Məhkəmə qərarları › İş №2-1(102)-266/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-266/2021

27.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-266/2021 27.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddianın mümkün sayılması barədə qərardaddan kasasiya şikayət verilməsinin mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimi Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 və vəkili Vəkil1, üçüncü şəxs Cavabdeh2 vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin (bundan sonra mətndə iddiaçı) cavabdeh Bakı Şəhər İcra Hakim iyyətinə (bundan sonra mətndə cavabdeh), üçüncü şəxslər Cavabdeh2nə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı sərəncamın və ayrıc aktının iddiaçıya məxsus əmlakın yerləşdiyi torpaq sahəsinə aid hissədə ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 9 sentyabr tarixli 2-1(103)-1239/2020 nömrəli qərardadından üçüncü şəxs Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayətinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdehə, üçüncü şəxslər Cavabdeh2nə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı sərəncamın və ayrıc aktının iddiaçıya məxsus əmlakın yerləşdiyi torpaq sahəsinə aid hissədə ləğv edilməsini xahiş et mişdir. 2. 18.09.2019-cu il tarixdə iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 627 saylı sərəncamı və onunla bağlı BŞİH-in Memarlıq və Şəhərsalma Baş idarəsinin xx.xx.2015-ci il tarixli, 15/73 saylı ayrıc aktının iddiaçıya məxsus əmlakın yerləşdiyi torpaq sahəsinə aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

3. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-157/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim N.Abiyev).

4. İddiaçı apelyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və işə mahi yyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiya məhkəməsindəki icraat

5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 9 sentyabr tarixli 2-1(103)-1239/2020 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi hakim – A.Nuriyeva, hakimlər –V.Ağayev və A.Hüseyn) iddiaçının apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2020-ci il 19 mart tarixli 2-1(112)-157/2020 nömrəli qərardadı ləğv edilmiş, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

6. Üçüncü şəxs Cavabdeh2 kasasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin dəlilləri a) Kasasiya şikayətinin dəlilləri

7. İdd iaçının mübahisə açdığı tikili ona məxsus olmamışdır. Bu səbəbdən iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmamışdır. İddiaçı həm də qanunda nəzərdə tutulan iddia müddətini buraxmışdır. Tərəflərin izahatları

8. Üçüncü şəxsin vəkili məhkəmə iclasında şikayətin mümkün şikayət olduğunu bildirib icraata qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçının vəkili çıxışında bildirmişdir ki, qanunvericiliyə görə apelyasiya instansiya məhkəməsinin qərardadından kasasiya verilməsi nəzərdə tutulmadığından, şikayət mümkün sayılmamalıdır. Tətbiq edilən hüquq

10. İnzibati Prosessual Məcəllə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qər ardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Maddə 83.4. Bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kasasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kasasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallar da, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə tərkibi hesab edir ki, üçüncü şəxsin iddianın mümkün sayılması barədə apelyasiya instansiya məhkəməsinin qərardadından verdiyi şikayət üzrə kasasiya mümkün sayılmamalı və kasasiya şikayətinin qəbulundan imtina edilməlidir.

12. Belə ki, yuxarıda qeyd edilmiş prosessual normaların tələblərindən də göründüyü kimi apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər; inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunm adığı hallarda şikayət vermək hüququna malikdirlər.

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələbinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardadından yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin normada, habelə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin digər normalarında iddianın mümkün sayılmasından şikayət verilməsi nəzərdə tutulmayıb.

14. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsi iddianı mümkün saymadığından iddiaçı həmin qərardaddan şikayət verməkdə haqlı olmuşdur. Belə ki, bu hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində birbaşa nəzərdə tutulmuşdur, həmin qərardad iddiaçının tələblərinin təmin olunması imkanını aradan qaldırmışdır. Apelyasiya instansiya məhkəməsi həmin qərardadı ləğv edərək işin baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini qərara almışdır ki, bu qərardaddan da şikayət verilə bilməz. Apelyasiya məhkəməsinin mövqeyinə görə iddia mümkün iddia olmuşdur. Digər tərəfdən, kasasiya şikayəti verən üçüncü şəxsin hər hansı tələbinin təmin olunmasından imtina olunmamış, məhkəmə aktı ilə onun üzərinə hər hansı öhdəlik qoyulmamış və ya hüquqları məhdudlaşdırılmamışdır.

15. Belə olan halda isə, üçüncü şəxsin iddianın mümkün sayılması barədə apelyasiya instansiya məhkəməsinin qərardadından verdiyi şikayət üzrə kasasiya mümkün deyildir. Bununla yanaşı, cavabdeh gələcəkdə mübahisənin mahiyyəti üzrə çıxarılacaq məhkəmə qərarından narazı qalacağı halda, yekun məhkəmə aktından verdiyi şikayətində əlavə olaraq iddianın mümkün olmadığına dair hazırkı dəlillərini bildirmək hüququnu özündə saxlayır. Müvafiq olaraq iddianın mümkünsüzlüyünə dair həmin dəlillər məhkəmənin yekun qərarına qiymət verilərkən yuxarı məhkəmələr tərəfindən yoxlanılmaqla qiymətləndiriləcəklər.

16. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 96 və 98-ci maddələrinə əsasən məhkəmə tərkibi Qərara aldı Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 9 sentyabr tarixli 21(103)-1239/2020 nömrəli qərardadından üçüncü şəxs tərəfindən verilmiş şikayət üzrə kasasiya mümkün sayılmasın və kasasiya şikayətinin qəbulundan imtina edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar