Məhkəmə qərarları › İş №2-1(102)-2654/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2654/2024

22.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2654/2024 22.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri Sabunçu rayonu Bilgəh bağlar sahəsində 38 nömrəli BTK nəzdində 0,12 hekt ar torpaq sahəsi olan 1887 nömrəli bağ sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1845/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X2 bağlar sahəsindəki 38 №-li bağ tikinti kooperativi tərəfindən verilmiş 93 №-li orderlə, Bakı şəhər İcraiyyə Komitəsinin 13 aprel 1992-ci il tarixli, 544 nömrəli qərarına əsasən İddiaçı 38 №-li BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 1878 №-li bağ ayrılmışdır.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edə rək, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1878 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

3. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, qeyd olunan bağ sahəsinə idarənin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinin aparılmasına şərait yaradılmadığından ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı Şəhər İcra Hakimiyyətinə və Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı “Bakı şəhəri Sabunçu rayonu Bilgəh bağlar sahəsində 38 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 1887 nömrəli bağ sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması:

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X1 bağlar sahəsindəki 38 nömrəli kooperativ 93 nömrəli orderi ilə iddiaçıya Bakı şəhər icraiyyə komitəsinin 13 aprel 1992-ci il tarixli 544 N-li qərarına əsasən Bilgəh bağlar sahəsində 38 n-li BTK. nəzdində 0.12 hektar torpaq sahəsi olan 1887 nömrəli bağ yeri ayrılmışdır. İddiaçı torpaq sahəsindən səmərəli istifadə edilmiş və lazımi abadlıq işləri aparmışdır. Lakin, təqribən 2000-ci ilin əvvəllərində naməlum şəxslər tərəfindən ona məxsus olan bağ sahəsinin hasarı dağıdılaraq sahədə olan beton plitələr götürü lmüş, əkilmiş ağaclar kəsilərək sahə bərbad hala salınmışdır. Bundan sonra ona məxsus olan sahə naməlum şəxslər tərəfindən zəbt edilərək 5 metr hündürlükdə tikilərək hasara alınmışdır. Dəfələrlə iddiaçıya məxsus olan sahəyə daxil olmağa cəhd etməsinə baxmayaraq sahəni zəbt etmiş şəxslər tərəfindən torpaq sahəsinə daxil ola bilməmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixində Daşınmaz Əmlakın Reyestr Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə müraciət edilərək daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasına dair ərizə təqdim etmişdir. Lakin, cavabdehin əməkdaşı da torpaq sahəsinə torpağı zəbt edən şəxslər tərəfindən sahəyə buraxılmamışdır. Bu səbəbdən cavabdehin xx.xx.2020-ci il tarixli məktubu ilə daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina olunmuşdur. İddiaçı mülkiyyətindən bu formada məhrum edilməyi heç bir dövlətdaxili və beynəlxalq qanunvericilik normasına uyğun deyildir.

6. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağlar sahəsində 38 №-li BTK–nın nəzdində 0,12 hektar torpaq sahəsi olan 1878 №-li bağ yeri sahəsinə iddiaçının mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2930/2023 saylı protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdehin etirazları:

8. Cavabdeh iddia tələbin ə qarşı ərizəsində qeyd etmişdir ki, ünvana keçirilən texniki baxış zamanı məlum olmuşdur ki, göstərilən bağ sahəsi digər şəxs tərəfindən hasarlanaraq istifadə olunur. Vətəndaş iddia etdiyi torpaq sahəsinə daxil ola bilmir. Belə ki, bağ sahəsinə texniki baxış keçirmək üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. İddiaçı idarəyə müraciətində və iddia tələbində bağ sahəsinin nömrəsini 1887 qeyd etmişdir, lakin təqdim olunan orderdə bağ sahəsinin nömrəsi 1878 qeyd olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2930/2023 saylı, xx.xx.2023-cü il qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağlar sahəsində 38 №-li BTKnın nəzdində 0,12 hektar torpaq sahəsi olan 1878 №-li bağ yeri sahəsinə İddiaçı mülkiyyət hüquq ların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

10. Məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağlar sahəsində 38 №-li BTK-nın nəzdində 0,12 hektar torpaq sahəsi İddiaçı qanuni əsaslarla ayrıldığından, eləcə də torpaq sahəsinin yerləşmə sxemi də mövcud olduğundan iddiaçının iddia tələbi əsaslıdır.

11. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1845/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2930/2023 saylı, xx.xx.2023-cü il qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 7ci maddəsinə istinad edilərək apelyasiya instansiyası məhkəməsinin mövqeyinin əsassız və qanunsuz olduğu qeyd edilir.

16. Belə ki, idarənin mütəxəssisləri tərəfindən xx.xx.2022-ci il tarixində ünvana keçirilən texniki baxış zamanı məlum olmuşdur ki, göstərilən bağ sahəsi digər şəxs tərəfindən hasarlanaraq istifadə olunur. Vətəndaş iddia etdiyi torpaq sahəsinə daxil ola bilmir. Belə ki, bağ sahəsinə texniki baxış keçirmək üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Habelə elektron baza məlumatlarına əsasən şərti olaraq iddiaçı tərəfindən kənardan göstərilən sahə digər hüquqi şəxsin mülkiyyətində olan ərazidir, 1887 saylı bağ sahəsinə aid deyil. Belə ki, ümumi ərazidə Bilgəh bağ massivi kimi torpaq sahəsi qeydiyyatdan keçməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu:... Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müv afiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gün dən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, h əmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN ZƏDDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

26. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddianın əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

27. İş materiallarında olan sənədlərlə iddiaçıya ayrılmış torpaq sahəsi ilə bağlı ilkin hüquqmüəyyənedici sənədlərin mövcudluğu təsdiq edilir. Bakı şəhər İcraiyyə Komitəsini n xx.xx.1992-ci il tarixli, 544 nömrəli qərarına əsasən İddiaçı 38 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 1878 №-li bağ ayrılmışdır.

28. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə – Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli, 544 nömrəli qərara əsaslanır.

29. Beləliklə, iddiaçının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsindən irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.

30. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-1845/2024 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar