Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2651/2019 23.10.2019 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsinə qarşı iş üzrə (Açar söz: kiçik ədliyyə müşaviri xüsusi rütbəsinə görə əlavə haqqın hakim kimi təyin olunmuş pensiyaya hesablanması) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna və Azərbaycan Res publikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsinə qarşı əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-1173/2019 saylı 15 may 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 23.10.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı 08.11.2018-ci ildən hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı DSMF-nun Bakı şəhəri Nərimanov rayon şöbəsinə müraciət edərək, prokurorluq orqanlarında işlədiyi vaxt aldığı kiçik ədliyyə müşaviri xüsusi rütbəsinə görə əlavə ha qqın hakim kimi ona təyin olunmuş pensiyaya hesablanmasını xahiş etmişdir. DSMF Bakı şəhəri Nərimanov rayon şöbəsi 20 noyabr 2018-ci il tarixli məktubu ilə onun bu müraciətindən imtina edərək bildirmişdir ki, hakim kimi yaşa görə əmək pensiyası təyin edildiyindən rütbəyə görə əlavə hesablanması mümkün deyildir. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı iddia qaldıraraq 08.11.2018-ci ildən ona təyin edilmiş pensiyaya prokurorluq orqanlarında işlədiyi müddətdə aldığı kiçik ədliyyə müşaviri xüsusi rütbəsinə görə əlavə haqqın daxil edilməsi və həmin vaxtdan qər arın icra olduğu günədək əlavə haqqın hesablanaraq ona birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi bununla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Prokurorluğunda müxtəlif vəzifələrdə işlədikdən sonra 01 iyul 1985-ci il tarixdə prokurorluq orqanlarında tutduğu son vəzifədən öz ərizəsinə əsasən azad edilmişdir. 1983-cü ildə SSRİ Baş prokurorunun əmri ilə kiçik ədliyyə müşaviri xüsusi rütbəsi almış və bu günədək həmin rütbədən məhrum olunmamışdır. 1985-1990-cı illərdə davamlı olaraq Azərbaycan SSR Ədliyyə Nazirliyi və Ali Məhkəməsində müxtəlif vəzifələrdə çalışmış, 2018-ci ilin noyabr ayında 65 yaş həddinə çatdığına görə o, məhkəmə fəaliyyətini dayandırmaqla əlaqədar prokurorluqda işləməyi və əli lliklə (2-ci qrup) əlaqədar aldığı pensiya növü dəyişdirələrək hakim kimi müəyyənləşdirilmiş olsa da, ona pensiya məbləği hesablanarkən xüsusi rütbəyə görə əlavə haqq nəzərə alınmamışdır. O, cavabdeh DSMF Bakı şəhəri Nərimanov rayon şöbəsinə müxtəlif vaxtlarda şifahi müraciət edərək, xüsusi rütbəyə görə əlavə haqqın hakim kimi ona təyin olunmuş pensiyaya hesablanmasını xahiş etmişdir. DSMF Bakı şəhəri Nərimanov rayon şöbəsinin 20 noyabr 2018-ci il tarixli məktubu ilə onun bu müraciətindən imtina edilmişdir. «Prokurorluq haqqında» Azərbaycan Respublikası Qanununun 38-ci maddəsində göstərilir ki, prokurorluq işçilərinin maddi və sosial müdafiəsi qanunvericiliklə hakimlər üçün nəzərdə tutulmuş, habelə «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununda müəyyən e dilmiş qaydada həyata keçirilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda isə, xüsusi rütbələrə görə əlavə haqqın pensiyalara hesablanması nəzərdə tutulmamışdır. Xüsusi rütbəyə görə əlavə haqq həmin Qanunun 20-ci maddəsində nəzərdə tutulan qulluq stajına görə əlavələrə daxil deyildir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-666/2019 saylı, 16 yanvar 2019cu il tarixli qərardadı ilə iddia tələbinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna münasibətdə mümkün sayılmaması qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-666/2019 saylı, 16 yanvar 2019cu il tarixli qərarı ilə iddianın təmin edilməsi, iddiaçıya 08.11.2018-ci il tarixdən təyin olunm uş əmək pensiyasının prokurorluq orqanlarında xüsusi rütbəyə görə aldığı əlavə haqq nəzərə alınmaqla yenidən hesablanması və həmin tarixdən yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nərimanov rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nərimanov rayon şöbəsi apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-666/2019 saylı, 16 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasın ın 2-1(103)-1173/2019 saylı 15 may 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-666/2019 saylı, 16 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, qanunvericiliyə görə pensiyaya çıxmış və aldığı xüsusi rütbədən məhrum edilməmiş prokurorluq işçiləri üçün rütbəyə görə əlavə saxlanıldığından və pensiyanın hesablanması zamanı xüsusi rütbəyə görə əlavə haqq qulluq stajına görə pensiyaya əlavələrə daxil olmadığından, eləcə də qanunvericilik hakim kimi iddiaçıya hesablanmış pensiyaya xüsusi rütbəyə görə əlavə haqqın hesablanaraq daxil olmasını istisna etmədiyindən cavabdeh DSMF Bakı şəhəri Nərimanov rayon şöbəsinin İddiaçı pensiya yaşına çatmış hakim kimi əmək pensiyası hesablana rkən onun prokurorluq işçisi kimi xüsusi rütbəyə görə aldığı əlavə haqqın nəzərə alınmaması qanuni sayıla bilməz. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1173/2019 saylı 15 may 2019-cu il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə iddiaçıya 01.12.2018-ci il tarixdən (ərizəni verdiyi aydan sonrakı növbəti ayın 1-dən) hakim kimi yaşa görə əmək pensiyası hesablanarkən rütbəyə görə əlavə pensiyanın üzərinə hesablanmamışdır. Çünki vətəndaşın hakim kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün təqdim etdiyi 5 illik əmək haqqı arayışında rütbəyə görə heç bir əlavə əmək haqqının üzərinə hesablanmamış və hakim işlədiyi müddətdə İddiaçı rütbə pulu verilməmişdir. Bu səbəbdən də rütbəyə görə əlavənin İddiaçı pensiyasının üzərinə hesablanması qanunvericiliklə mümkün deyildir. Kassator “Prokurorluq haqqında” Qanunun 38-ci maddəsinə, MPM-nin 418.1, 418.2-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1173/2019 saylı 15 may 2019-cu il tarixli qərarının ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kolle giyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1173/2019 saylı 15 may 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı 17 sentyabr 1975-ci il tarixdən 01 iyul 1985-ci il tarixədək Azərbaycan Respublikası Prokurorluğunda müxtəlif vəzifələrdə işlədikdən sonra 01 iyul 1985-ci il tarixdə prokurorluq orqanlarında tutduğu son vəzifədən öz ərizəsinə əsasən azad edilmişdir. Prokurorluq orqanlarında işlədiyi müddət ərzində son dəfə 1983-cü ildə SSRİ Baş prokurorunun əmri ilə kiçik ədliyyə müşaviri xüsusi rütbəsi almış və bu günədək həmin rütbədən məhrum olunmamışdır. 1985-1990-cı illərdə davamlı olaraq Azər baycan SSR Ədliyyə Nazirliyi və Ali Məhkəməsindən müxtəlif vəzifələrdə çalışmış, 1990-cı ildə ilk dəfə olaraq Bakı Şəhər Məhkəməsinin, 2008-ci ildən isə Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi işləmişdir. 2018-ci ilin noyabr ayında 65 yaş həddinə çatdığına görə ona məhkəmə fəaliyyətini dayandırmaqla əlaqədar prokurorluqda işlədiyi və əlilliklə (2-ci qrup) əlaqədar aldığı pensiya növü dəyişdirələrək hakim kimi pensiya təyin olunmuşdur. Hazırkı iş üzrə tərəflər arasında mübahisənin predmetini iddiaçının prokurorluq orqanlarında işlədiyi vaxt aldığı kiçik ədliyyə müşaviri xüsusi rütbəsinə görə əlavə haqqın hakim kimi ona təyin olunmuş pensiyaya hesablanmasının mümkünlüyü təşkil edir. İşə baxan apellyasiya instansiya məhkəməsi iddia tələbinin təmin edilməsinə dair birinci instansiya məhkəməsi nin nəticəsi ilə razılaşaraq hesab etmişdir ki, qanunvericiliyə görə pensiyaya çıxmış və aldığı xüsusi rütbədən məhrum edilməmiş prokurorluq işçiləri üçün rütbəyə görə əlavə saxlanıldığından və pensiyanın hesablanması zamanı xüsusi rütbəyə görə əlavə haqq qulluq stajına görə pensiyaya əlavələrə daxil olmadığından, eləcə də qanunvericilik hakim kimi iddiaçıya hesablanmış pensiyaya xüsusi rütbəyə görə əlavə haqqın hesablanaraq daxil olmasını istisna etmədiyindən cavabdeh DSMF Bakı şəhəri Nərimanov rayon şöbəsinin İddiaçı pensiya yaşına çatmış hakim kimi əmək pensiyası hesablanarkən onun prokurorluq işçisi kimi xüsusi rütbəyə görə aldığı əlavə haqqın nəzərə alınmaması qanuni sayıla bilməz. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pen siyaları haqqında” Qanunun 20.7-ci maddəsinə əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin (əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ qrup əlil olmuş sabiq hakimlər) əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, müəyyən edilir. Hazırkı iş üzrə iddiaçı hakim vəzifəsindəki fəaliyyətində prokurorluq orqanlarında işlədiyi vaxt aldığı kiçik ədliyyə müşaviri xüsusi rütbəsinə görə əlavə haqq almadığından sözügedən əlavə haqqın hakim kimi ona təyin olunmuş pensiyaya hesablanması mümkün deyildir. Belə ki, iddiaçı prokurorluq orqanlarında işlədiyi vaxt aldığı kiçik ədliyyə müşaviri xüsusi rütbəsini almışdır, la kin prokuror kimi yox, hakim kimi pensiyaya çıxmış və hakim kimi pensiyaya çıxan şəxslərə pensiya hesablanarkən onların hakimlik fəaliyyəti dövründə aldıqları əmək haqqı və ona əlavələr nəzərə alınmalıdır. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Qeyd edilənl ərə əsasən, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsinin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1173/2019 saylı 15 may 2019-cu il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəriman ov rayon şöbəsinə qarşı «08.11.2018-ci ildən ona təyin edilmiş pensiyaya prokurorluq orqanlarında işlədiyi müddətdə aldığı kiçik ədliyyə müşaviri xüsusi rütbəsinə görə əlavə haqqın daxil edilməsi və həmin vaxtdan qərarın icra olduğu günədək əlavə haqqın hesablanaraq ona birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması» barədə iddia tələbi rədd edilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-2651/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2651/2019
23.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver