Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2663/2023 13.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı сavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: işləməkdə davam edən dövlət qulluqçusuna pensiyanın təyin edilməsi qaydası, qulluq illərinə görə əlavənin hesablanması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1953- cü il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1240/2023 nömrəli, 05 iyul 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1953-cü il təvəllüdlüdür.
2. Cavabdehin xx.xx.2007-ci il tarixli qərarı ilə ona xx.xx.2007-ci il tarixdən əmək pensiyası təyin olunmuşdur. xx.xx.2017-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində hesablamalarl a müəyyən edilir ki, ona hər ay 808,73 manat məbləğində, xx.xx.2018xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində hər ay 871,08 manat məbləğində əmək pensiyası ödənilmişdir. 1 dekabr 2013-cü il tarixindən iddiaçıya vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 475,00 manata artırılması ilə əlaqədar rütbə maaşına görə əlavə 134,00 manat, qulluq stajına görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavə 304,50 manat, məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 228,38 manat pul təminatı, müalicə olunma üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 152,25 manat pul təminatı və mükafatlara görə 89,06 manat əlavə olmaqla orta aylıq əmək haqqı 1383,19 manat təşkil etmişdir. 33 il 1 ay 13 gün qulluq stajına görə orta aylıq əmək haqqının (1383,1 9 manat) 80 faizi - 1106,55 manat müəyyən edilmişdir. 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 520,00 manata artırılması ilə əlaqədar iddiaçıya rütbə maaşına görə əlavə 134,00 manat, qulluq stajına görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavə 327,00 manat, məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 245,25 manat pul təminatı, müalicə olunma üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 163,50 manat pul təminatı və mükafatlara görə əlavə olmaqla orta aylıq əmək haqqı 1487,25 manat olmaqla onun 80 faizi - 1189,80 manat pensiya təyin edilmişdir. 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 780,00 manata artırılması ilə əlaqədar rütbə maaşına görə əlavə 134,00 manat, qulluq stajına görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavə 457,00 manat, məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 342,75 manat pul təminatı, müalicə olunma üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 228,50 manat pul təminatı və mükafatlara görə 146,25 manat əlavə olmaqla orta aylıq əmək haqqı 2088,50 manat olmaqla onun 80 faizi-1670,80 manat pensiya təyin edilmişdir.
3. İddiaçı ona təyin olunmuş əmək pensiyasının məbləği ilə razılaşmayaraq pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir.
4. Cavabdeh 23 iyul 2020-ci il tarixli və 14 avqust 2020-ci il tarixli eyni məzmunlu məktublarla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, ədliyyə orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 475,00 manata artırılması ilə əlaqədar rütbə maaşına görə əlavə 134,00 manat, qulluq stajına görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavə 304,50 manat, məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 228,38 manat pul təminatı, müalicə olunma üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 152,25 manat pul təminatı və mükafatlara görə 89,06 manat əlavə olmaqla orta aylıq əmək haqqı 1383,19 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan 20.19.3-cü maddəsinə əsasən 33 il 1 ay 13 gün qulluq stajına görə orta aylıq əmək haqqının (1383,19 manat) 80 faizi - 1106,55 manat müəyyən edilmişdir. Lakin xx.xx.2017-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində hər ay iddiaçıya 808,73 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində 2382,56 manat məbləğində əskik pul vəsaiti ödənilmişdir. Ədliyyə orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 520,00 manata artırılması ilə əlaqədar rütbə maaşına görə əlavə 134,00 manat, qulluq stajına görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavə 327,00 manat, məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablana n 245,25 manat pul təminatı, müalicə olunma üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 163,50 manat pul təminatı və mükafatlara görə əlavə olmaqla orta aylıq əmək haqqısı 1487,25 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.19.2-ci maddəsinə əsasən orta aylıq əmək haqqının (1487,25 manat) 80 faizi - 1189,80 manat müəyyən edilmişdir. Lakin xx.xx.2018xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində hər ay ona 871,08 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 5736,96 manat məbləğində əskik pul vəsaiti ödənilmişdir Ədliyyə orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxti lə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 780,00 manata artırılması ilə əlaqədar rütbə maaşına görə əlavə 134,00 manat, qulluq stajına görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavə - 457,00 manat, məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 342,75 manat pul təminatı, müalicə olunma üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 228,50 manat pul təminatı və mükafatlara görə 146,25 manat əlavə olmaqla orta aylıq əmək haqqı 2088,50 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 20.19.2-ci maddəsinə əsasən orta aylıq əmək haqqının (2088,50 manat) 80 faizi-1670,80 manat müəyyən edilmişdir. Lakin xx.xx.2019- xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində hər ay iddiaçıya 1197,73 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində 5203,77 manat məbləğində əskik pul vəsaiti ödənilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlara əsasən əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 13323,29 manat fərq məbləği həmin Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada cari aydan etibarən hissə-hissə pensiyasının (1670,80 manat) üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci ilədək olan müddət ərzində aldığı pensiyanın qulluq stajına görə vəzifə və rütbə maaşına əlavələr və artımlar, pul təminatı və mükafatlara görə əlavələr nəzərə alınmaqla yenidən hesablanması, xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci ilədək artımlar nəzərə alınmadan ödənilməmiş əskik əmək pensiyası məbləğinin birdəfəlik ona ödənilməsi və xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixədək ona əmək pensiya sı üzrə əskik ödənilmiş 13.323,28 manat fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1953-cü il tarixdə anadan olmuş, 1971-ci ilin oktyabr ayından etibarən müxtəlif vəzifələrdə çalışaraq əmək fəaliyyəti ilə məşğul olmuş, xx.xx.1982-ci il tarixdə Qazax rayon VVAQ şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş, xx.xx.2009-cu il tarixdə Qazax rayon Qeydiyyat Şöbəsinin rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2015-ci il tarixdə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 18.1 və 40.1.10-cu maddələrinə müvafiq olaraq qulluqda olmanın yaş həddinə çatdığı üçün pensiyaya çıxmağı ilə əlaqədar ədliyyə orqanlarında qulluq keçməsinə xitam ve rilmişdir. İddiaçıya pensiya təyin olunarkən dövlət qulluğunda çalışmağı, işlədiyi vəzifə, vəzifə maaşlarının artırılması, əlavə müavinatlar nəzərə alınmamışdır. İddiaçı xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli ərizələrlə cavabdehə müraciət etmiş, müraciətləri cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli məktublarla cavablandırılaraq yalnız xx.xx.2017 - xx.xx.2020-ci illər aralığında olan əskik ödənilməli olan əmək haqqının məbləğinin yenidən hesablanaraq hissə-hissə iddiaçıya ödəniləcəyi, xx.xx.2013-xx.xx.2017-ci illər arasında olan müddət ərzində iddiaçıya əlavə hesablanmalı olan pensiya məbləği barədə məlumat verilməmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 44, 32.1 və 37-ci maddələrində xx.xx.2017-ci ildə edilmiş dəyişikl iyin 2017-ci ildən əvvəlki münasibətlərə şamil edilmədiyi bildirilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixində ərizə ilə yenidən cavabdehə müraciət edərək iddiaçıya əvvəl əskik ödənilmiş əmək pensiyasına dövlət qulluğu vəzifəsindən çıxdığı tarixdən sonra əmək pensiyası təyin edilən tarixdən və dövlət qulluğu vəzifəsində qulluq stajına görə əlavənin xx.xx.2007-ci il tarixdən ödənilməsi, rütbə maaşına və qulluq stajına əlavələr və artımlarla birlikdə birdəfəlik ödənilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən ərizəsinə cavab verilməmişdir. İddiaçının xx.xx.2020-ci il tarixli ərizəsində, həmçinin, hazırki iddia ərizəsindəki tələbləri təmin edilməlidir. Cavabdeh iddiaçıya yalnız son 3 ilə görə əmək pensiyasına nəzərə almadıqları maaşına əlavəni, qulluq stajına görə, vəzifə və rütbə maaşının 5 0 % miqdarında əlavəni, məzuniyyətə çıxarkən verilən 2 aylıq əmək haqqı məbləğindən hesablanan pul təminatı, müalicə olunmaq üçün verilən 2 aylıq əmək haqqı məbləğinin hesablanan pul təminatı və mükafatlara görə əlavələr hesablanmaqla 13.323,29 manat fərq məbləğini “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən hissə-hissə pensiyanın üzərinə əlavə olunmaqla ödənilməsinə başlamışdır. Cavabdeh tərəfindən pensiyanın yalnız son 3 ilə görə əlavə və artımlar olmaqla artırılması və ödənilməmiş pensiya məbləğinin birdəfəlik deyil, hissə-hissə ödənilməsi əsassızdır.
7. Cavabdeh orqan iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən ədliyyə əməkdaşlarının vəzifə maaşları 01 dekabr 2013-cü il, 01 mart 2018-ci il və 01 sentyabr 2019-cu ildən artırılmış və qeyd edilən sərəncamlar iddiaçıya münasibətdə də icra edilmişdir. Bu zaman iddiaçının əmək pensiyasi üzrə keçmiş müddət üçün hesablanmış 13.323,29 manat fərq məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada cari ilin avqust ayından etibarən hissə-hisə (360,10 manat) pensiyasının (1670,80) manat üzərinə əlavə olunmaqla onun kart hesabına ödənilir. İddiaçının iddia ərizəsində göstərdiyi “xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci ilədək olan müddət ərzində aldığı pensiyasını qulluq stajına görə vəzifə və rütbə maaşına əlavələr və artımlar, pul təminatı və mükafatlara görə əlavələr nəzərə alınmaqla yenidən hesablanması” iddia tələbi ilə əlaqədar bildirilmişdir ki, iddiaçı tər əfindən qeyd etdiyi dövr ərzində onun vəzifə və rütbə maaşına, pul təminatı və mükafatlara hansısa əlavələr və artımlar edilməsi barədə iş yerindən hər-hansı bir sənəd təqdim edilməmişdir. Onun pensiya çıxdığı vəzifənin vəzifə maaşında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə edilən artımlardan başqa digər hər hansı bir artımların edilməsi barədə nə iddiaçı tərəfindən, nə də ki onun iş yerindən hər hansı bir sənəd daxil olmamışdır. ƏPQ-nin 32.11-ci maddəsinə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. ƏPQnin 32.1-1-ci maddəsinə görə, bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan p ensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Yəni ƏPQ “birdəfəlik ödəməni” qadağan edir. Bununla əlaqədar həmçinin Ali Məhkəmənin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair 03/20 saylı qərarında göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir”.
8. Bakı İnzibati Məh kəməsinin 2-1(112)-2671/2021 saylı, 08 dekabr 2021-ci il tarixli qərarı ilə (hakim X3) iddia təmin edilərək, İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci ilədək olan müddət ərzində aldığı pensiyanın qulluq stajına görə vəzifə və rütbə maaşına əlavələr və artımlar, pul təminatı və mükafatlara görə əlavələr nəzərə alınmaqla yenidən hesablanması və xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci ilədək artımlar nəzərə alınmadan ödənilməmiş əskik əmək pensiyası məbləğinin birdəfəlik iddiaçıya ödənilməsi və xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixədək iddiaçıya əmək pensiyası üzrə əskik ödənilmiş 13.323,28 manat fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
9. Məhkəmə qeyd etmişdir ki, mövcud məhkəmə təcrübəsinə və Azərbaycan Respublikası Ko nstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarlarında əks olunmuş hüquqi mövqeyə görə əlavələrin pensiyanın tərkibində hesablanması üçün həmin əlavələr şəxsin işlədiyi dövrdə alınmalıdır. İddiaçı işlədiyi dövlət orqanı tərəfindən verilən müvafiq arayışlara görə ədliyyə orqanlarında qulluq etdiyi müddət ərzində hər il əmək haqqına qulluq stajına görə vəzifə və rütbə maaşına əlavələr və artımlar, pul təminatı və mükafatlara görə əlavələr almışdır. Cavabdeh tərəfindən həmin əlavələrin alınmaması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Belə olan halda cavabdeh iddiaçıya pensiyasının yenidən hesablamasından və yaranmış fərqin ödənilməsindən imtina etməkdə haqlı olmamışdır.
10. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1344/2022 nömrəli, 01 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər X2 (məruzəçi), X6 və X21) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2671/2021 saylı, 08 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Apelyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiyası m əhkəməsində birinci icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)18052022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər X4 (məruzəçi), X1 və X8) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1344/2022 nömrəli, 01 iyun 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, dövlət məvacibinin və ya onlara edilən əlavələrin nəzərə alınması sosial təminat sisteminin məqsədlərinə və “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.2-ci maddələrinin tələblərinə uyğun deyildir.
16. Bundan başqa iddiaçının nəzərə alınmasını tələb etdiyi mükafatlara gəldikdə, məhkəmələr ilk növbədə iddiaçıya əmək pensiyası təyin olunarkən nəzərə alınan və ya iddiaçının tələbinə görə nəzərə alınmalı olan qulluq dövrünün (dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı) hədlərini, iddiaçıya ödənilmiş mükafatların məhz həmin zaman hədlərinə aid olduqlarını dəqiq müəyyən etməli idilər. Belə ki, həmin mükafatların məbləği “əmək haqqındakı sonrakı artımlar” üçün keçərli olmasa belə, əmək pensiyasının təyin olunduğu vaxtda onun məcmu məbləğinin müəyyən edilməsi üçün nəzərə alına bilərdi. Hazırkı iş üzrə məhkəmə qərarlarında bu barədə hər hansı məlu mat yoxdur. Apellyasiya instansiyası məhkəməsi isə bu istiqamətdə araşdırma aparmamış, bununla da apellyasiya instansiyası məhkəməsi hazırkı qərarın 25-ci bəndinin “a” yarımbəndində qeyd olunan prosessual hüquq normalarının tələblərinə riayət etməyərək işin hallarının araşdırılması prinsipini pozmuşdur. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı yardım etmə vəzifəsini yerinə yetirməmişdir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1240/2023 nömrəli, 05 iyul 2023-cü il tarixli qərardadı ilə (hakimlər X9 (məruzəçi), X10 və X11) iddiaçının “xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ona əmək pensiyası üzrə əskik ödənilmiş 13.323,28 manat fərq məbləğinin öd ənilməsi” barədə tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyi üçün həmin hissədə iş üzrə icraata xitam verilmişdir.
18. Həmin qərardad kassasiya qaydasında mübahisələndirilməmişdir.
19. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1240/2023 nömrəli, 05 iyul 2023-cü il tarixli qərarı ilə (hakimlər X9 (məruzəçi), X10 və X11) cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 21(112)-2671/2021 saylı 08 dekabr 2021-ci il tarixli qərarı qismən, “xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci il tarixədək artımlar nəzərə alınmadan ödənilməmiş əskik əmək pensiyası məbləğinin ona birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi rədd edilmişdir.
20. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2671/2021 saylı 08 dekabr 2021-ci il tarixli qərarı iddianın təmin edildiyi - “xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci ilədək olan müddət ərzində aldığı pensiyanın qulluq stajına görə vəzifə və rütbə maaşına əlavələr və artımlar, pul təminatı və mükafatlara görə əlavələr nəzərə alınmaqla yenidən hesablanması, xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci il tarixədək artımlar nəzərə alınmadan ödənilməmiş əskik əmək pensiyası məbləğinin ona ödənilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondun publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” hissəsində dəyişdirilmədən saxlanılmışdır.
21. Apelyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh kas sasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
22. Kassasiya şikayəti imtina məktubu və iddia ərizəsinə etirazla eyniyyət təşkil edir. Bundan əlavə şikayətdə qeyd edilir ki, Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, digər tərəfdən iddiaçı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirməmiş, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mö vcudluğu isə cavabdeh tərəfindən verilmiş imtina ilə sübuta yetirilmişdir. Həmçinin imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. İddiaçı kassasiya şikayətinə etiraz edərək onun rədd edilməsini və apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
24. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
38. Sosial təminat hüququ. İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna m alikdir. 25. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir;... 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; Maddə
20. Qulluq stajına görə əmək pensiyasına əla vələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qu lluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla);... 20.1.14. xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla); 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. 20.11-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (quru m) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. 20.12. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə
23. Və təndaşların başqa dövlətlərin ərazisində fəaliyyət dövrünün sığorta stajına daxil edilməsi şərtləri 23.2.1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Maddə 37.Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları 37.1. Əmək pensiyalarının əhaliyə ödənilməsi (çatdırılması) qaydaları əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilir. Əmək pensiyalarının əhaliyə çatdırılması ilə bağlı xidmət haqları və nağd pul vəsaitinə görə haqqın məbləği həmin orqanın bank və rabitə orqanları ilə bağladıqları müqavilələrlə müəyyənləşdirilir. Əmək pensiyalarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir; 37.2. Əmək pensiyasına əlavənin ödənilmə si əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. 37.3. İşləyən əmək pensiyaçılarına:... 37.3.4. bu qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir. Həmin şəxslər (bu qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci, 20.1.20-ci maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 35 il qulluq stajı olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (bu qanunun 20.1.1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.4-cü maddəsində göstəri lən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.5-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.6-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.7-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.9-cu maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.12-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.16-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır. 26. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu Maddə
17. İxtisas dərəcələrinin verilməsi və onlardan məhrum edilməsi 17.1. İxtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. İlk dəfə daimi dövlət qulluğuna qəbul olunmuş şəxsə tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir. Maddə
22. Dövlət məvacibi 22.7-1. Dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növ ündə qulluq (xidmət) illərinə daxil edilir.
27. Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2002-ci il tarixli, 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası” Bənd
1. Bu Qayda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-ci maddəsinə əsasən hazırlanmışdır və dövlət orqanlarında dövlət qulluqçularına dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın ödənilməsi şərtlərini müəyyən edir. Bənd
2. Dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə daimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan başlayaraq əlavə haqq verilir. Bənd
3. Dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqq aylıq dövlət qulluğunda maa şına nisbətən faizlə müəyyən edilir və hər ay ödənilir.
28. Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2002-ci il tarixli, 774 nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə” Bənd
1. Bu Əsasnamə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən hazırlanmışdır və dövlət qulluqçularının mükafatlandırılmasının növlərini və qaydalarını müəyyən edir. Bənd
2. Mükafatın müəyyən edilməsi üçün götürülən dövr (hesablaşma dövrü) və mükafatlandırmanın şərtləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir. Bənd
3. Dövlət qulluqçuları işin nəticələrinə görə mükafatlandırılmanın aşağıdakı növləri üzrə həvəsləndirilir: kollektiv mükafatlandırılma; fərd i mükafatlandırılma. Bənd
8. Dövlət qulluqçusuna işin nəticələrinə görə verilən mükafatların məbləği onun fəaliyyətinin nəticələrindən asılı olaraq qulluq keçdiyi orqanın rəhbəri tərəfindən müəyyən edilir və onun yuxarı həddi məhdudlaşdırılmır. Bənd
12. Dövlət qulluqçularının mükafatlandırılması məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur.
29. Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”
1. Bu Qaydalar əmək pensiyası təyin edilməsi üçün dövlət məvacibinin hesablanmasını tənzimləyir. 2. əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun pensiya təyinatı tarixinədək sonuncu artımlar nəzərə alınmaqla, müvafiq vəzifədə aldığı vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. 3. əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır. 4. əmək pensiyası üçün müraciət edən dövlət qulluqçusunun arzusuna əsasən dövlət qulluğuna işə qəbul edildiyi və işdən azad edildiyi natamam aylar, uşağa qulluğa görə qismən ödənişli məzuniyyət dövrü, əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr həmin aylardan çıxılır. Bu halda çıxılmış aylar göstərilmiş 24 və ya 60 aylıq müddətdən əvvəl və ya sonra gələn aylarla əvəz edilir. 5. əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi müxtəlif vəzifə təsnifatlarına əsasən hesablandıqda, nəzərə alınan qulluq aylarının sayına müvafiq olaraq dövlət məvacibi hər bir vəzifə üzrə ayrılıqda hesablanır və sonradan toplanmaqla nəzərə alınan ayların (24 ay və yaxud 60 ay) sayına bölünür. 6. əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalış mış dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrdəki gəliri əsasında müəyyən edildikdə, dövlət məvacibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanında nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır.
12. Dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində mükafatlar bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında mövcud qanunvericiliyə uyğun olaraq nəzərə alınır.
30. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci iyulun 1 -dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”
1. Ümumi müddəalar 1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017-ci il iyulun 1dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir. 1.2. Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş ol duqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi – bundan sonra əməkhaqqı) artırıldıqda yenidən hesablanır.
2. İndeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanma 2.3. Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əməkhaqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə – orta aylıq əməkhaqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqın ın artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur.
31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hiss əsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin təl əbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
33. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. X20 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin "Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
35. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şi kayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
36. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
37. İşdən görünür ki, birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının tələbi 3 hissədən ibarət olmuşdur: 1) xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixədək iddiaçıya əmək pensiyası üzrə əskik ödənilmiş 13.323,28 manat fərq məbləğinin birdəf əlik ödənilməsi; 2) xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci ilədək artımlar nəzərə alınmadan ödənilməmiş əskik əmək pensiyası məbləğinin birdəfəlik iddiaçıya ödənilməsi; 3) xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci ilədək olan müddət ərzində aldığı pensiyanın qulluq stajına görə vəzifə və rütbə maaşına əlavələr və artımlar, pul təminatı və mükafatlara görə əlavələr nəzərə alınmaqla yenidən hesablanması; 38. xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixədək iddiaçıya əmək pensiyası üzrə əskik ödənilmiş 13.323,28 manat fərq məbləğinin birdəfəlik ödənilməsi ilə bağlı birinci tələb ikinci apelyasiya baxışı zamanı cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən həmin hissədə iş üzrə icraata xitam verilmişdir. 39. 2-ci və 3-cü tələb apelyasiya instansiyası məhkəməsinin baxış predmeti ol muş, 2-ci tələb apelyasiya instansiyası məhkəməsi tərəfindən rədd edilmişdir. 40. xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci ilədək artımlar nəzərə alınmadan ödənilməmiş əskik əmək pensiyası məbləğinin birdəfəlik iddiaçıya ödənilməsi tələbini rədd edərkən apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanunvericilikdə əmək pensiya məbləğinin “birdəfəlik” ödənilməsi ilə bağlı müddəa olmadığından ödənilməmiş əskik əmək pensiyası məbləğinin birdəfəlik ödənilməsi tələbi əsaslı deyildir. Həmin tələbin rədd edilməsini iddiaçı kassasiya qaydasında mübahisələndirməmişdir.
41. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində iddianın təmin edilən hissəsixx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci ilədək olan müddət ərzində aldığı pensiyanın qulluq stajına görə vəzifə və rütbə maaşına əlavələr və artımlar, pul təminatı və mükafatlara görə əlavələr nəzərə alınmaqla yenidən hesablanması mübahisələndirir.
42. Məhkəmə kollegiyası iddianın mübahisələndirilən hissəsi ilə əlaqədar olaraq aşağıdakıları qeyd edir. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortasına cəlb olunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Bu baxımdan şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı həmin vəsaitlər və ya vəsaitlərdəki artımlar o zaman nəzərə alınır ki, həmin şəxs “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibin ə münasibətdə) almış, həmçinin qeyd edilən vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun.
43. İş materiallarından olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 8/237 saylı xx.xx.2021-ci il tarixli arayışından görünür ki, iddiaçı Qazax rayon Qeydiyyat Şöbəsində işlədiyi müddət 2007 – 2009-cu illər ərzində onun əmək haqqısı cəmi 18.884,42 manat məbləğində olmuş, işlədiyi müddətdə hər il iddiaçı rütbə maaşına görə əlavə, qulluq stajına görə vəzifə və rütbə maaşına əlavə, məzuniyyətə görə pul təminatı, müalicə olunma üçün pul təminatı və mükafatlara görə əlavələr almışdır. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışda da iddiaçının 2010-2015-ci illərdə hər il rütbə maaşına görə əlavə, qullu q stajına görə vəzifə və rütbə maaşına əlavə, məzuniyyətə görə pul təminatı, müalicə olunma üçün pul təminatı və mükafatlara görə əlavələr aldığı qeyd edilmişdir.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair" 15 may 2020-ci il tarixli Qərarında qeyd edilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.
45. Göründüyü kimi, Konstitusiya Məhkəmənin mövqeyinə görə şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı əmək haqqı və dövlət məvacibinə münasibətdə sosial sığorta haqqı ödənildiyi halda həmin vəsaitlərin nəzərə alınması məcburi şərt kimi nəzərdə tutulmuşdur.
46. Məhkəmə kollegiyası qeyd edir ki, işin təkrar apellyasiya baxışı zamanı cavabdehin təqdim etdiyi iddiaçıya məxsus pensiya işi apelyasiya instansiyası məhkəməsi tərəfindən təhlil edilmiş və müəyyən edilmişdir ki, iddiaçı tərəfind ən ona təyin edilmiş pensiyanın təqdim etdiyi sənədlərə əsasən yenidən hesablanması ilə əlaqədar cavabdeh inzibati orqana dəfələrlə müxtəlif tarixlərdə müraciətləri olmuşdur. Belə ki, iddiaçının əlavə sənəd təqdim edərək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana xx.xx.2013-cü il, xx.xx.2014-cü il və xx.xx.2015-ci il tarixlərdə müraciət etmişdir.
47. Eyni zamanda apelyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondun publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə X14 haqqı əsasında hesablanan pensiya təyinatı şöbəsinin aparıcı mütəxəssisinin izahatında İddiaçı ilk dəfə xx.xx.2007-ci il tarixdə işləyən dövlət qulluqçusu kimi pensiya təy in edildiyi, 2013, 2014 və 2015-ci illərdə iddiaçı DSMF-nin Qazax rayon şöbəsinə əlavə sənədlər təqdim edərək pensiyasının yenidən hesablanması məqsədilə müraciətlər etdiyi, lakin həmin müraciətlər və təqdim etdiyi sənədlər əsasında əlavələrin də nəzərə alınmaqla iddiaçının pensiyasının yenidən hesablanması və ona verilməsi pensiya işindən dəqiq müəyyən olunmadığı qeyd edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, iddiaçının sonuncu dəfə 25 iyun 2020-ci ildə etdiyi müraciət əsasında inzibati orqan tərəfindən araşdırma aparılmış və aparılmış araşdırılmalarla müəyyən olunmuşdur ki, iddiaçının pensiyasına qeyd olunan əlavələr hesablanmamış, buna görə də son üç il- 2017-2020-ci illər üzrə əskik pensiyası hesablanaraq ona hissə-hissə ödəniləcəyinə dair məktubla cavab verilmişdir. Hazırda həmin 20 17-2020-ci illər üzrə əskik qalan pensiya məbləği tam olaraq iddiaçıya ödənilib başa çatmışdır.
48. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən aparılmış araşdırmalar zamanı birmənalı olaraq müəyyən olunmuşdur ki, hazırki işdə İddiaçı xx.xx.2017-ci il tarixədək əmək pensiya hüququ yaranan, lakin dövlət qulluqçu kimi əmək pensiyasının təqdim etdiyi sənədlər əsasında əlavələr də nəzərə alınmaqla yenidən hesablanması üçün inzibati orqana xx.xx.2019-cu il tarixədək (yəni 2013, 2014, 2015-cı il tarixlərdə) müraciət edən şəxs olmuşdur. Lakin cavabdeh inzibati orqan iddiaçının sosial təminat hüququnun xx.xx.2017-ci il tarixədək mövcudluğu ilə bağlı olub, yenidən hesablanmanın aparılması ilə bağlı inzibati orqana xx.xx.2019-cu il tarixədək müraciət etməsini nəzər ə almadan ona tələb etdiyi fərq məbləğinin müvafiq müddət üzrə ödənilməsindən əsassız olaraq imtina etmişdir. Cavabdeh inzibati orqanın bu hərəkəti onun 2017-2020-ci illər üzrə müvafiq əlavələr də nəzərə alınmaqla iddiaçının pensiyasının yenidən hesablanıb əskik fərq məbləğinin həmin müddət üzrə könüllü ödəməsi ilə ziddiyyət təşkil edir.
49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya müvafiq növdə pensiya xx.xx.2017-ci il tarixədək təyin olunduğundan (xx.xx.2007-də) və onun həmin pensiyasının yenidən hesablanması ilə bağlı müraciəti də xx.xx.2019-cu il tarixədək (2013, 2014, 2015 və 2016-cı illərdə) olduğundan İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2017- ci il tarixədək olan müddət ərzində aldığı pensiyanın qulluq stajına görə vəzifə, rütbə maaşına əlavələr və artımlar, pul t əminatı və mükafatlara görə əlavələr nəzərə alınmaqla yenidən hesablanması və xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci ilədək artımlar nəzərə alınmadan ödənilməmiş əskik əmək pensiyası məbləğinin iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi ilə bağlı apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur.
50. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçıya xx.xx.2007ci il tarixdən xx.xx.2017-ci ilədək artımlar nəzərə alınmadan ödənilməmiş əskik əmək pensiyası məbləğinin ödənilməsini istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Əksinə, yuxarıda da qeyd olunduğu kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya 2017-2020-ci illər üzrə müvafi q əlavələr də nəzərə alınmaqla pensiyasının yenidən hesablanıb əskik fərq məbləğinin könüllü olaraq ödənilməsi bir daha məntiqi olaraq onu sübut edir ki, iddiaçıya həmin əlavələr də nəzərə alınmaqla pensiyası onun təyin olunduğu xx.xx.2007-ci ildən xx.xx.2017-ci ilədək olan dövr üzrə hesablanıb ödənilməmişdir. Bu fakt həm də iddiaçıya məxsus pensiya işinin materialları ilə də təsdiq olunur.
51. Belə olan halda hazırki işdə iddiaçının “xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci ilədək olan müddət ərzində aldığı pensiyanın qulluq stajına görə vəzifə və rütbə maaşına əlavələr və artımlar, pul təminatı və mükafatlara görə əlavələr nəzərə alınmaqla yenidən hesablanması, xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci il tarixədək artımlar nəzərə alınmadan ödənilməmiş əskik əmək pensiyası məbləğinin ona öd ənilməsi” barədə iddiası əsaslı olduğundan düzgün olaraq apelyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmuşdur.
52. Bununla belə apelyasiya məhkəməsi ödənilməli məbləğin hansı dövrlər üzrə hansı məbləğdə həyata keçirilməsi ilə bağlı qərarında açıqlama verməmişdir.
53. İddiaçıya 2007-ci ilin may ayında xidmət illərinə görə pensiya təyin edilmiş, lakin bu zaman cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinin tələbini nəzərə almamış, iddiaçı pensiya təyin olunduqdan sonra həmin vəzifədə çalışmaqda davam etdiyindən qulluq stajına görə 50 faiz həcmində ödənişi hesablamamışdır. Cavabdeh məktublarında dekabr 2013-cü il tarixdən başlayaraq iddiaçıya qulluq illərinə görə 50 faiz həcmində əlavə ödəniş etdiyini bildirmişdir. Odur ki, məhkəmə qərarı icra edilərkən qulluq st ajına görə 50 faiz ödəniş may 2007-ci ildən dekabr 2013-cü ilə qədər olan dövr üçün həyata keçirilməlidir.
54. Bundan başqa, 2015-ci ilin avqust ayında iddiaçı pensiya yaşına çatdığı üçün ədliyyə orqanlarında xidmətinə xitam verilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun yuxarıda göstərilən müddəalarına görə bu halda əmək pensiyası hesablanarkən qulluq illərinə görə əlavə 50 faiz məhdudiyyət qoyulmadan ödənilir. Lakin cavabdeh bu dövrdə qulluq illərinə görə əlavəni 50 faiz həddində ödəmişdir. Odur ki, 2015-ci ilin avqust ayından 2017-ci ilin sentyabr ayına qədər olan dövr üzrə əmək pensiyası hesablanarkən 50 faiz məhdudiyyət nəzərə alınmadan ödəniş həyata keçirilməlidir.
55. Məhkəmə kollegiyası iş materiallarında olan sənədləri qanunvericiliyin normaları ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
56. Beləliklə, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
57. Məhkəmə kollegiyası şərh olunanları rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1240/2023 saylı iş üzrə 05 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.