə icraatının iştirakçıları məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində onların iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA H İSSƏSİ: Kassasiya şikayətini nəzərdən keçirərək hesab edirəm ki, həmin şikayət üzrə kassasiya icraatı aşağıdakı hüquqi əsaslara görə mümkün hesab edilməməlidir. Kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinə daxil olduqdan sonra onun mümkünlüyü məsələsinə 28 avqust 2019-cu il tarixdə baxılacağına dair iddiaçıya və onun vəkilinə məhkəmə bildirişi göndərilmişdir. Bildirişdə iddiaçının nəzərinə çatdırılmışdır ki, apelyasiya məhkəməsinin qərarından verilmiş kassasiya şikayəti onun tərəfindən imzalanmamış, yalnız vəkil tərəfindən imzalanmış, vəkilin kassasiya şikayəti imzalamaq səlahiyyətini təsdiq edən etibarnamə isə şikayətə əlavə edilməmişdir. Bu səbəbdən təyin olunan vaxta qədər göstərilən nöqsanın aradan qaldırılması, kassasiya şikayətini imzalayan şəxsin səlahiyyətini təsdiq e dən etibarnamənin təqdim olunması iddiaçıya təklif edilmişdir. Lakin təyin edilmiş vaxta qədər göstərilən nöqsan iddiaçı tərəfindən aradan qaldırılmamış və zəruri sənədlər məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İPM-in 90.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin inzibati-iqtisadi kollegiyasına şikayət verilə bilər. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər. Bu Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Göründüyü kimi, kassasiya icraatı zamanı şikayətin mümkünlüyü məsələsi həll olunmalı və kassasiya şikayətinin verilməsinə dair tələblərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. Bu tələblərə həmçinin kassasiya şikayətinin onu verən şəxs tərəfindən imzalanm ası da aiddir. Hazırkı halda iddiaçının kassasiya şikayəti onu verən şəxs – iddiaçı tərəfindən imzalanmamışdır. Belə ki, kassasiya şikayətini vəkil imzalasa da, iddiaçının vəkilə, şikayəti onun adından imzalamaq səlahiyyəti verməsi barədə etibarnamə kassasiya şikayətinə əlavə edilməmişdir. Eləcə də şikayəti imzalayan vəkilin belə bir səlahiyyətinin olub olmaması barədə iş materiallarında hər hansı sübut (etibarnamə) aşkar edilməmişdir. Qanunvericiliyin istinad edilən müddəalarına əsaslanmaqla, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxarkən belə nəticəyə gəlirəm ki, şikayət, onu verən şəxs – iddiaçı tərəfindən imzalandığından həmin şikayət üzrə kassasiya icraatı mümkün hesab edilə bilməz. Bu səbəbdən şikayətin qəbulundan imtina edilməlidir. Qeyd olunmalıdır ki, belə olan halda, apelyasiya məhkəməsinin qərarı iddiaçıya münasibətdə qanuni qüvvəyə minir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının İPM-nin 96.2, 96.3-cü maddələrini rəhbər tutaraq, qərara aldım: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1297/2019 saylı, 23 may 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmasın və kassasiya şikayətinin qəbulundan imtina edilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-2647/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2647/2019
28.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver