Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-266/2020 25.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (50 yaşdan güzəştli şərtlə əmək pensiyası hüququnun yaranması, dalğıc həkimi) GİRİŞ HİSSƏ Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtl ərlə Təyinat İdarəsinə qarşı işlədiyi və təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməklə pensiya təyin edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2358/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ xx.xx.1954-cü il təvəllüdlü İddiaçı (bundan sonra iddiaçı) işlədiyi sahələrin xüsusilə ağır və zərərli sahə olduğunu, xx.xx.1997-ci il tarixədək 20 ildən artıq ümumi, 10 ildən artıq güzəştli iş stajı topladığını nəzərə alaraq, 50 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına dair ərizə ilə Azərbaycan Respublikas ı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Suraxanı rayon şöbəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Suraxanı rayon şöbəsi iddiaçının müraciətinin təmin olunmasından imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-cu maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 60 yaşına çatdıqda azı 2 5 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ay həmin işlərdə çalışmışdırsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının tələb olunan yaş həddi olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yoxdur. İmtina ilə razılaşmayan iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Suraxanı rayon şöbəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, ona xx xxxxxx 1971-ci il tarixdən xx xxx 1973-cü il tarixədək, xx xxxx 1976-cı il tarixdən xx xxxxxx 1976-cı il tarixədək H.Cavid adına Üzümçülük Sovxozunda fəhlə işlədiyi, 1977 - 1983-cü illərdə ali təhsil aldığı, xx xxxxxx 1983-cü il tarixdən xx xxxx 1984-cü il tarixədək Mərkəzi Neft çilər Xəstəxanasında dalğıc işləri üzrə həkim internaturada işlədiyi dövr, xx xxxxxx 1984-cü il tarixdən xx xxxxx 2008-ci il tarixədək Neft Daşlarında dalğıc dərin dalma özlüyündə dalğıc həkim vəzifəsində işlədiyi dövr sığorta stajına daxil edilərək 2004 - 2005-ci illər üzrə əmək haqqı nəzərə alınmaqla 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1954-cü il tarixində doğulmuşdur. xx.xx.1971-cı ıl tarixdən xx xxx 1973-cü il tarixə qədər, xx xxxx 1976-cı il tarixdən xx xxxxxx 1976-cı il tarixə qədər H.Cavid adına üzümçülük sovxozunda fəhlə işlədikdən sonra 1977-ci ildən xx xxx 1983-cü ilə qədər ali təhsil almışdır. xx xxxxxx 1983-cü il tarixdən xx xxxx 1984-cü il tarixə qədər Mərkəzi Neftçilər Xəstəxanasında dalğıc işləri üzrə həkim internatura vəzifəsinə keçmiş, xx xxxxxx 1984-cü ildən xx xxxxx 2008-ci ilə qədər Neft Daşlarında dalğıc dərin dalma özülündə dalğıc həkim vəzifəsində çalışmışdır. Ümumilikdə 30 ildən çox ümumi stajı vardır. 10 ildən artıq zərərli (1-ci siyahı üzrə) iş stajı vardır. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli qərarında kod 12100000 XXİİİ Ümumi peşələr bölməsinin sualtı işlərlə məşğul dan dalğıclar və başqa işçilər, o cümlədən yüksək atmosfer təzyiqi şəraitində il ər zində 275 saatdan az olmayaraq (25 saatdan) və yaxud dalğıclıq təcrbəsinə başladığı vaxtdan su altında iş müddəti 2750 saat və çox olanlar 12100000-11465 saylı kod göstərilmişdir. Güzəştli iş stajı Mərkəzi Neftçilər Xəstəxanasının xx xxxxx 2018-ci il tarixli, 240 saylı arayışdan və həmçinin əmək müqaviləsindən göründüyü kimi ağır işdə işlədiyi üçün əmək haqqına 15 faiz əlavə haqq ödənilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdehin iddiaya etirazının əsasları imtinasının əsasları ilə eynilik təşkil etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)-2056/2019 saylı qərarı ilə (hakim: R.L.Kərimli) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının vəzifəsi bilavasitə zərərli iş hesab olunmuşdur ki, bu d a onun işlədiyi dalğıc işləri vəzifəsinin güzəştli şərtlərlə pensiya hüququ verən peşə olduğu qənaətinə gəlməyə əsas verir. Qərardan narazı qalan cavabdeh ondan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İşə apelyasiya qaydasında baxılarkən Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2358/2019 saylı qərardadı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Suraxanı rayon şöbəsi iş üzrə əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İ qtisadi Kollegiyasının 2-1(103)-2358/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: E.E.Nağıyeva və V.Ə.Baxışova) apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)-2056/2019 saylı qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir. Apelyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 50 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yarana bilməsi üçün onun sadəcə dalğıc həkimi vəzifəsində işləməsi yetərli deyildir, həm də həmin vəzifədə il ərzində 275 saatdan az olmayaraq (ay ərzində 25 saatdan) və yaxud dalğıclıq təcrübəsinə başladığı vaxtdan su altında iş müddəti 2750 saat və çox işləməlidir. İddiaçının işlədiyi dalğıc üzrə həkim peşəsi məlum siyahıda nəzərdə tutulmuş olsa da, id diaçının dalğıc həkim kimi il ərzində yüksək təzyiq altında qalma müddəti qaydalarda nəzərdə tutulmuş normalardan azdır, yəni bu müddət ildə 275 saat təşkil etməli olduğu halda, cəmi 218 saat 32 dəqiqə təşkil etmişdir. Həmçinin iddiaçının dalğıclıq təcrübəsinə başladığı 1984-cü ildən 1997-ci ilin avqust ayınadək güzəştli şərtlərlə pensiya hüququ verən dalğıc peşəsində ümumi olaraq 2750 saat yüksək təzyiq altında su altında işləməsi də müəyyən olunmur. Qərardan narazı qalan iddiaçı ondan kassasiya şikayəti verərək qərarın ləğv edilərək iddiasının təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə məhkəmə qərar qəbul edərkən mülahizələrə əsaslanmış və işdəki rəsmi sənədlərə istinad etməmişdir. Diqqət yetirilsəydi açıq-aydın görünərdi ki, iddiaçının yüksək təzyiq altında suda qalma saatı məhkəmənin göstərdiyi kimi 2750 saat yox, 5154 saat 10 dəqiqə təşkil etmişdir. Bütün bunlar isə onu göstərir ki, məhkəmə işi tam və hərtərəfli araşdırmamış və Azərbaycan Respublikası MPM-in, İPM-in, tələblərini, habelə qüvvədə olan Nazirlər Kabinetinin qərarlarını, nəhayət Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin tələblərini kobudcasına pozmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə b axılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Prosessual hüquq normaları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Həmçinin qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qa ydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apelyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etməmişdir. Belə ki, hazırki işin hallarından görünür ki, iddiaçı 50 yaşdan ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmiş, cavabdeh isə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-cu maddəsinə istinad edərək iddiaçının qanunla tələb olunan yaş həddi (60 yaş) olmadığından, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun olma dığını bildirmişdir. Göründüyü kimi, cavabdeh iddiaçının pensiya təyini üçün yetərli ümumi və ya xüsusi stajını və ya işlədiyi peşənin güzəştli peşə olub-olmadığını deyil, iddiaçıya güzəştli şərtlərlə pensiya təyini üçün yaş həddinə çatmadığını mübahisələndirmişdir. İşə baxan məhkəmələr cavabdehin əsas və yeganə dəlili üzrə araşdırma aparmamış, yəni iddiaçının 50 yaşdan güzəştli şərtlərlə pensiya hüququ əldə edib-etməməsinə hüquqi qiymət verməmişlər. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin etsə də, qərarda bu məsələyə toxunmamış və iddiaçıya 50 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi nəticəsinə gəlmiş, apelyasiya məhkəməsi isə bu məsələyə aydınlıq gətirmədən iddiaçının işlədiyi peşənin güzəştli peşə olmadığı qənaətinə gəlmişdir. Kollegiya qeyd edir ki, məhkəmələrin gəl diyi bu nəticə işin hallarına münasibətdə doğru olmamışdır. Tərəflər arasında yaranmış mübahisəyə aydınlıq gətirilməsi məqsədilə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, iddiaçının tələbi aşağıdakı hissələrdən ibarət olmuşdur: xx xxxxxx 1971-ci il tarixdən xx xxx 1973-cü il tarixədək, xx xxxx 1976-cı il tarixdən xx xxxxxx 1976-cı il tarixədək H.Cavid adına Üzümçülük Sovxozunda fəhlə işlədiyi, 1977 - 1983-cü illərdə ali təhsil aldığı, xx xxxxxx 1983-cü il tarixdən xx xxxx 1984-cü il tarixədək Mərkəzi Neftçilər Xəstəxanasında dalğıc işləri üzrə həkim internaturada işlədiyi, xx xxxxxx 1984-cü il tarixdən xx xxxxx 2008-ci il tarixədək Neft Daşlarında dalğıc dərin dalma özlüyündə dalğıc həkim vəzifəsində işlədiyi dövrün sığorta stajına daxil edilməsi; 2004 - 2005 -ci illər üzrə əmək haqqı nəzərə alınmaqla 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi. İddiaçının tələbinin hər bir hissəsi ilə bağlı kollegiya ayrı-ayrılıqda qiymətləndirmə aparılmasını zəruri hesab edir. -İş materiallarına əlavə edilmiş, iddiaçının adına açılmış, xx xxxxxxxx 1971-ci il tarixdə doldurulmuş əmək kitabçasından görünür ki, iddiaçı xx xxxxxx 1971-ci il tarixdə 164 nömrəli, həmin tarixli əmrlə H.Cavid adına Üzümçülük Sovxozuna fəhlə peşəsinə qəbul edilmiş, xx xxx 1973-cü il tarixdə 122 nömrəli, həmin tarixli əmrlə ordu sıralarına çağırıldığı üçün sovxozun fəhlə vəzifəsindən müvəqqəti azad edilmiş, xx xxxx 1976-cı il tarixdə yenidən həmin sovxoza fəhlə vəzifəsinə qəbul edilmiş xx xxxxxx 1976-cı i l tarixdə 285 nömrəli, həmin tarixli əmrlə Azərbaycan Tibb İnstitutunun hazırlıq şöbəsinə qəbul olunduğu üçün tutduğu vəzifəsindən azad edilmişdir. Əmək kitabçasındakı növbəti qeyddən görünür ki, iddiaçı xx.xx.1976-cı il tarixdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun hazırlıq şöbəsinə dinləyici qismində qəbul olunmuş, xx.xx.1977-ci ildə tarixdə həmin İnstitutun hazırlıq şöbəsindən köçürmə yolu ilə Müalicəprofilaktika fakültəsinin 1-ci kursuna tələbə qismində qəbul edilmiş, xx.xx.1983-cü il tarixdə İnstitutun Müalicə-profilaktika fakültəsini bitirməsi ilə əlaqədar ona “Həkim” ixtisası verilmişdir. Daha sonra əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1983-cü il tarixdə Birləşmiş Neftçilər Xəstəxanasına internaturanı keçmək üçün suya salınan dalğıcların həkim fizioloqu vəzif əsinə qəbul edilmiş, xx.xx.1984-cü ildə internaturanı bitirməsi ilə əlaqədar interna həkim fizioloq vəzifəsindən azad edilmiş, xx.xx.1984-cü ildə həmin xəstəxanaya həkim vəzifəsinə qəbul edilmiş, xx.xx.2008-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. Eyni zamanda, iş materiallarında olan Mərkəzi Neftçilər Xəstəxanasının xx xxxxxx 2018ci il tarixli 593 saylı arayışında qeyd olunmuşdur ki, İddiaçı xx xxxxxx 1983-cü il tarixdə Neft Kəşfiyyatçılarının Birləşmiş Xəstəxanasına dalğıc işləri üzrə həkim intern vəzifəsinə qəbul edilmişdir. x xxxx 1984-cü il tarixdə internatura müddətinin bitməsi ilə əlaqədar işdən azad edilmişdir. x xxxxxx 1984-cü il tarixdə Mərkəzi Neftçilər Xəstəxanasının “Şelf-1” Dərin Dalma Özülünə dalğıc işləri üzrə həkim vəzifəsinə qəbul edilmişdir. x xxxxxxxx 1986-cı il tarixdə “Kaspmorneft” DDÖ-yə dalğıc işləri üzrə həkim vəzifəsinə keçirilmişdir. xx xxxxxx 1987-ci il tarixdə “Artyom” dalğıc stansiyasına dalğıc işləri üzrə həkim vəzifəsinə keçirilmişdir. xx xxxxx 2008-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2”a” bəndinə əsasən (öz xahişi ilə) tutduğu vəzifədən azad edilmişdir. O, həqiqətən “Dalğıc işlərinin tibbi təminatı” Təlimatının tələblərinə uyğun olaraq ayda iki dəfədən az olmayaraq barokamera şəraitində, yüksək təzyiq altında (100 m.su sutun: 10 atm) təlim-məşq dalmaları keçmişdir. Aylıq yüksək təzyiq altında qalmaq normativi minimal 19 saat 52 dəqiqə təşkil edir (ayda iki dəfə, hər dəfə 9 saat 56 dəqiqə olmaqla, cəmi 19 saat 52 dəqiqə, məzuniyyət dövrü və xəstəlik halları istisna olmaqla). x xxxxxx 1984-cü il tarixdən x xxxxxx 2005-ci il tarixədək yüksək təzyiq altında qalma saatları 4548 saat 37 dəqiqədir. Cəmi yüksək təzyiq altında qalma saatları 5154 saat 10 dəqiqə təşkil edir. İş materiallarında olan, Mərkəzi Neftçilər Xəstəxanasının xx xxxxx 2018-ci il tarixli arayışında qeyd olunmuşdur ki, Mərkəzi Neftçilər Xəstəxanasının dalğıc işləri şöbəsinin dalğıc və dərin dalma dalğıc işləri üzrə həkimi (xəstəxanada çalışma vaxtı x xxxxxx 1984-cü il tarixdən xx xxxxx 2008-ci il tarixədək) İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2004-cü il tarixli 2 nömrəli qərarının 2.2.1-ci bəndinə əsasən sağlamlıq üçün təhlükəli və əmək şəraitinin xüsusən ağır olmasına görə aylıq vəzifə maaşına əlavə 15% ödənilmişdir. İş materiallarında olan, Mərkəzi Neftçilər Xəstəxanasının 281 saylı xx xxx xx 2018-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı xx xxxxxx 1983-cü il tarixdə Mərkəzi Neftçilər Xəstəxanasına (keçmiş adı Neft Kəşfiyyatçılarının Birləşmiş Xəstəxanası) dalğıc işləri üzrə həkim intern vəzifəsinə qəbul edilmiş, x xxxx 1984-cü il tarixdə internatura müddətinin bitməsi ilə əlaqədar işdən azad edilmişdir. x xxxxxx 1984-cü il tarixdə Mərkəzi Neftçilər Xəstəxanasının “Şelf-1” Dərin Dalma Özülünə dalğıc işləri üzrə həkim vəzifəsinə qəbul edilmiş, (...) xx xxxxx 2008-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli qərarına əsasən güzəştli təqaüdə çıxmaq üçün (12100000 - 11465) ümumi güzəştli əmək stajı 23 i l 8 ay 9 gün təşkil edir. İlk öncə iddiaçının təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi ilə bağlı qeyd edilməlidir ki, onun təhsil aldığı vaxt qüvvədə olan, xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanununda müxtəlif staj illəri ilə bağlı pensiyanın təyin edilməsi qaydaları nəzərdə tutulmuşdur. Bu qanunun əsasında SSRİ Nazirlər Soveti tərəfindən xx xxxxxx 1956-cı il tarixli “Dövlət pensiyaların təyin edilməsi və ödənilməsi qaydaları haqqında Əsasnamə” qəbul edilmişdir. Həmin Əsasnamənin Vİİ bölməsi stajın hesablanması qaydalarını tənzimləmiş və 109-cu bəndin “i” yarımbəndində müəyyən edilmişdir ki, ali, orta-ixtisas, (...) təhsil müəssisələrində təhsil müddəti ümumi iş stajına daxil edilir. Eyni zamanda, 1992-ci il tarixli «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin ğ) bəndində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, iddiaçının təhsil aldığı zaman təhsil müddətinin onun əmək stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyində nəzərdə tutulmuşdu. İddiaçıya məxsus əmək kitabçasında da onun xx.xx.1977-ci ildən xx.xx.1983-cü il tarixədək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinin bitirməsi və ona “Həkim” ixtisası verilməsi qeyd edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının təhsil aldığı müddətin ümumi əmək stajına daxil edilməsi onun təhsil aldığı dövrün qanunvericiliyində nəzərdə tutulduğundan, iddiaçı tələbinin təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi hissəsində haqlı olmuşdur. İşlədiyi illərin sosial sığorta stajına daxil edilməsi tələbinə gəldikdə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə ə sasən, 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 12-ci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bə rpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Hazırki halda iddiaçının xx xxxxxx 1971-ci il tarixdən xx xxx 1973-cü il tarixədək, xx xxxx 1976-cı il tarixdən xx xxxxxx 1976-cı il tarixədək H.Cavid adına Üzümçülük Sovxozunda fəhlə işlədiyi, xx xxxxxx 1983-cü il tarixdən xx xxxx 1984-cü il tarixədək Mərkəzi Neftçilər Xəstəxanasında dalğıc işləri üzrə həkim internaturada işlədiyi dövr, xx xxxxxx 1984-cü il tarixdən xx xxxxx 2008-ci il tarixədək Neft Daşlarında dalğıc dərin dalma özlüyündə dalğıc həkim vəzifəsində işlədiyi dövrlər əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqlənir və həmin dövrlərin mötəbərliyi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Belə olduğu təqdirdə iddiaçı işlədiyi müvafiq illərin sığorta stajına daxil edilməsini tələb etməkdə haqlı olmuşdur və həmin illər iddiaçının sığorta stajına daxil edilməlidir. Eyni zamanda tələbindən görünür ki, iddiaçı, ona 50 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş edir. “Vətən daşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx xxxxxx 1997-ci il tarixinə olan redaksiyasında 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən, həmin madd ədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Beləliklə, istinad edilən qanunun tələbinə görə, iddiaçıya 1 nömrəli siyahı üzrə 50 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya o zaman təyin oluna bilərdi ki, xx.xx.1997-ci il tarixədək həm 10 il 1 nömrəli siyahı üzrə güzəştli işlərdə çalışsın, həmçinin ən azı 20 il ümumi iş stajına malik olsun. İddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyini üçün onun toplamalı olduğu sosial sığorta stajına münasibətdə kollegiya qeyd edir ki, yuxarıda aparılan dəyərləndirmə ilə iddiaçının təhsil aldığı dövrlər də daxil olmaqla xx.xx.1997-ci il tarixədək 20 ildən artıq ümumi iş stajının olduğu müəyyən olunur. İddiaçının toplamalı olduğu xüsusi stajına münasibətdə kollegiya qeyd edir ki, yuxarıda da qeyd edildiyi kimi həm iddiaçının əmək kitabçasından, həm də işlədiyi müəssisə tərəfindən verilmiş arayışlardan görünür ki, iddiaçı xx xxxxxx 1984-cü il tarixdə Mərkəzi Neftçilər Xəstəxanasının “Şelf1” Dərin Dalma Özülünə dalğıc işləri üzrə həkim vəzifəsinə qəbul edilmiş, (...) xx xxxxx 2008-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli qərarına əsasən, sualtı işlərlə məşğul olan dalğıclar və başqa işçilər, o cümlədən, yüksək atmosfer təzyiqi şəraitində, il ərzində 275 saatdan az olmayaraq (ay ərzində 25 saatdan) və yaxud dalğıclıq təcrübəsinə başladığı vaxtdan su altında iş müddəti 2750 saat və çox olanlar 12100000 – 11465 şifrlərinə əsasən güzəştli şərtlərlə pensiya hüququna malikdir. Apelyasiya məhkəməsi iddia tələbini rədd edərkən qeyd etmişdir ki, iddiaçının dalğıc həkim kimi il ərzində yüksək təzyiq altında qalma müddəti qaydalarda nəzərdə tutulmuş normalardan azdır, həmçinin iddiaçının dalğıclıq təcrübəsinə başladığı 1984-cü ildən 1997-ci ilin avqust ayınadək güzəştli şərtlərlə pensiya hüququ verən dalğıc peşəsində ümumi olaraq 2750 saat yüksək təzyiq altında su altında işləməsi də müəyyən olunmur. Halbuki, iş materiallarına əlavə edilmiş Mərkəzi Neftçilər Xəstəxanasının xx xxxxxx 2018-ci il tarixli arayışında İddiaçı illər üzrə yüksək təzyiq (100 m su süt.) altında qalma saatlarının miqdarı cədvəlindən görünür ki, iddiaçı 1984-cü il üzrə yüksək təzyiq altında suyun altında qalmaq müddəti 59 saat 25 dəq, 1985-ci ildən etibarən 2008-ci il tarixə dək 218 saat 32 dəq, 2008-ci il üzrə 67 saat 29 dəq olmuşdur. İstinad olunan cədvəldə qeyd olunan göstəricilərə görə isə iddiaçının 1984-cü ildən 1997-ci ilin avqust ayınadək dalğıc peşəsində ümumi olaraq 2750 saatdan artıq yüksək təzyiq altında su altında işləməsi (1984-cü il üzrə 59 saat 25 dəq+1985-ci ildən 1997-ci ilədək hər il üçün 218 saat 32 dəq) müəyyən olunur. Bununla da iş materialları ilə müəyyən olunur ki, iddiaçının xx xxxxxx 1997-ci il tarixədək ümumilikdə 20 ildən çox ümumi stajı vardır ki, bu dövrün 10 ilini güzəştli şərtlərlə pensiya hüququ verən peşədə işləmişdir. Eləcə də, iddiaçının işlədiyi peşə yuxarıda adı qeyd edilən siyahıda öz əksini tapdığından, həmin peşədə işlədiyi dövrlər ona güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı kimi nəzərə alınmalıdır. Lakin məsəl ə burasındadır ki, işdə olan AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1954-cü il təvəllüdlüdür. Belə olduğu təqdirdə iddiaçının 50 yaşı xx.xx.2004-cü ildə tamam olmuş olur. Həmin vaxt qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddiaçının belə bir hüququ yaranmamışdır. Lakin yeni Qanunun qəbulu ilə vəziyyət iddiaçının xeyrinə dəyişmişdir. Belə ki, xx xxxxxx 2006-cı il tarixindən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyə ti orqanıtərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, (...) çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır; - 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir; - 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət e də bilərlər; -32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən ömürlük təyin edilir. xx xxxxxx 2007-ci il tarixli 474-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə həmin normaya “əmək pensiyası hüququnun yarandığı gündən” sözlərindən sonra “lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla” sözləri əlavə edilmişdir. - 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin x xxxx 2006-cı il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən, həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqa nı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Sadalanmış maddələrın mənası onunla bağlıdır ki, 57 yaşına çatmış kişilər azı 25 il ümumi iş stajına malik olduqda, onun isə 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdırlarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə edirlər. Belə peşələrin siyahısı isə müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır. Lakin əgər istinad edilmiş qanun qüvvəyə minmədən əvvəl sadalanmış işlərdə işləyən şəxslər həm ümumi iş stajını, onun daxilində xüsusi stajı da işləyən dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən toplamışdırlarsa, pensiya hüququnun əldə edilməsi üçün yaş həddi ilə bağlı şərt də həmin q anunvericiliyin müddəasına əsasən müəyyən edilməlidir. Bu əsasla pensiya hüququnu əldə etmiş şəxslər həmin hüququn yarandığı vaxtdan istənilən anda pensiyanın təyin edilməsi üçün müraciət edə bilərlər və müddətdən asılı olmayaraq, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla pensiya təyin edilməli və keçmiş müddət üçün də pensiya məbləğini almalıdırlar. Bu müddəalara əsaslanmaqla kollegiya hesab edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ da “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixdən yaranmış olur. Bu səbəbdən də iddiaçı 50 yaşdan ona pensiya təyin edilməsini xahiş etməkdə qismən haqlı olmuş və bu hissədə iddia qismən təmin olunmalıdır. Eyni zamanda tələbindən görünür ki, iddiaçı 2004 - 2005-ci illə r üzrə əmək haqqı nəzərə alınmaqla ona pensiya təyin olunmasını xahiş edir. İddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun: -27.1-ci maddəsinə əsasən, bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığorta olunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. 27.2-ci maddəsinə əs asən, bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sadalanmış müddəaların mənasına görə, yaşa görə əmək pensiyasının tərkib hissəsini sığorta hissəsi təşkil edir ki, onun hesablanması zamanı sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması müəyyən edilmişdir. Yəni, Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə əsasən şərti olaraq pensiya hesablanmalı, daha sonra həmin məbləğdən baza hissəsi çıxılmalı, alınmış məbləğ qazanılmış əmək pensiyasının sığorta hissəsini təşkil etməlidir. Sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş Qaydalar əs asında aparılmalıdır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş və 3363 sayla xx xxxxxxx 2007-ci il tarixində dövlət qeydiyyatına alınmış və tətbiq edilən dövrdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsindən əvvəl sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması” Qaydalarının: - 2.1-ci bəndinə əsasən, qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqları Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək qüvvədə olmuş qanunvericilik üzrə yaşa görə əmək pensiyasının hesablanması qaydasında müəyyənləşdirilir; - 2.2-ci bəndinə əsasən, əgər sığortaolunan Qanunla müəyyən olunmuş yaşa görə əm ək pensiyasına hüquq verən minimum (60 ay) sosial sığorta stajını Qanun qüvvəyə minənədək (Qanunun qüvvəyə minməsindən əvvəl qüvvədə olmuş qanunvericiliyə uyğunolaraq) toplamışdırsa, bu halda Qanunun qüvvəyə minməsindən əvvəl qüvvədə olmuş qanunvericiliyə əsasən şərti qaydada əmək pensiyasının ümumi məbləği hesablanır və Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır; - 3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının təyin olunması zamanı qanunun qüvvəyə minməsindən əvvəl qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüquqları (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qaydaların 2.1-2.3 bəndləri ilə müəyyən olunmuş qaydada nəzərə alınır. Göstərilmiş müddəalardan isə göründüyü kimi, 2006-cı il 1 yanvar tarixədək qüvvədə olmuş qanunvericilik üzrə yaşa görə əmək pensiyasının hesablanması qaydasına görə əmək pensiyasının ümumi məbləği hesablanmalı, daha sonra isə onun şərti çevrilməsi aparılmalıdır. Əvvəl qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 17, 71 və 72-ci maddələrin tələbləri isə pensiyanın orta aylıq əmək haqqı əsas olmaqla hesablanmasını müəyyən etmişdir. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə əsasən yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. (..) Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası güzəştli şərtlərlə pensiya almaq hüququ verən iş stajının kişilərdə 10 ildən və qadınlarda 7 il 6 aydan hər tam ili üçün orta aylıq əmək haqqının bir faizi qədər artırılır. Həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddənin «a» bəndində nəzərdə tutulan işçil ərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, «b» bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz. Həmin Qanunun 71-ci maddəsinə əsasən pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır, pensiya üçün müraciət edənin arzusuna əsasən (..) çıxılır. Həmin Qanunun 72-ci maddəsində deyilir ki, orta aylıq əmək haqqı 24 və ya 60 təqvim ayı ərzində gəlirin ümumi məbləğini müvafiq olaraq 24-ə və ya 60-a bölmək yolu ilə müəyyən edilir. Qanunvericiliyin aparılmış təhlilinin nəticəsi olaraq müəyyən edilir ki, iddiaçının pensiya hüququ yarandığı xx xxxxxx 2006-cı il tarixində pensiyasının hesablanması zamanı zəruri olan sığorta hissəsinin müəyyən edilməsi üçün onun xx xxxxxx 2006-cı il tarixinə qədər olan dövrdə aldığı orta aylıq əmək haqqısı nəzərə alınmalıdır. Bu səbəbdən də iddiaçı öz arzusuna uyğun olaraq xx xxxxxx 2006-cı il tarixinə qədər son 24 ayın, yəni 2004-2005-ci illərin əmək haqqının nəzərə alınmaqla ona pensiya təyin edilməsini tələb etməkdə haqlı olmuşdur. Bəhs olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan qismən təmin edilməli, apell yasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinə zərurət olmadığından, İPM-in 96.5-ci maddəsinə əsasən məhkəmə kollegiyası mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2358/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. İddiaçı xx xxxxxx 1971-ci il tarixdən xx xxx 1973-cü il tarixədək, xx xxxx 1976-cı il tarixdən xx xxxxxx 1976-cı il tarixədək H.Cavid adına Üz ümçülük Sovxozunda fəhlə işlədiyi, 1977 - 1983-cü illərdə ali təhsil aldığı, xx xxxxxx 1983-cü il tarixdən xx xxxx 1984-cü il tarixədək Mərkəzi Neftçilər Xəstəxanasında dalğıc işləri üzrə həkim internaturada işlədiyi dövr, xx xxxxxx 1984-cü il tarixdən xx xxxxx 2008-ci il tarixədək Neft Daşlarında dalğıc dərin dalma özlüyündə dalğıc həkim vəzifəsində işlədiyi dövr sığorta stajına daxil edilərək, ona xx.xx.2006-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və 2004 - 2005-ci illər üzrə aldığı əmək haqqı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanması və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təy inat İdarəsinin üzərinə qoyulsun. Kassasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-266/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-266/2020
25.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver