Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2659/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Bakı Apellyasiya Məhkəməsinə qarşı iş üzrə QƏRARDAD (iş № 2-1(102)-2659/2023) (Açar sözlər: ərazi aidiyyatı). Bakı şəhəri 21 sentyabr 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 21.09.2023 Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Bakı Apellyasiya Məhkəməsinə qarşı “pozulmuş hüquqların bərpası və s.” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 avqust 2023-cü il tarixli 2-1(103)-3427/2023 nömrəli qərarda dına əsasən ərazi aidiyyətinin müəyyən edilməsinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
1. İddiaçı MMC-nin cavabdeh Bakı Apellyasiya Məhkəməsinə qarşı “pozulmuş hüquqların bərpası və s.” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9360/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı (hakim-H.Ağalarov) ilə iddia mümkün sayılmamışdır.
3. Məhkəmə hesab etmişdir ki, iddia ərizəsində məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında aparılan icraatla bağlı Bakı Apellyasiya Məhkəməsinin üzərinə öhdəlik qoyulması,həmin icraatla bağlı qərar qəbul edilməsi kimi tələblər irəli sürülmüşdür ki, onların heç birinə inz ibati məhkəmə icraatı qaydasında baxıla bilməz.
4. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 avqust 2023-cü il tarixli, 2-1(103)-3427/2023 nömrəli qərardadına əsasən (K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və İ.S.Şirinov) İddiaçı MMC-nin cavabdeh Bakı Apellyasiya Məhkəməsinə qarşı “pozulmuş hüquqların bərpası və s.” tələbinə dair inzibati iş başqa məhkəməyə verilməsi məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
6. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia bilavasitə Bakı Apellyasiya Məhkəməsinə qarşı verilmişdir. Belə olan halda hazırkı mübahi səyə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən baxıla bilməz və iş baxılması üçün başqa məhkəmənin icraatına verilməlidir. Buna görə də, hazırkı inzibati işin başqa məhkəməyə verilməsi məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ
7. İnzibati Prosessual Məcəllə Maddə
9. Ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmənin müəyyən edilməsi 9.1. Aşağıdakı hallarda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir: 9.1.1. səlahiyyətli məhkəmə konkret halda hüquqi və ya faktiki baxımdan məhkəmə icraatını həyata keçirə bilmədikdə; 9.2. Bu Məcəllənin 8.1-ci maddəsində nəzərdə tutulmuş qaydada ərazi aidiyyətini müəyyən etmək mümkün olmadığı hallarda, səlahiyyətli məhk əmə Ali Məhkəmə tərəfindən müəyyən edilir. 9.3. Məhkəmə icraatının hər bir iştirakçısı və mübahisəyə baxan hər bir məhkəmə aidiyyətlə bağlı yuxarı məhkəməyə müraciət edə bilər. Yuxarı məhkəmə müraciət üzrə şifahi məhkəmə baxışı keçirmədən də qərar qəbul etməyə haqlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
9. İş materiallarından müəyyən olunur ki, iddia Bakı Apellyasiya Məhkəməsinə qarşı verildiyindən, o, hazırkı işə baxa bilməz. Digər tərəfdən, hazırkı mübahisədə cavabdeh olan Bakı Apellyasiya Məhkəməsi işin aid olduğu məhkəməyə verilməsini də MPM-in 45.5ci maddəsinə əsasən (hüquqi baxımdan) həll edə bilmir.
15. Məhkəmə kolllegiaysı hesab edir ki, iddia bilavasitə apellyasiya instansiyası məhkəməsinə qarşı verildiyindən və həmin məhkəmə hüquqi baxımdan məhkəmə icraatını həyata ke çirə bilmədiyindən – iş baxılması üçün Şəki Apellyasiya məhkəməsinə göndərilməlidir.
17. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası İPMnin 9.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: İddiaçı MMC-nin cavabdeh Bakı Apellyasiya Məhkəməsinə qarşı “pozulmuş hüquqların bərpası və s.” tələbinə dair iş baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qətidir.