Məhkəmə qərarları › İş №2-1(102)-266/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-266/2022

08.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-266/2022 08.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın təyin edilməsindən imtina; ümumi stajın 25 ildən az olması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalini n Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək kitabçasında və arxiv arayışında qeyd olunan illərin ümumi sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyası təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.09.2021-ci il tarixli, 2-1(103)-1648/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.xxxx-ci il tarixində doğulmuş, 1975-ci ildə əmək fəaliyyətinə başlamış, 2003-cü ilədək fasilələrlə müxtəlif müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur.

2. İddiaçı 07.05.2019-cu il tarixində ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh 08.05.2019-cu il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir.

3. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi sənədlər əsasında ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan pensiya sığorta kapitalı olmadığına görə əmək pensiyası hüququ yaranmır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək kitabçasında və arxiv arayışında qeyd olunan illəri ümumi sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçının işlədiyi yerlər haqqında əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. 1980-ci il 20 dekabr tarixdən 1982-ci il 23 iyul tarixədək olan işlədiyi yerlər barədə Bərdə rayon Milli arxiv idarəsindən arayış verilmişdir. Daha sonra iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin tələbinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinası qanunsuzdur.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.10.2019-cu il tarixli, 2-1(82)2423/2019 nömrəli qərarı ilə (hakim Zaur Tağıyev) iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 13.06.1983-cü il tarixdən 27.09.2003-cü il tarixədək X3 ASC-də sürücü işləməsi əmək kitabçasında qeyd olunsa da, 1992-ci il tarixdən iddiaçının sığorta kapitalı yığımı öz təsdiqini tapmadığından, habelə arxiv məlumatları olmadığından iddiaçının qeyd olunan illərdə əmək fəaliyyəti ilə məşğul olması öz təsdiqini tapmamışdır. Pensiya qanunvericiliyin tələblərinin nəzərə alaraq məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, iddiaçının iş materialları ilə tələb olunan 25 il sosial sığorta stajı öz təsdiqini tapmadığından, iddiaçının tələbinin təmin edilməsi üçün əsaslar mövcud olmamışdır. İş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti v erərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.01.2020-ci il tarixli, 21(103)-268/2020 nömrəli qərarı ilə (sədrlik edən Vidadi Məmmədov, hakimlər Səriyyə Seyidova və İlham Əhmədov) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.10.2019-cu il tarixli, 2-1(82)-2423/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. c. Kassasiya instansiyası məhkəməsində birinci icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 12.08.2020ci il tarixli, 2-1(102)-1597/2020 nömrəli qərarı ilə (sədrlik edən Rahib Nəbizadə, hakimlər Zakir Quliyev və İspəndiyar Şəfiyev) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.01.2020-ci il tarixli, 2-1(103)-268/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

14. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının əmək kitabçası iş stajını təsdiq edən sənəd kimi qəbul edilə bilər. Lakin iddiaçıya məxsus əmək kitabçasının surətindəki məlumatlara görə 2003-cü ilə qədər əmək fəaliyyəti ilə məşğul olsa da, əmək kitabçası 2018-ci il 15 avqust tarixdə tərtib edilmişdir. Əmək kitabçasının uzun illər sonra tərtib edilməsi barədə məhkəmə kollegiyası hesab etmişdir ki, əmək kitabça sında olan iş dövründə iddiaçının həqiqətən fəaliyyət göstərməsi məhkəmə tərəfindən araşdırılmamışdır. Əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Keçmişdəki iş haqqında əmək kitabçasında yuxarıda göstərilən məlumat tam dərəcədə olmadığı hallarda, əmək kitabçasının dublikatına yalnız sənəddəki məlumat daxil edilir. Əmək kitabçasının hansı idarə, müəssisə tərəfindən tərtib edilməsi, tərtib edilərkən iddiaçının iş fəaliyyəti barədə məlumatların hansı sübutlar (əmrlər, arayış, əmək haqqı cədvəli və s.) əsasında qeydə alınması məhkəmə tərəfindən müəyyən edilməmişdir. İddiaçının işlədiyi idarə və müəssisələrin hazırda fəaliyyət göstə rib-göstərməməsi, həmin təşkilatların iddiaçının işlədiyi vaxt mövcud olması, iddiaçının həqiqətən işləməsi barədə aidiyyəti dövlət orqanlarına, həmçinin iş yerləri üzrə təşkilatlara sorğular edilməmişdir. ç. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17.11.2020-ci il tarixli, 21(103)-1705/2020 nömrəli qərarı ilə (sədrlik edən Valeh Ağayev, hakimlər Afaq Nuriyeva və Aida Hüseyn) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.10.2019-cu il tarixli, 21(82)-2423/2019 nömrəli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilmişdir.

16. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı apellyasiya baxışı zamanı “X3” ATSC və "xxxx" ASC tərəfindən həmin idarələrdə işlədiyini təsdiq edən arayışları təqdim etmişdir. Məhkəmə kol legiyası hesab etmişdir ki, iddiaçının əmək kitabçasında qeyd olunan iş stajı məhkəməyə təqdim olunan arayışlarla təsdiq olunmuşdur.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. d. Kassasiya instansiyası məhkəməsində ikinci icraat

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 16.03.2021ci il tarixli, 2-1(102)-542/2021 nömrəli qərarı ilə (sədrlik edən İlqar Hüseynov, hakimlər Kəmaləddin Bədəlov və İsmayıl Xəlilov) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.01.2020-ci il tarixli, 2-1(103)-268/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “X3” ATSC-nin əmr kitabları və əmək haqqı sənədləri mühafizə olunmaq üçün arxivə təhvil verilmədiyindən İddiaçı həmin müəssisədəki iş stajını müəyyən etmək mümkün olmayıb. Belə olan halda, iddiaçının adına 2018-ci ildə tərtib edilmiş əmək kitabçasındakı qeydlərin onun vaxtilə işləmiş olduğu müəssisəyə məxsus hansı sənədlər (əmr kitabları, əmək haqqı cədvəlləri və s.) əsasında yazıldığı məlum deyil. Bundan başqa, iddiaçının əmək kitabçasında iddiaçının “X3” ATSCdə 27.09.2003-cü il tarixinədək işlədiyi qeyd edildiyi halda, iddiaçının “Yük Avtonəqliyyat” ATSC-də əmək fəaliyyəti ilə bağlı təqdim etdiyi və apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi arayışda onun 27.02.2004-cü il tarixinədək işlədiyi qeyd edilmişdir. e. Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat 2

0. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.09.2021-ci il tarixli, 21(103)-1648/2021 nömrəli qərarına əsasən (sədrlik edən – Xəyalə Cəmilova, hakimlər Həmid Həmidov və Mirzə Tağızadə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2423/2019 nömrəli 22.10.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, 01.01.2006-cı il tarixinədək iddiaçının sığorta stajı 24 il 9 ay 17 gün olmaqla tələb olunan 25 ildən azdır. Eyni zamanda, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş 14.09.2021-ci il tarixli arayışdan və Pensiya təyinatı alt sistemindən çıxarışdan görünür ki, pensiya kapitalının 23040 manat olması tələb olunduğu halda, iddiaçının pensiya hü ququ yaranan tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 17882,41 manat təşkil edir. 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək isə fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Beləliklə, iddiaçının pensiya kapitalının məbləği və ya topladığı 25 ildən az sığorta stajı ona yaşa görə əmək pensiyasının təyin olunması üçün imkan vermir.

22. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.09.2021-ci il tarixli, 2-1(103)-1648/2021 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

23. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda qeyd olunanlar təşkil edi r. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə əmək kitabçasını və iş yerindən arayışları təqdim etmişdir. Əmək kitabçasına görə iddiaçının fəaliyyət göstərdiyi dövr 1975-1980 və 19832003-cü illəri əhatə edir. İddiaçının 1980-1992-ci illərdə işlədiyi dövrdə qüvvədə olmuş SSRİ Nazirlər Sovetinin 04.08.1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci bəndinin a) yarımbəndinə görə əmək kitabçası iş stajını təsdiq edən sübut kimi qəbul edilmişdir. İddiaçının 1992-ci ildən 2003-cü ilədək işlədiyi vaxt qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Məhkəmə iddiaçının 25 ildən az stajı olmasına istinad etsə də, iddiaçının sürücülük məktəbində oxuduğu dövrlər nəzərə alınarsa tələb edilən sığorta stajı tamam olur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.09.2021-ci il tarixli, 2-1(103)-1648/2021 nömrəli qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Şikayəti belə əsaslandırmışdır ki, iddiaçının tələb edilən sığorta stajı yoxdur və onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Apellyasiya instansiyası məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun gələn vəziyyətdə, maddi hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmış, işdəki faktiki hallar tamamilə aydınlaşdırılmış və sübutlara düzgün hüquqi qiymət verilmişdir. İş materiallarından da göründüyü kimi, iddiaçı ona məxsus olan, sonradan tərtib edilmiş əmək kitabçasını nə inzibati orqana, nə də məhkəməyə təqdim etmişdir. Onun təqdim etdiyi arxiv arayışında isə əmək fəaliyyəti cəmi iki ili əhatə edir. Sonradan təqdim edilən əmək kitabçası 15.08.2018-ci il tarixində təqdim edilmişdir. Halbuki, işəgötürən 5 gündən artıq işləyən bütün işçilərə əmək kitabçası tərtib etməli və onun işə qəbul edilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə qeydləri ardıcıl şəkildə aparmalı idi. İddiaçı sürücülük məktəbində oxuduğunu, lakin bununla əlaqədar heç bir sənəd təqdim edə bilmədiyini qeyd etmişdir. Şikayətçinin özünün də qeyd etdiyi kimi bununla əlaqədar məhkəmə iclasında da dəfələrlə təxirə salınaraq, hər hansı sübutun təqdim edilməsi təklif edilmiş, lakin heç bir sübut təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pen siya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.

26. Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

27. İddiaçının 1992-ci ildən 2003-ci ilədək işlədiyi vaxt qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

28. Həmin Qanunun 70-ci maddəsində qeyd edilir ki, pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallarda vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin yanvarın 10-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış iş stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir. Bu qayda “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsində də öz əksini tapmışdır.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş və 2006-cı il 26 sentyabr tarixinədək qüvvədə olmuş “Pensiya təyinat ı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndində göstərilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət s iyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır.

30. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

31. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q edilməsini yoxlayır.

32. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.

33. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

35. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıya məxsus ******* saylı 15.08.2018-ci il tarixli əmək kitabçasına əsasən müəyyən edilmişdir ki, 25.09.1975-ci il tarixdən 28.03.1980-cı il tarixədək Bərdə rayonlararası X2 Müəssisəsində sürücü vəzifəsində, 13.06.1983-cü il tarixdən 27.09.2003-cü il tarixədək X5 Nəqliyyat ASC-də sürücü vəzifəsində işləmişdir.

38. Əmək kitabçasına görə iddiaçının fəaliyyət göstərdiyi dövr 1975-1980 və 19832003-cü illəri əhatə edir. Hazırk ı qərarın 26-29-cu bəndlərində göstərilən normaların məzmunundan da görünür ki, həm iddiaçının işlədiyi dövrdə, həm də hazırda qüvvədə olan qanunvericiliyə əsasən əmək kitabçası iş stajını təsdiq edən sənəd kimi qəbul edilə bilər.

39. Lakin işə apellyasiy instansiyası məhkəməsində baxılarkən əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmişdir. Belə ki, iddiaçıya məxsus əmək kitabçasındakı məlumatlara əsasən o, 2003-cü ilə qədər əmək fəaliyyəti ilə məşğul olsa da, əmək kitabçası 2018-ci ildə tərtib edilmişdir. Əmək kitabçasının hansı idarə, müəssisə tərəfindən tərtib edilməsi, tərtib edilərkən iddiaçının iş fəaliyyəti barədə məlumatların hansı sübutlar (əmrlər, arayış, əmək haqqı cədvəlləri və s.) əsasında qeydə alınması ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılm ış və müəyyən olunmuşdu ki, iddiaçının əmək kitabçasındakı qeydlərlə bağlı, həmçinin təqdim olunan arayışlara əsasən onun tələb olunan 25 il stajı tamamlanmamışdır.

40. Belə ki, məhkəmə sorğularına Əmlak Məsələləri Dövlət Xidmətinin 29.10.2020ci il tarixli məktubunda göstərilmişdi ki, Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqaramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin 649 saylı 20.04.1998-ci il tarixli sərəncamı ilə “Azəravtonəqliyyat” Dövlət Konserninin tabeliyində olmuş Yevlax yükünü özüboşaldan avtonəqliyyat müəssisəsinin bazasında “X3” ASC, 768 saylı 18.05.1998-ci il tarixli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş Bərdə “Rayaqrotexservis” İstehsalat Birliyinin bazasında "xxxx" ASC yaradılmışdır. “X3” ASC-nin səhmlərinin 70 faizi, "xxxx" ASC-nin isə tam özəlləşdirilərək mülkiyyətçiləri dəyişmişdir. 41. "xxxx" ASC-nin 33 saylı 29.10.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı 25.09.1975-ci ildə 83 saylı əmrlə Bərdə Rayonlararası Təsərrüfat X1 sürücü peşəsinə təyin olunmuş, 28.03.1980-ci il tarixdə 311 saylı əmrlə öz ərizəsinə əsasən işdən azad edilmişdir. Qeyd olaraq göstərilmişdi ki, müəssisə Bərdə Aqrotexservis ASC-nin balansında olmuşdur, onların bazası Azərbaycan Respublikasının 1995-1998-ci illərdə Dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramına və Dövlət müəssisəsinin Səhmdar Cəmiyyətinə çevrilməsi qaydaları haqqında Əsasnaməyə uyğun olaraq dövlət müəssisəsinin Səhmdar Cəmiyyətinə çevrilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Əmlak Komit əsinin 18.05.1998-ci il tarixli 768 saylı sərəncamına əsasən Kənd Təsərrüfatı Nazirliyinin Bərdə şəhər Heydər Əliyev prospekti 1 ünvanında yerləşən Bərdə Aqrotexservis ASC yaradılmışdır.

42. Eyni zamanda Bərdə Aqrotexservis ASC-nin 14 saylı 05.02.2020-ci il tarixli arayışına əsasən İddiaçı 25.09.1975-ci il tarixdə 83 saylı əmrlə Bərdə rayonlararası Təsərrüfat X1 sürücü peşəsinə təyin edildiyi, 28.03.1980-ci il tarixdə isə 311 saylı əmrlə işdən azad edildiyi aydın olur.

43. X4 Avto Nəqliyyat ASC-nin 02 saylı 02.03.2020-ci il tarixli arayışında İddiaçı əmək kitabçasındakı qeydlərdən fərqli olaraq 13.06.1983-cü il tarixdən 27.02.2004-cü il tarixədək X5 Nəqliyyat ASC-də sürücü vəzifəsində işlədiyi qeyd olunmuşdur.

44. Bu barədə yaranmış ziddiyyətli məqamın aradan qaldırılması üçün apellyasiya instansiyası məhkəməsi X5 Nəqliyyat ASC-yə sorğu verərək iddiaçının həmin müəssisədə işə qəbul edilmə və işdən azad olunma barədə əmrlərinin, o cümlədən əmrlərin qeydiyyat jurnalının məhkəməyə təqdim olunması tələb etmişdir. Həmin sorğu məktubuna cavab olaraq X5 Nəqliyyat ASC tərəfindən verilmiş 15.09.2021-ci il tarixli məktubda göstərilmişdir ki, İddiaçı 13.06.1983-cü ildən X5 Nəqliyyat ASC-yə sürücü təyin edilmiş (əmr No 35), 27.09.2003-cü ildə həmin vəzifəsindən azad edilmişdir (əmr No 71). Həmin əmrlərdən 13.06.1983-cü il tarixli əmrin təsdiq olunmuş surəti göndərilsə də, 27.09.2003-cü il tarixli əmri əmrlərin qeydiyyat jurnalında tapmaq mümkün olmadığı üçün onun təqdim edilməsinin də mümkün olmadığı bildirilmişdir. Eyni zamanda, müəssisənin rəhbəri tərəfindən verilmiş məktubda 02.03.2 020-ci il tarixli və 22.10.2020-ci il tarixli arayışlarda texniki səhvə yol verilərək iddiaçının 27.09.2003-cü il tarixli işdən azad olunmuş əmrinin tarixinin səhvən 27.02.2004-cü il kimi qeyd olunduğu bildirilərək, bu texniki səhvin nəzərə alınması xahiş olunmuşdur. Sözügedən sorğuya cavab məktubuna iddiaçının 13.06.1983cü ildə adı çəkilən müəssisəyə işə qəbul olunması barədə 35 saylı əmrin təsdiq olunmuş surəti də əlavə olunmuşdur.

45. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin apardığı araşdırma nəticəsində iddiaçının 01.01.2006-cı il tarixədək sığorta stajının 24 il 9 ay 17 gün (25.09.1975-ci ildən 28.03.1980-ci ilədək- 4 il 6 ay 3 gün, 13.06.1983-cü ildən 27.09.2003cü ilədək- 20 il 3 ay 14 gün) olmaqla tələb olunan 25 ildən az olduğu müəyyən olunmuşdur.

46. Kassasiya şikayətində məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğu qeyd edilsə də, yuxarıda sadalanan hallardan görünür ki, məhkəmə tərəfindən sübutların qiymətləndirilməsi prosessual normaların tələblərinə uyğun həyata keçirilmiş və iddiaçının sığorta stajının tələb olunan 25 ildən az olduğu müəyyən olunmuşdur.

47. İddiaçı kassasiya şikayətində sürücülük məktəbində oxuduğunu və həmin dövrün də sığorta stajına əlavə edilməli olduğunu bildirir. Lakin iddiaçı nə apellyasiya instansiyası məhkəməsində, nə də kassasiya şikayətində bu dəlilini təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Yuxarıda qeyd edilən hallardan da görünür ki, məhkəmə tərəfindən iddiaçının sığorta stajı ilə bağlı hərtərəfli araşdırma aparılmışdır. Lakin məhkəmə araşdırmaları nəticəsində iddiaçının sürücülük məktəbində oxuması ilə bağlı hər hansı sübut müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.

48. Göründüyü kimi, İPM-in 14.3-cü maddəsinin tələbinə uyğun olaraq sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh iddiaçıya pensiya təyin edilməsini istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, iddiaçı isə məhkəməyə bunun əksini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir.

49. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.09.2021-ci il tarixli, 2-1(103)-1648/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhk əməsinin İnzibati Kollegiyasının 15.09.2021-ci il tarixli, 21(103)-1648/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar