Məhkəmə qərarları › İş №2-1(102)-2650/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2650/2025

21.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2650/2025 21.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiya təminatı sistemi; qanunvericilikdə edilən dəyişikliklərin Konstitusiyanın 25-ci maddəsinin İ hissəsində nəzərdə tutulan bərabər yanaşma və Konstitusiyanın 149-cu maddəsinin İ hissəsində nəzərdə tutulan haqq-ədalət və bərabər mənafelərə bərabər münasibət prinsiplərinin tətbiqi baxımından qiymətləndirilməsi; qanunvericinin və digər normayaratma subyektlərinin real iradəsi və normativ ardıcıllıq; fərqli rəftarın obyektiv və ağlabatan səbəblərlə əsaslandırılmalı olması; işin hallarının araşd ırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “yeni məlumat vərəqənin göndərilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 may 2025-ci il tarixli, 2-1(103)-2130/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2019-cu il tarixli 1000/964Ş nömrəli Komitə sədrinin əmri ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsini n 2-ci bəndinə əsasən qeyd olunan Əsasnamənin 27-ci maddəsində nəzərdə tutulmuş yaş həddinə çatdığına görə gömrük orqanlarında xidmətinə xitam verilmişdir.

2. Dövlət Gömrük Komitəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hazırlanmış məlumat vərəqəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilmişdir.

3. İddiaçıya xx.xx.2019-cu il tarixdə əmək pensiyası təyin edilmişdir.

4. İddiaçı cavabdehə müraciət edərək onun barəsində tərtib edilmiş məlumat vərəqəsinin düzgün tə rtib edilmədiyini bildirərək, yeni məlumat vərəqəsinin verilməsini xahiş etmişdir.

5. Cavabdeh müraciəti təmin etməkdən imtina etmiş və xx.xx.2024-cü il tarixli imtina məktubunda bildirmişdir ki, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1207 nömrəli Fərmanı ilə gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60 faizinin Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respubli kasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2018ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” Qanununun 1.0.5-ci maddəsinə dəyişiklik edilmiş, qeyd olunan maddədə “digər əlavələrdən” sözlərindən sonra “(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla)” sözləri əlavə edilmişdir. Bu Qanun xx.xx.2019-cu il tarixdə qüvvəyə minmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 saylı Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır. Həmin Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1,0.3-cü və 1.0.4-cü maddələrində nəzərdə tutulmuş şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xər cliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsində təminat xərcliyinin nədən ibarət olması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 saylı Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının 2-ci bəndində isə təminat xərcliyinin hesablanma qaydası müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21,04.2022-ci il tarixli 170 nömrəli Qərarına əsasən (qüvvəyə mindiyi tarix) xx.xx.2022-ci il tarixdən Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitin 60 (altmış) faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 90.1-ci maddəsinə əsasən normativ hüquqi aktın məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İV hissəs inə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir. Qeyd olunanlardan müəyyən edilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.5-ci maddəsinə xx.xx.2018-ci il tarixdə edilmiş dəyişiklik xx.xx.2019-cu il tarixdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 437 nömrəli Qərarına edilmiş dəyişikliyinin qüvvəyə mindiyi xx.xx.2022-ci il tarixədək İddiaçı 5 avqust 2019-cu il tarixdə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 2-ci bəndinə əsasən qeyd olunan Əsasnamənin 27-ci maddəsində nəzərdə tutulmuş yaş həddinə çatdığına görə gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Göründüyü kimi müraciət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən Azərbaycan Respublikası Na zirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hazırlanmış məlumat vərəqəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək haqqı ilə birlikdə digər növ 60% vəsaitdən (X4 xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilən 60 (altmış) faiz vəsaitin) DSMF-yə bütün tələb olan (22%+3%=25 %) məcburi dövlət sığorta haqqının ödənilməsini nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 170 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” 21 iyun 2022-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə, 149 maddəsinin Vİİ bəndinə, həmçinin Azərbaycan Respublikası “Sosial sığorta haqqında” Qanununa əsasən, əmək pensiyasının yenidən hesablanması üçün ona aid məlumat vərəqində əmək haqqı qrafasında 60% aldığı məbləği şəxsi vərəqdə göstərilməklə Azərbaycan Respublika sı Dövlət Gömrük Komitəsi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala təqdim olunmuş iddiaçıya dair məlumat vərəqində işlədiyi illər boyu və aldığı vəzifə ştatına uyğun aylıq məvacibinə əlavə olunan 60% məvacibi məlumat vərəqində göstərilmədən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin tələblərinə uyğun hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh məlumat vərəqəsini düzgün tərtib etməyərək onun konstitusion hüquqlarını pozmuşdur. 30 noyabr 2018-ci il № 1362-VQD “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsində dəyişikliyə əsasən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) sözləri əlavə edildi. Qanun xx.xx.2019-cu ildə qanuni qüvvəyə mindi. Qanun qüvvəyə mindiyi günə görə qanunla tələb edilən 20 təqvim ilindən artıq iş stajı olduğu üçün, artıq onun təqaüdə çıxmaq hüququ yaranmışdır və qeyd edilən qanunda dəyişiklik onun illər boyu aldığı aylıq məvacib və əlavələr (yəni 60%) və onlardan ödədiyi məcburi sosial sığorta haqqına baxmayaraq, onun konstitusion və sair aidiyyəti hüquqları pozulmuş oldu. Daha sonra “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017 -ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası"nda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 170 nömrəli Qərarının 1-ci hissəsində “Vəsaitin 60 (altmış) faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir” dəyişiklik edərək və həmin qərarın 2-ci hissəsinə əsasən “2023 yanvarın “1” sözləri “Bu Qərar 2022-ci il iyulun 1-dən qüvvəyə minir” sözləri ilə əvəz edildi. Bu dəyişikliyə əsasən, əmək pensiyasının yenidən hesablanması üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna t əqdim olunan ona aid məlumat vərəqində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən (01 yanvar 2023-cü ilə qədər qüvvədə olan sözlər (sonrakı artımlar da nəzərə alınmaqla) cavabdeh tərəfindən vəzifə maaşında yenidən hesablama apararaq məlumat vərəqəsini də düzəliş edərək DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi barədə müraciəti öz həllini tapmamışdır.

8. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz imtina məktubları ilə eyni məzmunda əsaslandırılmışdır.

9. Bakı İnzibati Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 2-1(112)-4060/2025 nömrəli qərarı ilə (hakim B.Cəlalov) iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının istinad etdiyi Qərarda onun 1 iyul 2022-ci il tarixdən qüvvəyə mindiyi qeyd edilmişdir. Həmin Qərar yalnız qüvvəyə mindikdən sonra yaranan münasibətlərə şamil edilir və geriyə tətbiq edilmir. Çünki həmin müddəa yeni prosedur qaydası müəyyən edir. Bu qayda ilə Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitin müvafiq hissəsinin dövlət büdcəsinə köçürülməsi və həmin vəsaitin tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə sərf edilməsi nəzərə alınır. Odur ki, həmin tarixədək ödənilən əmək haqqına əlavənin mənbəyi “büdcədənkənar” hesab edilmiş, qeyd edilən tarixdən sonra isə müvafiq ödənişlər dövlət büdcəsinə köçürüldüyündən “dövlət büdcəsi” vəsaiti hesabına aparılan ö dəmələr hesab edilir. Beləliklə, qeyd edilən normaların təhlilinə əsasən, qanunvericiliyə uyğun olaraq xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək gömrük orqanlarında xidmətinə xitam verilmiş və pensiya hüququ yaranmış şəxslərə pensiya təyin edilərkən onların aylıq vəzifə maaşlarına verilən əlavələr təminat xərcliyinə daxil edilmir və əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən nəzərə alınmır. Belə ki, qeyd edildiyi kimi həmin əlavələr qeyd edilən tarixədək büdcədənkənar vəsaitlər, müvafiq dəyişiklikdən sonra isə (ödənişin statusu dəyişərək) dövlət büdcəsi vəsaiti hesabına verilən ödəniş hesab edilmişdir.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelly asiya instansiya məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 may 2025-ci il tarixli, 2-1(103)-2130/2025 nömrəli qərarı ilə (hakimlər: C.Məmmədov – məruzəçi, Ş.Məmmədova və P.Hüseynov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 2-1(112)-4060/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq göstərmişdir ki, iddiaçının istinad etdiyi qərar 1 iyul 2022-ci il tarixdən qüvvəyə minmiş və yalnız qüvvəyə mindikdən sonra yaranan münasibətlərə şamil edilir və geriyə tətbiq edilmir. Qanunda edilmiş dəyişikliyə əsasən Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitin müvafiq hissəsinin dövlət büdc əsinə köçürülməsi və həmin vəsaitin tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə sərf edilməsi nəzərə tutulmuşdur. Başqa sözlə, iddiaçı 01 iyul 2022-ci ildə gömrük orqanlarında işləyərək təzə qaydalara uyğun olaraq əmək haqqı almış olsaydı o halda ona yaşa görə əmək pensiyası təyin edilərkən aldığı yeni əmək haqqının nisbətində əmək pensiyası hesablana bilərdi. Yəni iddiaçıya 01 iyul 2022-ci ildən sonra əmək haqqının və ona edilmiş yeni artımların verilməməsi səbəbindən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndini tətbiq edilməsi mümkün deyil. Həmin tarixədək ödənilən əmək haqqına əlavənin mənbəyi “büdcədənkənar” hesab edilmiş, qeyd edilən tarixdən sonra isə müvafiq ödənişlər dövlət büdc əsinə köçürüldüyündən “dövlət büdcəsi” vəsaiti hesabına aparılan ödəmələr hesab edilir. xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək gömrük orqanlarında xidmətinə xitam verilmiş və pensiya hüququ yaranmış şəxslərə pensiya təyin edilərkən onların aylıq vəzifə maaşlarına verilən əlavələr təminat xərcliyinə daxil edilmir və əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən nəzərə alınmır.

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

15. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. b) kassasiya şikayətinə qarş ı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə

149. Normativ hüquqi aktlar İ. Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. Vİİ. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. 18. “Normativ hüq uqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu: Maddə

1. X3 istifadə olunan əsas anlayışlar 1.0.13. normayaratma fəaliyyəti – normativ hüquqi aktların hazırlanması, ekspertizası, qəbul olunması, onlarda dəyişikliklər edilməsi, onların şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi üzrə fəaliyyət; 1.0.14. normayaratma fəaliyyətinin subyekti – normayaratma fəaliyyətində iştirak edən orqanlar (şəxslər); 1.0.17. normayaratma orqanı – normativ hüquqi aktları qəbul etmək səlahiyyətinə malik olan dövlət orqanı; 1.0.18. normayaratma prosesi – dövlət orqanının normativ hüquqi aktların hazırlanması, qəbul olunması və qüvvəyə minməsi üzrə normayaratma fəaliyyəti; Maddə

8. Normayaratma fəaliyyətinin əsas prinsipləri 8.0. Normayaratma fəaliyyəti Azərbaycan Respublikas ı Konstitusiyasının 149-cu maddəsinin İ hissəsində göstərilən prinsiplərlə yanaşı, aşağıdakı prinsiplər əsasında həyata keçirilir: 8.0.1. Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluq və qanunların üstünlüyü; 8.0.2. aşağı dövlət orqanlarının aktlarının yuxarı dövlət orqanlarının aktlarına uyğunluğu; 8.0.3. beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarının üstünlüyü; 8.0.4. mütənasiblik; 8.0.5. dövlət orqanlarının vətəndaşlar qarşısında cavabdehliyi; 8.0.6. normayaratma fəaliyyətinin demokratikliyi və şəffaflığı; 8.0.7. normativ hüquqi aktların ziddiyyətsizliyi; 8.0.8. insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət; 8.0.9. ictimai münasibətlərin hüquqi tənzimlənməsinin sistemliliyi və kompleksliyi. 19. “Əmək pensiyaları haq qında” Azərbaycan Respublikasının Qanunu (2019cu il yanvarın 1-ə qədər olan redaksiyada): Maddə

1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir;. 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur;. 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. 1.0.4. xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir (30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilən tarixədək); 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla (22 dekabr 2023-cü il tarixli 1074- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilən tarixədək). 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 30 noyabr 2018-ci il tarixli, 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu: Maddə 1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin: 1.1. 1.0.5-ci maddəyə “digər əlavələrdən” sözlərindən sonra “(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla)” sözləri əlavə edilsin; 1.2. aşağıdakı məzmunda, 5.3-cü, 20.30-cu və 22-1-ci maddələr əlavə edilsin:... “20.30. Bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır.”; Maddə

2. Bu Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir. 21. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nda dəyişiklik edilməsi barədə” 21 aprel 2022-ci il tarixli, 170 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürül ən vəsaitlərdən istifadə Qaydası”nın 1.3-cü bəndi aşağıdakı redaksiyada verilsin: “1.3. Vəsaitin 60 (altmış) faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir.”.

2. Bu Qərar 2022-ci il iyulun 1-dən qüvvəyə minir. 22. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nda dəyişiklik edilməsi barədə” 26 aprel 2023-cü il tarixli 134 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nı n 1.2-ci və 1.3-cü bəndləri yeni redaksiyada verilmişdir: 1.2. “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 28.13.1-ci yarımbəndi nəzərə alınmaqla, vəsaitin qalan hissəsinin 60 faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə sərf edilir. 1.3. Bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla, vəsaitin qalan hissəsi gömrük orqanlarının, Komitənin tabeliyində olan qurumların maddi-texniki və sosial bazasını möhkəmləndirmək, habelə gömrük işi sahəsində elmi-texniki potensialın artırılmasına, elmi tədqiqat işlərinin, o cümlədən gömrük tənzimlənməsi vasitələrinin tətbiqi ilə bağlı tədqiqatların aparılmasına, beynəlxalq təcrübədə qəbul olunan yeni metod və üsulların öyrənilməsinə sərf etmək məqsədilə Komitənin hesabına köçürülür.

23. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında 9 dekabr 2022-ci il tarixli, № 678-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu: Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 334-cü maddəsi aşağıdakı redaksiyada verilsin: Maddə

334. Digər vəsaitlər 334.1. Gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsait, cərimələr və bu Məcəlləni n 224.1.5-ci və 224.1.6-cı maddələrində nəzərdə tutulan gömrük ödənişlərinin (bundan sonra – vəsait) 93 faizi müvafiq icra hakimiyyəti orqanının hesabına köçürülür və aşağıdakı məqsədlərə sərf edilir: 334.1.1. müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə; 334.1.2. dövlət büdcəsinə köçürülməklə müvafiq icra hakimiyyəti orqanının xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə; 334.1.3. gömrük orqanlarının, müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan qurumların maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə, habelə gömrük işi sahəsində elmi-texniki potensialın artırılmasına, elmi tədqiqat işlərinin, o cümlədən gömrük tənzimlənməsi vasitələrinin tətbiqi ilə bağlı tədqiqatların aparılma sına, beynəlxalq təcrübədə qəbul olunan yeni metod və üsulların öyrənilməsinə. 334.2. Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş vəsaitin 7 faizi dövlət büdcəsinə köçürülür. 334.3. Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş vəsaitin bölgüsü və ondan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.”. Qeyd: Əvvəlki redaksiyada deyilirdi: Maddə

334. Digər vəsaitlər Gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsait, cərimələr və bu Məcəllənin 224.1.5-ci və 224.1.6-cı maddələrində nəzərdə tutulan gömrük ödənişlərinin 93 faizi müvafiq icr a hakimiyyəti orqanının hesabına köçürülür və müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə, həmçinin gömrük orqanlarının, müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan qurumların maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə, habelə gömrük işi sahəsində elmi-texniki potensialın artırılmasına, elmi tədqiqat işlərinin, o cümlədən gömrük tənzimlənməsi vasitələrinin tətbiqi ilə bağlı tədqiqatların aparılmasına, beynəlxalq təcrübədə qəbul olunan yeni metod və üsulların öyrənilməsinə sərf olunur, qalan hissəsi isə dövlət büdcəsinə köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 1 may 2020-ci il tarixli 72-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 334-cü madd əsinin birinci cümləsində “ödənişləri” sözü “ödənişlərinin 93 faizi” sözləri ilə, hər iki halda “müvafiq icra hakimiyyəti orqanlarının” sözləri “müvafiq icra hakimiyyəti orqanının” sözləri ilə, “hesablarına” sözü “hesabına” sözü ilə əvəz edilmişdir və həmin cümləyə “olunur” sözündən sonra “, qalan hissəsi isə dövlət büdcəsinə köçürülür” sözləri əlavə edilmişdir. Əvvəlki, 25 aprel 2017-ci il tarixli 646-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 334-cü maddəsi aşağıdakı redaksiyada olmuşdur: “Gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsait, cərimələr və bu Məcəllənin 224.1.5-ci və 224.1.6-cı maddələrində nəzərdə tutulan gömrük ödənişləri müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülür və müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə, həmçinin gömrük orqanlarının, müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan qurumların maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə, habelə gömrük işi sahəsində elmi-texniki potensialın artırılmasına, elmi tədqiqat işlərinin, o cümlədən gömrük tənzimlənməsi vasitələrinin tətbiqi ilə bağlı tədqiqatların aparılmasına, beynəlxalq təcrübədə qəbul olunan yeni metod və üsulların öyrənilməsinə sərf olunur. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.”. 24. “Azərbaycan Respublikasının Gömrük Məcə lləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 678-VİQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2022-ci il № 1937 Fərmanı: 2.6. 28.13.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin: “28.13.2. bu Fərmanın 28.13.1-ci yarımbəndi nəzərə alınmaqla, qalan hissəsinin 60 faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə sərf edilir;”;

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli, 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”: 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular -, Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X2 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərba ycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir. 2-ci bəndinə əsasən bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun ola raq hesablanır. 5-ci bəndinə görə məlumat vərəqindəki məlumatlar təsdiqləndiyi tarixdən 5 iş günü müddətində Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılır, uyğunsuzluqlar aşkar edilmədikdə qəbul olunaraq pensiya təyinatı aparılır, əks təqdirdə səbəbi qeyd olunmaqla qəbulundan imtina edilərək müvafiq informasiya sistemi vasitəsilə aidiyyəti quruma məlumat verilir. 26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağ andır. Maddə

13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

13. Məhkəmənin yardım etmək vəzifəsi Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə müba hisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün s ayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutl arın araşdırılması tələb olunduqda;... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

28. Avropa İnsan Hüquqları Məhkəməsinin qərardad və qərarları: Béláné Nagy Macarıstana qarşı [BP], qərar, 53080/13, xx/xx/2016; Stefanetti və digərləri İtaliyaya qarşı, qərar, 21838/10 və digərləri, xx/xx/2014; Moskal Polşaya qarşı, qərar, 10373/05, xx/xx/2009; Andrejeva Latviyaya qarşı [ BP], qərar, 55707/00, xx/xx/2009; Stec və başqaları Birləşmiş Krallığa qarşı [BP], qərardad, 65731/01 və 65900/01, xx/xx/2005; Stec və digərləri Birləşmiş Krallığa qarşı [BP], qərar, 65731/01 və 65900/01, xx/xx/2006; James və digərləri Birləşmiş Krallığa qarşı, qərar,8793/79, xx/xx/1986.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi barədə 08 oktyabr 2020-ci il tarixli, 03/2020 nömrəli qərardadı Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

30. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Qanunvericilikdə edilmiş dəyişikliklərin iddiaçının vəziyyətinə təsiri və Konstitusiya baxımından normativ tənzimləmələrə dair tələblər

33. İşin faktiki hallarından görünür ki, iddiaçının gömrük orqanlarında xidmətinə xx.xx.2019-cu il tarixli 1000/964Ş nömrəli Komitə sədrinin əmri ilə “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 120-ci maddəsinin birinci hissəsinin 2-ci bəndinə əsasən qeyd olunan Əsasnamənin 27-ci maddəsində nəzərdə tutulmuş yaş həddinə çatdığına görə xitam verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1207 nömrəli Fərmanı ilə gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60 faizinin Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavə kimi ödənilməsi nəzərdə tutulmuşdur. Lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa xx.xx.2018-ci il tarixli Qanunla edilmiş dəyişiklik nəticəsində həmin Qanunun 1.0.5-ci maddəsində “digər əlavələrdən” sözlərindən sonra “(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla)” ifadəsi əlavə edilmişdir. İddiaçının pensiya hüququ xx.xx.2019-cu il tarixdə yarandığından və bu tarixdə qeyd olunan dəyişiklik qüvvədə olduğundan, Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin, o cümlədən iddiaçının aylıq vəzifə maaşına əlavə kimi ödənilən vəsaitin 60 faizi ona pensiya təyin edilərkən nəzərə alınmamışdır.

34. Sonradan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 170 nömrəli qərarı ilə Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 437 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydaları”na dəyişiklik edilmişdir. Həmin dəyişikliklə Qaydaların 1.3cü bəndi yeni redaksiyada verilmiş və müəyyən edilmişdir ki, vəsaiti n 60 faizi dövlət büdcəsinə köçürülür və bu vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavə kimi istifadə edilir. Beləliklə, edilən dəyişiklik nəticəsində gömrük orqanlarında çalışan xüsusi rütbəsi olan əməkdaşlara və mülki işçilərə ödənilən həmin əlavələr dövlət büdcəsi vəsaiti hesabına formalaşaraq təminat xərcliyinə daxil edilmiş və həmin tarixdən pensiya hesablanarkən nəzərə alınmağa başlanılmışdır.

35. İddiaçı hazırkı tələbində qeyd olunan normativ dəyişikliyin onun hüquqi vəziyyətini yaxşılaşdırdığına istinad edərək, büdcədənkənar vəsait hesabına ödənilmiş 60 faiz əlavələrin əmək pensiyasının yenidən hesablanması məqsədilə təminat xərcliyinə daxil edilməsi üçün yeni məlumat vərəqəsinin verilməsini xahiş edir.

36. Məhkə mə kollegiyası qeyd edir ki, qanunvericilikdə büdcədənkənar vəsait hesabına ödənilən əlavələr 2019-cu ilin yanvarın 1-dək birbaşa pensiya məbləğlərinin hesablanmasında nəzərə alınmışdır və bu, xx.xx.2019-cu il tarixdə ləğv olunmuşdur (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 30 noyabr 2018-ci il tarixli, 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu). Lakin bundan sonra qanunvericilikdə edilmiş dəyişikliklərə əsasən 2022-ci il iyulun 1-dən etibarən Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitlərin 60 (altmış) faizi dövlət büdcəsinə köçürülməyə və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavə şəklində ödənilməyə və ə mək pensiyasının hesablanmasında nəzərə alınmağa başlanmışdır (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli, 437 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nda dəyişiklik edilməsi barədə 21 aprel 2022-ci il tarixli, 170 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı).

37. Göründüyü kimi, xx.xx.2019-cu il tarixindən sonra və xx.xx.2022-ci il tarixədək pensiya hüququ yaranmış şəxslər büdcədənkənar vəsait hesabına onlara ödənilən 60 faiz əlavələrin əmək pensiyasının hesablanmasında nəzərə alınmasından tam şəkildə məhrum edilmişdir, halbuki, xx.xx.2022-ci il tarixindən sonra eyni kateqoriyaya aid şəxslər üçün həmin vəsait dolayı yolla – dövlət büdcəsinə köçürülm ə və aylıq vəzifə maaşına əlavə mexanizmi vasitəsilə – yenidən pensiya təminatının hesablanmasına daxil edilmişdir.

38. Beləliklə, qanunvericilikdə edilən dəyişikliklər nəticəsində xx.xx.2019-cu il tarixindən sonra və xx.xx.2022-ci il tarixədək pensiya hüququ yaranmış şəxslər, o cümlədən iddiaçı bu hüquqdan məhrum edilib və onlar üçün qanunvericilikdə, xüsusən də, “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nda dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli, 170 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında hər hansı keçid müddəaları göstərilməyib.

39. Məhkəmə kollegiyası qeyd edir ki, sosial təminat hüququnun məhz Konstitusiyada təsbit olunmuş bir hüquq olması qanunvericinin mülahizə sərbəstliyinin də müəyyən mə hdudiyyətlərə tabe olduğunu təsdiq edir. Əvvəla, belə tənzimləmənin məqsədi şübhəsiz ki, səmərəli və ədalətli sosial təminat sisteminin yaradılmasına yönəlməlidir. Digər tərəfdən, müvafiq tənzimləmə aparılarkən sosial təminat növlərinin dairəsi müəyyənləşdirilməklə yanaşı, müvafiq ödəmələrin həyata keçirilməsinə yönələn sabit, gözlənilən, səmərəli və ədalətli sosial müdafiə sistemi təşkil edilməlidir. Qanunvericinin bu sahədə mülahizə sərbəstliyi hüquqi müəyyənlik prinsipini pozmamalı və müəyyənləşdirilən qaydalar aydın və birmənalı olmalıdır. Ona görə də, tənzimləmələr Konstitusiyada təsbit olunmuş bərabərlik hüququna, eləcə də normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı olduğuna dair tələblərə uyğun həyata keçirilməlidir.

40. Konsti tusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 1 dekabr 2010-cu il tarixli qərarında da qeyd olunmuşdur ki, pensiyaların növləri, onların hesablanması, təyin və əldə edilməsi, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsi ilə bağlı tənzimləmə qanunverici tərəfindən bərabərlik hüququna, o cümlədən normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı olması və Konstitusiyaya zidd olmamasına dair konstitusion tələblərə uyğun həyata keçirilməlidir. Bu mənada qanunvericinin hər hansı münasibətlərin, o cümlədən sosial təminat sahəsində münasibətlərin tənzimlənməsində hüquqi müəyyənlik prinsipinə əməl etməsi tələb olunur. Qanunvericilikdə edilən dəyişikliklərin Konstitusiyasının 25-ci maddəsi baxımdan qiymətləndirilməsi

41. İlk növbədə, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsində (Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir) və “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsində nəzərdə tutulan bərabər yanaşma prinsipinin mahiyyəti ondan ibarətdir ki, inzibati orqan (dövlət) eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarlar qəbul etməkdə, fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə is ə eyni cür qərarlar qəbul etməkdə haqlı sayıla bilməz.

42. Məhkəmə kollegiyası qeyd edir ki, bərabər yanaşma prinsipinin pozulduğunun iddia olunduğu hallarda iki komponentdən ibarət yoxlama sxemi tətbiq olunur. Birincisi, qeyri-bərabər davranışın müəyyən olunması və ikincisi, həmin qeyri-bərabər davranışın Konstitusiyanın 25-ci maddəsi baxımından əsaslı olması.

43. Qeyri-bərabər davranışın müəyyən olunmasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, davranışın tətbiq olunduğu subyektlər və ya obyektlər eyni və ya ən azından müqayisə edilə bilən olmalıdır. Davranış o zaman qeyri-bərabər hesab olunur ki, eyni və ya ən azından müqayisə oluna bilən subyektlərə və ya obyektlərə münasibətdə fərqli davranış tətbiq olunsun.

44. Müqayisə olunan qrupun müəyyən olunmasına münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, bu məqsədlə müqayisə olunan qrupların ümumi, birləşdirici əlamətləri müəyyən edilməlidir. Hazırkı mübahisəyə münasibətdə, məsələn, Dövlət Gömrük Komitəsində işləmiş, 2019-cu il tarixədək və 2022-ci ildən sonra hüququ yaranmış şəxslər qrupu – 1-ci qrup və 2019-2022-ci illərdə həmin Komitədə işləmiş və hüququ yaranmış şəxslər qrupu – 2-ci qrup. Pensiya təyinatı zamanı 1-ci qrupa – 2019-cu ilədək, 2022-ci ildən sonra xidmət etmiş əməkdaşlara münasibətdə büdcədənkənar vəsaitin nəzərə alınması, lakin 2-ci qrupa – 2019-2022-ci illərdə xidmət etmiş əməkdaşlara münasibətdə isə həmin qaydanın tətbiq olunmaması vəziyyətinin mövcud olduğu müəyyən edilir.

45. Beləliklə, məhkəmənin qənaətinə görə 2-ci qrupa münasibətdə qeyri-bərabər davranışın mövcudluğu müəyyən olunur. Belə k i, hər iki qrup Gömrük Komitəsində xidmət edib, hər iki qrup həmin əlavəni alıb, hər iki qrup aldığı əlavədən MDSS haqqını ödəyib. Lakin müqayisə olunan qruplardan birinə daxil olan və hüququ yaranmış əməkdaşlara pensiya təyini zamanı həmin əlavə nəzərə alındığı halda, digər qrupa münasibətdə nəzərə alınmır. Halbuki, qruplara daxil olan əməkdaşlar arasında qeyri-bərabər davranışa haqq qazandıran və belə davranışı şərtləndirən əhəmiyyətli fərqlər (xidmətlə, əlavənin və MDSS haqlarının ödənişi ilə bağlı) müəyyən olunmur. Konstitusion tələblər baxımından, fərqli tənzimləmə və qeyri-bərabər davranış üçün obyektiv səbəblər mövcud deyil. Nəzərə almaq lazımdır ki, qeyri-bərabər davranışa haqq qazandıran əsaslı səbəblərin mövcudluğu tələb olunur.

46. Göstərilənləri nəzərə almaqla məhkəmə kollegiya sı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan qeyri-bərabər davranışın Konstitusiyanın 25-ci maddəsi baxımından əsaslı olub-olmaması hərtərəfli araşdırılmamış və qiymətləndirilməmişdir. Qanunvericilikdə edilən dəyişikliklərin Konstitusiyasının 149-cu maddəsinin İ hissəsi baxımdan qiymətləndirilməsi

47. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ hissəsinə əsasən normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə, o cümlədən bərabər mənafelərə bərabər münasibət prinsipinə əsaslanmalıdır. Həmçinin, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən normayaratma fəaliyyətinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ hissəsində göstərilən prinsiplərlə yanaşı, aşağıdakı prinsiplər əsasında həy ata keçirildiyi təsbit olunmuşdur: Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluq və qanunların üstünlüyü; aşağı dövlət orqanlarının aktlarının yuxarı dövlət orqanlarının aktlarına uyğunluğu; beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarının üstünlüyü; mütənasiblik; dövlət orqanlarının vətəndaşlar qarşısında cavabdehliyi; normayaratma fəaliyyətinin demokratikliyi və şəffaflığı; normativ hüquqi aktların ziddiyyətsizliyi; insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət; ictimai münasibətlərin hüquqi tənzimlənməsinin sistemliliyi və kompleksliyi.

48. Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiyasının 149-cu maddəsinin İ hissəsində “hüquq” anlayışı yalnız qanunvericilik texnikasına uyğunluğu deyil, həm də hüquqi müəyyənlik və normativ sabitlik kimi prinsipləri əhatə edir. Belə ki, yalnız normativ aktın formal qüvvədə olmasını və ya qanunvericilik texnikasının tələblərinə cavab verməsini deyil, həm də həmin normanın ünvanlandığı subyektlər üçün aydın, anlaşılan və tətbiqi nəticələri əvvəlcədən proqnozlaşdırıla bilən olmasını ehtiva edir. Hüquqi tənzimləmə elə qurulmalıdır ki, hüquq subyektləri öz davranışlarını həmin norma əsasında planlaşdıra bilsinlər və dövlətin mövqeyi normativ qeyri-müəyyənlik yaratmaqla fərdlərin hüquqi vəziyyətini qeyri-sabit hala salmasın.

49. Konstitusiyasının 149-cu maddəsinin İ hissəsində “haqq-ədalət” anlayışı normativ hüquqi tənzimləmənin cəmiyyətin ümumi maraqları ilə fərdlərin qanuni gözləntiləri arasında ədalətli və mütənasib balans yaratmasını, eyni və ya oxşar hüquqi vəziyyətd ə olan şəxslərin obyektiv və əsaslandırılmış səbəblər olmadan fərqli hüquqi rejimlərə və rəftara tabe edilməsinin yolverilməzliyini nəzərdə tutur. Bu baxımdan, normativ aktların tətbiqi nəticəsində yaranan fərqləndirmə yalnız legitim məqsədə xidmət etdiyi və bu məqsədlə mütənasib olduğu hallarda konstitusiya baxımdan əsaslı hesab edilə bilər.

50. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, Konstitusiyanın 149-cu maddəsində təsbit edilmiş “bərabər mənafelərə bərabər münasibət” prinsipi mahiyyət etibarilə Konstitusiyanın 25-ci maddəsində nəzərdə tutulan bərabərlik hüququnun normativ hüquqi tənzimləmə sahəsində konkret təzahür formalarından biridir. Bu prinsip ondan ibarətdir ki, hüquqi baxımdan eyni və ya oxşar mənafelərə malik olan şəxslər normativ hüquqi aktların qəbulu və tətbiqi zamanı ey ni hüquqi rejimə tabe edilməlidir, onlara münasibətdə fərqləndirmə yalnız obyektiv və ağlabatan əsaslara söykəndiyi hallarda yol verilən hesab oluna bilər. 51. “Bərabər mənafelərə bərabər münasibət” anlayışı formal bərabərliklə məhdudlaşmır və hüquqi münasibətlərin real məzmunu nəzərə alınmaqla tətbiq edilən maddi (substantiv) bərabərliyi nəzərdə tutur. Bu o deməkdir ki, normativ tənzimləmə yalnız hüquq subyektlərinin formal statusuna deyil, onların faktiki hüquqi vəziyyətinə, hüquq və vəzifələrinin mahiyyətinə və qorunan mənafelərin xarakterinə əsaslanmalıdır. Eyni hüquqi nəticələr doğuran və eyni sosial-hüquqi kontekstdə yerləşən mənafelərə fərqli yanaşmanın tətbiqi, bu fərqləndirmə üçün yetərli və əsaslandırılmış səbəblər göstərilmədiyi təqdirdə, konstitusion bərabərlik prinsipinin pozu lması kimi qiymətləndirilməlidir.

52. Konstitusiyanın “bərabər mənafelərə bərabər münasibət” prinsipi dövlətin yalnız normativ aktların tətbiqi mərhələsində deyil, həm də onların hazırlanması və qəbulu prosesində eyni hüquqi vəziyyətdə olan şəxslərə münasibətdə ayrı-seçkiliyə yol verməmək öhdəliyini ehtiva edir. Bu prinsip qanunvericidən və digər normayaratma subyektlərindən tələb edir ki, hüquqi tənzimləmə aparılarkən oxşar hüquqi vəziyyətdə olan subyektlər arasında fərqləndirmə aparılması zərurəti yarandıqda belə, bu fərqləndirmə legitim məqsədə xidmət etməli, tətbiq edilən vasitələr həmin məqsədlə mütənasib olmalı və nəticə etibarilə hüquqların mahiyyətinə toxunmamalıdır.

53. Bu baxımdan, “bərabər mənafelərə bərabər münasibət” prinsipi bərabərlik hüququnun xüsusi ifadəsi kimi çıxış edər ək normativ hüquqi aktların məzmununun konstitusion nəzarətinin aparılmasında mühüm meyar rolunu oynayır. Belə ki, normativ tənzimləmə nəticəsində eyni mənafelərə malik şəxslər arasında əsassız fərqləndirmə yaradıldığı halda, bu hal təkcə bərabərlik hüququnun deyil, eyni zamanda hüquqi müəyyənlik və ədalətlilik tələblərinin də pozulmasına gətirib çıxarır.

54. Məhkəmə kollegiyası vurğulayır ki, Konstitusiyanın 149-cu maddəsinin mahiyyəti ondan ibarətdir ki, qanunverici və digər normayaratma subyektləri normativ hüquqi tənzimləmə apararkən eyni mənafelərə malik olan şəxsləri ağlabatan səbəblər olmadan fərqli hüquqi rejimlərə tabe edə bilməz, habelə hüquqların məhdudlaşdırılması və ya dəyişdirilməsi zamanı ardıcıl və məntiqi yanaşma sərgiləməlidir. Bu norma, eyni zamanda, normativ aktların tətbiqi nəticəsində yaranan əsassız normativ hüquqi boşluqların və qeyri-bərabərliyin qarşısının alınmasına xidmət edir.

55. Hazırkı işə münasibətdə qeyd edilməlidir ki, bu konstitusion norma normativ hüquqi aktlarda dəyişikliklər edilməsi nəticəsində yaranan əsassız hüquqi fərqləndirmələrin, normativ boşluqların və hüquqi qeyri-bərabərliyin qarşısının alınmasına yönəlmiş təminat mexanizmi kimi çıxış edir. Belə ki, hüquqi tənzimləmənin bir sahəsində aparılan dəyişikliklərin digər əlaqəli sahələrdə eyni hüquqi vəziyyətdə olan subyektlər üçün uyğunsuz və ya diskriminativ nəticələr doğurması Konstitusiyanın 149-cu maddəsinin tələbləri ilə uzlaşmır. Bu baxımdan, qanunverici və digər normayaratma subyektləri normativ hüquqi aktların dəyişdirilməsi və tətbiqi zamanı hüquqi nəticələri bütöv şəkil də-vahid hüquqi konteksdə qiymətləndirməli, hüquqi ardıcıllığın və bərabərlik prinsipinin real və effektiv təmin olunmasını nəzərə almalıdır.

56. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə əgər qanunverici xx.xx.2019-cu il tarixindən etibarən büdcədənkənar vəsait hesabına ödənilən 60 faiz əlavələrin əmək pensiyasının hesablanmasında nəzərə alınmasını tam və qəti şəkildə ləğv etmək niyyətində olsaydı və bu hüququ sonradan hər hansı formada bərpa etməsəydi, bu halda qanunvericinin iradəsi həmin əlavələrin pensiya təminatından çıxarılması kimi qəbul edilə bilərdi.

57. Lakin “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 170 nömrəli qər arı ilə Nazirlər Kabineti dolayı mexanizm vasitəsilə bu hüququ faktiki olaraq bərpa etmişdir. Belə ki, gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60 faizinin dövlət büdcəsinə köçürülməsi və həmin vəsaitin aylıq vəzifə maaşına əlavə kimi ödənilməsi nəticəsində bu ödənişlər yenidən əmək pensiyasının hesablanmasında nəzərə alınmağa başlanmışdır.

58. Görünən odur ki, qanunvericinin və digər normayaratma subyektlərinin real iradəsi sözügedən əlavələrin pensiya təminatı sistemindən tam çıxarılması deyil, onun hüquqi mexanizminin dəyişdirilməsi olmuşdur. Belə olan halda, xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək olan üç il yarımlıq dövrdə eyni kateqoriyaya aid olan şəxslərin bu hüquqdan tam şəkildə məhrum edilməsi nə normayaratma subyektlərinin sonrakı irad əsi ilə uzlaşır, nə də Konstitusiyanın 149-cu maddəsinin İ hissəsində tələb olunan haqq-ədalət meyarlarına və bərabər mənafelərə bərabər münasibət prinsipinə cavab verir. Xüsusilə vurğulanmalıdır ki, qanunvericilikdə xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək olan dövr üçün hər hansı keçid müddəası və kompensasiya mexanizmi nəzərdə tutulmamışdır, həmçinin, bu hüquqdan məhrumetməni əsaslandıran əsaslı ictimai maraq və ya hər hansı başqa dəlil də göstərilməmişdir. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən də bu fərqli rəftarın səbəbləri ilə bağlı hər hansı obyektiv və əsaslı izahat təqdim edilməmişdir. Beləliklə, eyni hüquqi statusa və eyni mənafelərə malik şəxslər arasında faktiki olaraq normativ boşluq nəticəsində ayrı-seçkilik yaranmışdır. Bu cür normativ hüquqi tənzimləmə Konstitusiyanın 149-cu maddəsinin İ hissəsində təsbit edilmiş haqq-ədalət və bərabər mənafelərə bərabər münasibət prinsiplərinə ziddir və hüquqi tənzimləmənin daxili ardıcıllığı, sistemliliyi və kompleksliyini pozur.

59. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, bu dəyişiklikləri nəzərdə tutan qanun və qərarın hazırlanması zamanı irəli sürülən qanun və qərar layihələri, müzakirələr və əsaslandırmalar iş üçün son dərəcə əhəmiyyətlidir. Apellyasiya instansiya məhkəməsi tərəfindən büdcədənkənar vəsait hesabına ödənilən əlavələrin pensiya məbləğlərinin hesablanmasında nəzərə alınmasının xx.xx.2019-cu il tarixdə ləğv olunması üçün qanunverciliyə edilən təkliflərin və əsaslandırmaların nədən ibarət olması araşdırılmamışdır. Eyni zamanda, Nazirlər Kabinetinin xx. xx.2022-ci il tarixli, 170 nömrəli qərarı ilə dolayı mexanizm vasitəsilə bu hüququn faktiki olaraq bərpa edilməsi – 2022-ci il iyulun 1-dən etibarən Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitlərin 60 (altmış) faizi dövlət büdcəsinə köçürülməsi və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavə şəklində ödənilməsi və əmək pensiyasının hesablanmasında nəzərə alınması – üçün Nazirlər Kabinetinin hansı təkliflər və əsaslandırmaları əsas götürdüyü araşdırılmamışdır. Beləliklə, bu qanun və qərarların hazırlanması və qəbulu zamanı irəli sürülən qanun və qərar layihələri, müzakirələr və əsaslandırmalar iş üçün son dərəcə əhəmiyyətli olduğu üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən müvafiq sorğularla əldə edilib Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulan bərabər yanaşma prinsipi baxımdan və Konstitusiyasının 149-cu maddəsinin İ hissəsinə əsasən normativ hüquqi aktların hüquqa və haqq-ədalətə, o cümlədən bərabər mənafelərə bərabər münasibət prinsipi baxımından araşdırılmalı və qiymətləndirilməlidir. İddiaçıya qarşı fərqli rəftarın İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ baxımından qiymətləndirilməsi

60. Məhkəmə kollegiyası qeyd edir ki, bu cür fərqli rəftar İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ ilə də uzlaşmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sosial təminat sahəsində dövlətin geniş mülahizə sərbəstliyi olsa da, fərqli rəftar yalnız obyektiv və ağlabatan səbəblərlə əsaslandırıldıqda Konve nsiyaya uyğun hesab edilə bilər (Stec və digərləri Birləşmiş Krallığa qarşı [BP(Böyük Palata)], 65731/01 və 65900/01, qərar, 12 aprel 2006, § 51). Əks halda bu Konvensiyanın 14-cü maddəsinin (Ayrı-seçkiliyin qadağan olunması) pozuntusuna gətirib çıxarır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “sabit presedent hüququna əsasən, ayrı-seçkilik oxşar vəziyyətdə olan şəxslərə obyektiv və ağlabatan əsaslandırma olmadan fərqli münasibət göstərilməsi deməkdir. “Obyektiv və ağlabatan əsaslandırmanın olmaması” o deməkdir ki, mübahisələndirilən fərqləndirmə ya “qanuni məqsəd” güdmür, ya da istifadə olunan vasitələrlə əldə edilmək istənilən məqsəd arasında “ağlabatan mütənasiblik əlaqəsi” mövcud deyil” (Andrejeva Latviyaya qarşı [BP], 55707/00, 18 fevral 2009, §81).

61. Həmçinin, məhkəmə kollegiyası xatırladır ki, Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi (Mülkiyyətin müdafiəsi) hər hansı bir növ sosial təminat ödənişini almaq hüququnu birbaşa təmin etməsə də, əgər tərəf olan Dövlətin qüvvədə olan qanunvericiliyində əvvəlcədən, ödəniş etmək şərti ilə və ya şərtsiz olaraq, sosial müavinət və ya pensiya almaq hüququ nəzərdə tutulursa, həmin qanunvericilik onun şərtlərini yerinə yetirən şəxslər üçün mülkiyyətlə bağlı qorunan maraq yaradır və bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür (Stec və başqaları Birləşmiş Krallığa qarşı (qərardad) [BP], 65731/01 və 65900/01, 06 iyul 2005, §54; Moskal Polşaya qarşı, 10373/05, 15 sentyabr 2009, § 38). 1 saylı Protokolun 1-ci maddəsinin hər hansı bir müəyyən məbləğdə pensiya almaq hüququnu təmin etmədiyini qeyd etmək lazımdır, lakin müavinət məbləğinin azaldılması və ya dayandırılması müdaxilə kimi qəbul edilə bilər ki, bu da əsaslandırılmalıdır. Əgər pensiyanın dayandırılması və ya azaldılması ərizəçinin şəxsi vəziyyətindəki dəyişikliklərlə deyil, qanunvericilikdə və ya onun tətbiqindəki dəyişikliklərlə bağlıdırsa, bu, 1 saylı Protokolun 1-ci maddəsi çərçivəsində hüquqlarına müdaxilə kimi qəbul edilə bilər (Béláné Nagy Macarıstana qarşı [BP], 53080/13, 13 dekabr 2016, §§ 84 - 86).

62. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1ci maddəsinin tətbiqinə dair” hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi barədə qərardadında qeyd edilmişdir ki, “...Lakin sosial təminat hüqu qunun məhz Konstitusiyada təsbit olunmuş bir hüquq olması qanunvericinin mülahizə sərbəstliyinin də müəyyən məhdudiyyətlərə tabe olduğunu təsdiq edir. Əvvəla, belə tənzimləmənin məqsədi şübhəsiz ki, səmərəli və ədalətli sosial təminat sisteminin yaradılmasına yönəlməlidir. Ona görə də, tənzimləmələr Konstitusiyada təsbit olunmuş bərabərlik hüququna, eləcə də normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı olduğuna dair tələblərə uyğun həyata keçirilməlidir”.

63. Məhkəmə kollegiyası vurğulayır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən hüquqlara müdaxilə edən normativ tənzimləmə qanuni məqsəd güdməli, həmin məqsədə çatmaq üçün seçilən vasitələr zəruri və proporsional olmalı, habelə ictimai maraqla fərdi maraql ar arasında ədalətli tarazlıq pozulmamalıdır (James və digərləri Birləşmiş Krallığa qarşı, 21 fevral 1986, § 50).

64. Hazırkı işdə iddiaçının pensiya hüququ qanunvericiliyin dəyişdirilməsi nəticəsində keçid və kompensasiya tədbirləri nəzərdə tutulmadan məhdudlaşdırılmışdır. Bu hal İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, iddiaçının mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirilməlidir.

65. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə normativ dəyişiklik nəticəsində iddiaçının üzərinə düşən yük şəxsi davranışları və ya fərdi vəziyyətindəki dəyişikliklərlə deyil, yalnız normativ tənzimləmənin müəyyən zaman kəsiyində tətbiq edilməməsi ilə bağlı olmuşdur. Beləliklə, iddiaçı özündən asılı olmayan səbəblərə görə pensiya kimi alacağı məbləğin bir hissəsindən məhru m edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz presedent hüququnda vurğulamışdır ki, sosial təminat sahəsində dövlətin geniş mülahizə sərbəstliyi olsa da, əsassız olaraq normativ dəyişikliklər nəticəsində şəxslərin üzərinə fərdi və həddindən artıq yük qoyulması Konvensiyayanın 1 saylı Protokolunun 1-ci maddəsinə ziddir (Stefanetti və digərləri İtaliyaya qarşı, 21838/10 və digərləri, 15 aprel 2014, §§6566).

66. Məhkəmə kollegiyası hesab edir ki, normativ tənzimləmə nəticəsində iddiaçının üzərinə düşən yük qısa müddətli və ya müvəqqəti xarakter daşımamış, əksinə, onun sosial təminat sahəsində qanuni gözləntilərini ciddi şəkildə sarsıtmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, dövlət tərəfindən həyata keçirilən müdaxilə nəticəsində fərdi maraqlara həddindən artıq zərər vurulduqda, artıq ictimai maraqla fərdi maraqlar arasında ədalətli tarazlığın qorunduğundan danışmaq mümkün deyildir.

67. Bu səbəblərə görə, hazırkı işdə iddiaçının pensiya hüququna münasibətdə tətbiq edilmiş normativ hüquqi tənzimləmə zərurət və proporsionallıq meyarlarına cavab verməzsə, ictimai maraqla fərdi maraqlar arasında ədalətli tarazlığı pozarsa, nəticə etibarilə, Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusuna səbəb ola bilər.

68. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə zaman içərisində iddiaçı ilə onunla eyni sosial təminat sistemində iştirak etmiş digər şəxslər arasında fərqli rəftar mövcud olmuşdur. Bu fərqli rəftar yalnız normativ tənzimləmənin müəyyən zaman kəsiyində tətbiq olunmaması ilə bağlı olmuş, lakin həmin dövr üçün nə keçid mexa nizmi, nə də kompensasiyaedici digər tədbirlər nəzərdə tutulmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Andrejeva Latviyaya qarşı” işində göstərildiyi kimi, eyni sosial sığorta sistemində iştirak etmiş şəxslərin yalnız formal və texniki meyarlara əsasən fərqli pensiya hüquqlarına malik edilməsi, əgər bu fərqləndirmə obyektiv və ağlabatan səbəblərlə əsaslandırılmırsa, Avropa Konvensiyasının 14-cü maddəsinin pozuntusuna gətirib çıxarır (Andrejeva Latviyaya qarşı [BP], 55707/00, 18 fevral 2009, §§ 81–92).

69. Hazırkı işdə iddiaçı ilə eyni hüquqi rejimdə olan digər şəxslərlə müqayisədə ona münasibətdə fərqli rəftarın tətbiq edilməsinin obyektiv və ağlabatan səbəblərinin mövcudluğu, habelə bu fərqləndirmənin ictimai maraqların müdafiəsi baxımından zəruriliyi və proporsionallığı sübuta yet irilməmişdir. Bu mənada, fərqli rəftar faktiki bərabərsizliyin aradan qaldırılmasına deyil, Konvensiyanın 14-cü maddəsi ilə qadağan edilən ayrı-seçkilik nəticəsinin yaranmasına gətirib çıxara bilər.

70. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən qanunvericilikdəki dəyişiklikləri nəzərdə tutan qanun və qərarın hazırlanması zamanı irəli sürülən qanun və qərar layihələri, müzakirələr və əsaslandırmalar əldə edilməli və iş üzrə mübahisəli normativ hüquqi tənzimləmə və onun nəticəsində yaranmış fərqli rəftar 1 saylı Protokolun 1-ci maddəsi baxımından mülkiyyət hüququna müdaxilənin zəruriliyi və proporsionallığı, eləcə də Konvensiyanın 14-cü maddəsi baxımından obyektiv və ağlabatan səbəblərin mövcudluğu baxımından araşdırılmalı və qiymətləndirilməlidir. X üsusilə, iddiaçının və bu kateqoriyaya aid şəxslərin xx.xx.2019cu il tarixindən xx.xx.2022-ci il tarixədək bu hüquqdan məhrum edilməsinin hansı qanuni məqsədə xidmət etdiyi, niyə məhz bu zaman kəsiyinə aid şəxslərin daha ağır vəziyyətə salındığı və niyə onların hüquqlarının məhdudlaşdırıldığı araşdırılmalıdır. İşin apellyasiya instansiyası məhkəməsinə təkrar baxışa göndərilməsi

71. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən qərara gəlir ki, hazırkı iş apellyasiya instansiyası məhkəməsinə təkrar baxışa göndərilməli, yuxarıda qeyd olunanlar nəzərə alınmaqla Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulan bərabər yanaşma prinsipi, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsində təsbit edilmiş haqq-ədalət, hüquqi ardıcıllıq və bərabər mənafelərə bərabər münasibət prinsipləri, eləcə d ə, Avropa İnsan Hüquqları Konvensiyanın 14-cü maddəsi və 1 saylı Protokolunun 1-ci maddəsi baxımından iş hərtərəfli araşdırılmalıdır. Belə ki, mübahisələndirilən normativ hüquqi tənzimləmələr üzrə aşağıdakı məsələlərlə bağlı kompleks araşdırmanın və qiymətləndirmənin aparılması tələb olunur: mübahisələndirilən normativ tənzimləmələr hansı məqsədlər üçün edilmişdir və onların həyata keçirilməsi ilə hansı nəticələrə nail olmaq hədəflənir; tənzimləmələrin edildiyi vaxt və şəraitlə bağlı nəzərə alınmalı olan xüsusi hallar varmı; tənzimləmələrin əmək pensiyası təminat sisteminə təsirini minimuma endirmək üçün hansısa tədbirlər, keçid müddəaları nəzərdə tutulmuş və həyata keçirilmişdirmi; tənzimləmələrlə əmək pensiyası alan şəxsləri və ya onların müəyyən qrupunu mütənasibliklə bağlı tələblər nəz ərə alınmaqla qiymətləndirmə apardıqda onları əlverişsiz vəziyyətə məruz qoymuşdurmu və əgər məruz qoymuşdursa, hansı səbəblərlə əsaslandırılmışdır.

72. Məhkəmə kollegiyası hesab edir ki, Dövlət Gömrük Komitəsi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilmiş məlumat vərəqləri müvafiq sorğu əsasında əldə edilməli və qanunvericilikdə edilmiş dəyişikliklər nəticəsində həmin vərəqlərdə hansı məlumatların əks etdirildiyi ətraflı araşdırılmalıdır. Xüsusilə, sözügedən 60 faiz əlavə ödənişlərin (digər vəsaitlərin) məlumat vərəqlərində hansı formada göstərildiyi müəyyən edilməlidir. Bu baxımdan araşdırılmalıdır ki, 2019-cu il 1 iyul tarixinədək məlumat vərəqlərində həmin 60 faiz əlavələr necə göstərilmişdir; 2019-cu il 1 yanvar tarixindən 202 2-ci il 1 iyul tarixinədək bu əlavələr ümumiyyətlə göstərilməmişdir, yoxsa göstərilmiş, lakin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən əmək pensiyası hesablanarkən nəzərə alınmamışdır; eləcə də 2022-ci il 1 iyul tarixindən sonra həmin əlavələrin məlumat vərəqlərində hansı formada əks etdirildiyi aydınlaşdırılmalıdır.

73. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təkrar apellyasiya baxışı zamanı İnzibati Prosessual Məcəllənin 28.2-ci maddəsinə uyğun olaraq Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı zəruri cəlb etmə qaydasında üçüncü şəxs kimi hazırkı işdə icraata cəlb edilməlidir.

74. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci 27 avqust tarixli, 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təmina t xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 5-ci bəndinə əsasən məlumat vərəqindəki məlumatlar təsdiqləndiyi tarixdən 5 iş günü müddətində Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılır, uyğunsuzluqlar aşkar edilmədikdə qəbul olunaraq pensiya təyinatı aparılır, əks təqdirdə səbəbi qeyd olunmaqla qəbulundan imtina edilərək müvafiq informasiya sistemi vasitəsilə aidiyyəti quruma məlumat verilir.

75. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”ndə təsbit edilmiş səlahiyyətlərin təhlilindən müəyyən edilir ki, DSMF məlumat vərəqi əsasında əmək pensiyasını təyin etməklə bağlı, yəni mü vafiq hüquqi statusun yaradılması ilə bağlı qərarvermə prosesinin iştirakçısıdır. Başqa sözlə, müvafiq orqanlar tərəfindən təqdim edilmiş məlumat vərəqindəki məlumatların Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılmasının həddi yalnız texniki xarakterli səhvlərin (uyğunsuzluqların) müəyyən edilməsi ilə məhdudlaşmır, aparılan yoxlama həm də təqdim edilən məlumatların tamlığının araşdırılmasını ehtiva edir.

76. Bu mənada, hazırkı işdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı mübahisəli hüquq münasibətinin iştirakçısıdır və mübahisəyə baxılması nəticəsində həm inzibati məhkəmə icraatının tərəfləri, həm də üçüncü şəxs barəsində vahid qərar qəbul ediləcəkdir. Belə ki, məhkəmənin iddianı mümkün təmin etməsi halında bu vəziyyət yalnız cavabdehə mün asibətdə müvafiq məlumat vərəqi vermək öhdəliyi yaratması ilə nəticələnməyəcək, həm də artıq məsələ məhkəmə qaydasında həllini tapdığı üçün üçüncü şəxsə də həmin məlumat vərəqi əsasında pensiya təyinatı aparmaq öhdəliyi yaradacaqdır. Odur ki, İnzibati Prosessual Məcəllənin 28.2-ci maddəsində təsbit olunmuş dispozisiya şərtləri ödənildiyi üçün zəruri cəlbetmə həyata keçirilməlidir.

77. Məhkəmə kollegiyası hesab edir ki, təkrar baxışda İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi istiqamətində hüquqi yardım da göstərilməlidir. Məhkəmə, iddiaçının tələbində ümumən haqlı olduğu qənaətinə gələrsə, yeni məzmunda məlumat vərəqinin hansı tarixdən verilməli olduğu, eləcə də pensiyanın hansı tarixdən yenidən hesablanmalı olduğuna dair məsələləri d ə müzakirə etməlidir. Bu zaman həm qanunvericilikdəki dəyişikliklərin 2022-ci il 1 iyul tarixində qüvvəyə mindiyi, həm də əmək pensiyasının yenidən hesablanması ilə bağlı iddiaçının müraciət tarixi nəzərə alınmalıdır.

78. Bundan başqa, məhkəmə kollegiyasının hazırkı iş üzrə gəldiyi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2026-cı il tarixli, 2-1(102)-2199/2025 nömrəli üç ulduzlu (hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən və inkişaf etdirən məhkəmə aktına təyin edilən fərqləndirici nişan) qərarındakı hüquqi mövqe ilə eynilik təşkil edir.

79. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qərar qəbul edildiyindən, B akı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 may 2025-ci il tarixli, 2-1(103)-2130/2025 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından iddianın təmin edilməməsi hissəsində şikayət təmin olunmamalıdır.

80. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 may 2025-ci il tarixli, 21(103)-2130/2025 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar