Məhkəmə qərarları › İş №2-1(102)-2650/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2650/2019

22.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2650/2019 22.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iş üzrə QƏRAR Açar sözlər: hesablanmış vergi məbləğinin şəxsi hesab vərəqində azaldılması, mübahisəyə əvvəllər baxılması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili Vəkil oğlu, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentin nümayəndəsi X1, vəkili X3 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (bundan sonra cavabdeh) qarşı “vergi öhdəliyinin ləğv edilməsi və şəxsi hesab vərəqəsindən həmin vergi məbləğinin azaldılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1180/2019 saylı, 1 may 2019-cu il tarixli qərardadından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 22 oktyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Cavabdehin “Vergilərin hesablanması barədə” qərarı ilə 2014-cü ilin gəlir vergisi üzrə iddiaçıya 17.434,52 manat məbləğində vergi hesablanmışdır. Cavabdehin 05.06.2015-ci il tarixdə qəbul etdiyi “Vergilərin hesablanması barədə” **********363300 və **********368800 saylı qərarları iddiaçı tərəfindən mübahisələndirilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının 4 mart 2016-cı il tarixli, 21(103)-283/2015 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə qarşı “qərarların ləğv olunması” barədə iddiası təmin edilməmişdir. İddiaçı 28 sentyabr 2018-ci il tarixdə iddia ərizəsi ilə cavabdehə qarşı məhkəməyə müraciət edərək 17.434,52 manat vergi öhdəliyinin ləğv edilməsi və şəxsi hesab vərəqəsindən həmin vergi məbləğinin azaldılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının 04.05.2018-ci il tarixdə heç bir hü quqi əsas olmadan şəxsi hesab vərəqəsində 17.434,52 manat vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə əlaqədar hər hansı qərar və yaxud inzibati akt olmadığı üçün, eyni zamanda vergi orqanının hərəkəti əsassız və qanuna zidd olduğu üçün ləğv olunmalıdır. İddiaçı hesab edir ki, vergi məbləğinin hesablanması barədə vergi ödəyicisinə hər hansı rəsmi məlumat verilmədən şəxsi hesab vərəqəsində vergi məbləğinin hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. İddianın maddi hüquqi əsası kimi Vergi Məcəlləsinin 83-cü maddəsinə istinad edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X8,2-1(82)-4247/2018 saylı iş) 14 noyabr 2018-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamasını onunla əsaslandırmışdır ki, i ddiaçının hazırda mübahisələndirdiyi və şəxsi hesab vərəqindən silinməsini tələb etdiyi 17434,52 manat vergi borcunun əsası olan qərarların qüvvədə saxlanılması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcuddur. Hazırkı mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarları mövcud olduğu üçün iddia mümkün sayılmamalıdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin14 noyabr 2018-ci il tarixli qərardadı ilərazılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X5məruzəçi, X4 və X2, 2-1(103)-1180/2019 saylı iş) 1 may 2019-cu il tarixli qərardadla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlamışdır. İddiaçı 1 iyul 2019-cu il tarixdə qərardadın surətini almış, 8 iyul 2019-cu il tarixdə kas sasiya şikayəti verərək qərardadın ləğv edilməsi, iddianın mümkün sayılaraq mahiyyəti üzrə baxılması üçün qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Qərardadda qeyd olunan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04.03.2016-cı il tarixli, 2-1(103)283/2016 saylı qərarı və AzərbaycanRespublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 20 sentyabr 2016-cı il tarixli 2-1(102)-1073/2016 saylı qərarlarında iddianın predmetini “Vergilərin hesablanması barədə” **********363300 və **********368800 saylı qərarların ləğvi təşkil edir. 05.06.2015-ci il tarixli **********368800 saylı qərar iddiaçı tərəfindən 01.12.2017-ci ildə bəyannamə təqdim edildiyi üçün hüquqi qüvvəsini itirmiş və 17.434,52 manat gəlir vergisi məbləği şəxsi hesab vərəqə sində azaldılmışdır. Göründüyü kimi, vaxtilə məhkəməyə təqdim olunmuş iddia ərizəsinin predmeti ilə hazırkı iddia ərizəsinin predmeti eynilik təşkil etmir. Hesablanmış 17.434,52 manat vergi məbləği şəxsi vergi məbləğinin hansı qanunvericilik normasına uyğun olaraq həyata keçirilməsi əsaslandırılmamışdır. Əgər kameral yoxlama nəticəsində hesablanıbsa vergilərin hesablanması barədə qərar olmadığından kameral yoxlanılan bəyannamənin növü, hesabat dövrünü özündə əks etdirən və Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilməlidir. Lakin belə qərar mövcud deyil. Əgər səyyar vergi yoxlaması nəticəsində hesablanıbsa, yoxlama aktı və məsuliyyətə cəlb etmə ba rədə qərar olmalı idi. Yenə də belə qərar mövcud deyil. Hazırkı iddianın nə məzmunu, nə də mahiyyəti eynidir. Qüvvəyə minmiş məhkəmə qərarı öz hüquqi qüvvəsini itirmiş və qərar icra olunmuşdur. Hazırkı iddia qüvvəyə minmiş məhkəmə qərarının icrasından sonra yaranmış və cavabdehin qeyri-qanuni hərəkəti barəsindədir ki, bu da məzmun və mahiyyət etibarı ilə eynilik təşkil etmir. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmamış, şikayətin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. əsas landırma hissəsi: İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı 17.434,52 manat vergi öhdəliyinin ləğv edilmə si və şəxsi hesab vərəqəsindən həmin məbləğin azaldılması barədə cavabdehə müraciət etmiş, cavabdeh müraciəti təmin etməmiş, iddiaçı belə tələblə məhkəmədə iddia qaldırmış, iddia mümkün sayılmamışdır. Cavabdeh etiraz və izahatlarında iddiaçının gəlir vergisi bəyannaməsi üzrə 2014-cü il üçün 17.434,52 manat əlavə vergi məbləği hesablandığını bildirmişdir. Qeyd olunan dövr (məbləğ) vaxtilə məhkəmə mübahisəsinin predmeti olduğundan və iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğundan həmin dövr üzrə vergi orqanı tərəfindən iddiaçının şəxsi hesab vərəqəsində yenidən hesablama aparılmamışdır. Mübahisə ilə bağlı iddiaçının iddiasının rədd edilməsinə dair məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra iddiaçının şəxsi hesab vərəqəsində onun tərəfindən azalma verilmiş 2014-cü il üzrə 17.434,5 2 manat məbləğində gəlir vergisi iddiaçının şəxsi hesab vərəqəsində bərpa edilmişdir. İşdə olan sənədlərdən görünür ki, cavabdehin 6 iyun 2016-cı il tarixli qərarı ilə 2014cü ilin gəlir vergisi üzrə iddiaçıya 17.432,52 manat vergi hesablanmış, iddiaçı verginin düzgün hesablanmadığı barədə məhkəmədə mübahisə açmış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçının iddiası təmin edilməmişdir. Qüvvədə olan məhkəmə qərarı ilə cavabdehin iddiaçını 2014-cü il üçün 17.432,52 manat vergi məsuliyyətinə cəlb etməsi barədə hərəkəti qanuni hesab edilmişdir. Bundan sonra iddiaçı barəsində hesablanmış bu məbləğ təqdim etdiyi bəyannamə əsasında onun şəxsi hesabında göstərilməmiş, lakin 6 aydan sonra bu məbləğ cavabdeh tərəfindən yenidən iddiaçının şəxsi hesab vərəqinə işlənmişdir. Məhkəmənin mövqeyin ə görə, 2014-cü il üzrə iddiaçının 17.434,52 manat vergiyə cəlb edilməsi barədə cavabdehin hərəkətinin qanuniliyi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. İPM-in 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburi olduğundan həmin hal təkrar məhkəmə araşdırmasının predmeti ola bilməz. İşin 82-ci səhifəsində iddiaçının şəxsi hesab vərəqəsindən görünür ki, 1 dekabr 2017-ci ildə cavabdeh tərəfindən iddiaçı barəsində hesablanmış 17.434,52 manat azalma kimi göstərilmişdir. Lakin 4 may 2018-ci ildə həmin məbləğ cavabdeh tərəfindən yenidən iddiaçının şəxsi hesab vərəqəsinə işlənmişdir. 17.434,52 manatın iddiaçının şəxsi hesab vərəqəsində cavabdeh tərəfindən azaldılması iddiaçının mənafeyi nə uyğun olsa da, 4 may 2018-ci il tarixdə yenidən cavabdeh tərəfindən bu məbləğin iddiaçının şəxsi hesab vərəqində göstərilməsi iddiaçının mənafeyinə uyğun olmamış, cavabdeh 4 may 2018-ci il tarixli hərəkəti ilə iddiaçı üçün əlverişsiz vəziyyət yaratmışdır. Cavabdehin 4 may 2018-ci il tarixdəki hərəkəti əvvəllər məhkəmə mübahisəsinin predmeti olmamışdır. Cavabdehin 4 may 2018-ci il tarixdəki hərəkəti qanuni qüvvəyə minmiş məhkəmə qərarından sonra baş verdiyindən və həmin hərəkət əvvəllər məhkəmə mübahisəsinin predmeti olmadığından iddianı mümkün saymamaqla apellyasiya instansiyası məhkəməsi haqlı olmamışdır. İddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv h üquqa malik olmuşdur. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 4 may 2018-ci il tarixdən sonra iddiaçı ilə cavabdeh arasında publik hüquqa əsaslanan inzibati münasibətlər yaranmış, həmin tarixdə cavabdeh inzibati orqan iddiaçı ilə bağlı yeni hərəkətə yol vermiş, iddianın əsaslı olub-olmamasından asılı olmayaraq iddiaçının cavabdehin bu hərəkəti barədə mübah isə açmaq hüququ yaranmışdır. Odur ki, kassasiya şikayəti təmin edilərək iddianın mümkün sayılmaması barədə apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1180/2019 saylı, 1 may 2019-cu il tarixli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar