Məhkəmə qərarları › İş №2-1(102)-2657/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2657/2024

28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2657/2024 28.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin AR Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üz rə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 may 2024-cü il tarixli, 21(103)-2009/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2022-ci il tarixədək AR Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində müxtəlif zabit vəzifələrində həqiqi hərbi xidmət keçmiş, müdafiə nazirinin 0312 nömrəli, xx.xx.2022-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “v” bəndinə (xəstəliyə görə) əsasən ehtiyata buraxılmışdır.

2. Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələri Komandanının əmri ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə,xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə döyüş tapşırığının yerinə yetirilməsi üçün xidməti ezamiyyətdə olmuşdur.

3. Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrinə əsasən 416, N və N nömrəli hərbi hissələr N sentyabr - N noyabr 2020-ci il tarixlərində Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişdir.

4. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh müraciəti cavablandırmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra idd ia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin AR Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2022-ci il tarixədək Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində müxtəlif zabit vəzifələrində həqiqi hərbi xidmət keçmiş, müdafiə nazirinin 0312 nömrəli, xx.xx.2022-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “v” bəndinə (xəstəliyə görə) əsasən ehtiyata buraxılmışdır. O, xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (ehtiyata buraxılanadək) Müdafiə Nazirliyinin Hərbi X3 - Texniki Təminat İdarəsində (A 4) “Aviasiya uçuşlarının radiotexniki təminatı vasitələrinin istismarı və təhlükəsizliyi şöbəsi rəisinin aviasiya uçuşlarının hərəkətinin avtomatlaşdırılmış idarəetmə və radioişıq texniki təminatı üzrə baş köməkçisi” vəzifəsində xidmət etmişdir. Bu vəzifədə xidmət edərkən 44 günlük Vətən Müharibəsində iştirak etmişdir. Belə ki, o, Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələri Komandanının müvafiq əmri ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə,xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə döyüş tapşırığının yerinə yetirilməsi üçün xidməti ezamiyyətdə olmuşdur. Ezam olunmağının səbəbi və məqsədi isə Hərbi Hava Qüvvələrinin 44 günlük Vətən Mü haribəsində döyüş əməliyyatlarına cəlb olunmuş hərbi hissələrinin (416, 418, N nömrəli hərbi hissələr) həmin dövrdə apardıqları döyüş əməliyyatlarının döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi olmuşdur. Belə ki, o, Aviasiyanın döyüş uçuşlarının Şəmkir (Dəllər N nömrəli hərbi hissə), Kürdəmir aerodromlarında (N nömrəli hərbi hissə ) və Goran aviasiya komendantlığında (N nömrəli hərbi hissə) gecə-gündüz sadə və mürəkkəb meteoşəraitlərdə radionaviqasiya, radiolokasiya və hava hərəkətinin avtomatlaşdırılmış idarəetmə vasitələri ilə təmin edilməsində, aerodromların qalxma-enmə zolaqlarının, vertolyot meydançalarının radioişıq siqnal avadanlıqları vasitəsi ilə işıqlandırılmasının təşkil edilməsində, vəsaitlərin təyinatı üzrə düzgün istifadəsinin təşkilində, yerləşməsində və mövqe lərdə açılmasında iştirak etmiş, şəxsi heyətin daima döyüş uçuşlarının təminatına hazır olmasını təmin etmiş, nasazlıqlar zamanı çatışmazlıqların yerində aradan qaldırılmasında, təmirin aparılmasında şəxsən iştirak etmiş, təyyarələrin idarə olunması, hədəfgöstərmə, aerodrom və aerodrom qovşaqları rayonlarında təyyarələrin (helikopterlərin) uçuş və enməsi məsələlərinin həll edilməsinin təşkil edilməsində uçuş hadisələrinə zəmin yaradan şəraitlər və onların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görmüşdür. Lakin Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın xx.xx.2023-cü il tarixli qərarı ilə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazi rlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtinaya dair inzibati araşdırma aparılmasına və ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsinə göstəriş verilməsi xahişi ilə xx.xx.2023-cü il tarixdə etibarnamə üzrə səlahiyyətli nümayəndəsı vasitəsi ilə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin müraciəti cavabsız və nəticəsiz qalmışdır. Müraciətinin cavablandırılmamasını imtina kimi qiymətləndirir, imtinanı isə əsassız və qanunsuz hesab edir.

7. İşin məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin xx.xx.2023-cü il tarixli, 0842 nömrəli məktubu ilə Hərbi Hava Qüvvə lərinin sabiq hərbi qulluqçusu olan iddiaçının şəxsi heyətin siyahısına daxil olması, şəxsi heyətin siyahısından çıxması, 44 günlük vətən müharibəsidə döyüş tapşırıqlarını yerinə yetirmək məqsədilə 416, N və 418-ci aviasiya uçuşlarının təminat mərkəzlərinə ezam olunması barədə hərbi hissə komandirinin nizami hissə üzrə əmrindən çıxarışlar və müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələri komandanının xx.xx.2020-ci il tarixli 0247 nömrəli əmrindən çıxarışı məhkəməyə təqdim edilmişdir. 8. 950 nömrəli hərbi hissə komandirinin N nömrəli xx.xx.2017-ci il tarixli əmrindən çıxarışa əsasən iddiaçı, müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 09 sentyabr 2017-ci il tarixli 0399 nömrəli əmri ilə aviasiya uçuşlarının radiotexniki təminatı vasitələrinin istismarı və təhlükəsizliyi şöbəsi rəisinin aviasiya uçuşlarının hərəkətinin avtomatlaşdırılmış idarəetməsi və radioişıq texniki təminatı üzrə baş köməkçisi köməkçisi vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən (Bakı şəhəri) gəlmiş hesab edilmiş, 30 sentyabr 2017-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminata qoyulmuş və vəzifəsinin icrasına başlamışdır.

9. Bakı İnzibati Məhkəməsinin (hakim: L.S.Musayeva) 01 fevral 2024-cü il tarixli, 21(112)-1329/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, işin hallarına əsasən iddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Müdafiə Nazirliyinin Hərbi X3 - Texniki Təminat İdarəsində (A 4) Aviasiya uçuşlarının radiotexniki təminatı vasitələrinin istismarı və təhlükəsizliyi şöbəsi rəisinin aviasiya uçuşlarının hərəkətinin avtomatlaşdırılmış idarəetmə və radioişıq texniki təminatı üzrə baş “köməkçisi” vəzifəsində xidmət etmişdir.

11. Məhkəmə sorğusuna cavab olaraq verilmiş məlumatlardan görünür ki, müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələri Komandanının xx.xx.2020-ci il tarixli əmri ilə xx.xx.2020 - xx.xx.2020-ci il N nömrəli hərbi hissədə, xx.xx.2020 - xx.xx.2020-ci il N nömrəli hərbi hissədə, xx.xx.2020 - xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə döyüş tapşırığının y erinə yetirilməsi üçün xidməti ezamiyyətə göndərilmişdir. İddiaçının ezamiyyətə göndərilməsinin səbəb və məqsədi Aviasiyanın döyüş uçuşlarının Şəmkir (Dəllər), Kürdəmir aerodromlarında və Goran aviasiya komendantlığında gecə-gündüz sadə və mürəkkəb meteo-şəraitlərdə radionaviqasiya, radiolokasiya və hava hərəkətinin avtomatlaşdırılmış idarəetmə vasitələri ilə təmin edilməsi, aerodromların qalxma-enmə zolaqlarının, vertolyot meydançalarının radioişıq siqnal avadanlıqları vasitəsi ilə işıqlandırılmasının təşkil edilməsi, vəsaitlərin təyinatı üzrə düzgün istifadəsinin təşkilində, yerləşməsində və mövqelərdə açılmasında iştirak etməsi, şəxsi heyətin daima döyüş uçuşlarının təminatına hazır olmasını təmin etməsi, nasazlıqlar zamanı çatışmazlıqların yerində aradan qaldırılmasında, təmirin aparıl masında şəxsən iştirak etməsi, təyyarələrin idarə olunması, hədəfgöstərmə, aerodrom və aerodrom qovşaqları rayonlarında təyyarələrin (helikopterlərin) uçuş və enməsi məsələlərinin həll edilməsinin təşkil edilməsində uçuş hadisələrinə zəmin yaradan şəraitlər və onların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməsi olub. Məhkəmənin araşdırması nəticəsində müəyyən olunduğu kimi, 416, N və N nömrəli hərbi hissələr N sentyabr - N noyabr 2020-ci il tarixlərində Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişdir. Göründüyü kimi, iddiaçının döyüş əməliyyatlarında iştirakı onun hərbi bileti, ezamiyyət vəsiqəsi, əmrdən çıxarışları ilə təsdiq edilir. Hərbi dokt rina nöqteyi-nəzərincə sülh və ya müharibə dövründə silahlı qüvvələrin arxa təminatı - silahlı qüvvələrin silahla, hərbi sursatla, yanacaqla, sair maddi-texniki vasitələrlə təmin edilməsi üzrə kompleks tədbirlər sistemini ehtiva edir. Arxa hissə təminatı silahlı qüvvələrin döyüş qabiliyyətinin lazımi səviyyədə saxlanılması üçün onların ehtiyaclarının ödənilməsi, döyüş əməliyyatları zonasında hərbi hissələr tərəfindən hərbi vəzifələrin uğurla həyata keçirilməsinin təmin edilməsi məqsədlərinə xidmət edir və döyüş əməliyyatları təminatının tərkib hissəsi sayılır. Bu baxımdan, döyüş təminatı ilə bağlı tapşırıqların yalnız və sadəcə olaraq, əməliyyat təminatı kimi təfsir olunması məqbul sayıla bilməz. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat n övlərinin, o cümlədən arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur.

12. Məhkəmə hesab etmişdir ki, hazırkı mübahisəyə münasibətdə, iddiaçının ezam olunduğu ərazilərdə yerinə yetirdiyi xidməti vəzifəni qeyd olunan kontekstdən qiymətləndirmək lazımdır. Başqa sözlə, iddiaçının ezam olunduğu ərazilərdə komanda gecə-gündüz sadə və mürəkkəb meteo-şəraitlərdə radionaviqasiya, radiolokasiya və hava hərəkətinin avtomatlaşdırılmış idarəetmə vasitələri ilə təmin edilməsi, aerodromların qalxma-enmə zolaqlarının, vertolyot meydançalarının radioişıq siqnal avadanlıqları vasitəsi ilə işıqlandırılmasının təşkil edilməsi, vəsaitlərin təyinatı üzrə düzgün istifadəsinin təşkilində, yerləşməsində və mövqelərdə açılmasında iştirak etməsi, şəxsi heyətin daim döyüş uçuşlarının təminatına hazır olmasını təmin etməsi, nasazlıqlar zamanı çatışmazlıqların yerində aradan qaldırılmasında, təmirin aparılmasında şəxsən iştirak etməsi, təyyarələrin idarə olunması, hədəfgöstərmə, aerodrom və aerodrom qovşaqları rayonlarında təyyarələrin (helikopterlərin) uçuş və enməsi məsələlərinin həll edilməsinin təşkil edilməsində uçuş hadisələrinə zəmin yaradan şəraitlər və onların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməsi öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi dəyərləndirilməlidir.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Ko llegiyasının (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və S.R.Səlimova) 31 may 2024-cü il tarixli, 2 1(103)-2009/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

17. Cavabdehin kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçı işğaldan azad olunmuş ərazi sayılmayan Kürdəmir, Şəmkir rayonlarında, habelə Goran qəsəbəsində hərbi xidmət k eçmişdir. Göründüyü kimi, iddiaçının xidmət keçdiyi şəhərlər və qəsəbə Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərə daxil deyildir. İddiaçı döyüş əməliyyatlarına bilavasitə cəlb edilməmiş, döyüş əməliyyatlarının maddi-texniki təminat növü üzrə tapşırıqları yerinə yetirmişdir və bu səbəbdən tələbində haqlı deyildir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

18. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.... Veteran adları və vəsiqələri öz səlahiyyətlə ri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd

1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar x əsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında;... 21. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 420 Qərarı təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə: Azərbaycan Respubli kasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatla rı aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, do qquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməs i üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında veri lmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetə rli hesab olunur.

28. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsində iştirakı iş materiallarında olan mötəbər sübutlarla (müvafiq əmrlərlə) öz təsdiqini tapır.

29. Cavabdehin “iddiaçının ezam olunduğu ərazilərin (Kürdəmir, Dəllər, Goran) Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi ərazi meyarlarına uyğun olmaması” ilə bağlı kassasiya dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, sülh və ya müharibə dövründə silahlı qüvvələrin arxa təminatı - silahlı qüvvələrin silahla, hərbi sursatla, yanacaqla, sair maddi-texniki vasitələrlə təmin edilməsi üzrə kompleks tədbirlər sistemini ehtiva edir. Arxa hissə təminatı silahlı qüvvələrin döyüş qabiliyyətinin lazımi səviyyədə saxlanılması üçün onların ehtiya clarının ödənilməsi, döyüş əməliyyatları zonasında hərbi hissələr tərəfindən hərbi vəzifələrin uğurla həyata keçirilməsinin təmin edilməsi məqsədlərinə xidmət edir və döyüş əməliyyatları təminatının tərkib hissəsi sayılır. Bu səbəbdən, döyüş təminatı ilə bağlı tapşırıqlar yalnız əməliyyat təminatı kimi təfsir oluna bilməz. Belə ki, döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı, həm də digər təminat növlərinin, o cümlədən arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur.

30. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlər ə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 may 2024-cü il tarixli, 2 1(103)-2009/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar