Məhkəmə qərarları › İş №2-1(102)-2654/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2654/2023

08.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2654/2023 08.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-2654/2023) (Açar sözlər: əlilliyin təyin edilməsindən imtina; diaqnoz əlilliyin təyininə əsas vermir) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurədddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibb i-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “imtina qərarının ləğv edilməsi, xəstəliyini nəzərə alaraq barəsində müvafiq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 iyul 2023-ci il tarixli, 2-1(107)-342/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının əlillik vəziyyətinə Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2010-cu il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X1; XİX Sinif - Travmalar. zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 – Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S72 Bud sümüyünün sınığı => S72.8 - Bud süm...; Diaqnozun mətni: SOL MİL SÜMÜYÜNÜN BAŞİNİN DİRSƏK OYNAĞİNDA KÖHNƏ DÜZGÜN BİTİŞMƏYƏN SİNİĞİ; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: SOL MİL SÜMÜYÜNÜN BAŞİNİN DİRSƏK OYNAĞİNDA KÖHNƏ DÜZGÜN BİTİŞMƏYƏN SİNİĞİ” səbəbi ilə 1 il müddətinə əlillik verilmişdir.

2. İddiaçının əlillik vəziyyətinə həmin Xəstəxananın 12.11,2014-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; X2: XİX Sinif Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70- S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S72 - Bud sümüyünün sınığı => S72.8 - Bud süm...; Diaqnozun mətni: SOL MİL SÜMÜYÜNÜN BAŞİNİN DİRSƏK OYNAĞİNDA KÖHNƏ DÜZGÜN BİTİŞMƏYƏN SİNİĞİ; Meyar: 2.2. İkinci dərəcə əlil lik => DİGƏR: SOL MİL SÜMÜYÜNÜN BAŞİNİN DİRSƏK OYNAĞİNDA KÖHNƏ DÜZGÜN BİTİŞMƏYƏN SİNİĞİ” səbəbi ilə 1 il müddətinə əlillik verilmişdir. xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik, X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S72 - Bud sümüyünün sınığı => S72.8 - Bud süm...; Diaqnozun mətni: Təkcə bir yuxarı ətrafın bir neçə nahiyələrini əhatə edən sınıqlar.Sol bazu və mil sümüyünün düz bitişməyən sınığı.Oynaqların kontrakturası.Sol yuxarı ətrafın funksiya pozğunluğu.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Təkcə bir yuxarı ətrafın bir neçə nahiyələrini əhatə edən sınıqlar.Sol bazu və mil sümüyünü n düz bitişməyən sınığı.” səbəbi ilə 1 il müddətinə əlillik verilmişdir.

3. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S72 - Bud sümüyünün sınığı => S72.8 - Bud süm...; Diaqnozun mətni: Təkcə bir yuxarı ətrafın bir neçə nahiyələrini əhatə edən sınıqlar.Sol bazu və mil sümüyünün düz bitişməyən sınığı.Oynaqların kontrakturası.Sol yuxarı ətrafın funksiya pozğunluğu.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Təkcə bir yuxarı ətrafın bir neçə nahiyələrini əhatə edən sınıqlar.Sol bazu və mil sümüyünün düz bitişməyən sınığı.” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir.

4. Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə baxılmış və X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T92 - Yuxarı...; Diaqnozun mətni: Bilək və əl istisna olmaqla yuxarı ətraf sınığının nəticələri, Sol dirsək oynağını təşkil edən sümüklərin oynaqdaxili sınığının müalicəsindən sonrakı vəziyyət. Dirsək oynağını təşkil edən sümüklərin qarşılıqlı duruşunun pozulması, oynaq yarığının kəskin daralması, mil sümüyünün başı və boynunun, dirsək sümüyünün proksimal ucunun deformasiyası, sklerozlaşması; Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaq noz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir.” səbəbi ilə imtina verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “imtina qərarının ləğv edilməsi, xəstəliyini nəzərə alaraq barəsində müvafiq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 1981-ci ildə keçmiş SSRİ-də hərbi xidmət keçməyə başlamışdır. Həmin vaxt keçmiş SSRİ və Əfqanıstan Respublikası arasında müharibə getdiyindən o da N nömrəli hərbi hissənin tərkibində döyüşlərdə oda iştirak etmişdir. Hərbi əməliyyatların gedişində yaralanmış və travma almışdır. Aldığı xəsarətlər araşdırıldığından 1983-cü ilin aprel ayından vaxtından əvvəl təxris edilmiş, bundan sonra ölkəyə qayıtmışdır. 1983-cü ildə ölkəyə gəldikdən sonra müayinə nəticəsində 3-cü qrup əlillik təyin edilmiş, əlillik səbəbi kimi hərbi xidməti yerinə yetirərkən travma alma səbəbi göstərilmişdir. Həmin müddətdən sonra o mütəmadi müayinə və müalicə olunmuş, həmçinin hər il tibbi ekspert komissiyasından keçmişdir. Daha sonra səhhətində ağırlaşmalar olduğundan bel-oma nahiyyəsindən sol ayağına vuran kəskin ağrıların nəticəsində yerimə məhdudiyyəti ilə qarşılaşmış, müalicələr effekt vermədiyindən əməliyyat olunmuşdur. Göstərdiyi xəstəliklərə dioqnoz qoyulmuş və bir müddət sonra İİİ qrup əlil kimi qeydə alınaraq mensiya təyin edilmişdir. Səhhəti get-gedə ağırlaşdığından tərəfindən təkrar müraciət edilmiş və 2015-ci ildə təkrar dioqnoz qoyularaq İİ qrup əlillik təyin edilmişdir. Alhazırda həmin xəstəlikdən əziyyət çəkir.Lakin təqaüdü dayandırılmışdır. Təkrar olaraq Tibbi Sosial Ekspert Komissiyasına müraciət etmiş lakin cavabdeh tələbin təmin olunmasından` imtina etmişdir.

7. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

8. Şəki İnzibati Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1639/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertiza təyin edilmişdir.

9. Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli T582/2022 nömrəli rəyində qeyd olunmuşdur ki, vətəndaş İddiaçı təyin olunan diaqnoz şəxsin əyani müayinəsində öz təsdiqini tapsa da müayinə zamanı aşkar e dilən patofunskional dəyişikliklər ona əlillik dərəcinə təyinində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları dair Əsasnamə” də qeyd edilən maddalərin hər-hansı birinə aid etmək mümkün olmadı.

10. Şəki İnzibati Məhkəməsinin 7 mart 2023-cü il tarixli, 2-1(116)-213/2023 nömrəli qərarı ilə (hakim F.Hacızadə) iddia tələbi rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsi ekspert rəyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015- ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə qeyd edilmiş xəstəliklərin siyahısı ilə müqayisəli şəkildə qiymətlən dirərək hesab etmişdir ki, 3PYDHC0005 saylı göndərişdə iddiaçıya qoyulmuş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də qeyd edilmiş xəstəliklərin əhatə dairəsinə düşmədiyindən qeyd edilən diaqnoz əlilliyin təyini üçün əsas deyil.

12. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 iyul 2023-ci il tarixli, 21(107)-342/2023 nömrəli qərarı ilə (hakimlər: R.Rəfiyev – sədrlik edən və məruzəçi, M.Əsədli və G.Cavadova) cav abdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 7 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apellyasiya məhkəməsi hüquqi mövqeyini əsaslandırmaq üçün “İnzibati icraat haqqında” Qanunun 2.0.2, 64.1, 64.2-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə istinad etmişdir.

15. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİ LLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı kassasiya şikayətində işin hallarını sadalamış, əlavə olaraq qeyd etmişdir ki, o, “sol dirsək oynağını təşkil edən sümüklərin oynaqdaxili sınığının müalicəsindən sonrakı vəziyyət: dirsək oynağını təşkil edən sümüklərin qarşılıqlı duruşunun pozulması, oynaq yarığının kəskin daralması, mil sümüyünün başı və boynunun dirsək sümüyünün proksimal ucunu diaformasiyası, Sklerozlaşması, oynaqdaxili sümüyün qəlpələri, oynaqdaxili osteofızlər, oynaqın ağır dərəcəli ortirozu, fıbroz ankillər ” diaqnozları ilə sön müddətə qədər əlil olmuşdur. Məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticələrini əsaslı hesab etmir. Məhkəmə isə onun ekspert rəyi ilə razılaşmadığını nəzərə almamışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə

3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə

4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsi zliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – T SEK) tərəfindən həyata keçirilir 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

20. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

21. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiy a instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

25. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiy i kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya əlilliyin təyin edilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

28. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı onun xəstəliyini nəzərə alaraq barəsində əlilliyin təyin edilməsinə yönəlmişdir.

29. İş materialları ilə müəyyən olunur ki, iddiaçıya ilkin olaraq xx.xx.2010-ci il tarixdə bir il müddətinə İİ dərəcə əlillik təyin edilmişdir. Sonradan ona, 2014, 2015-ci il tarixlərdə 1 il müddətinə, xx.xx.2016-cı il tarixdə isə beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Hazırkı mübahisənin əsasında iddiaçının xx.xx.2021-ci il tarixdə qiymətləndirilməsi nəticəsində ona əlilliyin təyin edilməsindən imtina dayanır.

30. Məhkəmə kollegiyası nəzərə alır ki, şəxsə onun barəsində təyin olunmuş diaqnoz əsasında əvvəllər əlilliyin müəyyən edilməsi faktı növbəti müayinədə də əlillik dərəcəsinin təyin edilməsinə özü-özlüyündə (qeyd-şərtsiz) əsas ola bilməz. Əks hal əlilliyin təyin edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan təkrar müayinə müddətlərinin tətbiqinə zidd olardı.

31. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsi n əlavə müalicəyə ehtiyacının olubolmamasını, əlilliyin müəyyən edilməsinə əsas verən səbəblərin araşdırılması, əlillik təyinatı üçün əsas olan diaqnoz və ağırlaşmaların uyğunluğunun müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və müvafiq rəy alınmışdır. Ekspert rəyində göstərilmişdir ki, vətəndaş İddiaçı təyin olunan diaqnoz şəxsin əyani müayinəsində öz təsdiqini tapsa da müayinə zamanı aşkar edilən patofunskional dəyişikliklər ona əlillik dərəcinə təyinində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları dair Əsasnamə” də qeyd edilən maddalərin hər-hansı birinə aid etmək mümkün olmamışdır.

32. Göründü kimi, iddiaçının xəstəlikləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də qeyd edilmiş xəstəliklərin əhatə dairəsinə düşmədiyindən, qeyd edilən diaqnoz əlilliyin təyini üçün əsas deyil.

33. Belə olan halda, məhkəmə kollegiyası yuxarıda qeyd olunan ekspert rəyini nəzərə alınaraq hesab edir ki, iddiaçıya yenidən əlilliyin təyin edilməsindən cavabdehin imtinası əsassız olmamışdır.

34. Beləliklə, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kass asiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 iyul 2023-ci il tarixli, 21(107)-342/2023 nömərli qərarı dəyişdirilmədən saxlansın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar