Məhkəmə qərarları › İş №2-1(102)-265/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-265/2022

25.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-265/2022 25.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X1rşı işi üzrə QƏRARİ Açar sözlər: 52 yaşdan qadına güzəştli şərtlərlə pensiya təyin edilməsi, əmək kitabçasının kserosurətinin sübut kimi qəbul edilməməsi; İ qrup əlil uşağa qulluq müddətinin sığorta stajına daxil edilməsi qaydası. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X1rşı “pensiyanın təyin olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1572/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür.

2. O, X4 ilə 08.12.1982-ci ildə nikaha daxil olmuşdur. İddiaçının qeyd olunan nikahdan 01.10.1983-cü ildə X5 adlı övladı doğulmuşdur. Azərbaycan Respubilkasının ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondu Sabunçu rayon şöbəsinin TSE-0 seriyalı 280716 saylı arayışına əsasən, X5 uşaqlıqdan birinci qrup müddətsiz əlildir.

3. İddiaçı cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasını xahiş etmiş, cavabdeh **********8 saylı, 05 iyul 2019-cu il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06.11.1984cü ildən 01.12.2004-cü ilə qədər işlədiyi dövrü əmək kitabçası əsasında və 01.12.2004-cü ildən 01.01.2006-cı ilə qədər 1-ci qrup uşaqlıqdan əlil oğluna qulluğa görə iş stajını nəzərə almaqla 52 yaşı tamam olduğu tarixdən, yəni 05.12.2016-cı ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. Son radan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 01.10.1983-cü il təvəllüdlü 1-ci qrup uşaqlıqdan əlil oğluna qulluğa etdiyi müddəti ümumi iş stajı kimi nəzərə almaqla ona 52 yaşı tamam olduğu tarixdən, yəni 05.12.2016-cı ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1964-cü ildə Qubadlı şəhərində doğulmuş, 11.06.1984-cü ildən 15.02.1993-cü ilə qədər «Evlərdə Zəhmət» Kombinatında toxucu, 15.02.1993-cü ildən 01.12.2004-cü ilə qədər "xxxx" ASC-də dəri xammalı biçicisi vəzifəsində işləmişdir. 01.10.19 83-cü il təvəllüdlü oğlu X5 uşaqlıqdan İ qrup əlildir. Ona verilmiş əlillik haqqında arayışda da qeyd olunduğu kimi, oğlunun daim kənar şəxsin köməyinə ehtiyacı vardır. Oğlunun səhhətinin ağırlaşması səbəbindən o, 01.12.2004-cü ildən əmək fəaliyyətini dayandırmış və ona evdə qulluq etməyə başlamışdır. Əmək pensiyası qanunvericiliyinə əsasən, İ qrup əlil olan oğluna qulluq dövrü də ümumi iş stajına daxil edilməlidir. 04.01.2006-cı il tarixə qədər qüvvədə olan əmək pensiyası qanunvericiliyinə əsasən, qadınlar AR Nazirlər Kabinetinin təsdiq etdiyi 2 №-li Siyahı üzrə 52 yaşdan pensiyaya çıxmaq hüququna malikdirlər. Bu əsasdan 01.01.2006-cı il tarixə qədər 20 il ümumi və 10 il zərərli iş stajını tamamladığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ mövcuddur. Belə ki, 01. 01.2006-cı il tarixə qədər uşağa qulluq dövrü də daxil olmaqla onun 21 il 6 ay 20 gün ümumi iş stajı, 11 il 9 ay 16 gün zərərli iş stajını tamamlamışdır. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş. lakin sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən onun pensiya hüququ pozulmuşdur.

8. Cavabdeh iddia ərizəsinə etiraz edərək iddianın mümkün sayılmamasını xahiş etmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1-(112)-615/2021 saylı, 15 mart 2021-ci il tarixli qərarı ilə (hakim: M.C.Qarayeva) iddia təmin edilmiş, iddiaçının 01.10.1983-cü il təvəllüdlü İ qrup uşaqlıqdan əlil oğluna qulluq müddəti ümumi iş stajı kimi nəzərə alınmaqla, 52 yaşı tamam olduğu tarixdən, yəni 05.12.2016-cı ildən ona güzəştli şərtlərlə pensiyanın təyin ed ilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı 01.01.2006-cı il tarixə qədər 20 ildən artıq ümumi, 10 ildən artıq güzəştli iş stajı topladığından cavabdehin imtinası əsassız olmuşdur.

11. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. ç) apelyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1572/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: X.A.Cəmilova, hakimlər: M.N.Tağızadə və C.A.Yusifov) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1-(112)-615/2021 saylı, 15 mart 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

13. Ape lyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının ümumi və xüsusi stajı mötəbər sübutlarla təsdiq edilmədiyindən onun tələbi əsaslı sayıla bilməz.

14. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, iş materiallarından və iddiaçının izahatından görünür ki, onun barəsində açılmış əmək kitabçasının əsli itdiyindən həmin sənədin əslini və yaxud notarial qaydada təsdiq edilmiş surətini məhkəməyə təqdim etmək mümkün olmamışdır. Eyni zamanda iş materiallarından görünür ki, məhkəmə tərəfindən şəxsin əmək fəaliyyəti barədə dövlət arxivinə müvafiq sorğular verilmiş və həmin şəxsin işlədiyi dövrlərlə bağlı arxiv sənədlərinin dövlət arxivinə təhvil verilmədiyi müəyyən edilmişdir. Lakin "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş arayışdan görünür ki, iddiaçı 15.02.1993-cü ildən 01.12.2004-cü ilə qədər həmin müəssisədə dəri xammal biçicisi vəzifəsində işləmişdir. Şəxsin həmin dövrə aid bütün arxiv sənədləri məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə diqqət yetirdikdə şəxsin əmək kitabçasında əks olunan məlumatlarla uyğunluq təşkil etdiyi müəyyən edilir. Bunun özü şəxsin kserosurət olan əmək kitbçasındakı məlumatların həqiqiliyinə əsas verir. Həmçinin, şəxsin əmək kitabçasında qeyd olunan dövrlər üzrə işləməsinin əksini sübut ed ən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Bu əsasdan işə baxan apellyasiya məhkəməsi iddiaçının əmək kitabçasında qeyd olunan və qismən arxiv arayışları ilə öz təsdiqini tapan dövrü iş stajı kimi götürməməsi əsassızdır. Həmin dövrü nəzərə aldıqda iddiaçının 01.01.2006-cı ilə qədər 20 il 05 ay 20 gün ümumi iş stajının və 11 ildən çox zərərli iş stajının olması öz təsdiqini tapır. Elə təkcə bu hala istinad etməklə iddiaçıya 52 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi.

16. Daha sonra qeyd edilir ki, mövcud qaydalara əsasən, uşağa qulluq dövrünün sosial sığorta stajına daxil edilməsi üçün DSMF-nin müvafiq rayon şöbəsinin müdiri və sektor müdiri tərəfindən arayış təsdiq olunmalıdır. Lakin burada bu prosedura əməl edilməməsi şəxsin İ qrup əlil övladına qulluq etməməsi kimi qiymətləndirilə bilməz. Belə ki, iş materiallarından görünür ki, şəxsin oğluna İ qrup əlillik 1999-cu il tarixdə rəsmiləşdirilsə də, əlilliyin səbəb əlaqəsi kimi uşaqlıqdan yarandığı qeyd olunmuşdur. Həmçinin, təyin olunmuş əlillik qərarında əlavə qeydlər qismində şəxsin daima kənar şəxsin qulluğuna ehtiyacı olması qeyd edilmişdir. İddiaçının 01.12.2004-cü ildən etibarən əmək fəaliyyətini dayandırıb İ qrup əlil övladına qulluq etməsi mənzil kommunal istismar sahəsinin rəisi tərəfindən təsdiq edilmiş və həmin şəxsin qonşularının ifadələri ilə bu hal təqsdiqlənmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim etməmişdir. Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 3 8 Sosial təminat hüququ. İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 19.”Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu mü ddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2 Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli v ə ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı ol an şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:... Maddə 21.2.4 müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti; Maddə

25. Sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: Bənd 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... 3.2.5. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10 nömrəli Əlavə); Bənd 3.9 İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsas ən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə: Bənd 1.2 Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Bənd 1.5 Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə tərkibi hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

27. İddiaçının tələbi 01.10.1983-cü il təvəllüdlü İ qrup uşaqlıqdan əlil oğluna qulluq etdiyi müddət ümumi stajı kimi nəzərə alınmaqla 52 yaşının tamam olduğu tarixdən, yəni 05.12.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır.

28. Qeyd olunmalıdr ki, “Əmək pensiyaları haqqında” AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq 08.10.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qan unun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan R espublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.

30. İddiaçı onun 01.01.2006-cı il tarixə qədər 20 ildən artıq ümumi, 10 il xüsusi stajının tamam olmasını bildirə rək onun güzəştli şərtlərlə 52 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü məsələsi yoxlanılmalıdır. Belə olan halda, Qanunun 9.8-ci maddəsinin tələbinə görə, hüquq münasibətlərinə tətbiq edilməli olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «b» bəndinə əsasən iddiaçının 01.01.2006-cı il tarixə qədər 20 ildən az olmayan ümumi, 10 ildən az olmayan xüsusi stajının mövcud olub-olmaması yoxlanılmalıdır.

31. Hazırki işdə iddiaçı tələbinin faktiki əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə arxiv arayışlarını, uşağının İ qrup əlil olması və onun himayəsində olması, ona qulluq etməsi ilə bağlı akt və arayışları təqdim etmişdir. Eyni zamanda, iddiaçı əmək kitabçasını itirdiyi üçün onda kserosurətinin qaldığını bildirmişdir. Apelyasiya instansiyası məhkəməsi iddiaçının əmək kitabçasının kserosurət olduğunu nəzərə alaraq onu mötəbər sübut kimi qiymətləndirmədiyi üçün ümumi və xüsusi stajla bağlı məsələləri əmək kitabçasının kserosurətindəki məlumatlar üzrə araşdırmamışdır.

32. İddiaçı kassasiya şikayətində bildirir ki, apelyasiya instansiyası məhkəməsi onun təqdim etdiyi əmək kitabçasının kserosurətini iş stajını təsdiq edən sübut kimi qəbul etməməkdə haqlı olmamış, bununla da qanunvericiliyin tələbini pozmuşdur.

33. Məhkəmə tərkibi apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq kassasiya şikayətinin bu dəlilini əsassız hesab edir. Belə ki, İPM-in 1.2-ci maddəsinə əsasən, Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. MPM-in tələbinə əsasən, yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır (89.1). Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir (89.3). Yəni, göründüyü kimi, sübut qismində sənədin əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti qəbul edilir. Odur ki, apelyasiya instansiyası məhkəməsi əmək kitabçasının k serosurətini mötəbər sübut kimi qəbul etməməkdə haqlı olmuşdur.

34. Kassasiya şikayətinin digər dəlili iddiaçının İ dərəcə əlilliyi olan oğluna qulluq etdiyi müddətin onun sığorta stajına daxil edilməsi ilə bağlıdır. Şikayətdə bildirilir ki, iddiaçı 1983-cü ildən ən azından 2004-cü ilədək İ dərəcə əlilliyi olan oğluna qulluq etdiyi üçün həmin müddət onun ümumi iş stajı kimi nəzərə alınmalıdır. Belə olan halda, 01.01.2006-cı il tarixədək ən azı 20 il ümumi iş stajını tamamlamış olur ki, bu da ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinə əsas verir. 35. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21.2-ci maddəsinə əsasən, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:... 21.2.4 mü vafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti; Həmin Qanunun 25-ci maddəsinə əsasən, sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən e dilir: 3.2.1. əmək kitabçası;... 3.2.5. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10 nömrəli Əlavə); 3.9. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Həmin Qaydaların 10 nömrəli Əlavəsinə əsasən bu AKT, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonunun müvafiq ş öbəsinin müdiri və pensiya təyinatı sektorunun müdiri tərəfindən möhürlə təsdiq edilir.

36. Apelyasiya instansiyası məhkəməsi iddiaçının İ dərəcə əlilliyi olan oğluna qulluq etdiyi müddətin onun sığorta stajına daxil edilməsi ilə bağlı dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçının iddia ərizəsinin məzmununda və izahatında göstərdiyi “oğlunun səhhətinin ağırlaşdığını görüb onun 01.12.2004-cü ildən əmək fəaliyyətini dayandırdığı və oğluna qulluq etdiyi dövrün ümumi stajına daxil edilməli olması” barədə dəlilinə münasibətdə kollegiya nəzərə alır ki, iddiaçının oğluna qulluq etdiyi dövr iddia ərizəsində göstərdiyi- əmək fəaliyyətini 01.12.2004-cü il tarixdən dayandırdığı müddətdən sonrakı dövrü əhatə edir ki, bu da 01.12.2004-cü ildən 01.01.2006-cı il tarixədək 1 il 1 ay təşkil ed ir. 01.12.2004-cü ilədək olan dövr üzrə isə qeyd olunmalıdır ki, iddiaçı izahatında 01.10.1983-cü il təvəllüdlü oğlunu evdəkilərin köməyi ilə saxladığını, ona görə də əmək fəaliyyəti ilə məşğul olduğunu, yəni 15.02.1993-cü ildən 01.12.2004-cü ilədək adı çəkilən müəssisədə işlədiyini bildirir. Göründüyü kimi, iddiaçının 01.10.1983-cü il təvəllüdlü oğluna İ qrup əlil olması ilə bağlı doğulduğu andan qulluq etməsi faktı həm onun özü tərəfindən bildirilir, həm də qulluq etmiş olsa belə, nəzərə alınmalıdır ki, iddiaçının oğluna İ qrup əlillik 19.05.1999-cu il tarixdə verilmişdir.

37. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı tərəfindən təqdim edilmiş İ qrup əlil oğluna qulluq etməsinə dair 11.02.2020-ci il tarixli akt Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi, 7 saylı evin 3 sakini ( iddiaçının qonşuları) və 86 saylı MKİS-nin mühasibi tərəfindən tərtib edilmiş, müvafiq olaraq həmin şəxslər tərəfindən imzalanaraq 86 saylı MKİS-nin möhürü ilə təsdiq edilmişdir (səh 36). Sözügedən akt yuxarıda adı çəkilən Qaydaların tələbinə uyğun imzalanıb təsdiq edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamədə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliy i olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

38. Göründüyü kimi, əmək pensiyaları təyin edilməsi müstəsna olaraq Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətinə aiddir. Yuxarıda istinad edilən Qaydaların 3.9-cu bəndində göstərilir ki, İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tər tib olunan akt əsasında daxil edilir. Qaydaların və ona 10 nömrəli Əlavənin birgə təhlili onu deməyə əsas verir ki, 3.9-cu bənddə göstərilən qaydada tərtib edilən akt, 10 nömrəli Əlavədə göstərilən AKT-ın tərtib edilməsi üçün əsasdır. Odur ki, 3.9-cu bənddə göstərilən qaydada tərtib edilmiş akt yalnız 10 nömrəli Əlavədə göstərilən qaydada imzalanıb təsdiq edildikdən sonra İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddətinin sığortaolunanın sığorta stajına daxil edilməsi üçün əsas ola bilər. Hazırki işdə iddiaçının təqdim etdiyi akt qanunvericilikdə müəyyən edilmiş qaydada tərtib olunmuş akt sayıla bilməz. Odur ki, iddiaçının İ qrup əlil oğluna qulluq etdiyi dövrün onun ümumi stajına daxil edilməsi qeyri-mümkündür.

39. Məhkəmə tərkib i apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq iddiaçının İ qrup əlil oğluna qulluq etdiyi müddətin onun ümumi stajına daxil edilməsi ilə bağlı dəlilini də əsassız hesab edir.

40. Qeyd olunmalıdır ki, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün ümumi staj şərti ödənilmədiyindən, əlavə olaraq digər şərtin – xüsusi staj şərtinin ödənilib-ödənilməməsinin yoxlanılmasına zəruriyyət qalmır.

41. Beləliklə məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiya məhkəməsi iş üzrə hərtərəfli araşdırma aparmış, işdə olan sübutlara düzgün hüquqi qiymət vermiş, iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kas sasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıdakılara əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1572/2021 nömrəli iş üzrə 29 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar