Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2657/2018 19.12.2018 ALİ MƏHKƏMƏ 2-1(102)-2657/2018 QƏRARDAD Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması üzrə Bakı şəhəri 19 dekabr 2018-ci il Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İ.Dadaşov cavabdeh Dövlət Sosial Müdafıə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsi və vəkili Vəkil kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdim: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 may 2018-ci il tarixli, 2-1(81)-2080/2018 saylı qərarı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə qarşı iddia tələbi təmin edilərək pensiya məbləğinin birdəfəlik ona ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir (hakim A.A.Abdullayeva). BakıApellyasiya Məhkəməsinin İnzibati-İqt isadi Kollegiyasının 31 avqust 2018ci il tarixli, 2-1(103)-2132/2018 saylı qərarı ilə (sədrlik edən S.S.Seyidova, hakimlər V.M.Ağayev və V.M.Məmmədov) İddiaçı apellyasiya şikayətitəmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 may 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. BakıApellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 avqust 2018ci il tarixli qərarından cavabdeh Dövlət Sosial Müdafıə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsi və vəkili Vəkil tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətini nəzərdən keçirərək hesab edirəm ki, kassasiya şikayəti, onun verilməsi üçün müəyyən edilmiş müddət ötürüldüyü, həmçinin cavabdeh tərəfindən 1 saylı Bakı İnzibati-İqtisa di Məhkəməsinin 10 may 2018-ci il tarixli qərarından apellyasiya şikayəti verilmədiyi və ona münasibətdə birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvəyə mindiyi üçün mümkün hesab edilməməli, şikayətin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. İş materiallarından görünür ki, BakıApellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 avqust 2018-ci il tarixli qərarı cavabdeh Dövlət Sosial Müdafıə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə 29 sentyabr 2018-ci il tarixdə təqdim edilmiş, cavabdeh tərə findən 1 aylıq prosessual müddət hər hansı üzrlü səbəb olmadan ötürülmüş, qərardan verilmiş kassasiya şikayəti 05 noyabr 2018-ci il tarixdə bilavasitə Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmiş, prosessual müddətin bərpası barədə vəsatət verilməmiş, kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılarkən isə cavabdeh nümayəndəsi və vəkilinin iştirakını təmin etməmişdir. İnzibati Prosessual Məcəlləsinin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayəti n qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.3-cü maddəsini rəhbər tutaraq Qərara aldım: Cavabdeh Dövlət Sosial Müdafıə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsi və vəkili Vəkil kassasiya şikayəti mümkün hesab edilməsin. Kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-2657/2018
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2657/2018
19.12.2018 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver