Məhkəmə qərarları › İş №2-1(102)-265/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-265/2025

10.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-265/2025 10.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı (3-cü şəxs: X5) “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının tə yin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 23 avqust tarixli, 2-1(103)-2570/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək Azərbaycan SSR Radio və televiziya komitəsinə rejissor köməkçisi vəzifəsində işləmiş, xx.xx.1975-ci il tarixdə Azərbaycan SSR Radio və televiziya komitəsinə rejissor köməkçisi vəzifəsinə qəbul olunmuş, xx.xx.1978-ci il tarixdə İ dərəcəli rejissor assistenti vəzifəsinə keçirilmiş, xx.xx.1989-cu il tarixdə İİİ dərəcəli rejissor vəzifəsinə keçirilmiş və xx.xx.1991-ci il tarixdə həmin vəzifədən azad edilmiş, xx.xx.1992-ci il tarixdə Azərbaycan SSR Radio və televiziya komitəsinə V dərəcəli fotolaborant vəzifəsinə qəbul olunmuş, xx.xx.1993-cü il tarixdə televiziyanın “Uşaq” yaradıcılıq birliyinə 3-cü dərəcəli rejissor vəzifəsinə keçirilmiş, xx.xx.1994-cü il tarixdə televiziyanın “İqtisadiyyat və sosial həyat” verilişləri baş redaksiyasının 3-cü dərəcəli rejissor vəzifəsinə keçirilmiş, xx.xx.1994-cü il tarixdə Tarifləşdirmə komissiyasının qərarı ilə həmin redaksiyada 2-ci dərəcəli rejissor vəzifəsinə keçirilmiş, xx.xx.1999-cu il tarixdə həmin redaksiyada ali dərəcəli rejissor vəzifəsinə keçirilmiş və xx.xx.2005-ci il tarixdə işdən azad edilmiş, xx.xx.2005-ci il tarixdə Televiziyanin Xəbərlər və İctimai-Siyasi proqramlar redaksiyasının “Sosial proqramlar” şöbəsinə ali dərə cəli rejissor vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2006-cı il tarixdə Televiziyanın “İctimai siyasi proqramlar” baş redaksiyasına ali dərəcəli rejissor vəzifəsinə keçirilmişdir.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 08 iyul 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görülməsi bağlı tapşırığın əsas icraçısı kimi müvafiq layihə baş idarəyə təqdim edildikdə ona dair münasibətin bildirilməsi təmin ediləcəkdir. Əlava olaraq qeyd olunmuşdur ki, Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin ittifaq-respublika orqanı olması, Əsasnamənin, strukturunun (quruluşunun) və işçilərinin say həddinin Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunması sözügedən Komitənin mərkəzi icra hakimiyyəti o rqanına bərabər statusunda olması qənaətinə gəlinir. Bu səbəbdən də müraciətdə qeyd edilən vəzifələrinin uyğunlaşdırılmasının Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli Qərarına dəyişiklik edilməsi yolu ilə həlli məqsədə uyğun hesab edilir.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 13 iyul 2022-ci il tarixili məktubunda qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasının X5 pulik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 680 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X5 publik hüquqi şəxsin Nizamnaməsi”nin 2.1.1-ci yarımbəndinə əsasən dövlət qulluğu sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək X1 vəzifələrinə aid edilmişdir. Bu səbəbdən də məktubda qaldırılan məsələyə X1 habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəyi əsasında baxılması məqsədəuyğundur.

4. Azərbaycan Respublikası X1 14 iyul 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan SSR Nazirlər Sovetinin 10 may 1971-ci il tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi haqqında” Əsasnamənin 1-ci hissəsinə əsasən, Komitə ittifaq-respublika orqanı olmuşdur. Həmin Əsasnamənin 3-cü hissəsinə əsasən Komitə respublika televiziya və radio yayımına bilavasitə nəzdində yaradılmış müəssisə - Azərbaycan televiziya mərkəzi, Naxçıvan Muxtar SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, X6 Vilayəti İcraiyyə Komitəsinin Radio Verilişlər i Komitəsi, şəhər və rayon yayım idarələri, tabeliyində olan müəssisə, təşkilat və digər qurumlar vasitəsilə rəhbərlik etmişdir. Həmin Qərara 2 nömrəli əlavə ilə “Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturu” təsdiq edilmişdir. Sözügedən əlavəyə əsasən X2 (Planmaliyyə şöbəsi, Mərkəzi mühasibat şöbəsi, Kadrlar xüsusi işlər şöbəsi, Maddi-texniki təminat şöbəsi, ümumi şöbə, İnzibati təsərrüfat şöbəsi, Əsas tikinti şöbəsi, İkinci şöbə) Azərbaycan televiziyası (AZTV), Azərbaycan radiosu (Azradio), Yerli televiziya və radio verilişləri Baş redaksiyası, Dövlət Komitəsinin musiqi kollektivləri, Texniki nəzarət şöbəsi, Komitənin tabeliyində olan müəssisə və təşkilat Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturunda nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən, Azərbaycan televiziyası və Azərbaycan radiosu, o cümlədən yuxarıda adıçəkilən digər qurumlar Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturunda nəzərdə tutularaq həmin komitənin vahid sistemini təşkil etdiyi və həmin qurumlar bilavasitə Komitənin funksiyalarının icrasını təmin etdiyi üçün sözügedən qurumlarda mövcud olmuş kiçik redaktor, redaktor, böyük redaktor, rejissor, diktor, filmoteka müdiri və s. vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmasına etiraz olunmur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şə xsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının rejissor vəzifəsinin dövlət qulluqçusu vəzifəsinə uyğun olduğunu nəzərə alaraq ona dövlət qulluqçusu kimi pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan SSR Dövlət Televiziya və Radio verilişləri Komitəsində 1972ci ilin dekabr ayından 1991-ci ilin oktyabr ayına qədər televiziyada rejissor köməkçisi, rejissor assistenti (İİİ, İİ, İ dərəcəli) və ali dərəcəli rejissor vəzifəsində işlədiyi dövr nəzərə alınmaqla ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsini arzulayır və bu halı onunla əsaslandırır ki, onun işlədiyi televiziyada rejissor köməkçisi, rejissor assistenti (İİİ, İİ, İ dərəcəli) və ali dərəcəli rejissor vəzifələri dövlət qulluğuna aiddir. İddiaçı bununla bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

8. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının Azərbaycan SS R Dövlət Televiziya və Radio Komitəsinin tabeliyində olmuş Azərbaycan televiziyasında və radiosunda işlədiyi vəzifə Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş Uyğunlaşdırma Siyahısında nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

9. Bakı İnzibati Məhkəməsinin (Orxan Həsənov) 2024-cü il 01 mart tarixli, 2-1(112)5221/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan SSR Dövlət Televiziya və Radio verilişləri Komitəsində 1972-ci ilin dekabr ayından 1991-ci ilin oktyabr ayına qədər televiziyada rejissor köməkçisi, rejissor assistenti (İİİ, İİ, İ dərəcəli) və ali dərəcəli rejissor vəzifəsində işlədiyi dövr nəzərə alınmaqla İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edil məsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, doğrudur ki, iddiaçının işlədiyi adıçəkilən vəzifələr həqiqətən də Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 saylı Fərmanı və Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda öz əksini tapmamışdır. Lakin həmin vəzifələrin siyahıda olmaması mübahisənin həllini istisna etmir. İlk növbədə ona görə ki, iddiaçı digər şəxslər ilə birgə cavabdeh kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı tələb irəli sürərək ayrı-ayrı vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu ”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması və dövlət qulluqçusu kimi pensiyalarının yenidən hesablanması barədə iddia ərizəsi ilə müraciət etmiş, inzibati məhkəmə icraatı çərçivəsində həmin mübahisə üzrə iddia mümkünlük şərtlərininin ödəməməsi əsasə ilə mümkün sayılmamışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi qəbul etdiyi 2-1(102)-1213/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında həmin tələbin hansı qaydada baxılmasına aydınlıq gətirmiş, vətəndaşların hüquqi maraqlarının dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı olduğunu nəzərə alaraq həmin şəxslərin pensiya təyinatı barədə müraciət etməli olduğunu, mübahisənin həllinin isə onların işlədikləri vəzifələrin dövlət qulluğu olması ilə bağlı müvafiq aidiyyəti dövlə t orqanlarından həmin dövrün dövlət qulluğu sayılması barədə rəylər alındıqda həllini tapacağı bildirilmişdir.

11. Azərbaycan Respublikası Ali Məhkəməsi öz qərarında X1 fəaliyyət sferasını göstərərək vəzifənin dövlət qulluğuna aid olub-olmamasının müəyyən edilməsi zamanı həmin publik hüquqi şəxsin rəyinin zəruriliyini diqqətə çatdırmışdır. Hazırki işdən isə görünür ki, Azərbaycan Respublikası X1 rəyi müsbət olmuşdur. Belə ki, həmin məktubda (rəy) qeyd olunmuşdur ki, Azərbaycan SSR Nazirlər Sovetinin 10 may 1971-ci il tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi haqqında” Əsasnamənin 1-ci hissəsinə əsasən, Komitə ittifaqrespublika orqanı olmuşdur. Həmin Əsasnamənin 3-cü hissəsinə əsasən Komitə respublika tel eviziya və radio yayımına bilavasitə nəzdində yaradılmış müəssisə Azərbaycan televiziya mərkəzi, Naxçıvan Muxtar SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, X6 Vilayəti İcraiyyə Komitəsinin Radio Verilişləri Komitəsi, şəhər və rayon yayım idarələri, tabeliyində olan müəssisə, təşkilat və digər qurumlar vasitəsilə rəhbərlik etmişdir. Həmin Qərara 2 nömrəli əlavə ilə “Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturu” təsdiq edilmişdir. Sözügedən əlavəyə əsasən X2 (Plan-maliyyə şöbəsi, Mərkəzi mühasibat şöbəsi, Kadrlar xüsusi işlər şöbəsi, Maddi-texniki təminat şöbəsi, ümumi şöbə, İnzibati təsərrüfat şöbəsi, Əsas tikinti şöbəsi, İkinci şöbə) Azərbaycan televiziyası (AZTV), Azərbaycan radiosu (Azradio), Yerli televiziya və radio verilişləri Baş redaksiyası, Dövlət Komitəsinin musiqi kollektivləri, Texniki nəzarət şöbəsi, Komitənin tabeliyində olan müəssisə və təşkilat Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturunda nəzərdə tutulmuşdur. Nəticə etibarı ilə Azərbaycan Respublikası X5 Azərbaycan televiziyası və Azərbaycan radiosu, o cümlədən yuxarıda adıçəkilən digər qurumlar Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturunda nəzərdə tutularaq həmin komitənin vahid sistemini təşkil etdiyi və həmin qurumlar bilavasitə Komitənin funksiyalarının icrasını təmin etdiyi üçün sözügedən qurumlarda mövcud olmuş kiçik redaktor, redaktor, böyük redaktor, rejissor, diktor, filmoteka müdiri və s. vəzifələrinin “İnzibati və yar dımçı vəzifələrinin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmasına etiraz etmədiyini bildirmişdir.

12. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab etmişdir ki, qanunvericilikdə müvafiq uyğunlaşdırımanın aparılmaması, Ali Məhkəmənin yuxarıda adıçəkilən qərarındaki hüquqi mövqeyini əsas götürülməklə dövlət orqanında inzibati vəzifə tutan şəxsin dövlət qulluqçusu sayılmaması kimi anlaşılmaz nəticəyə gəlməsinə səbəb olmamalıdır. Əks yanaşma qulluq keçilən orqanın dövlət orqanı, qulluğun isə dövlət qulluğu olmaması kimi məntiqə uyğun olmayan halın baş verməsinə əsas olacaqdır ki, məhkəmə həmin halları da nəzərə alınmaqla hesab edir ki, iddiaçının qulluq stajı məhz dövlət qulluğu stajıdır. Nəzərə alınmalıdır ki, iddiaçının icra etdiyi xidmət hazırda qüvvədə ola n “Dövlət qulluğu haqqında” Qanunun 1.1.1-ci maddəsində nəzərdə tutulan dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsindəki xidmətdir. Odur ki, bərabərlik və ədalətlik prinsipləri nəzərə alınmaqla iddiaçının dövlət orqanında mülki işçiyə xas olmayan, məhz dövlət qulluğunda inzibati vəzifədəki xidməti qanunvericilikdə uyğunlaşdırılmanın aparılıb-aparılmamasından asılı olmayaraq dövlət qulluğu xidmətidir. Əks mövqeyi iddiaçının pensiya təminatı, geniş mənada mülkiyyət hüququna müdaxilə təşkil etməklə daxili və beynəlxalq qanunvericiliklə müəyyən edilmiş prinsiplərə ziddir. Odur ki, Ali Məhkəmənin qərarında da qeyd edildiyi kimi, aidiyyəti qurumların, eləcə də X1 rəyi nəzərə alınmaqla məsələyə qiymət verilməsi mümkündür. Məhkəmə də həmin məsələyə qiymə t verərək hesab etmişdir ki, iddiaçının Azərbaycan SSR Dövlət Televiziya və Radio verilişləri Komitəsində 1972-ci ilin dekabr ayından 1991-ci ilin oktyabr ayına qədər işlədiyi rejissor köməkçisi, rejissor assistenti (İİİ, İİ, İ dərəcəli) və ali dərəcəli rejissor vəzifələrdə işlədiyi müddət dövlət qulluğu kimi qəbul edilməlidir. Həmin illəri cəmlədikdə isə iddiaçının dövlət qulluğu stajının 5 ildən çox təşkil etdiyi müəyyən olunur ki, bu da onun dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası almaq hüququ yarandığına dəlalət edir.

13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Mirzə Tağızadə /sədrlik edən v ə məruzəçi/, Səadət Səlimova və Kamran Əkbərov) 2024-cü il 23 avqust tarixli, 2-1(103)-2570/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

17. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. T ƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1.0.1. Əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respub likasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 7 (xx.xx.2010-cu il tarixədək qüvvədə olan redaksiyada). 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 5 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qullu ğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); Maddə 20.11 (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada). Bu Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonr akı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla; 20.11.3. dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şə rti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 20. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət; 1.1.3. dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan R espublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisi; 1.1.4. dövlət orqanı – Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatı; Maddə 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respubl ikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 23.2 (xx.xx.2018-ci il tarixli ). Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 5 ildir.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq a pellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYAN İN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olun muşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan hə cmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Azərbaycan SSR Dövlət Televiziya və Radio verilişləri Komitəsində 1972-ci ilin dekabr ayından 1991-ci ilin oktyabr ayına qədər televiziyada rejissor köməkçisi, rejissor assistenti (İİİ, İİ, İ dərəcəli) və ali dərəcəli rejissor vəzifəsində işlədiyi dövr nəzərə alınmaqla ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir.

28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya dövlət qulluqçusu kimi yaş görə əmək pensiyasının təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş şərtlərin iddiaçıya münasibətdə ödənilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

29. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

30. Yuxarıda istinad edilən normalar baxımından iddiaçının dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququnun yaranması üçün onun dövlət qulluğu vəzifəsində ən azı 5 il qulluq stajı olmalıdır.

31. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərti iddiaçıya münasibətdə mövcuddur.

32. Cavabdeh iddiaçının Azərbaycan SSR Dövlət Televiziya və Radio verilişləri Komitəsində 1972-ci ilin dekabr ayından 1991-ci ilin oktyabr ayına qədər işlədiyi rejissor köməkçisi, rejissor assistenti (İİİ, İİ, İ dərəcəli) və ali dərəcəli rejissor vəzifələrinin uyğunlaşdırma siyahısında nəzərdə tutulmadığına görə dövlət qulluğu vəzifəsi hesab edilmədiyinə istinadən ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir.

33. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi həmin vəzifələrin Uyğunlaşdırma Siyahısında birbaşa öz əksini tapmaması iddiaçının tələbinin təmin olunmasından imtina edilməsi üçün yetərli əsas sayıla bilməz. Belə ki, iddiaçının işlədiyi həmin vəzifələrin Uyğunlaşdırma Siyahısına salınması və dövlət qulluqçusu vəzifəsi hesab edilməsi ilə bağlı müvafiq qurumların, o cümlədən bu sahə üzrə ixtisaslı qurum olan Azərbaycan Respublikası X1 müsbət rəyləri iş üzrə materiallara əlavə edilmişdir.

34. Bundan əlavə, iddiaçı ilə birlikdə beş nəfərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı “işlədikləri vəzifələrin dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması” tələbinə dair inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)-1213/2023 nömrəli qərarında qeyd edilmişdir ki, “İddiaçıların işlədikləri vəzifəl ərin dövlət qulluğu vəzifəsi olması ilə bağlı pensiya təyinatı barədə müraciətlərinə baxılarkən müvafiq aidiyyəti dövlət orqanlarından onların işlədikləri dövrün dövlət qulluğu sayılması barədə rəylər alınmaqla mübahisə həllini tapa bilər.... Məhkəmə təcrübəsində əvvəllər dövlət qulluğunda işləmələri ilə əlaqədar pensiya təyin edilməsinə dair iddia tələbləri üzrə bir sıra işlərdə ayrı-ayrı vəzifələrin müxtəlif dövrlərdə dövlət qulluğu hesab edilib-edilməməsi barədə X3 sorğu edilərək Mərkəzin rəyi alındıqdan sonra mübahisə məhkəmə icraatı qaydasında yekun həllini tapmışdır”.

35. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Ali Məhkəmənin bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən, dövlət qulluqçularının dairəsi İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu və müvafiq Si yahılar ilə məhdudlaşdırıla bilməz. Belə ki, həmin qərarlarda olan yanaşmaya əsasən, Uyğunlaşdırma Siyahısında qeyd edilməyən bir sıra vəzifələr dövlət qulluğu vəzifəsi kimi nəzərə alınmışdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)1819/2022, 2-1(102)-3037/2024 nömrəli işlər üzrə qərarları).

36. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1985-ci il tarixli, 211 nömrəli qərarı ilə Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin adı dəyişdirilərək Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi adlandırıldıqdan sonra Komitənin strukturunu müəyyən edən sənədlərin müvafiq qurumlara, o cümlədən X3 təqdim olunmamasında iddiaçının təqsiri olmadığından, Komitənin hər iki halda ittifaq -respublika orqanı olması mübahisəsiz olduğundan, Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Əsasnaməsinin, strukturunun (quruluşunun) və işçilərinin say həddinin Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunması sözügedən Komitənin mərkəzi icra hakimiyyəti orqanına bərabər statusda olmasına dəlalət edir. Komitənin strukturuna daxil olan Azərbaycan televiziyası (AzTv) Komitənin vahid sistemini təşkil etmiş, televiziyanın işçiləri bilavasitə Komitənin funksiyalarının icrasını və mərkəzi aparatın səmərəli fəaliyyətini təmin etmiş, eyni zamanda Əsasnamə ilə həvalə edilmiş funksiyaları həyata keçirmişdir. İddiaçının vəzifəsi üzrə icra etdiyi əmək fəaliyyətinin Azərbaycan SSR Nazirlər Soveti Televiziya və X4 Komitəsinin strukturuna daxil olan Azərbaycan televiziyasının işinin həyata keçirilməsi ilə əlaqədar təminedici funksiyaların icrasından ibarət olduğu təsdiq olunur. Odur ki, sözügedən vəzifələrdə işləmiş iddiaçı televiziya proqramlarının yaradılmasında birbaşa iştirak edən redaksiya işçisi hesab olunduğundan, həmin vəzifələr də Komitənin vahid sistemini təşkil edən və Komitənin funksiyalarının bilavasitə icrasını təmin edən vəzifələr qrupuna aid olduğundan, həmin vəzifələrdə iş dövrü dövlət qulluğu stajı kimi nəzərə alınmalıdır.

37. Belə olan halda, iddiaçının hazırkı məzmunda tələbinin təmin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

38. Beləliklə, yuxarıda istinad olunan n ormalara görə və qeyd edilən səbəblərdən iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun və əsaslıdır. Bu baxımdan cavabdehin kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının oktyabr 2024-cü il 23 avqust tarixli, 2-1(103)-2570/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar