Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2653/2024 04.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Təhsildə X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: diplom üzrə ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 iyun 2024-cü il tarixli, 2-1(103)-2730/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş ka ssasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Gürcüstan Respublikasında yerləşən “X2 Universiteti” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, TOTU 000942 nömrəli bakalavr diplomuna əsasən, Humanitar və Sosial Elmlər üzrə Fakültə Şurasının xx.xx.2020-ci il tarixli, 7 nömrəli qərarı ilə iddiaçıya “İqtisadiyyatda sosial elmlər” ixtisası üzrə bakalavr dərəcəsi verilmişdir. 2. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda qeyd edilmişdir ki, iddiaçı (Ş № **********5) milli imtahanlardan keçmədən Gürcüstan Respublikasının Təhsil və Elm Nazirliyinin “Təhsil hüququnun verilməsi haqqında” 2016-cı ilin 705 nömrəli əmrinə əsasən xx.xx.2016-cı il tarixində (rektorun 02-129 nömrəli əmri) “X2 Universiteti” M MC-də (hal-hazırda "xxxx" MMC) gürcü dilli “Beynəlxalq iqtisadi münasibətlər” bakalavr tədris proqramına qəbul olunub. Təhsil gürcü dilində aparılır, ancaq proqramı daha yaxşı mənimsəmələri üçün təhsil Azərbaycan dilli professor-müəllimlər tərəfindən aparılır. Humanitar və Sosial Elmlər üzrə Fakültə Şurasının xx.xx.2020-ci il tarixli, 7 nömrəli qərarı ilə iddiaçıya “İqtisadiyyatda sosial elmlər” ixtisası üzrə bakalavr kvalifikasiyası və TOTU 000942 nömrəli bakalavr diplomu verilib. “X2 Universiteti” MMC-nin tədris prosesini tənzimləyən Qaydanın 14-cü maddəsinin birinci bəndinin 1.1-ci altbəndinə əsasən, iştirakın son qiymətləndirmədə heç bir faizli hissəsi yoxdur, bu tələbəni tədris proqramının tədris layihəsi ilə nəzərdə tutulan əlavə saatlarda iştirak etmək öhdəliyindən azad edir. Həmin Qaydaya müvafiq olaraq, tələbə krediti almaq üçün lazımlı balları 3-cü bəndin 3.4cü və 3.6-cı altbəndləri ilə nəzərdə tutulan qiymətləndirmənin öhdəlik komponentləri – aralıq və nəticə imtahanlarını müvəffəqiyyətlə mənimsəmək vasitəsi ilə yığa bilər.
3. İddiaçı “X2 Universiteti” MMC (hal-hazırda "xxxx" MMC) tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, TOTU 000942 nömrəli diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi barədə cavabdehə müraciət etmişdir.
4. Cavabdehin “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddiaçının ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddə tinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən, onun xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.5-ci bəndinə əsasən əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 (qırx) həftədir. Hər semestr 20 (iyirmi) həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.5-ci bəndinə əsasən, xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur. Yuxarıda göstərilənlər nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmas ı Qaydaları”nın 3.10.1-ci bəndinə əsasən iddiaçının xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “X2 Universiteti” MMC (hal-hazırda "xxxx" MMC) tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, TOTU 000942 nömrəli diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini işin hallarına uyğun əsaslandıraraq qeyd etmişdir ki, o, tədris müddətində sözügedən ali təhsil müəssisəsinin yerləşdiyi ölkədə olmuş və tədris olunmuş fənlər üzrə keçirilən imtahanlarda i ştirak etməklə müvəffəq qiymətlər almışdır. Tələb olunan sənədləri əlavə edərək həmin diplom üzrə ixtisasın ölkə ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi barədə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh ali ixtisasın tanınmasından və ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamə verməkdən imtina etmişdir. Cavabdeh imtinasını onun ali təhsil aldığı dövrdə xarici ölkənin ərazisində az müddət olması ilə əlaqələndirmişdir. Halbuki həmin əlaqələndirmə heç bir halda əsaslı və qanuni hesab edilə bilməz. Belə ki, cavabdehə təqdim edilmiş “X2 Universiteti” MMC-nin (hal-hazırda "xxxx" MMC) xx.xx.2022-ci il tarixli arayışında göstərilmişdir ki, “X2 Universiteti” MMC-nin tədris prosesini tənzimləyən Qaydanın 14-cü maddəsinin birinci bəndinin 1.1-ci altbəndinə əs asən iştirakın son qiymətləndirmədə heç bir faizli hissəsi yoxdur, bu tələbəni tədris proqramının tədris layihəsi ilə nəzərdə tutulan əlavə saatlarda iştirak etmək öhdəliyindən azad edir. Həmin Qaydaya müvafiq olaraq, tələbə krediti almaq üçün lazımlı balları 3-cü bəndin 3.4-cü və 3.6-cı altbəndləri ilə nəzərdə tutulan qiymətləndirmənin öhdəlik komponentləri - aralıq və nəticə imtahanlarını müvəffəqiyyətlə mənimsəmək vasitəsi ilə yığa bilər. Ancaq bununla bağlı cavabdeh tərəfindən hər hansı əsaslandırma aparılmamış, ümumi fikir bildirilməklə, konkret olaraq hansı müddətdə onun tədris prosesindən kənarda qalmasına dair konkret fakta istinad olunmamışdır. Digər tərəfdən, cavabdeh onun təhsil alması üçün tələb olunan müddətin necə müəyyən edilməsi, bununla bağlı əlavə araşdırma aparılıb-aparı lmamasına dair heç bir mövqe nümayiş etdirməmiş və belə görünür ki, imtina ehtimala əsaslanmaqla icra edilmiş, tədris müddətində onun universitetdə tədris prosesində hansı səbəbdən olubolmadığını müəyyən etmək üçün əlavə sübutların əldə edilməsi təmin edilməmiş, nəticədə onun hüququnu pozan hərəkətə yol verilmişdir. Təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində tədris yükünü yerinə yetirməsinin qeyri-mümkün olması barədə cavabdehin dəlili ilə o, həm də ona görə razılaşmır ki, “COVİD 19” pandemiyası ilə bağlı sərhədlər bağlı olduğundan bütün universitetlər distant təhsilə keçdiyindən, o da, təhsilini distant təhsil formasında davam etdirmişdir. Bu səbəbdən dərslərdə fiziki olaraq iştirak etməsə də, onlayn qaydada iştirak edərək, onun üçün tərtib edilmiş fərdi tədris planına uyğun olaraq h əmin akademik borclarını ləğv etmişdir. Hesab edir ki, qeyd edilənlər diplomun tanınmasından imtina üçün əsas deyildir və belə halların mümkünlüyü dövlətdaxili qanunvericilikdə nəzərdə tutulmuşdur, dövlət standartlarına uyğundur. Belə ki, “Ali təhsil müəssisələrinin bakalavriat və magistatura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının və magistratura səviyyəsində kredit sistemi ilə təşkili Qaydaları” ölkə ərazisində kredit sistemi əsasında təşkil olunmuş tədris prosesinin xüsusiyyətlərini müəyyən edir. Həmin xüsusiyyətlərdən biri hər bir təhsilalanın (tələbənin) fərdi tədris planının olmasıdır. Həmçinin, Qaydalarda qeyd edilmişdir ki, hər tədris ili üçün ixtisasın (ixtisaslaşmanın) tədris qrafiki əsasında tələbənin fərdi tədris planı hazırla nır. Növbəti tədris ili üçün tələbənin fərdi tədris planı tərtib olunarkən, buraya ilk növbədə əvvəlki ildən akademik borcu qalan fənlər daxil edilir. Həmçinin, sözügedən Qaydalarda “akademik borcu olan tələbə” terminindən istifadə edilmiş və ona belə bir anlayış verilmişdir ki, “akademik borcu olan tələbə” - fərdi tədris planında qeyd olunan fənlərin ən azı birindən müəyyən olunmuş krediti qazana bilməyən tələbədir. Göründüyü kimi, istinad olunan Qaydalarda akademik borcların tədris prosesində yaranmasının və onların ləğv edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Bundan əlavə, “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili” Qaydalarının 2.17-ci bəndində qeyd edilmişdir ki, ixtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimsəmiş hesab edilir. Ali təhsil müəssisələrində bakalavriat səviyyəsinin tədris proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında “bakalavr (əsas (baza ali) tibb təhsilində “həkim”) ali peşəixtisas dərəcəsi verilir. İstinad olunan müddəaların təhlili onu deməyə əsas verir ki, Azərbaycanda təşkil olunan təhsilin dövlət standartlarına görə bakalavriat təhsili kredit sistemi əsasında təşkil olunur, tədris prosesində tələbəyə fərdi tədris planı hazırlanır, tədris çərçivəsində bu və ya digər səbəbdən akademik borc yarandıqda daha sonra ləğv etmək mümkündür, yalnız tədris proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə, yəni ixtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan şəxslərə ye kun Dövlət Attestasiya Komissiyasının qərarı ilə “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir. Qeyd olunan müddəaların işin hallarına tətbiqi zamanı belə nəticəyə gəlmək olur ki, iddiaçının akademik borcu yaransa da, onun üçün tərtib edilmiş fərdi tədris planına uyğun olaraq həmin akademik borcları ləğv edilmişdir. İddiaçıya “X2 Universiteti” MMC tərəfindən verilmiş TOTU 000942 nömrəli diplom və diploma əlavə də bu halı təsdiq edir.
7. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçının müraciəti üzrə aparılan inzibati icraat zamanı onun xarici ali təhsil aldığı ölkədə olma müddəti aşağıdakı kimi müəyyən edilmişdir: 2016/2017-ci tədris ili üzrə - 2 ay 9 gün, 2017/2018-ci tədris ili üzrə -1 ay 6 gün, 2018/2019-cu tədris ili üzrə -13 gün, 2019/2020-ci tədris ili üzrə - İ semes tr 25 gün, İİ semestr pandemiya dövrü. İddiaçının təhsil aldığı ölkədə olduğu müddət onun diplom əlavəsində göstərilən tədris yükünün yerinə yetirilməsi üçün kifayət deyildir. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və xx.xx.2023-cü il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Cavabdeh hesab edir ki, imtina qanuni və əsaslıdır. Cavabdeh inzibati aktı qəbul edərkən d iskresion səlahiyyətlərinin qanunla müəyyən olunmuş hədlərinə əməl etmiş və diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməsini təmin etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (magistratura) səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3-cü bölməsinə əsasən, iddiaçının aldığı təhsilin müddəti Azərbaycan Respublikasında ona ekvivalent ixtisas üzrə təhsilin müddətinə uyğun gəlmir. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından da göründüyü kimi, iddiaçıya məxsus olan kvalifikasiyanın tanınmasına hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir.
8. Bakı İnzibati Məhkəməsinin (hakim: Günel Sevdimalıyeva) 1 9 mart 2024-cü il tarixli, 2-1(112)-5359/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, “X2 Universiteti” MMC (hal-hazırda "xxxx" MMC) tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, TOTU 000942 nömrəli bakalavr diplomu üzrə ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ona məxsus diplom üzrə ixtisasın tanınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddətdə olması səbəbi ilə müraciətin təmin edilməsindən imtina etmişdir. Qanunvericiliyə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində kvalifikası yanın tanınması ilə bağlı müəyyən şərtlər, mənfi rəyin verilməsi üçün isə müvafiq əsaslar nəzərdə tutulmuşdur ki, hazırkı iddia tələbi üzrə həmin əsasların olması müəyyən olunmur. İddiaçının ali təhsil aldığı universitetin arayışından görünür ki, universitet tərəfindən iddiaçının həmin universitetdə təhsilini əyani formada alması, həmin universitetin tələbəsi və məzunu olması təsdiqlənmişdir.
10. Cavabdehin 2016/2017-ci tədris ili üzrə - 2 ay, 9 gün, 2017/2018-cu tədris ili üzrə - 1 ay 6 gün, 2018/2019-cu tədris ili üzrə - 13 gün, 2019/2020-ci tədris ili üzrə - İ semestr 25 gün, İİ semestr pandemiya dövrü müddətində iddiaçının diplom əlavəsində nəzərdə tutulan tədris yükünü yerinə yetirməsinin qeyri-mümkünlüyünə münasibətdə qeyd edilməlidir ki, həmin dəlil iddianın təmin edilməməsi üçün əs aslı hesab edilmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (magistratura) səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın tələbinə əsasən, ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. İddiaçının diplomuna əsasən müəyyən olunur ki, o, 240 AKTTS (Avropa Kredit və Toplanması Sistemi) kredit yığmışdır.
11. İddiaçının təhsil aldığı universitet tərəfindən tələbənin iştirakının son qiymətləndirmədə heç bir faizli hissəsinin olmadığı, bunun tələbəni tədris proqramının tədris layihəsi ilə nəzərdə tutulan əlavə saatlarda işt irak etmək öhdəliyindən azad etdiyi bildirilmiş və müəyyən olunmuşdur ki, tələbə (iddiaçı) aralıq və nəticə imtahanlarını müvəffəqiyyətlə mənimsəyərək tələbə krediti almaq üçün lazımlı balları toplamış, nəticədə təhsil-peşə proqramını müvəffəqiyyətlə yerinə yetirərək universitetin Humanitar və Sosial Elmlər üzrə Fakültə Şurasının qərarı əsasında bakalavr təhsil dərəcəsi üzrə diplom (xx.xx.2020-ci il tarixli, TOTU 000942 nömrəli) almışdır.
12. İddiaçının xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “bakalavr” ixtisas dərəcəsi haqqında verdiyi diplomdakı təhsilin məzmununa görə uyğun olması üçün onun aldığı tədrisin qanunvericiliyə uyğun həyata keçirilməsi, diplomun tanınmasının isə iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın tələbinə cavab verməsi şərtdir. İddiaçıya məxsus diplomun cavabdeh tərəfindən tanınmasından imtina üçün “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nda nəzərdə tutulan əsaslardan hər hansı biri mövcud olmamışdır. 13. “Təhsil haqqında” Qanunda və həmin Qanunun tətbiqi ilə bağlı normativ aktlarda distant təhsilalma formasının bilavasitə təsbit olunduğuna baxmayaraq, ali təhsil pilləsi üzrə bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktlarının qəbul olunmaması və distant təhsilin dövlət standartlarının müəyyən edilməməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin tanınmasından imtinanın əsası kimi çıxış edə bilməz. Çünki belə bir halın mövcud olması iddiaçının iradə ifadəsindən asılı yaranmamış və onun bununla bağlı hər hansı bir hərəkət və hərəkətsizliyi olmamışdır.
14. İddiaçının təhsil aldığı istiqamət (“İqtisadiyyatda sosial elmlər”) və əsas ixtisaslaşması (iqtisadiyyat) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli, 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın əlavəsində nəzərdə tutu lan peşə deyil. Odur ki, iddiaçının ixtisasının peşə tanınması zamanı onun müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğunun müəyyən edilməsi zərurəti yoxdur. İddiaçının təhsilinin tamamlanmasını təsdiq edən bakalavr diplomunun olması və diplomun apostil olunması, diplom üzrə kvalifikasıyanın tanınması üçün kifayət qədər zəruri əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalarda) diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından, həmçinin, Qaydaların 3. 7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət edilmədiyindən, cavabdeh inzibati orqanın iddiaçının kvalifikasiyanın tanınmasından imtinası formal tələblərə əsaslanır. Məhkəmə eyni zamanda qeyd edir ki, yeni Qaydalarda tələbənin təhsil müddətində həmin dövlətin ərazisində olmasına dair müddəa olsa da, əvvəlki qaydalarda qeyd edilən məcburi şərt mövcud olmayıb. İddiaçı isə təhsilini məhz əvvəlki qaydalar qüvvədə olduğu müddətdə bitirib.
15. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Günel Abbasova /sədrlik edən və məruzəçi/, Aytən Oruczadə və Cahangir Yusifov) 11 iyun 2024cü il tarixli, 2-1(103)-2730/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
19. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Təhsil haqqın da” Azərbaycan Respublikasının Qanunu Maddə 13.1. Azərbaycan Respublikasında əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) təhsilalma formaları müəyyən edilir. Maddə 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir; Maddə 29.0. Təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır: 29.0.21. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; Maddə 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. 22. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya” 1.2. Ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir.
6. Hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) a şkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər.
23. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” 1.1. Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. 3.6. Ekvivalentlik haqqında şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun u yğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkə məsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli g ələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi “X2 Universiteti” MMC tərəfindən ona verilmiş xx.xx.2020-ci il tarixli, TOTU 000942 nömrəli diplom üzrə ixtisasın tanınmasına və ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə nail olmaqdan ibarətdir.
31. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından “X2 Universiteti” MMC tərəfindən iddiaçıya verilmiş xx.xx.2020-ci il tarixli, TOTU 000942 nömrəli diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
32. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
33. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır.
34. Mübahisələndirilən məhkəmə qə rarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 iyun 2024-cü il tarixli, 21(103)-2730/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.