Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2660/2023 15.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: qaçqın statusunun verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi, qaçqın statusu verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023cü il tarixli, 2-1(103)-2158/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2001-ci il tarixdə Əfqanıstan Respublikası, Kabil şəhərində doğulmuşdur, Əfqanıstan İslam Respublikasının vətəndaşıdır.
2. İddiaçı xx.xx.2021-ci il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Anket məlumatlarına əsasən iddiaçının milliyyəti tacik, dini etiqadı müsəlman (sünni) olmuşdur. İddiaçı 6 yaşında Əfqanıstanda məktəbə başlamış, 11-ci sinifi “Altaqua” özəl məktəbində oxumuş, Azərbaycana gələndən sonra Bakı şəhəri. Xətai rayonu, R.Məmmədov adına 269 saylı tam orta məktəbi bitirmişdir. Azərbaycana gələndən sonra 1 ay müddətində kafedə ofisiant, sonra Yasamal rayonunda 1 ay müddətində avtomobil yuma məntəqəsində, sonra isə 4 ay müddətində “Rest-Travel” turizm şirkətində satış müdiri kimi, daha sonra Nizami küçəsində yerləşən Pakistan restoranında menecer kimi, həmçinin daha sonra “Elart travel" şirkətində daxili tur meneceri işləmişdir. Ərizəçinin digər ailə üzvləri özü ilə birlikdə Bakı şəhərində yaşayırlar. 3.Dövlət Miqrasiya Xidmətinin qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında İQ-47/1 nömrəli 22 dekabr 2022-ci il tarixli qərarından görünür ki, iddiaçının vəsatətinə baxılmış, “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın təklifini, həmçinin “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Q anunun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini nəzərə alaraq, həmin Qanun 9-cu və 13-cü maddələrini, habelə “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 13-cü bəndini rəhbər tutaraq Əfqanıstan İslam Respublikasının vətəndaşı İddiaçı Müsadiqə qaçqın statusu verilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin İQ-47/1 nömrəli xx.xx.2022-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarının qanunsuz hesab edilməsi və ləğv edilməsi, cavabdehin üzərinə iddiaçının xx.xx.2021-ci il tarixli vəsatətini təmin edərək iddiaçıya qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəs inin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Əfqanıstanın Kabil şəhərində anadan olmuşdur, milliyyətcə tacikdir, dini etiqadına görə müsəlmandır (sünni). 6 yaşında Əfqanıstanda məktəbə başlamış, 11-ci sinifi “Altaqua” özəl məktəbində oxumuş, Azərbaycana gələndən sonra Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov adına 269 saylı tam orta məktəbi bitirmişdir. O və ailə üzvləri Əfqanıstanda Taliban hərəkatının üzvləri Əbdül Mucib və İsmayıl adlı şəxslər tərəfindən təqib edilib. Anası müəllim işlədiyi vaxt Taliban tərəfindən iki dəfə hədə-qorxu gələn məktublar alıb, onu öldürəcəklərini deyiblər. Atasını da Talibanla əməkdaşlıq etməklə hədələyiblər, lakin o bundan imtina edib. 2014-cü ildə ailəsi Avropaya g etmək üçün onlara qarşı edilən təhdidlər səbəbindən ilk dəfə Əfqanıstandan Dubay vasitəsilə Qambiyaya gedib, lakin orada 8 ay qaldıqdan sonra Kabil şəhərinə qayıdıblar. Anası 2014-2016-cı illər ərzində Təhsil Mərkəzində işləyərkən bankomatdan pul çıxarmaq istəyərkən naməlum şəxslər tərəfindən hücuma məruz qalıb, bu hadisədən sonra o, ailəsi ilə birlikdə ölkədən çıxmaq qərarına gəlib. Onlar qanuni yollarla İrana gediblər və oradan ailə üzvləri ilə birlikdə Türkiyəyə keçiblər, lakin 2017-ci ildə Türkiyə Bolqarıstan sərhədində tutularaq Əfqanıstana qayıdıblar. 2017-ci ildən bəri o, dəfələrlə ölümlə hədələnib, bu səbəbdən ailəsi ilə yenidən ölkəni tərk etmək qərarına gəlib və 2019-cu ildə Azərbaycana gəliblər. Viza alaraq ailə üzvləri ilə birlikdə xx.xx.2019-cu il tarixində Azərbaycana gəlmişd ir. Azərbaycana gələndən sonra 1 ay müddətində kafedə ofisiant, sonra Yasamal rayonunda 1 ay müddətində avtomobil yuma məntəqəsində, sonra isə 4 ay müddətində “Rest-Travel” turizm şirkətində satış müdiri kimi, daha sonra Nizami küçəsində yerləşən Pakistan restoranında menecer kimi, həmçinin daha sonra “Elart travel" şirkətində daxili tur meneceri işləmişdir. Ərizəçinin digər ailə üzvləri özü ilə birlikdə Bakı şəhərində yaşayırlar. xx.xx.2021-ci ildə sığınacaq vəsatəti ilə müraciət edib. Cavabdeh onun vəsatətini 07-2021 saylı iş nömrəsi ilə qeydiyyata alıb və onunla müsahibə aparıb. O bildirib ki, hal-hazırda Əfqanıstanda taliblər hakimiyyətində olduqları üçün təhdid olunacağından ehtiyat edir, bu səbəblə də, hazırda ölkəsinə qayıtmaq istəmir. Azərbaycanda qaçqın statusu alaraq yaşamaq istə yir. xx.xx.2022-ci ildə cavabdeh İQ-47/1 saylı qərarı ilə sığınacaq vəsatəti rədd edilib. Cavabdeh qərarını onunla əsaslandırıb ki, o vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən heç bir əsaslı təqibə məruz qalmamışdır. Cavabdehin imtinası əsassız olmaqla, həm Azərbaycan Respublikasının qanunvericliyinə, həm də Beynəlxalq qanunvericiliyə ziddir. cavabdehin etirazı:
6. Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə cavabdehə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün cavabdeh tərəfindən qeydiyyata alınmış, adına 07-2021 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. Ərizəçinin ərizə-anketinin qeydiy yatı və müsahibəsi zamanı söylədiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və bu məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, ərizəçi özünün etibarlı pasportunu təqdim edərək adını, yaşını, vətəndaşlığını sübut etmiş və bu doğru olaraq qəbul edilmişdir. Ərizəçi Əfqanıstanda “Taliban” hərəkatının üzvü olan Abdul Mucib və İsmayıl adlı şəxslər tərəfindən təqib olunduğunu söyləsə də, onun hər dəfə ölkəsini tərk etdikdən sonra yenidən ora qayıtması və uzun müddət öz ölkəsində yaşaması onun əsaslı təqib qorxusunun olmadığını deməyə əsas verir. Ərizəçi qeyd etdiyi təhdidlə əlaqədar ölkədaxili yerdəyişmə alternativindən istifadə etməmişdir. Ərizəçi ailəsinə qarşı olan təhdidlərin Kabil şəhərində yaşayarkən baş verdiyini bildirsə də, ölkəsinə hər dəfə geri qayıtdıqdan sonra K abil şəhərinə qayıtması və orada yaşamasına davam etməsi, onun təqib olunmaları ilə bağlı dediklərini inandırıcılıq baxımından şübhə altına almışdır. O, ölkə xaricinə yerdəyişmə etsə də, hər dəfə qayıtdıqdan sonra uzun müddət Əfqanıstanın Kabil şəhərində yaşaması faktı da şəxsin 1951-ci il konvensiyasının 1-ci maddəsinin “A” bəndinin 2-ci yarımbəndində göstərilən səbəblərə görə təqibə bərabər tutulan təhlükəyə məruz qalacağına dair əsaslı ehtimalın mövcudluğunu şübhə altına almışdır. Eyni zamanda Əfqanıstanla bağlı BMT QAK-ın rəhbər prinsiplərinin 3-cü bölməsinin 10-cu bəndində sadalanan zorakılıq və ya təqib hallarına məruz qalmaması da ərizəçinin əsaslı təqib hallarına məruz qalmadığını göstərir. İddiaçının müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkəd ə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra iddiaçının şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir, ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir. 7.Yuxarıda qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməməsi xahiş olunmuşdur. Birinci insta nsiya məhkəməsinin gəldiyi nəticə:
8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-6219/2023 saylı qərarı ilə iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə aparılmış müsahibələrdən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusunun mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçının müsahibə zamanı verdikləri izahatlarından məlum olmuşdur ki, vətəndaşı olduğu və daimi yaşadıqları ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışlar. İddiaçı Əfqanıstanda “Taliban” hərəkatının üzvü olan Abdul Mucib və İsmayıl adlı şəxslər tərəfindən təqib olunduğunu söyləsə də, onun hər dəfə ölkəsini tərk etdikdən sonra yenidən ora qayıtm ası və uzun müddət öz ölkəsində yaşaması onun əsaslı təqib qorxusunun olmadığını deməyə əsas verir. İddiaçı qeyd etdiyi təhdidlə əlaqədar ölkədaxili yerdəyişmə alternativindən istifadə etməmişdir. İddiaçı ailəsinə qarşı olan təhdidlərin Kabil şəhərində yaşayarkən baş verdiyini bildirsə də, ölkəsinə hər dəfə geri qayıtdıqdan sonra Kabil şəhərinə qayıtması və orada yaşamasına davam etməsi, onun təqib olunmaları ilə bağlı dediklərini inandırıcılıq baxımından şübhə altına almışdır. O, ölkə xaricinə yerdəyişmə etsə də, hər dəfə qayıtdıqdan sonra uzun müddət Əfqanıstanın Kabil şəhərində yaşaması faktı da şəxsin 1951-ci il konvensiyasının 1-ci maddəsinin “A” bəndinin 2-ci yarımbəndində göstərilən səbəblərə görə təqibə bərabər tutulan təhlükəyə məruz qalacağına dair əsaslı ehtimalın mövcudluğunu ş übhə altına almışdır.
10. Ərizəçinin barəsində mənşə ölkəsində əsaslı təqib qorxusunun mövcudluğu, onun bildirdiklərindən başqa sübutlarla sübuta yetirilmir.
11. Bununla bağlı qeyd edilməlidir ki, hər hansı səbəbə söykənən istənilən təqib qorxusu deyil, yalnız irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə mövcud olan təqib qorxusu qaçqın statusunun alınmasına əsas təşkil edə bilər.
12. Göründüyü kimi inzibati orqan qaçqın statusunun verilməsi ilə bağlı irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən etməmişdir.
13. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna v ə ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər. Hazırkı işin halları baxımından iddiaçının belə təqibin qurbanı olması barəsində tam əsaslı ehtiyatın mövcudluğu sübut olunmur.
14. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, cavabdehin üzərinə iddiaçının vəsatətini təmin edərək iddiaçıya qaçqın statusu verilməsi barədə qərar qəbul etmək öhdəliyinin qoyulmasını, cavabdehin qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarının ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2158/2023 nö mrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 21(112)-6219/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, cavabdehin üzərinə iddiaçının vəsatətini təmin edərək iddiaçıya qaçqın statusu verilməsi barədə qərar qəbul etmək öhdəliyinin qoyulmasını, cavabdehin qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarının ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri 18.İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh inzibati orqan işin mühüm faktlarını müəyyən etməyib və iş ü zrə mühüm faktların mötəbərliyini qiymətləndirməyib. 19.Belə ki, iş üzrə mühüm fakt ərizəçinin etnik/dini mənsubiyyətinə görə təqib edilməsi riskidir. Cavabdeh ərizəçinin əsaslı təqib qorxusunun yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmayıb və şablon ifadələrdən istifadə edib. Qaçqın statusu verilməsi iki mərhələli yoxlamadan ibarətdir: 1-ci mərhələ, işin mühüm faktlarının müəyyən edilməsi və bu faktların mötəbərliyinin qiymətləndirilməsi; 2-ci mərhələ, əsaslı təqib qorxusunun və real riskin qiymətləndirilməsi. Mühüm faktların müəyyən edilməsi mərhələsində iddiaçının izahatlarına əsasən iş üzrə mühüm faktlar müəyyən edilməli və həmin faktların mötəbərliyi qiymətləndirilməlidir. Əsaslı təqib qorxusunun qiymətləndirilməsi mərhələsində isə müəyyən edilmiş mühüm fa ktların işığında iddiaçıya münasibətdə əsaslı təqib qorxusunun və real riskin olub-olmadığını yoxlanılmalıdır.
20. Ərizəçi işin mühüm faktları, yəni onun təqibə məruz qalmasını təsdiq edən xüsusatlar barədə müfəssəl izahatlar verib və həmin izahatlar ərizəçinin işinin hallarına münasibətdə spesifikdir. Eləcə də həmin izahatlar bir-biri ilə ziddiyyət təşkil etmir. Nəzərə almaq lazımdır ki, ərizəçinin izahatları ona verilən suallar çərçivəsində olub və ona verilməyən sualları əhatə etməyib. Nəticə etibarilə, ərizəçinin izahatları müfəssəldir, spesifikdir və ziddiyyətli deyil. Buna görə də həmin izahatlar daxili mötəbərlik tələbini ödəyir. b. kassasiya şikayətinə etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Qaçqın və məcburi köçkünləri n (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
1. Bu Qanunda istifadə edilən əsas anlayışlar Qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir; Maddə
10. Qaçqın və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi haqqında vəsatətin qaldı rılması qaydası Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.... Maddə
12. Şəxsin qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi haqqında vəsatətə baxılması qaydası... Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Maddə
13. Qaçqın statusu verməkdən imtina edilməsi Şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir.... 23. “Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası: Bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilind ə köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Bənd 1.... “Qaçqın” statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində “Qaçqın” statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğul duğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir.... Bənd 7. “Qaçqın” statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Bənd
8. Müsahibə zamanı şəxs "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "Qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. Bənd 9. "Qaçqın" statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkd ən imtina edərsə və ya "Qaçqın" statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq "Qaçqın" statusu verməkdən imtina edilir.
24. İnzibati Prosessual Məcəllə: Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı veril miş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 25.İddiaçının nümayəndəsi və vəkili vəsatətlə məhkəmə kollegiyasına müraciət edərək kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddətin bərpasını xahiş etmişdir. Vəsatətdə qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarı xx.xx.2023-cü il tarixdə elektron məhkəmə sisteminə yüklənmiş, xx.xx.2023-cü il tarixdə həmin Qərardan kassasiya şikayəti tərtib edilmiş və iddiaçı xarici vətəndaş olduğundan və şikayəti məhkəmənin elektron System vasitəsi ilə yerləşdirilməsi mümkün olmadığından, kassasiya şikayəti kağız formatında xx.xx.2023-cü il tarixdə “ Best Delivery” sürətli poçt xidməti vasitəsi ilə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixində elektron məhkəmə sistemindən gələn bildiriş nəticəsində kassasiya şikayətinin məhkəməyə daxil olmadığını öyrənmişdir. Bundan sonra “Best Delivery” sürətli poçt şirkətinə müraciət olunmuş və onlar tərəfindən xx.xx.2023-cü il tarixində 090551 nömrəli qəbzlə icraçı tərəfindən qəbul etdiyi kassasiya şikayətinin itirildiyi bildirilmişdir. Daha sonra, sənədi itirmiş kuryer barəsində əmək intizamı üzrə tədbir görülərək töhmət verilmişdir. Qeyd edilən üzrlü səbəbdən kassasiya şikayəti vermək müddəti buraxılmışdır. 26.Məhkəmə kollegiyası hesab edir ki, buraxılmış müddət üzürlü hesab edilməlidir. Belə ki, vəsatətin dəlilləri açıq-aşkar əsassız deyil və işin mate rialları ilə təkzib olunmur. Bu səbəbdən də həmin dəlillər qəbuledilən hesab olunur və prosessual müddətin icraat iştirakçısının təqsiri olmadan buraxıldığı qənaətinə gəlməyə əsas verir. 27.Kassasiya şikayəti, həmçinin formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilir.
28. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
31. İşin araşdırılmış hallarına görə, iddiaçının cavabdehə müraciəti ilə bağlı cavabdeh tərəfindən inzibati icraat başlanmış, təqdim edilmiş sənədlərin surətləri inzibati icraata dair işə əlavə edilmiş, iddiaçının dinlənilmə hüququ təmin olunaraq onunla müsahibələr keçirilmiş, inzibati icraatın nəticəsi olaraq vəsatətin təmin olunmaması, yəni iddiaçının arzuladığı inzibati aktın qəbul edi lməsindən imtina barədə əsaslandırılmış qərar qəbul edilmişdir. 32.İddiaçının müraciətinə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının tələblərinə uyğun baxılmış və qərar qəbul edilmişdir. Həmin Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. 33.İddiaçının müraciəti ilə başlanmış inzibati icraat materialları məhkəmə araşdırmasının predmeti olmuşdur. 34. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, qaçqın Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əv vəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir.
35. İnzibati icraat zamanı iddiaçının söylədiklərindən məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. Ərizəçinin vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən də təqibə məruz qaldığına dair məlumat yoxdur. 36.Nəzərə alınmalıdır ki, irqi və ya milli mənsubiyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib qurbanı olmaq təhlükəsi və bununla bağlı əsaslı təqib qorxusu sübut olunmadığı hallarda, şəxs digər əsaslara istinadən qaçqın statusu tələb etməkdə haqlı sayıla bilməz. Hazırkı işin halları b axımından iddiaçının belə təqib qurbanı olması, əsaslı təqib qorxusunun mövcud olması sübut olunmur. 37.Beləliklə, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit olunmuş “qaçqın” anlayışı ilə əhatə olunmadığından cavabdehin imtinası əsaslı olmuşdur. 38.İddiaçının BMT-nin “Qaçqınların statusu haqqında” Konvensiyasına istinadı da vəziyyəti dəyişmir. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit olunmuş “qaçqın” anlayışı həmin Konvensiyada təsbit edilmiş “qaçqın” anlayışına uyğundur. İddiaçı isə həmin anlayışa uyğun gələn şərtləri təmin etmir. 39.Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. 40.Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2158/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.