Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2648/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlük şərti, hüququn qeydə alınması xahiş olunan torpaq sahəsinin yüklü olması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı X3 (bundan sonra- iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqt isadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə (bundan sonra – inzibati orqan) qarşı “Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 08 saylı qərarı ilə mülkiyyətinə verilmiş, X5 kitabında 2006-cı ildə 9219 nömrəsi ilə uçota alınmış JN-251A, Kod 40108038 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunmuş torpaq sahəsinin faktiki istifadə etdiyi yerdə 1 il müddətində məcburi qaydada özgəninkiləşdirilməsi şərti ilə iddiaçının adına xüsusi mülkiyyət hüquqi ilə qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 avqust 2023-cü il tar ixli, 2-1(107)-462/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli, 08 saylı qərarı ilə JN-251A, KOD 40108038 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, Balakən rayon Qazbinə kəndi ərazisində 0,08 ha torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir.
2. İddiaçı ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını və çıxarışın verilməsini xahiş etmişdir.
3. Cavabdeh inzibati orqan 26 yanvar 2023-cü il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinada göstərilmişdir ki, qey diyyata alınması nəzərdə tutulan torpaq sahəsinin sənəd üzrə yerləşmə yeri ilə faktiki istifadə olunan yeri fərqlidir. Faktiki istifadə olunan sahə DWG xəritələrində başqa şəxslərə məxsus torpaq sahəsi kimi qeyd olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 08 saylı qərarı ilə mülkiyyətinə verilmiş, X5 kitabında 2006-cı ildə 9219 nömrə ilə uçota alınmış JN-251A, Kod 40108038 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunmuş torpaq sahəsinin faktiki istifadə etdiyi yerdə 1 il müddətində məcburi qaydada özgəninkiləşdirilməsi şərti ilə iddiaçının adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyat a alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 08 saylı qərarı ilə ona verilmiş torpaq sahəsinde fərdi yaşayış evi inşa etmiş ve həmin evə xx.xx.2008-ci ildə 790 inventar nömrəsi ile daşınmaz əmlakın texniki pasportunu almışdır. Cavabdeh inzibati orqanın imtinası ilə razı deyil ona görə ki, torpağın mülkiyyətə verilmesine dair şəhadətnaməni ve DWG xeritesini o hazırlamamışdır. Qeyd olunan hər iki sənəd dövlət təşkilatında çalışan vəzifəli şəxslər tərəfindən hazırlanmışdır. Dövlət təşkilatında çalışan vəzifəli şəxslərin səhlənkarlığı nəticəsində o, öz mülkiyyətindən məhrum oluna bilməz ve o nun mülkiyyət hüquqları pozulmalı deyildir.
6. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmuş iddia tələbinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 9-cu maddəsinə əsasən qeydiyyat orqanı tərəfindən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyətlərin, habelə hüququların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılmasının üçün digər əsasların olub-olmamsı müəyyən edilir. Qanunun 11.1-ci maddəsinin əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını(yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədl ər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qanunun 15.1.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatından imtina olunur
7. Şəki İnzibati Məhkəməsinin e-2-1(116)-1177/2023 nömrəli iş üzrə qəbul etdiyi 21 iyun 2023-cü il tarixli qərardadı ilə (hakim F.Hacızadə) iddia mümkün sayılmamışdır.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi JN-319A KOD 40108038 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X4 mülkiyyətinə verildiyindən, ilk öncə həmin şəhadətnamə mübahisələndirilməlidir.İnzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir.Hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.
9. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 avqust 2023-cü il tarixli, 2-1(107)-462/2023 nömrəli qərardadı ilə (sədrlik edən – G.İ.Cavadova, hakimlər – R.R.Rəfiyev və V.İ.Məlikov) apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2-1(116)-1177/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə raz ılaşmışdır.
12. İddiaçı kassasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2-1(116)-1177/2023 nömrəli qərardadını ləğv edib, işin baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayəti iddia tələbinin və apellyasiya şikayətinin məzmununa uyğun verilmişdir. X1 Məcəllənin 13-cü və 91-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarı.
16. İnzibati Prosessual Məcəllə Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olund uğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qət idir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olun ması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
20. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
21. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
22. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
23. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə mür aciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır.
24. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxla nılır.
25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
26. Məhkəmə Kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə aşağıda qeyd olunmuş səbəblərdən iddiaç ının belə bir hüququnun mövcudluğu təsdiq olunmur.
27. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 08 saylı qərarı ilə mülkiyyətinə verilmiş, X5 kitabında 2006-cı ildə 9219 nömrə ilə uçota alınmış JN-251A, Kod 40108038 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunmuş torpaq sahəsinin faktiki istifadə etdiyi yerdə 1 il müddətində məcburi qaydada özgəninkiləşdirilməsi şərti ilə iddiaçının adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
28. Koll egiya apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, işin araşdırılması zamanı iddia olunan torpaq sahəsinin xüsusiyyətləri ilə bağlı mütəxəssis rəyi tələb olunmuşdur.
29. Belə ki, Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin 18 may 2023-cü il tarixli məktubuna əlavə olunan həmin tarixli mütəxəssis rəyinə əsasən müəyyən edilir ki, iddiaçının faktiki istifadə etdiyi sahə 0,0852 ha olmaqla X4 mülkiyyətinə verilmiş JN-319A KOD 40108038 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin cizgiləri daxilində yerləşir. JN-251A KOD 40108038 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən verilmiş 0.08 ha torpaq sahəsi X2 mülkiyyətinə işlənilmişdir. Ancaq JN-251A KOD 40108038 olan Torpağın mülkiyyətə verilməsinə da ir şəhadətnaməyə əsasən X2 mülkiyyətinə verilmiş 0,08 ha torpaq sahəsini naturada özü istifadə etmir və sözügedən torpaq sahəsi başqa vətəndaşların istifadəsindədir.
30. Göründüyü kimi, iddiaçının istifadəsində olan torpaq sahəsi başqa şəxsin mülkiyyətinə verilmiş şəhadətnamənin cizgiləri daxilində yerləşir. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı JN-251A, Kod 40108038 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də qeyd olunmuş torpaq sahəsi üzərində faktiki istifadə etdiyi yerə əsasən mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir.
31. Mütəxəssis rəyi ilə də müəyyən olunduğu kimi iddiaçının naturada istifadə etdiyi torpaq sahəsi JN-319A KOD 40108038 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X4 mülkiyyətinə verilmişdir.
32. Məhkəmə kollegiyası qey d edir ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi JN-319A KOD 40108038 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X4 mülkiyyətinə verildiyindən, ilk öncə həmin şəhadətnamə mübahisələndirilməlidir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir.
34. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur
35. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı və düzgündür. Kassasiya şikayətinin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir.
36. Yuxarı da şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 avqust 2023-cü il tarixli, 2-1(107)-462/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir