Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2652/2019 04.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, İddiaçı x1 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “daimi dövlət qulluğuna qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 29 may tarixli 21(103)-1350/2019 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin hall arı: İddiaçı 2018-ci il 16 mart tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun 2015-ci il 10 dekabr tarixdən daimi dövlət qulluğu əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DaxiliNəzarət şöbəsinin funksional vəzifələrin icrasına nəzarət sektorunun məsləhətçisivəzifəsinə keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müqavilə əsasında işə qəbul olunduğu, yəni2015-ci il 10 dekabr tarixdən etibarən daimi dövlət qulluğuna qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Mə hkəməsinin 2018-ci il 25 aprel tarixli 2-1(82)2142/2018 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 4 sentyabr tarixli 2-1(103)-1845/2018 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 27 noyabr tarixli 2-1(102)-2447/2018 nömrəli qərarı ilə BakıApellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh 2019-cu il 25 fevral tarixdə məhkəməyə yeni açılmış hallarla bağlı icraatıntəzələnməsi barədə ərizə ilə müraciət edərək 1 saylı Bakı İnzibatiİqtisadiMəhkəməsinin 2018-ci il 25 aprel tarixli qərarının ləğv edilməsini, işə təkrar baxılması nı və qərarın icrasının dayandırılmasını xahiş etmişdir. Ərizənin əsaslandırılması: Ərizə onunla əsaslandırılmışdır ki, işə baxılarkən aidiyyət qaydaları pozulmuş vəişə ümumi məhkəmə tərəfindən baxılmalı olduğu halda, inzibatı-iqtisadi məhkəmətərəfindən baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 5 fevral tarixli, 453 №-li Fərmanınauyğun olaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədarolaraq “Dövlət qulluğu haqqında” Qanunun 33.1.2-ci maddəsinə əsasəniddiaçının dövlət qulluğuna xitam verilmişdir. 2015-ci il 1 iyul tarixdən ona Nərimanov rayon Məşğulluq Mərkəzi tərəfindən işsizlik statusu verilərək işsizlik müavinəti təyin edilmişdir. 2015-ci il 10 dekabr tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili nəzarət şöbəsinin funksional vəzifələrin icrasına nəzarət sektorunun məsləhətçisi vəzifəsinə müddətli müqavilə əsasında işə qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 1 iyul tarixli, 464 №-li Fərmanı təsdiq edilmiş «Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasına uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Qanunun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi» Qaydasına əsaslanaraq dövlət qulluqçusu kimi işə qəbul edilməsi üçün iddiaçı Dövlət İmtahan Mərkəzinə müraciət etməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 2 aprel tarixli 2-1(81)2142/2018 nömrə li qərardadı ilə cavabdeh tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin ərizəsində qeyd etdiyi xüsusatlar işə mahiyyəti üzrə baxılarkən tərəflərə və məhkəməyə bəlli olmuş və işə baxan bütün instansiya məhkəmələri tərəfindən həmin hallara hüquqi qiymət verilmişdir. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizənin təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 29 may tarixli 2-1(103)-1350/2019 nömrəli qərardadıilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərardadı cavabdehə 2019-cu il 1 iyul tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardaddan 2019-cu il 10 iyul tarixdə kassasiya şikayəti vermişdir. O, qərardadın ləğv edilməsini və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizənin təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, işə baxarkən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi məhkəmə aidiyyətini düzgün müəyyən etməmiş və işə baxmaq səlahiyyəti olmamışdır. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 apre l tarixli, 4 nömrəli Qərarının 5.2-ci hissəsinə əsasən, dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alğı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 15.3-cü hissəsinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahi yyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. x1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işə qəbul edilməsi ümumi (publik) münasibətlər əsasında deyil, xüsusi hüquq əsasında həyata keçirilmişdir. Belə ki, dövlət qulluğunu tənzimləyən qanunvericilik normalarında inzibati dövlət qulluğu vəzifələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq müddətli əmək müqaviləsi bağlanması nəzərdə tutulmamış, x1 işə qəbulu xüsusi diskresion səlahiyyət əsasında həyata keçirilmişdir. İddiaçı daimi dövlət qulluğuna qəbul edilməsi üçün 2017-ci il 28 noyabr tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ərizə ilə müraciət etmiş və ona 2018-ci il 2 mart tarixdə **********9 nömrəli məktubla cavab verilmişdir. Cavab məktu bunda iddiaçıya Dövlət İmtahan Mərkəzinə müraciət etməsi tövsiyə edilmişdir. İddiaçı ehtiyat kadrlar siyahısından vəzifəyə təyin edilməsi üçün 2017-ci il 11 dekabr tarixdə müraciət etmiş, lakin Dövlət İmtahan Mərkəzindən 2018-ci il 22 yanvar tarixdə 04/08-22/0140 nömrəli məktubla verilmiş cavabda onun ehtiyat kadr siyahısında olma müddətinin bitdiyi və iddiaçının daimi dövlət qulluğuna qəbulu yalnız “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqə və ya 29.3-cü maddəsinə uyğun olaraq ümumi müsahibə yolu ilə həyata keçirilə biləcəyi qeyd edilmişdir. İddiaçının işə daxil olarkən yazdığı ərizəsindən və tərəflərin imzaladıqları əmək müqaviləsindən göründüyü kimi onunla bağlanmış müqavilənin müvəqqəti xarakterli olduğunu bilmiş, arzu etmiş, sərbə st iradə ifadəsi etmiş və ehtiyat kadr müddəti ərzində daimi dövlət qulluğuna qəbul olunması üçün müraciət etməmişdir. Tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Tərəflərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 100-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. İşin materiallarından göründüyü kimi, ərizəçinin istinad etdiyi hallar və faktlar işə mahiyyəti üzrə baxılıb həll edilərkən mövcud və məhkəmə araşdırmasının predmeti olmuş, kassasiya instansiya məhkəməsi də daxil olmaqla, mübah isənin inzibati məhkəməyə aid olduğu müəyyən edilmişdir. İPM-in 106-cı maddəsinin müddəalarına əsasən, məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır (106.1). İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir (106.2). İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir (106.3). Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin təmin olunması üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməs inin iş üzrə gəldiyi nəticə düzgündür. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 29 may tarixli 2-1(103)-1350/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2652/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2652/2019
04.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver