Məhkəmə qərarları › İş №2-1(102)-266/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-266/2025

31.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-266/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin bərpası; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 31.01.2025 hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyi n bərpası və s.” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 2-1(103)-1029/2024 nömrəli, 7 avqust 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2023cü il tarixli qərarına əsasən, xx.xx.1982-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyəti Tibbi-sosial ekspert komissiyası tərəfindən xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.9 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbindən 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir.

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən, 1982-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1-3. Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə qeyd edilən “Uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiy alar” diaqnozu xəstənin anamnestik, kliniki, laboratorinstrumental müayinələri əsasında müəyyən edilmişdir. O, hazırda qeyd edilən xəstəliklərdən əziyyət çəksə də, onun əyani müayinəsi zamanı hər hansı psixopatoloji hal aşkar edilməmişdir. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər hansı bir bəndini aid etmək mümkün olmadı. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instan siya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh inzibati orqanın ona təyin edilmiş əlilliyin dayandırılmasının ləğv edilməsini, ona təyin edilmiş əlilliyin bərpa olunmasının və cavabdehin qanunsuz hərəkətləri ucbatından ona dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq 5.000 manatın ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı İddia tələbinin dəqiqləşdirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı təyin edilmiş əlilliyin ləğv edilməsi və onun tam reabilitasiya olması hissəsində 30 mart 2023-cü il tarixli Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərarının ləğv edilməsini, İddiaçı təyin edilmiş əlilliyin dayandırıldığı tarixdən (ödənilməmiş aylar üzrə pensiya ödənişinin həyata keçirilməsi üçün) bərpa edilməsinin və maddi və mənəvi zərərin əvəzi olaraq, ümumilikdə 5000 manat məbləğində pulun ödənilməsinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona xx.xx.2019-cu il tarixdə təyin olunmuş üçüncü dərəcəli əlilliyə görə əmək pensiyası təyin olunmuşdur (Diaqnoz: Uzun müddət dekompensasiya altı aydan çox vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar). Bu günə kimi də xəstəliyi ilə əlaqədar müalicəsini qanunvericilikdə və səhiyyə o rqanları tərəfindən müəyyən olunmuş vaxtlarda aparır. 2023-cü ilin mart ayında ona əlilliyə görə təyin edilmiş pensiya ödənilmədi. Bundan sonra ona məlum oldu ki, cavabdeh inzibati orqan, ona təyin edilmiş əlilliyi birtərəfli qaydada qanunsuz olaraq dayandırmışdır. Halbuki, o, aldığı pensiya ilə tələbatlarını ödəyir, gündəlik dərmanlarını alır. Artıq bir neçə aydır onun sağlamlığı və həyatı üçün vacib olan dərmanları ala bilmir. Bu da onun səhhətinin daha da ağırlaşmasına səbəb olur. Onda mövcud olan xəstəliyə görə işləyə bilmir ki, gəlir əldə edib dərmanlarını alsın. Bütün bunlar cavabdehin qanunsuz hərəkətləri ucbatından baş verir. Ona ilkin əlillik təyinatı 2019-cu il tarixli qərarla 5 illik müddətə təyin edilsə də, sonradan onu müddəti bitmədən dayandırarkən, cavabdeh inzibati icraat h aqqında hüquq normalarına riayət etməmiş, onu inzibati icraata cəlb etmədən ona təyin edilmiş əlilliyi əsassız olaraq dayandırmış, aşkar şəkildə onun ilkin əlillik təyinatına olan etimadını pozmuşdur. Cavabdehin inzibati icraat haqqında hüquq normaları ilə üzərinə düşən öhdəliyini yerinə yetirmədiyi, onun qanunla qorunan hüquqlarını pozduğu sübuta yetirilir. Cavabdeh əlilliyin dayandırılması məsələsini həll edərkən həm Əlilliyi olan şəxslərin hüquqları haqqında Qanunun və onun əsasında yaradılmış qayda və qərarların əlilliyin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməli idi. Buna görə cavabdeh müvafiq qaydada inziba ti icraat aparmadan, sadəcə ehtimalların hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməyəcək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə əlilliyini dayandıra bilməzdi. Çünki ona əlilliyin təyin edilməsi barədə inzibati akt onun üçün əlverişli inzibati aktdır və onu belə bir əlverişli inzibati aktın nəticələrindən məhrum edən və ya bu nəticələri məhdudlaşdıran, onun hüquqi vəziyyətini dəyişdirə biləcək istənilən tədbir də məhz öz hüquqi formasına görə inzibati aktın qəbul olunması ilə həyata keçirilməlidir. Başqa sözlə, əlverişli inzibati aktın icrası hər hansı faktiki xarakterli hərəkətlə deyil, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparılmış inzibati icraatın nəticəsi kimi qəbul edilən inzibati aktla dayandırıla bilər. Bu baxımdan, cavabdeh inzibati orqan onun üçün əlverişli inzibati akt olan əlilliyin təyin edilməsi qərarının icrasının dayandırılması ilə bağlı qərar qəbul etməli olduğu halda, belə bir aktı qəbul etməməsi, yalnız əlilliyi dayandırdıqdan sonra, onun müraciətinə cavab olaraq məktubla məlumat verməklə kifayətlənməsi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olmamışdır. Bundan əlavə, cavabdeh bu qanunsuz hərəkətləri ilə ona maddi və mənəvi ziyan vurmuşdur. Hesab edir ki, cavabdeh bunun əvəzi olaraq ona 5.000 manat ödəməlidir.

6. Bakı İnzibati Məhkəməsinin 14 avqust 2023-ci il tarixli qərardadı ilə (hakim O.Həsənov) iddia maddi və mənəvi zərərin ödənilməsinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi hissəsində mümkün sayılmamışdır.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8781/2023 nömrəli, 14 avqust 2023-ci il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia mahiyyəti üzrə qiymətləndirilən hissədə təmin edilmiş, İddiaçı təyin edilmiş əlilliyin ləğv edilməsi və onun tam reabilitasiya olması hissəsində 30 mart 2023-cü il tarixli Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərarı ləğv edilmiş, İddiaçı təyin edilmiş əlilliyin dayandırıldığı tarixdən (ödənilməmiş aylar üzrə pensiya ödənişinin həyata keçirilməsi üçün) bərpa edilməsi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, şəxsin tam reabilitasiya olub-olmamasının araşdırılmasına da zərurət yoxdur. Belə ki, tam reabilitasiya olunduğu halda belə əgər şəxsin etimad hüququnun qorunmasını istisna edən hal yo xdursa, həmin sağalma əlilliyin təyinindən 5 il sonra növbəti müddətdə əlilliyin uzadılmasından imtina üçün əsas ola bilər. Lakin, 5 il müddəti çatmamış əlilliyin ləğvindən iddiaçının sağlamlıq vəziyyəti reabilitasiya olunma xarakterində olsa belə əsas ola bilməz. Müddətli əlilliyin məhz mahiyyəti odur ki, 5 il sonra əlillik sağlamlıq vəziyyətində dəyişiklik olub-olmaması müəyyən edilsin. Bu zaman 2023-cü ildə sağlam olan şəxsin 2024-cü ildə sağlamlıq vəziyyətinin yenidən pisləşməsi, xüsusi ilə iddiaçının daşıdığı xəstəliyin xüsusiyyətləri nəzərə almaqla istisna edilmir ki, cavabdeh tərəfindən əlillik ləğv edilərkən həmin halları nəzərə almaması inzibati icraatla bağlı qanunvericiliyinin pozuntusudur. Başqa sözlə iddiaçının 5 illik müddətin hər hansı ilindəki sağlamlıq vəziyyəti yox, məh z əlillik müddəti bitdiyi tarixdə sağlamlıq vəziyyəti cavabdehin yoxlama səlahiyyətləri daxilindədir. Halbuki əlilliyin təyin edilməsi barədə iddiaçının etimad hüququ qorunmalı olan qərarda təyin edilmiş əlilliyin müddətsiz olması açıq-aşkar müəyyən edilmişdir. İddiaçı hər hansı saxtakarlıq etməmiş, təhrif olunmuş məlumatlar təqdim etməmiş, cinayət törətməmiş və digər etimadın qorunmasına istinadı istisna edən hərəkətlərə yol verməmişdirsə onun cavabdehin istinad etdiyi, inzibati icraatın predmetindən kənar çıxmaqla aparmış inzibati icraat əlilliyin ləğvinə əsas yaratmır. İş materiallarından, həmçinin o da görünür ki, iddiaçıya təyin edilmiş əlillik ləğv edilmədən ona pensiya ödənişlərinin dayandırılması barədə mövqe də nümayiş etdirilmişdir ki, iddiaçıya münasibətdə inzibati icraatla bağl ı qanunvericiliyin tələbləri pozulmuşdur.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası mehkemesində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 2-1(103)-1029/2024 nömrəli, 7 avqust 2024-cü il tarixli qərarı ilə (hakimlər: P.Hüseynov sədrlik edən və məruzəçi, E.Əliyev və M.Qarayeva) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir.

11. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıda diaqnoz nəzərə alınmaqla onun əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmamışdır, bu səbəbdə n də ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər hansı bir bəndini aid etmək mümkün olmamışdır. Ona görə də iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Bundan başqa, mübahisələndirilən inzibati aktın cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Qanunun icraatın aparılması qaydalarının pozulması nəticəsində qəbul edilməsi ilə bağlı iddiaçının mövqeyinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçını n hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunur ki, həmin pozuntu qərara təsir etsin, yəni müddəaya riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Hazırkı halda isə iddiaçı cavabdeh tərəfindən dəvət olunaraq əyani müayinədən keçirilmiş və sonra mübahisələndirilən qərar qəbul edilmişdir.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini x ahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, əsassız olaraq təkrar müayinəyə çağırılmağı özü-özlüyündə tam qanunsuz olmuşdur. Çünki inzibati orqanın keçirtdiyi əyani müayinənin nəticəsinin nə vaxt imzaladığı mənə məlum deyil və mən bu məlumatı bilə bilməzdim. Əgər belə bir hal olmuşdursa bu o orqanın özünün daxili problemidir.

14. O, təkrar müayinədə olan zaman hansı geyimdə olmalı idim ki, xəstəliyim zahirən bilinsin ? Mənim xəstəliyim elə bir xəstəlikdir ki, müntəzəm müalicə aldığım vaxtlarda ümumi həyat tərzimdə elə bir dəyişiklik müşahidə olunmur.

15. Müayinə zamanı heç bir ciddi yoxlama olmadı, sadəcə olaraq 10-15 dəqiqə söhbət aparıldı.

16. Apellyasiya Məhkəmən in ikinci iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, təkrar müayinənin cavabının necə olacağını bilirlər. Onda sual yaranır: Hansı obyektiv müayinədən sual gedə bilər?

17. Cavabdeh əlilliyin ləğvi üçün əsas hesab etdiyi xx.xx.2019-cu il tarixli göndərişin xx.xx.2022-ci ildə ekspert komissiyası tərəfindən imzalanmasını təsdiq edən heç bir sübut təsdiq edə bilmədi.

18. Nədənsə apellyasiya məhkəməsi agentliyin onu təkrar müayinəyə çağırmaqla “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 3.2-ci maddəsinin pozulduğunu nəzərə almamışdır.

19. O, mütəmadi müayinə alır və müayinələrdən sonra xəstəliyində müəyyən yüngülləşmələr olur. Bu yüngülləşmələri bütün dövrlərə şamil etmək olmaz. Çünki müalicə dayanan kimi ağırlaşmalar baş verir.

20. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şi kayətində, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQU

21. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qəra rı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsin in qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişd ir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə yuxarıda göstərilmiş nəticəyə gələrkən qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında öz hüquqi mövqeyini bununla əsaslandırmışdır ki, “Bakı Apellyasiya Məhkəməsi tərəfindən hazırkı iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, iddiaçının adına tərtib edilmiş sənədlərə və özünün məhkəmətibbi müayinəsinə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsin T329/2024 saylı xx.xx.2024-cü il tarixl i ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının əyani müayinəsi zamanı hər hansı psixopatoloji hal aşkar edilməmişdir və diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər hansı bir bəndini aid etmək mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, iddiaçıda diaqnoz nəzərə alınmaqla onun əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional d əyişikliklər əlillik səviyyəsində olmamışdır, bu səbəbdən də ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər hansı bir bəndini aid etmək mümkün olmamışdır. Ona görə də iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir.”

25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə və onun əsaslandırılması ilə razılaşmır, hesab edir ki, apellyasiya məhkəməsi hazırkı inzibati mübahisəni tam və hərtərəfli araşdırmamaqla, iş üzrə yanlış və əsassız məhkəmə qərarı qəbul etmişdir.

26. Belə ki, yuxarıda artıq göstərildiyi kimi, apellyasiya məhkəməsi əsas və faktiki yeganə sübut olaraq Məhkəmə-Tibbi Ekspertiza və X4 hüquqi şəxsin T329/2024 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyinə istinad edir.

27. Sözügedən ekspert rəyi ilə əlaqədar məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, həmin ekspertizanın təyin edilməsi apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı əsasında həyata keçirilmişdir.

28. Həmin qərardadda konkret şəkildə yazılmışdır ki, “Ekspertiza tədqiqatı İddiaçı müayinəsində əvvəl iştirak etmiş cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşlarının və mütəxəssislərinin (hakimlərinin) iştirakı olmadan keçirilsin.”

29. Lakin bun a baxmayaraq adıçəkilən ekspert rəyindən göründüyü kimi, iddiaçının ekspertiza müayinəsi zamanı cavabdehin nümayəndəsi tibbi-sosial eksperti X7 iştirak etmiş və ekspert rəyini imzalayaraq onu təsdiq etmişdir.

30. Bununla bağlı xüsusi olaraq qeyd edilməlidir ki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunun 6-cı maddəsinə əsasən, məhkəmə ekspertizası aparılarkən ekspert müstəqildir, onun məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqandan və ya şəxsdən, tərəflərdən və işin nəticəsində marağı olan digər şəxslərdən hər hansı asılılığı ola bilməz. Ekspert özünün xüsusi biliyinə və daxili inamına əsaslanaraq aparılmış tədqiqatın nəticələrinə uyğun olaraq rəy verir. Məhkəmələr (hakimlər), təhqiqat aparan şəxs, müstəntiq, prokuror, habelə digər dövlət orqanları, təşkilatlar və ya ayrı-ay rı şəxslər tərəfindən proses iştirakçılarından hər hansı birinin maraqlarına cavab verən və ya digər şəxslərin xeyrinə olaraq rəy əldə etmək məqsədi ilə ekspertə hər hansı formada təsir göstərilməsi qadağandır. Ekspertə təsir göstərilməsində təqsirkar olan şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

31. Yəni, tərəflərin hazırkı konkret halda cavabdehin ekspertizada iştirak etməsi və bu barədə rəy verməsi qanuna zidd olmaqla, yolverilməzdir, belə ki, aydın məsələdir ki, cavabdeh işin nəticəsində bilavasitə maraqlı olan tərəfdir, başqa sözlə ekspertiza müstəqil və birtərəf olmalıdır.

32. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iş üzrə verilmiş sözügedən ekspertiza rəyi qeyri-legitim olmaqla, mötəbər sübut kimi qəbul edilib, qiymə tləndirilə bilməz, yəni hər hansı bir məhkəmə ona əsaslana bilməz.

33. Nəzərə alaraq ki, apellyasiya məhkəməsi tərəfindən faktiki şəkildə yalnız, məhz adıçəkilən T329/2024 saylı ekspert rəyinə istinad edilmişdir, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunun 6-cı maddəsini pozmuş və bunun nəticəsində qanuna uyğun olmayan və əsassız məhkəmə qərarı qəbul etmişdir.

34. Belə ki, yuxarıda artıq göstərildiyi kimi ekspertiza tam müstəqil və birtərəf olmalıdır.

35. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi işin 146-cı səhifəsində olan “TSEK- müayinələri” adlanan xx.xx.2019-cu il tarixli sənədi tam araşdırmamışdır.

36. Belə ki, həmin sənədin aşağı hissəsində yazılmışdır ki, “müayinəni sistemə daxil edən şəxs: X2, müayinənin sistemə daxil edilmə tarixi xx.xx.2022-09:30:38; müayinənin nəticəsini sonuncu imzalayan şəxs: X3 müayinənin sonuncu imzalama tarixi xx.xx.2022, 14:43:24.”

37. İddiaçının müayinəsi xx.xx.2019-cu il tarixdə keçirildiyi zaman, müayinənin sistemə daxil edilməsi və sonuncu şəxs tərəfindən imzalanması yalnız təxminən 3 ildən sonra baş verməsinin səbəbləri araşdırılmamışdır.

38. Eyni zamanda “TSEK-müayinələri” adlanan sözügedən xx.xx.2019-cu il tarixli sənəddən görünür ki, iddiaçıya 3-cü dərəcə əlillik 5 il müddətinə təyin edildiyi və növbəti qiymətləndirmə xx.xx.2024-cü il tarixdə keçirilməli olduğu halda, cavabdehin iddiaçıya yazdığı xx.xx.2023-cü il tarixli “Bildiriş”də deyilir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “əlill iyin qiymətləndirilməsi qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir.”

39. Buna görə də cavabdeh, iddiaçıya təyin edilmiş 3-cü dərəcəli əlilliyin müddəti (28 mart 2024-cü il) bitməsinə baxmayaraq, iddiaçını xx.xx.2023-cü il tarixində saat 15:00-da müayinəyə dəvət etmişdir, halbuki TSEK-in iddiaçı barədə xx.xx.2019-cu il tarixli qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar iş materiallarında mövcud deyildir.

40. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 avqust 2024-cü il tarixli, 21(103)-1029/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar