Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2654/2019 06.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası X20 və digərlərinin Ləğvetmə prosesində olan «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna QƏRAR (iş № 2-1(102)-2654/2019) Bakı şəhəri 06 noyabr 2019-cu il Açar sözlər: (kreditor tələblərinin təsdiqlənmiş siyahıya daxil edilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Əmanətlərin Sığortalanması X1 və vəkili X4, ləğv prosesində olan “xxxx” ASC-nin nümayəndəsi X8 və vəkili Vəkil, kreditorların vəkili X18 iştirakı ilə Ləğvetmə prosesində olan “xxxx” ASC-ni n ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun “xxxx” ASC-nin kreditorlarının etiraz edilmiş tələblərinin siyahısının (və ona əlavənin), təsdiq edilməsi məsələsinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-932/2019 saylı 17aprel 2019-cu il tarixli qərardadından ləğvedici tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 06.11.2019-cu il tarixdə məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ 08 may 2018-ci il tarixdə ləğvetmə prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, ləğvetmə prosesində olan “xxxx” ASC-nin kreditorlarının etiraz edilmiş tələblərin siyahısını və qəbul edilmiş tələblərin siyahısını, sonradan 28.06.2018 -ci il tarixdə isə etiraz edilmiş tələblər siyahısına əlavəni təqdim edərək təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-282/2018 saylı, 06 iyul 2018-ci il tarixli qərardadı ilə ləğvetmə prosesində olan “xxxx” ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondunun ərizəsi qismən təmin edilmiş, ləğvetmə prosesində olan “xxxx” ASC-nin kreditorlarının etiraz edilmiş tələblərinin siyahısı, ona edilmiş əlavələr, habelə, kreditorların qəbul edilmiş tələblərinin siyahısı - qərardadın təsviri-əsaslandırıcı hissəsində qeyd edilənlər nəzərə alınıb «Banklar haqqında» Qanunun 77.8-ci maddəsinə müvafiq qaydada dəyişikliklər edilməsi bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməklə, təsdiq edilməsi qərara alınmı şdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-282/2018 saylı, 06 iyul 2018-ci il tarixli qərardadından X9 hüquqi varisi olaraq və öz adından X20, X23, X21, X13 tərəfindən birgə kassasiya şikayəti verilmiş, onların tələblərinin kreditorlarının etiraz edilmiş tələblərinin siyahısından çıxarılaraq kreditorların təsdiq edilmiş tələblərinin siyahısına daxil edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)2253/2018 saylı 18 dekabr 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-282/2018 saylı, 06 iyul 2018-ci il tarixli qərardadı X20, X23, X21, X7 aid hissələrdə ləğv edilmiş, həmin hissədə iş təkrar apellyasiya baxışına qay tarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-932/2019 saylı 17aprel 2019-cu il tarixli qərardadı ilə ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən təqdim edilmiş ləğvetmə prosesində olan “xxxx” ASC-nin kreditorlarının etiraz edilmiş tələblərinin siyahısından 42-45-ci sıra nömrələri üzrə həmin siyahıya daxil edilmiş kreditor X23, X20, X21, X5, eləcə də etiraz olunmuş tələblərə dair əlavə siyahının 17-ci sıra nömrəsi üzrə kreditor X9 tələbləri çıxarılmış, X14 311.250,00 manat; X10 1.415.441,00 ABŞ dolları, X13 470.588,00 ABŞ dolları, X20 519.869,00 ABŞ dolları, eləcə də etiraz olunmuş tələblərə dair əlavə siyahının 17-ci sıra nömrəsi üzrə kreditor X9 470.588,00 ABŞ dolları məbləğində kreditor tələblərinin l əğv prosesində olan “xxxx” ASC-nin təsdiqlənmiş tələblər siyahısına daxil edilməsi vəzifəsi ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-932/2019 saylı 17aprel 2019-cu il tarixli qərardadından ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə “xxxx” ASC ilə X22, X20, X23, X21 və X13 arasında bağlanmış əmanət müqavilələri etibarsızdır. Belə ki, həmin müqavilələr “xxxx” ASC-nin bayıl Filialının müdiri Rəşadətli Fərəh tərəfindən bağlanmış, onun barəsində cinayət işi başlanmış, cinayət işi üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə qərar ı mövcud deyildir. İşə baxan apellyasiya instansiya məhkəməsi Nərimanov rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(005)-3775/2018 saylı 01 avqust 2018-ci il tarixli qətnamə ilə müqavilələrin etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin edilməməsinə istinad etsə də, Bakı şəhəri Nərimanov rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(005)-3775/2018 saylı 01 avqust 2018-ci il tarixli qətnamə “”xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna rəsmi olaraq təqdim edilməmişdir. Fond həmin qətnamənin rəsmi qaydada təqdim olunması üçün ərizə ilə Nərimanov rayon Məhkəməsinə müraciət etmiş və həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Kassator Azərbaycan Respublikası İnzibatii Prosessual Məcəlləsinin 12.1, 58.8, 91ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 41 7.1.3, 417.1.4, 418.1, 418.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ və İİ bəndlərinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-932/2019 saylı 17aprel 2019-cu il tarixli qərardadının ləğv edilməsini, təqdim edilmiş etirazlar siyahısını kreditorlar X23, X20, X21, X13 və X15 aid hissələrdə də təsdiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X6 və vəkili X4, ləğv prosesində olan “xxxx” ASC-nin nümayəndəsi X8 və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-932/2019 saylı 17aprel 2019-cu il tarixli qərardadının ləğ v edilməsini, təqdim edilmiş etirazlar siyahısını kreditorlar X23, X20, X21, X13 və X15 aid hissələrdə də təsdiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən kreditorların vəkili X25 Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-932/2019 saylı 17aprel 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-932/2019 saylı 17aprel 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, X20, X20 (məhkəmə mübahisəsi davam etdiyi dövrdə vəfat etmiş və prosessual hüquq varisi kimi X20 tanınmışdır), X23, X21, X13 "xxxx" ASC ilə əmanət müqavilələri bağlayaraq adlarına əmanət kitabçaları açılmaqla pul vəsaitlərini əmanət şəklində "xxxx" ASC-yə yerləşdirmişlər. “xxxx” ASC-nin Bayıl filialı ilə X23 arasında 17.03.2014-cü il tarixdə bağlanmış 967 və 969 nömrəli bank əmanəti müqaviləsinə (Göy əmanət) əsasən əmanətçi illik 15 % olmaqla 300.000 manat məbləğində pul vəsaitini banka depozitə yerləşdirmişdir. 767/1/67101118, 767/1/67101097, 767/1/67101119, 767/1/67101089, 767/1/67101090, 767/1/671014120 saylı qəbzlərinə əsasən X23 tərəfindən 18.03.2013-cü il tarixdə hər dəfəsində 50.000 olmaqla, cəmi 300 000 manat dəyərində pul vəsaiti xxxxı” ASC-nin Bayıl Filialın hesabına mədaxil edilmişdir. Bank tərə findən əmanətçi X14 adına DB seriyalı, 00583 nömrəli bank əmanəti kitabçası verilmişdir. “xxxx” ASC ilə X20 arasında bağlanmış 1013 və 1019 nömrəli 30.12.2014-cü il tarixli bank əmanət müqavilələrinə (yığım əmanəti) əsasən 2 il müddətinə illik 15 % olmaqla 350.000 və 45.100 manat pul vəsaitini banka depozitə yerləşdirir. 28.11.2013-cü il tarixli 767/1/83129024 nömrəli kassa mədaxil qəbzinə əsasən 25.000 manat, 28.11.2013-cü il tarixli 767/1/83129026 nörmrəli kassa mədaxil qəbzinə əsasən 43.515 manat, 09.12.2013- cü il tarixli 2/13/64083115 nömrəli kassa mədaxil qəbzinə əsasən 100.000 manat, 28.11.2012-ci il tarixli 767/1/33017867 nömrəli kassa mədaxil qəbzinə görə 17.500 manat, 28.11.2012-ci il tarixli 767/1/33017866 nömrəli kassa mədaxil qəbzinə əsasən 25.000 manat, 29.11.2012-ci il ta rixli 767/1Ə33017976 nömrəli kassa mədaxil qəbzinə əsasən 13.800 manat, 25.12.2012-ci il tarixli 767/1/33018765 nömrəli qəbzə əsasən 96.500 manat, 28.02.2013-cü il tarixli 767/1/83129025 nömrəli qəbzə əsasən 7000 manat pul vəsaiti xxxxı” ASC-nin Bayıl Filialın hesabına mədaxil edilmişdir; Bank tərəfindən X11 adına DB seriyalı, 00349 və 00350 nömrəli bank əmanət kitabçaları verilmişdir. X11 519.869,00 ABŞ dolları məbləğində kreditor tələbi 12.03.2018-ci il tarixdə 0828 reyestr nömrəsi ilə LPO “xxxx” ASC tərəfindən qeydiyyata alınmış və ona bu barədə 828 nömrəli qəbz verilmişdir. “xxxx” ASC ilə X13 arasında bağlanmış 30.12.2014-cü il tarixdə 1030 nömrəli bank əmanət müqaviləsinə (yığım əmanəti) əsasən əmanətçi 30.12.2014-cü ildən 30.11.2016-cı il tarixədək illik 15 % olmaqla 400.000 manat pu l vəsaitini banka depozitə yerləşdirmişdir. 25.12.2012-ci il tarixli 767/1/33018791, nömrəli kassa mədaxil qəbzinə əsasən 100 000 manat, 25.12.2012-ci il tarixli 767/1/33018791 nömrəli kassa mədaxil qəbzinə əsasən 100.000 manat, 23.05.2013-cü il tarixli 767/1/67104851 nömrəli qəbzə əsasən 200.000 manat pul vəsaiti xxxxı” ASC-nin Bayıl Filialın hesabın mədaxil edilmişdir; Bank tərəfindən X7 DB seriyalı, 00581 nömrəli bank əmanət kitabçası verilmişdir. “xxxx” ASC ilə X22 arasında bağlanmış 30.12.2014-cü il tarixdə 1024 nömrəli müddətli bank əmanəti müqaviləsinə əsasən illik 15 % olmaqla (Yığım əmanəti) üzrə 300.000 manat pul vəsaitini banka depozitə yerləşdirir. 13.02.2015-ci ildə 1024 saylı müqavilə üzrə müqavilənin 1.7-i maddəsinə uyğun olaraq bu müqavilə üzrə yerləşdirilmiş 300.000 manat məbləğində əmanətin üzərinə əlavə 100.000 manat məbləğində vəsait daxil edilmişdir. 767/1/33018783, 767/1/33018784, 767/1/33018785 saylı kassa mədaxil qəbzlərinə əsasən X22 tərəfindən cəmi 300 000 manat dəyərində pul vəsaiti xxxxı” ASCnin Bayıl Filialında hesaba mədaxil edilmişdir; Bank tərəfindən X15 DB seriyalı, 00582 nömrəli bank əmanət kitabçası verilmişdir. “xxxx” ASC ilə X21 arasında hər ay verilməsi şərti ilə illik 15 % olmaqla 14.10.2013-cü il tarixli 684 nömrəli bank əmanəti müqaviləsi(göy əmanət) 30.000 manat pul vəsaitini banka depozitə yerləşdirir. “xxxx” ASC ilə X21 arasında 30.12.2014-cü il tarixdə bağlanmış 1025, 1026 və 1029 saylı bank əmanəti müqavilələrinə (yığım əmanət) əsasən illik 15 % olmaqla 550.000, 250.000 və 105.000 manat pul vəsaitini banka depozitə yerləşdirir. 04.09.2013-cü il tarixli 263/1/8101017 nömrəli kassa mədaxil qəbzinə əsasən 55000 manat, 03.09.2012-ci il tarixli 767/1/33260534 nömrəli kassa mədaxil qəbzinə görə 50.000 manat, 03.09.2012-ci il tarixli 706/1/33260534 nömrəli kassa mədaxil qəbzinə əsasən 350.000 manat, 02.11.2012-ci il tarixli 767/1/33017865 nömrəli qəbzə əsasən 100.000 manat, 28.11.2012ci il tarixli 767/1/33017868 nömrəli qəbzə əsasən 28.500 manat pul vəsaiti “xxxx” ASC-nin Bayıl Filialın hesabına mədaxil edilmişdir. X10 adına DB seriyalı, 01679 nömrəli və 00343 nömrəli bank əmanət kitabçaları təqdim edilmişdir. X20 və digərləri "xxxx" ASC-də yerləşdirilmiş əmanətin verilməsinə dair kreditor tələbi ilə Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək, adlarının "xxxx" ASC-nin kreditorlarının siyahısına daxil edilərək, o nlarla bank arasında bağlanmış müqavilələrə əsasən, müvafiq əmanətlərin onlara geri qaytarılmasının təmin edilməsini xahiş etmişdirlər. Ləğv prosesində olan “xxxx” ASC adından Əmanətlərin Sığortalanması Fondu Tural Axundov və digərlərinin ləğv prosesində olan "xxxx" ASC-nin kreditorlarının etiraz edilmiş tələbləri siyahısına daxil edilməsini bildirmiş və öz mövqeyini belə əsaslandırmışdır ki, "xxxx" ASC-nin Bayıl filialı (müdiri X12) ilə həmin şəxslər arasında bank əmanət müqavilələri bağlansa da, əmanət kitabçaları verilsə də, bankın hesablarında onlar tərəfindən qoyulmuş əmanətlərə dair pul vəsaitinin mövcudluğu aşkar edilməmişdir. Bu isə onu göstərir ki, sənədləşmələr formal xarakter daşımış, bankın hesabına heç bir əmanət daxil olmamışdır. Bundan əlavə, Bayıl filialının məsul vəzifəli şəxsləri barədə cinayət işi başlanılmış, filial müdirinin qanunsuz hərəkətlərə yol verdiyi müəyyən edilmiş, lakin cinayət işi üzrə yekun məhkəmə qərarı qəbul edilməmişdir. “xxxx” ASC-nin ləğvedicisi X2 cavabdehlər X16, X17, X7 və X19 qarşı müqavilələrin etibarsız hesab edilməsinə dair tələblə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(005)3775/2018 saylı, 01 avqust 2018-ci il tarixli qətnamə ilə iddiaçı ləğvetmə prosesində olan “xxxx” ASC-nin ləğvedicisi X2 cavabdehlər X16, X17, X7 və X19 qarşı müqavilələrin etibarsız hesab edilməsinə dair tələbi təmin edilməmişdir. Beləliklə, yuxarıda sadalanan işin hallarından görünür ki, X16, X17, X7 və X23 hesab edirlər ki, onların adına olan bank əmanət müqavilələri və əma nət kitabçalarına əsasən onlar təsdiq edilmiş kreditorlar siyahısında olmalıdırlar. Bundan imtina edən “xxxx” ASC-nin ləğvedicisi X3 isə hesba edir ki, əmanət müqavilələri və əmanət kitabçaları etibarsızdır. Nərimanov rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(005)-3775/2018 saylı, 01 avqust 2018-ci il tarixli qətnamə ilə iddiaçı ləğvetmə prosesində olan “xxxx” ASC-nin ləğvedicisi X2 cavabdehlər X16, X17, X7 və X19 qarşı müqavilələrin etibarsız hesab edilməsinə dair tələbi təmin edilməsə də, həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Əmanət müqavilələri və əmanət kitabçaları "xxxx" ASC-nin Bayıl filial müdiri X12 tərəfindən verilmiş, həmin şəxs barəsində isə qanunsuz hərəkətlər yol verdiyi üçün cinayət işi vardır və yekun məhkəməhökmü qəbul edilməmişdir. Məhkəmə kollegiyası qeyd ol unanlarla bağlı hesab edir ki, “Banklar haqqında” qanunun 76.2-ci maddəsinə görə tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər: -76.2.1.kreditorun adı və ünvanı; -76.2.2.tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri; -76.2.3.tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat. “Banklar haqqında” Qanunun 77.5-ci maddəsinə görə qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına, etiraz etdiyi tələbləri isə etirazın səbəblərini göstərməklə, etiraz edilmiş tələblər siyahısına daxil edir. Qismən etiraz edilərək qeydə alınmış tələblər müvafiq olaraq qəbul edilmiş və etiraz edilmiş hissədə hər iki siyahıya daxil edilir. Hər iki siyahıda tələbi olanın adı və ünvanı, tələblərin məbləği və irəli sürülən tələblərin təminatı üçün sübutların mövcudluğu göstərilir. Siyahılara daxil edilən tələblər kateqoriyalar üzrə birləşdirilir və ödəniş növbəliyi qaydasında yerləşdirilir. Həmin Qanunun 77.6-cı maddəsinə görə hər iki siyahı tələblərin qeydiyyatı müddətinin qurtardığı gündən 30 təqvim günü ərzində tərtib edilir və məhkəmənin təsdiqinə verilir. Bundan sonra ləğvedici hər rüb təzələnən siyahıları məhkəmənin təsdiqinə verir. Həmin siyahıları təsdiq edənədək məhkəmə ləğvedici ilə razılaşdırmaqla tələbləri bir siyahıdan digərinə keçirə bilər. Məhkəmə etiraz edilmiş tələblərin təsdiqlənməsi üçün hansı sübutların zəruri olduğunu müəyyənləşdirə bilər. Həmin Qanunun 77.7-ci maddəsinə əsasən məhkəm ə etiraz edilmiş tələblər siyahısını təqdim olunduğu tarixdən etibarən 60 təqvim günündən gec olmayaraq aydınlaşdırmaq məqsədilə dinləmələrin keçirilməsi tarixini müəyyən edir. Tələblərinə etiraz edilmiş kreditorlar həmin dinləmələrdə ləğvediciyə və məhkəməyə öz tələblərini təsdiqləyən sübutlar təqdim edə bilərlər. Hər dinləmənin tarixi barəsində kreditorlara poçt bildirişi və ləğvedicinin kütləvi informasiya vasitələrində dərc etdirdiyi bildirişlə məlumat verilir. Eyni bir tələb barəsində dinləmələrin başlanılmasına dair heç bir kreditora bir dəfədən artıq bildiriş göndərilmir. Dinləmələr qurtardıqda məhkəmə etiraz edilmiş tələblərin təsdiq və ya rədd olunmasına dair qərar qəbul edir. Kreditor Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada xəbərdar edild iyi dinləməyə üzürlü səbəb olmadan gəlmədikdə, onun tələbləri rədd edilir. Tələbləri rədd edilmiş kreditorlara bu barədə ləğvedici tərəfindən yazılı bildiriş göndərilir. Eyni Qanunun 77.8-ci maddəsinə əsasən məhkəmənin təsdiq etdiyi tələblər qəti xarakter daşıyır. Bu tələblər qəbul olunmuş tələblər siyahısından və ya etiraz edilmiş tələblər siyahısından çıxarılır və təsdiqlənmiş tələblər siyahısına daxil edilir. Həmin siyahı məhkəmədə və ləğvedicidə saxlanılır. Tələbləri məhkəmə tərəfindən təsdiqlənmiş kreditorlara bu barədə ləğvedici tərəfindən yazılı bildiriş göndərilir. Hazırkı iş üzrə “xxxx" ASC-nin Bayıl filialı (müdiri X12) ilə kreditorlar arasında əmanət müqaviləsi bağlanmış, müvafiq əmanət kitabçaları verilmiş, həmin sənədlərin qeyri-mötəbərliyi iş üzrə sübuta yetirilməmişdir. Hə mçinin bankın Bayıl Filialının müdiri Fərəh Rəşadətlinin imzası və Bankın möhürü vurularaq, 2016-cı ilin martında rəsmi şəkildə şikayətçilərin hər birinə ünvanlanmış zəmanət məktublarında şikayətçilərin Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək irəli sürdükləri kreditor tələbləri həcmində əmanətlərinin qaytarılacağına zəmanət verilməklə, şikayətçilərə məxsus əmanətlərin Bankda olduğu təsdiq edilib. Başqa sözlə, əmanət müqaviləsi bağlandıqdan sonra kreditorlar tərəfindən banka verilmiş əmanətlərin bankın hesabına keçirilməməsi kreditorların təqsirindən olmamışdır. “Banklar haqqında” Qanunun 1.0.4-cü bəndinə görə bankın filialı - hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri üçün bankın özünün məsuliyyət daşıdığı, banka icazə verilmiş bank fəaliyyətinin ham ısını və ya bir hissəsini həyata keçirə bilən bankın ayrıca bölməsidir. Qanunvericiliyin qeyd edilən normasının mənasına görə «xxxx» ASC-nin «Bayıl» filialı banka icazə verilmiş bank əməliyyatlarının hamısını həyata keçirmək səlahiyyətinə malik olmuşdur. Belə əməliyyatların aparılmasına görə «xxxx» ASC-nin özü müvafiq məsuliyyət və öhdəlik daşıyır. Hazırki halda «xxxx» ASC-nin «Bayıl» filialının rəhbərinin hər hansı hüquq pozuntusuna, o cümlədən cinayət hüquq pozuntusuna yol verməsi işəgötürənlə işçi arasındakı münasibətlərə uyğun olaraq, eləcə də şəxsin törətdiyi əmələ görə cinayət məsuliyyətinə cəlb edilməsi qaydasında həll edilməli məsələlərdir. Filial rəhbəri tərəfindən yol verilmiş pozuntular bankla bağlanmış etibarlı müqavilələri olan şəxslərin qoyduqları əmanətlərini hüquqi şəxs kim i Bankın özündən geri tələb etmək hüquqlarının ortadan qaldırılması nəticəsini doğura bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, kreditorların tələbləri etiraz edilmiş tələblər siyahısına deyil, ləğv prosesində olan “xxxx” ASC-nin təsdiqlənmiş tələblər siyahısına daxil edilməlidir. Kassator kassasiya şikayətində müqavilələrin etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin edilməməsinə dair Bakı şəhəri Nərimanov rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(005)-3775/2018 saylı 01 avqust 2018-ci il tarixli qətnamədən apellyasiya şikayəti verdiyini qeyd etsə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı isə qeyd etməyi zəruri hesab edir ki, Fond tərəfindən Bakı şəhəri Nərimanov rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(005)-3775/2018 saylı 01 avqust 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi və ya şikayətin icraata qəbul edilməsi barədə kassasiya şikayətinə heç bir rəsmi sənəd əlavə edilməmişdir. Əgər məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müqavilələr etibarsız hesab edilərsə kassator yeni açılmış hallarla bağlı ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. AR Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Məlumdur ki, hüquqi dövlət quruluşu olan cəmiyyətlərdə mülkiyyət-iqtisadi münasibətləri həmişə hüquqi təminata bağlıdır. Bu öz əksini, yuxarıda qeyd olunduğu kimi, Azərbaycan Respublikasının Konstitusiyasında da tapmışdır. Mülkiyyət toxunulmazlığı, mülki hüquql arın maneəsiz həyata keçirilməsi, mülkiyyət hüququnun bütün formalarının bərabərliyi və s. prinsipləri təsbit etməklə Konstitusiya mülkiyyət hüququnun müdafiəsini dövlətimizin ən mühüm vəzifələrindən biri hesab etmişdir. Mülkiyyət hüququnun müdafiəsi dedikdə, bu hüquqların pozulmasının aradan qaldırılmasına, mülkiyyətçinin pozulmuş hüquqlarının bərpasına və onun hüquqlarının müdafiəsinə yönəldilmiş, mülki qanunvericilikdə nəzərdə tutulan vasitələrin məcmusu başa düşülməlidir. AR Konstitusiyasının 26-cı maddəsinin İ bəndinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin maddənin İİ bəndinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. "İnsan hüquqlarının və əsas azadlıqla rın müdafiəsi haqqında" Konvensiyanın 6.1-ci maddəsinə əsasən "Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən…,... məhkəmə tərəfindən işinin... ədalətli... araşdırılması hüququna malikdir" Avropa Məhkəməsi hər zaman demokratik cəmiyyətdə ədalətli məhkəmə araşdırması hüququnun əhəmiyyətini vurğulamışdır (Airey İrlandiyaya qarşı, § 24; Stanev Bolqarıstana qarşı [BP], § 231). Bu təminat (“ədalətli məhkəmə araşdırması hüququ”) "Konvensiyanın mənasında demokratik cəmiyyətin əsas prinsiplərindən biridir" (Pretto və digərləri İtaliyaya qarşı, § 21). AR Konstitusiyasının 127-ci maddəsinin İİ bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. MPM-nin 8.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərk ən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-932/2019 saylı 17aprel 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-2654/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2654/2019
06.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver