Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-266/2024 19.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər Suraxanı rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhər Suraxanı rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər: X7, X9, X10 və X4) “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyul 2023-cü il tarixli, 2-1(103)-1621/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 1118023433 qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvan: ünvan 28 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 117.8 kv.m olan fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, O.Əliyev küçəsi, ev 14 ünvanında X8, X13, X7, X9, X10 və X4 qeydiyyatdadırlar.
3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, mülkiyyətindəki fərdi yaşayış evində qeydiyyatda olan X7, X9, X10 və X2 qeydiyyatdan çıxarılmasını xahiş etmiş, cavabdeh isə iddiaçının tələbini təmin etməkdən imtina edərək bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən sənədlərin hər hansı biri təqdim edildikdə keçmiş sakinlərin qeydiyyatdan çıxarılma məsələsi müsbət həll oluna bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birin
4. İddiaçı cavabdehə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan ünvan 1 ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, O.Əliyev küçəsi, ev 12) ünvanından X7, X9, X10 və X2 qeydiyyatdan çıxarılmaları barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvan: ünvan 28 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 117.8 kv.m olan fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Yaşayış yeri üzrə qeydiyyat haqqında arayış alarkən ona məlum olmuşdur ki, tanımadığı, həyatda heç vaxt üzünü görmədiyi, hər hansı əlaqədə olmadığı X7, X9, X10 və X4 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, O.Əliyev küçəsi, ev 14 ünvanında qeydiyyatdadırlar. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1724 saylı arayışından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, O.Əliyev küçəsi, ev 14 ünvanında xx.xx.2015-ci ildən hazırkı vaxtadək İddiaçı ailə üzvləri: həyat yoldaşı X8, oğlu Davud Babək oğlu və qızı Məryəm Babək qızı ilə birlikdə yaşayır. Üçüncü şəxlər həmin ünvanda yaşamasalar da, həmin ünvanla bağ lı hər bağlı hər hansı əlaqələri olmasa da formal olaraq qeydiyyatda qalmaları mülkiyyətçi kimi iddiaçının hüquqlarını məhdudlaşdırmaqla, mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneədir.
6. Bakı İnzibati Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 2-1(112)-9806/2022 nömrəli qərarı ilə (hakim A.Əhədova) iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, üçüncü şəxslər iddiaçının mülkiyyətində olan evdə deyil, onlara məxsus ayrı evdə yaşayırlar və yaşadıqları evin ünvanı üzrə qeydiyyatdadırlar. Nəzərə alınsa ki, qanun fiziki şəxsin bilavasitə “yaşayış yeri” üzrə qeydə alınmanı tələb edir, bu halda üçüncü şəxslərin yaşadıqları fərdi yaşayış evinin yerləşdiyi ünvan üzrə qeydiyyatda qalmaları qanunsuz, inzibati orqanın onları yaşayış yeri ünvanından qeydiyyatdan çıx armaqdan imtinası isə əsassız hesab edilə bilməz.
8. Həmçinin qeyd edilmişdir ki, iddiaçının mülkiyyət hüququnun qeydə alınması zamanı yeni ünvan verilməsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqana müraciət etmək hüququ olduğu halda bu imkandan istifadə etməməsi və əmlakın ünvan 9 ünvan üzrə qeydiyyata alınması məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə eyni ünvanlı digər fərdi yaşayış evində yaşayan və qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmalarına əsas vermir. Eyni zamanda bu hal iddiaçının mövcud ünvanının dəyişməsi ilə bağlı müvafiq inzibati orqana müraciət etmək və yeni ünvan göstəricilərinə malik dövlət reyestrindən yeni çıxarışı əldə etmək imkanını da məhdudlaşdırmır.
9. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və idd ia tələbinin tam təmin edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyul 2023-cü il tarixli, 21(103)-1621/2023 nömrəli qərarı ilə (hakimlər: C.Yusifov - sədrlik edən və məruzəçi, P.Hüseynov və Ş.Məmmədova) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış əlavə olaraq qeyd etmişdir ki, üçüncü şəxslər, mübahisələndirilən ünvana qeydiyyata iddiaçının razılıq ərizəsinə əsasən alınmamış, onların yaşayış yeri üzrə ünvanı, sadəcə olaraq, iddiaçı ilə eyni bir ünvan olsa da, sonuncudan aralı olan ayrıca bir, daşınm az əmlakın dövlət reyestrində hələ qeydiyyatdan keçməyən, fərdi evdə yaşayırlar və öz təşəbbüsləri ilə də məhkəmədə qaldırdıqları iddianın müsbət həllinin nəticəsi olaraq, həmin evə qeydiyyata düşmüşdür və onların iddiaçının evinə dair hər hansı bir əmlak davaları yoxdur. İddiaçının özü tərəfindən də, məhz, təsdiq olunur ki, üçüncü şəxslər ondan 4 küçə aralı məsafədə öz evlərində yaşayırlar. Üçüncü şəxslər öz evinin faktiki sahibi olduqları və həmin evə məhkəmə qərarı əsasında qeydiyyata alındıqları və faktiki olaraq yaşadıqları halda, onlar evin mövcud ünvanından da istifadə etmək hüququna malikdirlər. Həmin fərdi yaşayış evi onların sahibliyində və istifadəsində olan ayrıca bir daşınmaz əmlakdır. Belə olan halda, cavabdeh tərəfindən onların həmin ünvandan qeydiyyatdan çıxarılmaları hüquq və azadlıqlarının pozulmasını ehtiva etmiş olar.
12. Apellyasiya məhkəməsi Mülki Məcəlləsinin 158.4, 164.1-ci maddələrinə və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə istinad etmişdir.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı kassasiya şikayətində qeyd edir ki, aşağıda qeyd edilən səbəblərdən apellyasiya məhkəməsinin qərarı ləğv edilməli və onun tələbi təmin edilməlidir 1) Üçüncü şəxslər Suraxanı rayonu, Əmircan qəsəbəsi, O.Əliyev küçəsi, ev 14 ünvanında ümumiyyətlə yaşamamışlar və yaşamaları sübut olunmur. 2) Üçüncü şəxslərin Suraxanı rayonu, Əmircan qəsəbəsi, O.Əliyev küçəsi, ev 14 ünvanindakı qeydiyyatları formal xarakter daşımaqla iddiaçının mülkiyyət hüququnun realizəsinə böyük maneələr yaradır və xüsusi mülkiyyət hüququnun kobud pozuntusuna səbəb olur. 3) Suraxanı rayonu, Əmircan qəsəbəsi, O.Əliyev küçəsi, ev 14 ünvanı altında 2 ayrı fərdi yaşayış evinin olması sübut olunmur. Belə ki, həmin ünvanda yalnız bir fərdi yaşayış evi mövcuddur ki, bu da iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və bu barədə çıxarış verilmişdir. 4) Üçüncü şəxslərin Suraxanı rayonu, Əmircan qəsəbəsi, O.Əliyev küçəsi, ev 14 ünvanina dair heç bir əmlak hüquqları və ya istifadə hüquqları yoxdur.
15. Kassator mövqeyini əsaslandırmaq üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə istinad etmişdir. b. Kassa siya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: Maddə
1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yar atmaqdır. Maddə
2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür (-). Maddə
9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında....
18. İnzibati Prose ssual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təm in edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarı.
20. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2 020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarını n ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Bununla belə məhkəmə kollegiyası aşağıdakıla rı nəzərə alır.
26. Mübahisə ilə bağlı işin apellyasiya məhkəməsi tərəfində müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Oqtay Əliyev küçəsi, ev 14 ünvanında 2 fərdi yaşayış evi mövcuddur. Belə ki, Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixi 761 nömrəli sərəncamına əsasən Əmircan qəsəbəsi, 3-cü Mədən küçəsi, 14 nömrəli yaşayış evinin mülkiyyətçisi X3 müəyyən edilmiş, daha sonra sözügedən ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.1998-ci il tarixli müqavilə əsasında X1, xx.xx.2012-ci il tarixdə satıcı X11 tərəfindən alıcı İddiaçı satılmışdır. xx.xx.2012-ci il tarixdən həmin ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmış, eyni ünvanda inşa edilmiş 117.8 kv.m fərdi yaşayış evi xx.xx.2018-ci il tarixdə iddiaçının a dına qeydiyyatdan keçmiş və hazırda xüsusi mülkiyyətindədir. Eyni zamanda mübahisəli ünvanda yerləşən digər fərdi yaşayış evi X6 məxsus olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş əmlakdır. Həmin ünvanda üçüncü şəxslər X9 və onun ailə üzvləri - X10, X4, X7 qeydiyyatdadırlar. Üçüncü şəxslər sözügedən ünvana Suraxanı Rayon Məhkəməsinin 2-527/2006 nömrəli, xx.xx.2006-cı il tarixli qətnaməsi ilə həmin ünvana qeydiyyata alınmışlar. Beləliklə, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Oqtay Əliyev küçəsində eyni ünvan göstəricisinə malik – 14 nömrəsi altında iki ayrı fərdi yaşayış evi var. İddiaçının qeydiyyatdan çıxarmaq istədiyi şəxslər mübahisəli ünvana qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə 2006-cı ildə qeydiyyata alınmışlar, hazırda üçüncü şəxslər X6 aid ev də faktiki yaşayırlar və yaşadıqları ünvan üzrə qeydiyyatdadırlar.
27. Göründüyü kimi, iş üzrə üçüncü şəxslər X7, X9, X10 və X4 iddiaçının mülkiyyətində olan evdə deyil, onunla ilə eyni ünvan göstəricilərinə malik başqa bir evdə qeydiyyatda olmaqla yaşayırlar.
28. Belə olan halda, iddiaçı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı tələb hüququna malik olmadığından apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
29. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı qərarın 17-18-ci bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələbləri pozulmamışdır. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassas iya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyul 2023-cü il tarixli, 21(103)-1621/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.