Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-266/2019 22.01.2019 ALİ MƏHKƏMƏ GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(107)-500/2018 saylı iş üzrə 03 oktyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 22 yanvar 2019 -cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh 10 may 2018-ci il tarixli, 57/1561 nömrəli məktubu ilə İddiaçı qanunverciliklə tələb olunan 25 il ümumi və 12 il 06 ay güzəştli iş stajı olmadığına və əmək kitabçasında qeyd olunan dövrlərin arxiv sənədlərinin yerində qarşılıqlı yoxlanılmasının mümkün olmadığına istinadla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Cavabdeh bu zaman ona əsaslanmışdır ki, iddiaçının əmək kitabçasında qeyd olunan 25.12.1976-cı il tarixdən 27.02.1993-cü il tarixədək 42 nömrəli Tikinti Quraşdırma İdarəsində, 01.03.1993-cü il tarixdən 20.12.2002-ci il tarixədək Azərbaycan Respublikası Kənd Təsərrüfat ı Nazirliyi “Tərəvəz-Toxum” Elm-İstehsalat Birliyində işləmə faktının qarşılıqlı yoxlanılması mümkün olmamışdır. Belə ki, 42 nömrəli Tikinti Quraşdırma İdarəsi və “Tərəvəz-Toxum” Elm-İstehsalat Birliyi hal-hazırda fəaliyyət göstərmir, arxiv sənədlərinin harada saxlanılması məlum deyildir. Qeyd olunan dövrün qarşılıqlı yoxlanılması mümkün olmadığından iddiaçının həqiqətən həmin müəssisələrdə işləməsini və 1992-ci ildən sonrakı dövr üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini aydınlaşdırmaq mümkün olmamışdır. Ona görə də, əmək kitabçasında qeyd olunan dövrlərin qarşılıqlı yoxlaması mümkün olmadığı üçün həmin dövr sosial sığorta stajına daxil edilmir. Bununla razılaşmayan iddiaçı hazırkı iddianı irəli sürərək tələbini onunla əsaslandırmışdır ki, cavabdeh orqan tərəfindən edil miş imtina əsassızdır. Belə ki, onun işlədiyi illər əmək kitabçasında qeyd olunmuşdur və həmin illərin güzəştli iş stajı kimi hesablanması üçün qanuni əsaslar mövcuddur. Cavabdeh iddiaya qarşı təqdim etdiyi etirazında müraciəti təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlillərə istinadla iddianın rədd edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1014/2018 saylı, 16 iyul 2018-ci il tarixli qərarı (hakim - K.H.Vəliyev) ilə iddia təmin edilərək cavabdeh DSMF-in Mingəçevir şəhər şöbəsinin üzərinə İddiaçı 25.12.1976-cı il tarixdən 27.02.1993-cü il tarixədək 42 nömrəli Tikinti Quraşdırma İdarəsində, 01.03.1993-cü il tarixdən 20.12.2002ci il tarixədək Təkrar-Toxum Elmi-İstehsalat Birliyində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməsi, 29.01.1977-ci il tarixdən 27.02.1993-cü il tarixədək və 01.03.1993cü il tarixdən 20.12.2002-ci il tarixədək elektrik qaynaqçısı işlədiyi dövrün güzəştli iş stajı kimi hesablanması və 57 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)500/2018 saylı, 03 oktyabr 2018-ci il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim G.Q.Abbasov, hakimlər - R.R.Rəfiyev və E.Ş.Hüseynov)ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 16 iyul 2018-ci il tarixli, 2-1(84)-1014/2018 nömrəli qərarı İddiaçı 01.03.1993-cü il tarixdən 20.12.2002-ci il tarixədək Təkrar-Toxum Elmi-İstehsalat Birliyində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin DSMF-in Mingəçevir şəhər şöbəsinin üzərinə qoyulması hissəsində dəyişdirilmiş, İddiaçı 01.03.1993-cü il tarixdən 20.12.2002-ci il tarixədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “Tərəvəz-Toxum” Elm-İstehsalat Birliyinin təmir sahəsində işlədiyi dövrlərin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə qoyulmuş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 16 iyul 2018-ci il tarixli, 2-1(84)-1014/2018 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qərarını ləğv edərək iş üzrə iddianın təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarıldığından ləğv edilməlidir. Belə ki, İddiaçı 57 yaşı 2015-ci il tarixdə tamam olduğu üçün pensiya hüququna həmin tarixdə qüvvədə olan qanuvericiliyə uyğun baxılmışdır. 2015-ci ildə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraiti xüsusilə ağır olan işlərdə çalışan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 06 ayını həmin (əmək şəraiti xüsusilə ağır olan) işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərt lərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsasən, sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 4.2.7-ci bəndinə əsasən, pensiya təyinatı sektorunun məsləhətçisi zəruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlamasını həyata keçirir. İddiaçı təqdim etdiyi əmək kitabçasında qeyd olunan 25.12.1976-cı il tarixdən 27.02.1993-cü il tarixədək 42 nömrəli Tikinti Quraşdırma İdarəsində, 01.03.1993-cü il tarixdən 20.12.2002-ci il tarixəd ək “Tərəvəz-Toxum” Elmi-İstehsalat Birliyində işləmə faktının “Qaydalar”a uyğun olaraq qarşılıqlı yoxlanılması mümkün deyildir. Əmək kitabçasında qeyd olunan 42 nömrəli Tikinti Quraşdırma İdarəsi və Təkrar-Toxum Elmiİstehsalat Birliyi hal-hazırda fəaliyyət göstərmir, arxiv sənədlərinin harada saxlanılması məlum deyil. Əmək kitabçasında qeyd olunan dövrün qarşılıqlı yoxlanılması mümkün olmadığı üçün onun həqiqətən həmin müəssisələrdə işləməsini və 1992-ci ildən sonrakı dövr üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini aydınlaşdırmaq mümkün olmamışdır. Əmək kitabçasında qeyd olunan dövrlərin qarşılıqlı yoxlanılması mümkün olmadığı üçün həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Tərəflərin izahatları İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayıl maması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti qismən təmin edilərək apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə gönədrilməlidir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsində təsbit edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Kollegiya hesab edir ki, mübahisəyə baxılması ilə əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. İşin hallarından göründüyü kimi cavabdehin iddiaya qarşı əsas etirazı ondan ibarətdir ki, iddiaçının əmək kitabçasında qeyd olunan 25.12.1976-cı il tarixdən 27.02.1993-cü il tarixədək 42 nömrəli Tikinti Quraşdırma İdarəsində, 01.03.1993-cü il tarixdən 20.12.2002ci il tarixədək isə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “Tərəvəz-Toxum” Elmİstehsalat Birliyində işləmə faktının qarşılıqlı yoxlanılması mümkün olmadığından qeyd olunan dövrlər sosial sığorta stajına daxil edilə bilməz. Cavabdeh həmçinin bildirmişdir ki, göstərilən müəssisələr hal-hazırda fəaliyyət göstərmədiyindən, eləcə də arxiv sənədlərinin harada saxlanılması məlum olmadığından iddiaçının həqiqətən həmin müəssisələrdə işləməsini aydınlaşdırmaq mümkün olmamışdır. Apellyasiya məhkəməsi iddiaçının sözügedən müəssisələrdə işləməsinin ona məxsus əmək kitabçasında aparılmış qeydlərlə təsdiqləndiyinə istinadla iddianı təmin etmiş, cavabdehin bildirdiyi halları iddiaçının təqsiri ilə əlaqələndirməyin mümkün olmadığını göstərmişdir. Kollegiya hesab edir ki, məhkəmə cavabdehi n dəlillərindən irəli gələn zəruri araşdırmanın aparılmasını təmin etməli idi. Başqa sözlə, 42 nömrəli Tikinti Quraşdırma İdarəsinin və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “Tərəvəz-Toxum” Elm-İstehsalat Birliyinin iddiaçının əmək kitabçasında göstərilən dövrlərdə həqiqətən fəaliyyətdə olan müəssisə olub-olmadıqları müəyyənləşdirilməli, eləcə də sözügedən müəssisələrin hal-hazırda fəaliyyət göstərib-göstərmədikləri dəqiq aydınlaşdırılmalıdır. Bu məqsədlə əlaqədar təşkilatlara və arxivə müvafiq sorğular verməklə ilk növbədə müəssisələrin özlərinin mövcudluğunu təsdiq edən sübutlar toplanmalı, eləcə də iddiaçının orada əmək fəaliyyəti göstərdiyini təsdiq edən digər sənədlərin saxlanılıb-saxlanılmadığı müəyyənləşdirilməlidir. Bu hal, iddiaçının həqiqətən həmin müəssisələrdə işlə məsiniaydınlaşdırmağın mümkün olmadığı ilə bağlı cavabdehin dəlillərinin təkzib edilməsi üçün zəruridir. Yalnız bu qaydada araşdırma aparmaqla sözügedən müəssisələrin həqiqətən də əmək kitabçasında göstərilən dövrlərdə fəaliyyət göstərmiş müəssisələr olduğu dəqiqləşdirildikdən sonra həmin müəssisələrin sənədlərinin iddiaçının təqsiri ilə bağlı olmayan bu və ya digər səbəblərdən saxlanılmadığı, yaxud da arxivə təhvil verilmədiyi üçün iddiaçının orada işləməsini əmək kitabçasındakı qeydlərə istinadla müəyyən etmək olar. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kolle giyasının 2-1(107)-500/2018 saylı iş üzrə 03 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-266/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-266/2019
22.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver