Məhkəmə qərarları › İş №2-1(102)-2647/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2647/2023

08.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2647/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: xidməti uyğunsuzluğa görə tərxis). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 08.12.2023 Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müdafiə nazirinin müavini Hərbi Hava Qüvvələrinin komandanının 28 fevral N2-ci il tarixli 015 əç nömrəli əmrinin və N nömrəli hərbi hissə komandirinin N mart N2-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçı nın N nömrəli hərbi hissənin səyyar komanda məntəqəsinin səyyar rabitə qovşağının radiorabitə tağımının komanda-qərargah maşınları manqasının sürücü-elektriki vəzifəsinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 iyul N3-cü il tarixli, 2-1(107)-280/N3 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Müdafiə Nazirinin müavini, Hərbi Hava Qüvvələri Komandanının xx.xx.N2-ci il tarixli, 015əç nömrəli əmrindən çıxarışdan görünür ki, həmin əmrlə çavuş İddiaçı, 952-ci zenit raket briqadasının (N nömrəli hərbi hissə) səyyar komanda məntəqəs inin səyyar rabitə qovşağının radiorabitə tağımının komanda-qərargah maşınları manqasının sürücü-elektriki həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.

2. N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli, 87 nömrəli nizami hissə üzrə əmrindən çıxarışda qeyd olunmuşdur ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı, səyyar komanda məntəqəsinin səyyar rabitə qovşağının radiorabitə taqımının komanda-qərargah maşınları manqasının sürücü-elektriki, Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri komandanının 28 fevral N2-ci ıl tarixli, 015əç nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxıldığına görə xx.xx.N2-ci il tarixdən şəxsi heyətin siy ahısından, bütün növ təminatdan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinə göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Müdafiə nazirinin müavini Hərbi Hava Qüvvələrinin komandanının 28 fevral N2-ci il tarixli 015 əç nömrəli əmrinin və N nömrəli hərbi hissə komandirinin N mart N2-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının N nömrəli hərbi hissənin səyyar komanda məntəqəsinin səyyar rabitə qovşağının radiorabitə tağımının komanda-qərargah maşınları manqasının sürücü-elektriki vəzifəsinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzər inə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2014-cü il tarixdən etibarən müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başlamışdır. 2016-cı il aprel döyüşlərinin və N0-ci ildə Vətən müharibəsinin (44 günlük müharibənin sonunadək) iştirakçısı olmuşdur. 8 ildən artıq qüsursuz xidmət etmiş, rəhbərlik tərəfindən dəfələrlə “Təşəkkür" almışdır. İddia ərizəsinə əlavə etdiyi çavuş İddiaçı aid “Xidmət vərəqəsi”ndə göstərdikləri öz əksini geniş formada tapmışdır. Azərbaycan Respublikası Prezidentinin adından Müdafiə Nazirinin 0160t xx.xx.2019-cu il tarixli əmrinə əsasən “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla təltif olunmuşdur. N0-ci il Vətən müharibəsindən əvvəl və sonra da hərbi təlimlərdə fəal iştirak etmişdir. N1-ci ili n may ayının 18-də xidmət etdiyi N saylı hərbi hissəsinin hərbi qulluqçuları, həmçinin iddiaçı da daxil olmaqla Müdafiə Nazirliyinin “Papanin” adlanan Hərbi Hospitalına narkotik tipli vasitələrdən istifadə edilib-edilməməsini müəyyən etmək üçün analiz nümunələri götürülməsi üçün göstəriş verilmişdir. İddiaçıdan və digər hərbi qulluqçulardan Hərbi hospitalda qan və digər analiz nümunələri götürülmüşdür. İddiaçıdan götürülmüş analiz nümunələri neqativ cavablandırılmış, yəni hər hansı narkotik mənşəli təsir edici vasitələrdən istifadə olunma müəyyən edilməmişdir. Belə analizlərin götürülməsinə iddiaçı etirazını bildirmişdir. Belə ki, o, heç bir vaxt narkotik vasitələrdən istifadə etməmişdir. N1-ci ilin noyabr ayının 26-da iddiaçı yenidən xidmət etdiyi N saylı hərbi hissəsinin hərbi qulluqçu ları, həmçinin iddiaçı da daxil olmaqla Dövlət Təhlükəsizliyi Xidmətinin (Müdafiə Nazirliyinin Hərbi Hospitalına deyil) Hərbi hospitalına narkotik tipli vasitələrdən istifadə edilib-edilməməsini müəyyən etmək üçün analiz nümunələri götürülməsi üçün göstəriş verilmişdir. İddiaçı yenə də öz etirazını bildirmiş və etirazını belə əsaslandırmışdır ki, onun böyrəklərində narahatlıq var və müalicə götürür. Hərbi hissə komandanlığı tərəfindən xx.xx.N2-ci il tarixdə iddiaçıya bildirmişlər ki, analizin cavabları məlumdur, onun sidik və qan nümunəsində “marixuana” THC narkotik maddəsi aşkar edilmişdir. Bununla bağlı iddiaçı barəsində Şərəf məhkəməsi keçirilmişdir. İddiaçı şərəf məhkəməsində Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserin sidik və qan nümunələrindən götürülmüş analizin “neqativ” cavabını, həmçinin xəstəliyi və müalicəsi ilə bağlı sənədləri təqdim etmiş və bildirmişdir ki, yəqin ki, DTX HTBİ Mərkəzi laboratoriyasının analizləri səhv salınmışdır. Lakin ona bildirilmişdir ki, o narkotik vasitədən istifadə etmişdir. İddiaçıya xx.xx.N2-ci il tarixdə bir aylıq məzuniyyət verilmiş, məzuniyyətdən xx.xx.N2-ci il tarixdə qayıtdıqdan sonra xidmətə davam etmişdir. Fevral ayının ortalarından etibarən onun müəyyən söhbətlər aparılmış və tərxis olunduğuna dair iddiaçıya xəbərdarlıq edilmişdir. İddiaçı məzuniyyətdə olduğu müddətdə, xx.xx.N2-ci il tarixdə onun barəsində aparılmış araşdırma ilə bağlı raport daxil olmuşdur. İddiaçı xidmətini xx.xx.N2-ci il tarixədək davam etdirmişdir. Həmin tarixdə, yəni xx.xx.N2-ci il tarixdə N saylı hərbi hissənin Şəxsi heyət uçot bölməsinin rəisi nin köməkçisi, baş leytenant Sənan Əliyev iddiaçıya təyinat vərəqəsini təqdim edərək bildirmişdir ki, o, artıq ordudan tərxis olunmuşdur. İddiaçı təyinat vərəqəsini SHXÇDX-nin Mingəçevir şəhər şöbəsinə təqdim edərək qeydiyyata düşmüşdür. Bundan sonra iddiaçı işdən çıxarılmasına dair əmrin ona təqdim edilməsi üçün ərizə ilə müraciət etmiş, xx.xx.N2-ci il tarixdə N saylı hərbi hissə komandirinin N mart N2-ci il tarixli 87 nömrəli əmrindən çıxarışı almışdır. İddiaçı hesab edir ki, Müdafiə nazirinin müavini Hərbi Hava Qüvvələrinin komandanının 28 fevral N2-ci il tarixli 015 əç nömrəli və N nömrəli hərbi hissə komandirinin N mart N2-ci il tarixli əmrləri qanunsuz və əsassızdır.

5. Cavabdeh iddia ərizəsinə dair etiraz təqdim edərək bildirmişdir ki, N nömrəli hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı hərbi xidmətdə olduğu dövrdə 26 noyabr N1-ci il tarixdə narkotik tipli vasitələrdən istifadə edilibedilməməsini müəyyən etmək üçün ondan Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsində analiz nümunələri götürülmüşdür. Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Mərkəzi Laboratoriyasında 26 noyabr N1-ci il tarixdən 30 noyabr N1-ci il tarixədək İddiaçı götürülmüş nümunələr üzərində tədqiqat aparılmışdır. Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Mərkəzi Laboratoriya rəisinin xx.xx.N1ci il tarixli mütəxəssis rəyinin nəticəsində çavuş İddiaçı sidik və qan nümunəsində marixuana (THC) narkotik maddəsi aşkar olunması göstərilmişdir. N nömrəli hərbi hissənin komandanlığı çavuş İddiaçı sidik və qan nümunəl ərində marixuana (THC) narkotik maddəsi aşkar edilməsi barədə yazılı məlumat aldıqdan sonra İddiaçı hərbi qulluqçuların şərəf məhkəməsində dinləməyə çıxarılmışdır. Şərəf məhkəməsində çavuş İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ordu sıralarından ehtiyata buraxılmasına dair qərar qəbul olunmuş və bununla əlaqədar yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. Bundan sonra Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələri komandanının 28 fevral N2-ci il tarixli 015 əç nömrəli əmri ilə çavuş İddiaçı ordu sıralarından ehtiyata buraxılmışdır. Bundan əlavə çavuş İddiaçı qan və sidik nümunələrinin tədqiqatı nəticəsində marixuana (THC) narkotik maddəsinin aşkar olunduğu üçün N nömrəli hərbi hissədə fakt üzrə xidməti ar aşdırma təyin olunmuşdur. Toplanmış material prosessual qərar qəbul olunması üçün hərbi hissənin təhqiqatçısı, ədliyyə baş leytenantı Təbriz Adıyeva tapşırılmışdır. Təhqiqat araşdırması zamanı İddiaçı saxlancda saxlanılan qan və sidik nümunələri təkrar prosessual qərarla ekspertiza təyin olunaraq ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə tapşırılmışdır. xx.xx.N2ci il tarixli, 1194 nömrəli ekspert rəyində görünür ki. İddiaçı Kannabinoiddən istifadə etmə halı olduğu göstərilmişdir. 10 iyun N2-ci il tarixdə N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu çavuş İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Pr osessual qərar Tərtər hərbi prokurorluğunda öyrənilərək qanuni qüvvədə saxlanılmışdır. Odur ki, göstərilən fakt Azərbaycan Ordusunda şəxsi heyətin döyüş hazırlığına, nizam-intizamına mənfi təsir göstərir. Narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edən şəxs Ordu sıralarında xidmət edə bilməz.

6. Şəki İnzibati Məhkəməsinin 26 yanvar N3-cü il tarixli 2-1(116)-138/N3 nömrəli qərarı ilə (hakim F.İsmayılzadə) iddia tələbi təmin edilərək iddiaçının Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanının 28 fevral N2-ci il tarixli 015 əç nömrəli əmri və N nömrəli hərbi hissə komandirinin N mart N2-ci il tarixli, 87 nömrəli əmri ləğv edilmiş, iddiaçının N nömrəli hərbi hissənin səyyar komanda məntəqəsinin səyyar rabitə qovşağının radiorabitə tağımının komanda-qərargah maşınlar ı manqasının sürücü-elektriki vəzifəsinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

7. Məhkəmə hesab etmişdir ki, "Narkoloji xidmət və nəzarət haqqında" Qanunun 24.3cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan müayinə zamanı şəxsin narkotik vasitə istifadə etdiyi aşkar edilirsə, bu halın özü həqiqi hərbi xidmətdən ehtiyata buraxılma (xidməti uyğunsuzluğa görə) üçün yetərli əsas ola bilər. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata buraxılması halları qeyd olunmuşdur. Həmin maddənin 41.0.6-cı bəndində xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçular ı istisna olmaqla) olan hal ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün əsas kimi göstərilmişdir. Qanunvericiliyin sadalanın normalarının tələblərindən göründüyü kimi narkotik vasitə qəbulu hərbi qulluqçunun nüfuzunu aşağı sala biləcək hərəkət olduğu və etik davranış qaydalarına uyğun olmayan davranış sayıla bildiyi, eyni zamanda hərbi qulluqçunun xidmətdənkənar fəaliyyətində də ictimai davranış normalarına zidd bir hərəkət kimi qiymətləndirildiyi və qanunvericiliyə uyğun olaraq kobud pozuntu hesab olunduğu üçün “xidməti uyğunsuzluğuga görə” həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaya əsas ola bilər. Lakin şəxs tərəfindən narkotik vasitə və ya insan psixikasına təsir edən digər maddələrin qəbulu faktı qanunvericilikdə təsb it olunmuş qaydada müəyyən olunmalıdır. Bu isə onu nəzərdə tutur ki, sözügedən faktın aşkarlanması qanunvericiliklə müəyyən olunmuş prosedurlara riayət etməklə aparılmalıdır. Cavabdeh tərəfindən məhz DTX Hərbi-tibb Baş İdarəsinin xx.xx.N1-ci il tarixli mütəxəssis rəyinə əsaslanaraq Müdafiə Nazirinin müavini, Hərbi Hava Qüvvələri Komandanının xx.xx.N2-ci il tarixli, 015əç nömrəli əmri ilə iddiaçının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılması qərara alınmış, sonradan isə iddiaçının N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli, 87 nömrəli nizami hissə üzrə əmri ilə xx.xx.N2-ci il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatdan çıxarılması və hərbi q eydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinə göndərilməsinə qərar verilmişdir. Cavabdeh tərəfindən öz mövqeyini əsaslandırmaq üçün mübahisəli xx.xx.N2-ci il tarixli 015əç nömrəli əmrin verilməsindən sonra əldə edilmiş Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin xx.xx.N2-ci il tarixli 1194 nömrəli rəyi məhkəməyə təqdim edilsə də, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, həmin rəy məhz iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasından sonra alınmış və onun alınması iddiaçıya münasibətdə başlanmış cinayət təqibinin həyata keçirilməsi çərçivəsi ilə bağlı olmuş, iddiaçıya münasibətdə cinayət təqibinə bəraətverici əsasla xitam verilmişdir.

8. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində icraat

9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 iyul N3-cü il tarixli, 21(107)-280/N3 nömrəli qərarı ilə (hakimlər: R.Rəfiyev - sədrlik edən və məruzəçi, M.Əsədli və G.Cavadova) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 26 yanvar N3-cü il tarixli 2-1(116)-138/N3 nömrəli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı barəsində aparılan müayinə zamanı marixuana (THC) narkotik maddəsi aşkar edilməsinə dair Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.N1-ci il tarixli mütəxəssis rəyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyin in Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş, xx.xx.N2-ci il tarixli 1194 nömrəli ekspert rəyi ilə təsdiq olunduğundan cavabdeh orqanın iddiaçının xidmətə uyğunsuzluğa görə xx.xx.N2-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmasına dair hərəkəti qanunauyğun olmuşdur. İddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmamasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamaqla iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun olmuşdur, cavabdehin inzibati orqan olaraq güdmə li olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Apellyasiya məhkəməsi mövqeyini əsaslandırmaq üçün “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 1-ci, 2-ci, 156-cı, 168ci, “Narkoloji xidmət və nəzarət haqqında” Qanunun 6.7-ci, 10.1-ci, 24.3-cü, 24.4-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2002-ci il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”nin 10cu bəndinə istinad edilmişdir.

11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QA RŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı kassasiya şikayətində iddia ərizəsinə uyğun işin hallarını sadalamış, əlavə olaraq qeyd etmişdir ki, onun işdən azad olunmağının əsası kimi Daxili Təhlükəsizlik İdarəsinin xx.xx.N1-ci il tarixli 7/1357 saylı məktubuna əsasən Məhkəmə Tibbi-Ekspertiza və X1 götürülmüş sidik və qan nümunələrində məhkəmə-kimyəvi tədqiqatı aparıldığı, müayinə nəticəsində qan və sidik nümunələrinin tərkibində marixuana (THC) maddəsi aşkarlandığı əsas götürülmüşdür. Məhkəmə Tibbi-Ekspertiza və X1 götürülmüş sidik və qan nümunələrində aparılmış ekspertizanın nəticələri ilə qəti şəkildə razı deyil. Qeyd edilən nəticələr ya səhv düşmüş, ya da qərəzli şəkildə qeyd edilmişdir. Belə bir vəziyyətdə həmin nəticələrə əsasən işdən azad edilməyi ədalətsiz və əsassız hesab edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun: Maddə

41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar:... 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla)... 15. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:

156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar:... e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa);... 16. “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının xx.xx.2001-ci il tarixli 161-İİQ nömrəli Qanunu Maddə 1.0. Bu Qanunda aşağıdakı anlayışlardan istifadə edilir: 1.0.4. Narkoloji xəstə - insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsi nəticəsində inkişaf etmiş asılılıq vəziyyətində olan və ya şüur pozuntusu, o cümlədən psixi və davranış pozuntuları ilə müşahidə olunan, barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada alkoqolizm, narkomanlıq və ya toksikomanlıq diaqnozu təyin edilmiş şəxsdir;... 1.0.11. Narkoloji tibb müəssisəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yaradılmış və narkoloji yardım sahəsində fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisəsidir;... Maddə

10. Tibbi yoxlama (narkoloji xəstəliyin diaqnozunun müəyyən edilməsi) 10.1. Tibbi yoxlama şəxsin narkoloji xəstəliyə düç ar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada narkoloji tibb müəssisələrində həyata keçirilir.. 10.2. Tibbi yoxlamanın aparılması üçün şəxs könüllü olaraq müraciət etdikdə narkoloji xəstəliyin diaqnozu həkim-narkoloq tərəfindən müəyyən olunur. Tibbi yoxlama təhqiqat, istintaq orqanlarının və ya məhkəmənin qərarı əsasında aparıldıqda narkoloji xəstəliyin diaqnozu həkim-məsləhət komissiyası tərəfindən müəyyən edilir. 10.3. Şəxsin tibbi yoxlamadan keçməsi haqqında həkim-məsləhət komissiyasının tərtib etdiyi rəydə onun narkoloji xəstəliyə düçar olub-olmaması, düçar olduğu halda xəstəliyin növü, mərhələsi və bununla əlaqədar müalicəyə ehtiyac dərəcəsi əks etdirilməlidir. 10.4. Təhqiqat, istintaq orqanları və ya məhkəmənin qərarı əsasında aparılan tibbi yoxlamanın xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. 10.5. Narkoloji xəstəliyin diaqnozunun müəyyən edilməsi məqsədilə aparılan müayinə nəticəsində şəxsin narkotik vasitələri və psixotrop maddələri istehlak etməsi müəyyən edildikdə bu barədə məlumat narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair ümummilli məlumat bankına verilməlidir. 10.6. Tibbi yoxlamanın aparılması qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.... Maddə

24. Narkoloji nəzarətin təmin edilməsinə yönəldilmiş xüsusi tədbirlər... 24.3. Əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər (bu Qanunun 24.4-cü maddəsində göstərilən şəxslər istisna olmaqla) işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Bu şəxslərin müayinədən keçməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi” Qaydası

1. Əhalinin hüquqlarının, qanuni mənafeləri nin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər (“Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 24.4-cü maddəsində göstərilən şəxslər istisna olmaqla) işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlələr.

2. Göstərilən şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçirilmələri aidiyyəti idarə və ya müəssisələrin rəhbərləri tərəfindən təmin olunmalıdır.

3. Göstərilən şəxslərin tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi üçün aidiyyəti idarə və ya müəssisə rəhbərinin göstərişi əsasdır....

5. Dövlət narkoloji ti bb müəssisəsi tərəfindən tibbi müayinə (tibb yoxlama) haqqında rəy tərtib edilməli, onun əsli isə işə götürən idarəyə və ya müəssisəyə göndərilməli və işçinin şəxsi işinə tikilməlidir. İşçinin vaxtlı-vaxtında tibbi müayinə (tibi yoxlama) keçməsi təmin olunmalıdır.

6. Dövlət narkoloji tibb müəssisəsi tərəfindən tibbi müayinə (tibbi yoxlama) haqqında verilən rəydə şəxsin narkoloji xəstəliyə düçar olub-olmaması və ya insan psixikasına təsir edən maddələrin qəbulu faktının aşkar olunması, zərurət olduqda isə laborator tədqiqatlarının nəticələri əsasında həmin maddələrin növü barədə məlumatlar əks olunmalıdır.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 145 nömrəli qərarı ilə təsdiq olunmuş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlə rinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”nə əsasən: İ. Peşə növlərinin və vəzifələrin siyahısı...

10. Müdafiə, təhlükəsizlik, məhkəmə və hüquq mühafizə orqanlarında bütün növ peşə və vəzifələr:

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

20. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel N0-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmişdir formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏ SİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

26. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı barəsində mübahisələndirilən əmr verilərkən Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb Baş idarəsinin Mərkəzi Laboratoriyasının xx.xx.N1-ci il tarixli mütəxəssis rəyinə istinad olunmuşdur. Həmin rəyə əsasən iddiaçıdan götürülmüş qan və sidik nümunələrinin tərkibində marixuana (THC) aşkar edilmişdir.

27. Həmçinin apell yasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ekspert komissiyası tərəfindən N nömrəli hərbi hissənin təhqiqatçısının xx.xx.N2-ci il tarixli qərarına əsasən aparılmış müayinənin nəticəsi olaraq tərtib edilmiş xx.xx.N2-ci il tarixli, 1194 nömrəli rəyində qeyd olunur ki, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı Kannabinoiddən istifadə etmə halı olub.

28. Bununla bağlı qeyd edilməlidir ki, Daxili Təhlükəsizlik İdarəsinə daxil olmuş məlumat müvafiq qaydada araşdırılmış və araşdırma çərçivəsində iddiaçıdan Məhkəmə TibbiEkspertiza və X2 və sidik nümunələri götürülərək, məhkəmə-kimyəvi tədqiqatı aparılmışdır. Ekspertiza nəticəsində İddiaçı qan və sidik nümunələrinin t ərkibində THC (marixuana) aşkar olunmuşdur.

29. Şəxs tərəfindən narkotik vasitə və ya insan psixikasına təsir edən digər maddələrin qəbulu faktı qanunvericilikdə təsbit olunmuş qaydada müəyyən olunmalıdır. Bu isə onu nəzərdə tutur ki, sözügedən faktın aşkarlanması qanunvericiliklə müəyyən olunmuş prosedurlara riayət etməklə aparılmalıdır.

30. Hazırki iş üzrə iddiaçının tibbi yoxlamasının həkim-narkoloq tərəfindən həyata keçirilməsi, həkim-narkoloq tərəfindən rəy tərtib edilməsi, tibbi yoxlama zamanı aparılmış müayinələr, rəyin əsaslandırılması, rəyin möhürlə təsdiq olunması barədə məhkəməyə sübut təqdim (rəy) edilmişdir.

31. Belə ki, iddiaçı barəsində aparılan müayinə zamanı marixuana (THC) narkotik maddəsi aşkar edilməsinə dair həm Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.N1-ci il tarixli mütəxəssis rəyi həm də ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş xx.xx.N2-ci il tarixli 1194 nömrəli ekspert rəyi mövcuddur.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2002-ci il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”nin İ. Peşə növlərinin və vəzifələrin siyahısında:

10. Müdafiə, təhlükəsizlik, məhkəmə və hüquq mühafizə orqanlarında bütün növ peşə və vəzifələr nəzərdə tutulmuşdur.

33. Beləliklə, iddiaçıya barəsində cavabdehin təşəbbüsü ilə aparılmış narkotestin nəticəsinin təqdim edilm əsi, onun alınmış nəticəyə dair münasibətinin öyrənilməsi, iddiaçıya narkotik vasitələrdən istifadəyə görə ehtiyata buraxılacağı barədə məlumat verilməsi, onunla bu barədə söhbət aparılması, iddiaçıya narkotik vasitələrdən istifadə etməməsi barədə sübutların təqdim edilməsinə şərait yaradılması, başqa sözlə, inzibati icraatın düzgün aparılması hazırki iş üzrə müəyyən olunmuşdur. Digər tərəfdən, cavabdeh orqanının istinad etdiyi testin mötəbərliyini şübhə altına alacaq hər hansı sübut iddiaçı tərəfindən təqdim edilməmişdir.

34. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apel lyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 iyul N3-cü il tarixli, 2-1(107)280/N3 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar