Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2653/2019 23.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası iddiaçılar İddiaçı2, Ticarət evi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin və İddiaçı1 cavabdeh Əqli Mülkiyyət Agentliyinə və üçüncü şəxs “xxxx” MMC-nə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2653/2019) Bakı şəhəri xxxx 2019-cu il (açar sözlər:əmtəə nişanının təsviri iddiaçının tapşırığı ilə onun işçisitərəfindən yaradıldığından, həmin əmtəə nişanının üçüncü şəxs tərəfindən Azərbaycan Respublikasında eyni adla və təsvirlə qeydə alınması ilə iddiaçıların hüquqları pozulmuş, xxxx 2017-ci ildə Ümümdünya Əqli Mülkiyyət Təşkilatında əmtəə nişanının “X1 dair” Madrid Sazişinə uyğun olaraq Beynəlxalq qey diyyatı aparılmış və Azərbaycan Respublikası da daxil olmaqla Gürcustan, Qazaxıstan və Ermənistan Respublikalarında da bu qeydiyyat mühafizə olunur). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, X3 ibarət tərkibdə, iddiaçıların vəkili Vəkil2, cavabdehin nümayəndəsi Nümayəndə2, üçüncü şəxs “xxxx” MMC-nin nümayəndələri Nümayəndə3, Nümayəndə1, vəkili Vəkil1 iştirakları, İ.Muradovun katibliyi ilə, iddiaçılar İddiaçı2, Ticarət evi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin və İddiaçı1 cavabdeh Əqli Mülkiyyət Agentliyinə və üçüncü şəxs “xxxx” MMC-nə qarşı xxxx 2018-ci il tarixli, ***** saylı qərarın ləğv edilməsi və xxxx 2016-cı il tarixli, № ******* nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-692/2019 saylı qərarından üçüncü şəxs “xxxx” MMC və onun vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı2, Ticarət evi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və İddiaçı1 cavabdeh Əqli Mülkiyyət Agentliyinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurasına etiraz ərizəsi ilə “Сливочная Карамель” adlı kombinasiya edilmiş əmtəə nişanının (2016 1205 nömrəsi ilə qeydiyyat) qeydiyyatının etibarsız sayılması barədə qərarı n verilməsi barədə müraciət etdiyini, Apellyasiya Şurası, xxx 2018-ci il tarixli, ***** saylı qərarı ilə verilmiş etirazı əsassız hesab etdiyini, xxxx 2016-cı il tarixində “*******” adlı kombinasiya edilmiş əmtəə nişanının ******* nömrəsi ilə, 30 və 35-ci siniflərin əmtəələri və xidmətləri üzrə “xxxx” MMCnin adına qeydiyyata almaqla, iddiaçıya məxsus olan müəlliflik hüquqlarını kobud şəkildə pozduğunu, Apellyasiya Şurasına təqdim edilmiş müəlliflik hüququnu təsdiq edən sənədlərə görə “********” adlı kombinasiya edilmiş əmtəə nişanının təsvir hissəsinin xxxx 2014-cü il tarixində Ukrayna Respublikasının Kiyev şəhərində X2 tərəfindən onun işəgötürəni İddiaçı2 tapşırığı ilə yaradıldığını və tərəflər arasında əmək müqaviləsinin şərtlərinə və Ukrayna Respublikasının qanunvericiliyinə müvafiq ola raq müəlliflik hüquqlarının Ukrayna Respublikasının İddiaçı2nə keçdiyini, “Ədəbi və X4 haqqında Bern Konvensiyası”nın 2-ci maddəsinin 1-ci bəndinə və Azərbaycan Respublikasının “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanuna əsasən “******” adlı təsvir müəlliflik obyekti sayıldığını,hər iki əmtəə nişanında sözlərin kiril əlifbası ilə rus dilində və eyni şriftlə yazıldıqlarını, əmtəə nişanlarının xarici forması, eyni simmetriyanın mövcud olması və xüsusiyyətlərinin (naturallığı) oxşarlıq yaratdığını, “*******” adlı kombinasiya edilmiş əmtəə nişanı və “*********” adlı kombinasiya edilmiş əmtəə nişanının (2016 1205 nömrəsi ilə qeydiyyat) qarışdırılacaq dərəcədə bənzər olan nişanlar olduğunu,“xxxx” MMC-nin “xxxx” şirkəti ilə bilavasitə əlaqəsi olduğunu, onların arasında müxtəlif vaxtla rda qənnadı məmulatların təchizatı üzrə bağlanmış müqavilələrə əsasən “xxxx” MMC-nin “xxxx” şirkətinin qənnadı məmulatlarının Azərbaycanda satışını təşkil etdiyini, “bu məmulatların arasında həmçinin “Сливочная Карамель” adlı məmulatın da mövcud olduğunu, “xxxx” şirkəti və “xxxx” MMC arasında olan axırıncı müqavilənin qüvvədə olduğu müddət ərzindəxxxx 2016-cı il tarixində “xxxx” MMC-nin “*******” adlı kombinasiya edilmiş əmtəə nişanının qeydiyyata alınmasına dair iddia ərizəsi verdiyini, sonradan Azərbaycan Respublikasında satışını təşkil etdiyini, bununla da “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin müddəalarını kobud şəkildə pozduğunu, “xxxx” şirkətinə məxsus “Сливочная Карамель” adlı məmulatın Azərbaycan Respublikasına “xxxx” MMC-yə məxsus “Сливочная Карамель” adlı əmtəə nişanın qeydiyyata alınmasından əvvəl idxal olunduğunu, əmtəə nişanının adının kiril qrafikalı əlifbada rus dilində verilməsi, istehlakçıda qeyd olunan əmtəələrin Rusiya Federasiyasında istehsal olunduğu təsəvvürü yaratdığını, bununla da “xxxx” şirkətinin nüfuzuna zərər vurduğunu bildirərək, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurasının xxxx 2018-ci il tarixli,****** saylı qərarının tamamilə ləğv edilməsi və “Сливочная Карамель” əmtəə nişanının qeydiyyata alınmasına dair xxxx 2016-cı il tarixli, № *******nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-cı il tarixli, 2-1(81)-3424/ 2018 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurasının xxxx 2018-ci il tarixli, ***** saylı qərarı ləğv edilmiş və “Сливочная Карамель” əmtəə nişanının qeydiyyata alınmasına dair xxxx 2016-cı il tarixli, № ******* nömrəli şəhadətnamə etibarsız hesab edilmişdir (hakim – E.Q.Məmmədov). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 21(103)-692/2019 saylı qərarı ilə (sədrlik edən H.Ü.Həmidov, hakimlər E.E.Nağıyeva və V.Ə.Baxışova) üçüncü şəxs “xxxx” MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisad i Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından üçüncü şəxs “xxxx” MMC və onun vəkili Vəkil1 kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, iddiaçı iddia tələbi üzrə “Əmtəə nişanları və coğrafi göstəricilər barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”na əsaslanmış, İddiaçı2yyətinə məxsus “Сливочная Карамель” adlı kombinasiya edilmiş əmtəə nişanın təsvir hissəsi əmtəə nişanı kimi nə mənşə ölkəsində, nə də Azərbaycan Respublikasında qeydiyyata alınmamı ş, belə olan halda həmin qanunlara istinad əsassızdır, “xxxx” MMC tərəfindən “Сливочная Карамель” adlı kombinasiya edilmiş əmtəə nişanı xxxx 2016-cı il tarixdə 30 və 35-ci sinifin əmtəələri və xidmətləri üzrə qeydiyyata alınmış, iddiaçıya məxsus əmtəə nişanı kimi qeydiyyata alınmadığından, “xxxx” MMC-yə məxsus əmtəə nişanı ilə müqayisə edilə bilməz. Üçüncü şəxs “xxxx” MMC-nin nümayəndələri Nümayəndə3, Nümayəndə1 və Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçıların vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq izahatı dinlənilmədi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməs i üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçıların vəkili Vəkil2, üçüncü şəxs “xxxx” MMC-nin nümayəndələri Nümayəndə3, Nümayəndə1, vəkili Vəkil1 izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 21(103)-692/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, satıcı “X6” MMC ilə alıcı “xxxx” MMC arasında Kiyev şəhə rində bağlanmış xxxx 2016-cı il tarixli, ****** TD saylı müqaviləyə görə satıcı alıcının mülkiyyətinə çeşiddə göstərilən qənnadi məhsullarını verməyi, alıcı isə həmin malı qəbul etməyi, ödəməyi və malın müəyyən ərazidə yayılmasını təmin etməsi öhdəliyini götürmüş, müqaviləyə görə təchiz olunan mal satıcı tərəfindən istehsal olunur və /və ya/ satıcı tərəfindən qanuni əsaslarla satılır, alıcı malı öz ölkəsinin ərazisində topdan və pərakəndə ticarətin həyata keçirilməsi (təmin olunması) məqsədi ilə hazırki müqavilə üzrə əldə edir, müqavilənin müddəti xxxx 2016-cı il tarixədək müəyyən edilmiş, “Сливочная Карамель” adlı kombinasiya edilmiş əmtəə nişanı isə 30-cu sinifin “konfetlər” əmtəələri üzrə və 35-ci sinifin 30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər“ üzrə xxxx 2016-cı il ta rixində “xxxx” MMC-nin adına Azərbaycan Respublikasında ****** nömrəli qeydiyyata alınmış, iddiaçılar “Сливочная Карамель” adlı kombinasiya edilmiş əmtəə nişanının qeydiyyata alınmasına dair şəhadətnamənin 2016 1208 nömrəli qeydiyyatın etibarsız hesab edilməsi barədə cavabdeh inzibati orqanın Apellyasiya Surasına müraciət etmiş, Apellyasiya Şurasının xxxx 2018-ci il tarixli, ****** saylı qərarı ilə etiraz təmin olunmamışdır. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, “Сливочная Карамель” adlı kombinasiya edilmiş təsvir əmtəə nişanı olaraq Azərbaycan Respublikası ərazisində qeydiyyata alınmasa belə, həmin əmtəə nişanının təsviri İddiaçı2yyətinin tapşırığı ilə onun işçisi X2 tərəfindən xxxx 2014-cü il tarixdəyaradıldığından, həmin əmtəə nişanının “xxxx” MMC tərəfindən Azərbaycan Respublikasında eyni adla və təsvirlə qeydə alınması ilə iddiaçıların hüquqları pozulmuş, iddiaçı tərəfindən təsviri yaradılmış “Сливочная Карамель” adlı kombinasiya edilmiş əmtəə nişanının təsviri ilə “xxxx” MMC-nin adına qeydiyyata alınmış “Сливочная Карамель”əmtəə nişanı qarışdırılacaq dərəcədə bənzər olan nişanlardır, həm “xxxx” İstehsalat Birliyinə məxsus, həm də “xxxx” MMC-yə məxsus əmtəə nişanlarına baxış nəticəsində müəyyən edilmişdir ki, əmtəə nişanlarının təsvirləri eynilik təşkil edir, hər iki nişanın qrafik hissələrinin mərkəzində ayda oturan pişik, onun sağ tərəfində ulduzlar, sol tərəfində isə ulduzlar topası, pişiyin ətrafında isə üç dəfə rus dilində “Карамель” sözü yazılıb, əmtəə nişanlarının təsvirində istifadə edilən sözlərin ümumi görünüşlü (müşahid ə) təəssüratı, hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış (məsələn, çap və ya əllə yazılmış hərflər), hərflərlə yazılmış sözlərin əlifbası üst–üstə düşür, hər iki əmtəə nişanında sözlər kiril əlifbası ilə rus dilində və eyni şriftlə yazılıblar, əmtəə nişanlarının xarici forması, eyni simmetriyanın mövcud olması və xüsusiyyətləri (naturallığı) oxşarlıq yaradır, həmin məhsullarının ilkin baxışda bir-birindən fərqləndirilməsi ümumiyyətlə mümkün deyildir və eyni təsəvvür yaradırlar, fərq yalnız ondadır ki, “xxxx” İstehsalat Birliyinə məxsus əmtəə nişanının təsvirində kiril qrafikası ilə «Конти» sözü yazılmış, eyni zamanda “Сливочная Карамель” adlı kombinasiya edilmiş əmtəə nişanı mənşə ölkəsində 2016-cı ilədək qeydiyyata alınmasa da, “xxxx” MMC ilə iddiaçı arasında bağlanmış ***** sa ylı, xxxx 2012-ci il tarixli müqaviləyə dair 130 saylı, xxxx 2013-cü il tarixli hesabfaktura və spesifikasiyaya əsasən xxxx “ “Сливочная Карамель” adlı məhsulun iddiaçı tərəfindən “xxxx” MMC-yə göndərildiyi, “xxxx” MMC tərəfindən ölkəyə idxal edildiyi müəyyən edilmişdir. Apellyasiya məhkəməsi həmçinin qey etmişdi ki, “Сливочная Карамель” əmtəə nişanı İddiaçı2 işçisi X2 tərəfindən xxxx 2014-cü il tarixdə yaradıldığı, tərəflər arasında müqavilələrin mövcudluğu, “Сливочная Карамель”adlı əmtəə nişanı altında məhsulların Azərbaycana idxalı nəzərə alınarsa, istehlakçılar arasında həmin əmtəə nişanının kimə məxsusluğu ilə bağlı çaşqınlıq qaçınılmaz olacaqdır, həmçinin “xxxx” MMC-nin istehlakçılar arasında apardığı sorğunun nəticəsində respondentlərin 68 %-i məhz “xxxx” brendi altında istehsal o lunan “Сливочная Карамель” nişanını tanımış, 61%-i isə həmin əmtəə nişanını 2 ildən artıq müddətdir ki tanıdıqlarını bildirmişlər, beləliklə, Azərbaycan Respublikasının xxxx 1995-ci ildən qoşulduğu “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın, xxxx 1998-ci il tarixdən qoşulduğu “Ədəbi və X4 haqqında” Bern Konvensiyasının müddəaları nəzərə alınmaqla, iddiaçıların ərizəsi əsasında əmtəə nişanının qeydiyyatının ləğv edilməsindən cavabdeh orqanın imtinası əsassız olmuşdur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, “Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən q eydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və X1 dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və cöğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir”. Həmin Qanunun 5-ci maddəsinin (f) bəndinə əsasən əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanlarının qeydiyyata alınmasına yol verilmir. “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29-cu maddəsinə əsasən, iddia o lunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin tələblərinə əsasən, əmtəə nişanı qüvvədə olduğu müddətdə, müəyyən növ mallarda ümumi şəkildə istifadə olunan nişanlara çevrildikdə; əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə əmtəə nişanının qeydiyyatı etibarsız hesab edilir. Qanunun 6-cı maddəsinin (ç) bəndinə əsasən “əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri)” ilə “eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır”. Qanunun 31-ci maddəsinin ikinci abzasına əsasən, “Əmtəə nişanının qeydiyyatı qüvvədə olduğu müddətdə onun sahibinin qeydiyyatla bağlı hərəkətləri “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada haqsız rəqabət hesab edildikdə, həmin əmtəə nişanının qeydiyyatına tamamilə və ya qismən xitam verilə bilər.” “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən “Rəqibin təsərrüfat fəaliyyətini təqlid edən rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi kimi hərəkətlərə yol verilmir”. “Əmtəə nişanlarının qeydə alı nması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.3-cü maddəsinə əsasən iddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq həmin nişanlarla eyni təsəvvür yaradır. “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın 6-quınquıes maddəsinə əsasən mənşə ölkəsində lazımi şəkildə qeydiyyatdan keçmiş hər bir əmtəə nişanı İttifaqın başqa ölkələrində elan edilə bilər və bu maddədə göstərilən düzəlişlərlə olduğu kimi mühafızə olunur. Bu ölkələr qeydiyyatın son şəkildə formalaşma kimi mənşə ölkəsində qeydiyyat haqqında səlahiyyətli müəssisə tərəfindən verilən şəhadətnamənin təqdim olunmasını tələb edə bilər. Belə şəhadətnamənin heç bir leqallaşması tələb olunmur. (2) Mən şə ölkəsi kimi ərizəçinin həqiqi və ciddi sənaye, yaxud ticarət müəssisəsi yerləşən İttifaq ölkəsi əgər onun İttifaq sərhədlərində belə müəssisə yoxdursa onun İttifaqın yaşayış yeri olan ölkəsi, əgər onun İttifaq sərhədlərində yaşayış yeri yoxdursa və əgər o İttifaq ölkəsinin vətəndaşıdırsa onun vətəndaşı olan ölkə götürülür. V.3 İşarələr əxlaq və ümumi qaydalara zidd olarsa, və xüsusən onlarla ictimaiyyəti çaşdırmaq olarsa baxılan maddənin qüvvəsi altına düşən ölkədə əmtəə nişanlarının qeydiyyatının rədd edilə, yaxud etibarsız hesab edilə bilər. “Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern Konvensiyası”nın 2-ci maddəsində qorunan əsərlərə tətbiqi sənət əsərləri və sənaye nümunələrinin də aid olduğu qeyd edilmişdir. Həmin maddənin 6-cı bəndinə əsasən bu maddədə göstərilən əsərlər İtti faqın bütün ölkələrində qorunur. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası “Сливочная Карамель” adlı kombinasiya edilmiş əmtəə nişanının təsviri İddiaçı2yyətinin tapşırığı ilə onun işçisi X2 tərəfindən 06 aprel 2014-cü il tarixdəyaradıldığından, həmin əmtəə nişanının “xxxx” MMC tərəfindən Azərbaycan Respublikasında eyni adla və təsvirlə qeydə alınması ilə iddiaçıların hüquqlarının pozulduğunu, “Сливочная Карамель” adlı kombinasiya edilmiş əmtəə nişanının təsviri ilə “xxxx” MMC-nin adına qeydiyyata alınmış “Сливочная Карамель”əmtəə nişanının qarışdırılacaq dərəcədə bənzər olan nişanlar olduqlarını, əmtəə nişanlarının təsvirlərinin eynilik təşkil etdiyini, əmtəə nişanların ın təsvirlərində istifadə edilən sözlərin ümumi görünüşü (müşahidə) təəssüratı, hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış (məsələn, çap və ya əllə yazılmış hərflər), hərflərlə yazılmış sözlərin əlifbasının üst–üstə düşdüyünü, hər iki əmtəə nişanında sözlərin kiril əlifbası ilə rus dilində və eyni şriftlə yazıldıqlarını, əmtəə nişanlarının xarici forması, eyni simmetriyanın mövcud olması və xüsusiyyətlərinin (naturallığı) oxşarlıq yaratdığını, həmin məhsullarının ilkin baxışda bir-birindən fərqləndirilməsinin ümumiyyətlə mümkün olmadığını, eyni zamanda “xxxx” MMC ilə iddiaçı arasında bağlanmış ***** saylı, xxxx 2012-ci il tarixli müqaviləyə dair 130 saylı, xxxx 2013-cü il tarixli hesab-faktura və spesifikasiyaya əsasən xxxx “Сливочная Карамель” adlı məhsulun iddiaçı tərəfindən “x xxx” MMC-yə göndərildiyini, “xxxx” MMC tərəfindən ölkəyə idxal edildiyini, beləliklə, cavabdeh orqanın imtinasının qanunsuz və əsassız olduğunu nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası həmçinin onu da nəzərə alır ki, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurasının xxxx 2018-ci il tarixli, **** saylı qərarı qəbul edilərkən həmin əmtəə nişanının xxxx 2017-ci ildə Ümümdünya Əqli Mülkiyyət Təşkilatında “X1 dair” Madrid Sazişinə uyğun olaraq Beynəlxalq qeydiyyatı aparılmış və Azərbaycan Respublikası da daxil olmaqla Gürcustan, Qazaxıstan və Ermənistan Respublikalarında da bu qeydiyyat mühafizə olunur, mənşə ölkəsində isə xxxx 2017-ci il tarixdə ərizə verilməklə, xxxx 2018-ci ildə iddi açının adına qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-692/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kol legiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-692/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2653/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2653/2019
23.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver