Məhkəmə qərarları › İş №2-1(102)-2664/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2664/2024

19.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2664/2024 19.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə (hüquqi varisi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi; üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmə və icraatın davam etdirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası D aşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə (hüquqi varisi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə) qarşı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0.12 ha 1316 a saylı bağ sahəsinə dair plan-sxemin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyun 2024-cü il tarixli, 2-1(103)-2510/2024 nömrəli qərardadından X3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1431/2013 nömrəli xx.xx.2013-cü il tarixli qərarı ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi ilə bağlanmış 24 iyul 2006-cı il tarixli 30413 saylı “Bağın icarəyə verilməsi haqqında” müqaviləyə əsasən İddiaçı istifadəsinə verilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0,12 ha 1316 a saylı bağ sahəsinə İddiaçı adına plan-sxemin verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmiş, qərar xx.xx.2013-cü il tarixdə qanuni qüvvəsini almışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

2. X3 ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1431/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərar qəbul olunmasını xahiş ed ilmişdir.

3. Ərizəçi ərizəsini onunla əsaslandırılmışdır ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Ləhiş bağ massivində yerləşən 1318 saylı bağ sahəsinə dair “çıxarışın və plan ölçü sənədinin verilməsi” tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə araşdırmaları zamanı ekspert rəyi ilə məlum olmuşdur ki, ona məxsus 1318 saylı bağ torpaq sahəsi 1316a saylı bağ sahəsi ilə üst-üstə düşür. Məhkəmə tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli 2-1(112)-924/2023 saylı sorğuya cavab məktubuna əlavə olunmuş sənədlərdən məlum olmuşdur ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2-1(82)-1431/2013 nömrəli qərarı ilə DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfində n İddiaçı plan-sxem verilmişdir. Müraciəti əsasında qeyd olunan inzibati iş üzrə məhkəmə qərarı əldə olunmuşdur. Həmin qərarın məzmunundan da görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ ərazisində yerləşən istifadəsinə verilmiş 1316a saylı bağ sahəsinin adına sənədləşdirilməsi üçün DƏDRX-nin Bakı şəhər ərazi idarəsinə müraciət etmişdir. Lakin cavabdeh təşkilat tərəfindən iddiaçının müraciətinin müsbət həllindən imtina edilmişdir. İmtinanın əsası kimi göstərilmişdir ki, iddiaçının iddia etdiyi yer bağların sxematik xəritəsinə əsasən 1316a saylı bağ sahəsinin yerinə deyil, 1318 saylı bağ sahəsinin yerinə, yəni onun istifadəsinə verilmiş bağ sahəsinin yerinə uyğun gəlir. Göründüyü kimi, sözügedən məhkəmə qərarı onun maraqlarına toxunur.

4. Bakı İnzibati Məhkəməsinin (hakim: A.A.Abdullayeva) 28 fevral 2024-cü il tarixli, 2-1(82)-1431/2013 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir.

5. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli qərar qəbul edilərkən məhkəmə araşdırması zamanı işdə olan sənədlərə əsasən müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində istifadəsində olan 1316 a saylı bağ sahəsinə dair bölgü sxeminin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu 05 mart 2013-cü il tarixli, **********44 saylı cavab məktubu ilə müraciətin təmin olunmasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, arxiv araşdırmasına əsasən bağ sahəsinin nömrəsində uyğunsuzluq aşkar edilmiş, xəritəyə əsasən 1316 a saylı bağ sahəsi əvəzinə 1318 saylı bağ sahəsinin ərazisindən ist ifadə edildiyi müəyyən olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş arxiv əsaslarında olan, X2 tərəfindən Bakı şəhər X4 direktoru T.T.Allahverdiyevə yazılmış 14 iyul 2006-cı il tarixli ərizədə göstərilmişdir ki, Ləhiş ərazisində yerləşən dədə-baba bağlarından İddiaçı sənəd əsasında (müqavilə 30413) 1202a saylı, 0.12 hektar bağ sahəsi verilmişdir. O, həmin ərazidə bağ saldığı üçün aralarında mübahisə baş vermiş, mübahisəni yoluna qoymuşlar. Öz xahişi ilə bağından İddiaçı bir pay, yəni 0.12 ha bağ sahəsi verilməsinə etiraz etmir. Odur ki, İddiaçı məxsus 1202a saylı bağın müqaviləsinin onun ərazisində yerləşən 1316 a saylı bağa dəyişdirilməsini xahiş edir. Eyni zamanda, İddiaçı 14 iyul 2006cı il tarixli ərizə ilə müraciət edərək, ona verilmiş 1202 a saylı bağın dəyişdirilib 1316a saylı bağla əvəz olunmasına köməklik göstərilməsini xahiş etmişdir. 14 iyul 2006-cı il tarixli, Bakı şəhəri X4 Ləhiş ərazisi üzrə böyük mühəndisi M.Ağakişiyev, sahə mühəndisləri F.Rzayev və T.Ələkbərov tərəfindən tərtib olunmuş aktda göstərilmişdir ki, M.Cəlal küçəsi 127, mənzil 36-da yaşayan İddiaçı ərizə ilə müraciət edərək bildirir ki, ona sərəncam əsasında 30413 saylı müqavilə ilə 1202a saylı, 0.12 hektarlıq torpaq sahəsi verilib. O, həmin bağ sahəsindən istifadə etmək istəyərkən Kürdəxanı qəsəbə sakini X2 onu oradan istifadə etməyə qoymamışdır. Sonradan öz aralarında razılığa gəlmişlər. İ.Muxtarov həmin ata-baba sahəsindən bir pay, yəni 0.12 hektar sahənin İddiaçı verməsinə razılıq vermişdir və həmin sahənin nömrəsi 1316a-dır. Hər iki vətəndaşın ərizələri əsasında yerində olmuşlar və sahədə ölçülər aparılan zaman müəyyən olunmuşdur ki, razılığa gəlinmiş bağın nömrəsi 1316a-dır və İdarənin boş bağlar balansındadır. İddiaçının istifadəsində olan bağın nömrəsi dəyişilmiş və sonuncu ilə yeni - 30413 saylı, 24 iyul 2006-cı il tarixli müqavilə bağlanaraq, Bakı şəhəri, Ləhiş ərazisində, 0,12 hektardan ibarət, 1316a saylı bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. Məhkəmə hesab etmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyinin 30413 saylı 24 iyul 2006-cı il tarixli “Bağın istifadəyə verilməsi haqqında” müqaviləsinə əsasən iddiaçının istifadəsinə verilmiş bağın nömrəsinin məhz 1316 a olması Bakı şəhər X4 mühəndisləri tərəfindən yerində ölçmə işləri aparılarkən bir daha təsdiq olunmuşdur. Cavabdeh 05 mart 2023-cü il tarixli imtina məktubun da iddiaçının istifadəsində olan bağ sahəsinin nömrəsində uyğunsuzluğun olmasını, iddiaçının 1318 saylı bağ sahəsinin ərazisindən istifadə etdiyini göstərsə də, imtinasını əsaslandıran sübutlar məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının qanuni istifadəsində olan bağ sahəsinin nömrəsində hər hansı uyğunsuzluğun olması müəyyən edilməmiş və əksinə, arxiv daşıyıcısı olan cavabdehin verdiyi arxiv əsaslarında iddiaçının istifadəsində olan bağ sahəsinin nömrəsinin 1316 a olması qeyd olunmuşdur. Göründüyü kimi, artıq qanuni qüvvəsini almış məhkəmə qərarı ilə X3nun ərizəsinin əsasları olan dəlillərə qiymət verilmiş və həmin qərarla müəyyən edilmişdir ki, İddiaçı qanuni istifadəsində olan bağ sahəsinin nömrəsində hər hansı uyğunsuzluq olmamış və əksinə, arxiv daşıy ıcısı olan cavabdehin verdiyi arxiv əsaslarında iddiaçının istifadəsində olan bağ sahəsinin nömrəsinin 1316 a olması qeyd olunmuşdur.

6. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş materiallarına əlavə olunmuş “1316 a” saylı və “1318” saylı bağ sahələrinin ayrılmasına dair müqavilələrdən görünür ki, “1316a” saylı bağ sahəsi iddiaçıya 24 iyul 2006-cı il tarixli müqavilə ilə, “1318” saylı bağ sahəsi isə X3na 19 sentyabr 2006-cı il tarixli müqavilə əsasında ayrılmışdır. Bu hal isə, mübahisəli bağ sahəsinin iddiaçıya ayrılan zamanı bağ sahəsinin boş olmasını bir daha təsdiq etmiş olur. Belə olan təqdirdə, məhkəmə işin yuxarıda qeyd edilən hallarını ərizəçinin dəlilləri ilə birgə araşdıraraq, Konstitusiya Məhkəməsinin Plenumunun hazırkı qərardadda göstərilən hüquqi mövqeyinə istinad edərək hesab et mişdir ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədi daşımalı olmayıb, maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsi məqsədi daşımalı olduğundan, hazırkı mübahisədə isə X3nun hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulması halı müəyyən edilmədiyindən və ərizəçinin hüquqlarının pozulmaması artıq qanuni qüvvəsini almış məhkəmə qərarı ilə öz təsdiqini tapdığından, ərizə əsassız hesab edilməklə təmin edilməməlidir.

7. Ərizəçi həmin qərar daddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və İ.S.Şirinov) 27 iyun 2024-cü il tarixli, 21(103)-2510/2024 nömrəli qərardadı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. Ərizəçi həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİ RAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

11. Kassasiya şikayətinin dəlilləri ərizənin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

12. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəm ə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə

29. İnzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslərin prosessual hüquqları 29.1. Üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri h əyata keçirmək hüququna malikdirlər. 29.2. Yalnız zəruri cəlbetmə qaydasında prosesə cəlb olunmuş üçüncü şəxslər tərəflərin tələbləri daxilində fərqli tələblər irəli sürə bilərlər.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 01/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli Qərardadı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, ş ikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

18. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

19. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə ərizənin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

20. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-c ı maddəsinin İ və İİİ hissələrinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Konstitusiyanın bu normaları ilk növbədə fiziki və hüquqi şəxslərin özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə birbaşa iddia qaldırmalarına imkan verir. Lakin sözügedən normalar həm də belə bir təminatı nəzərdə tutur ki, inzibati orqanların qərar və hərəkətlərinə (hərəkətsizliklərinə) qarşı başqa şəxslər tərəfindən qaldırılmış iddialar üzrə işlərə baxılarkən, qəbul ediləcək qərarın onların qanunla qorunan maraqlarına toxunacağı halda, mübahisənin tərəfi olmayan üçüncü şəxslərin məhkəmə icraatına qoşulması imkanı hüquq və azadl ıqların məhkəmə müdafiəsi və dinlənilmə hüququnun tərkib hissəsi kimi nəzərdən keçirilməlidir.

21. Hüquq sistemində şəxsə birbaşa tərəfi olmadığı (iddiaçı və ya cavabdeh qismində çıxış etmədiyi), lakin qanunla qorunan maraqlarına təsir göstərən bir məhkəmə işində özünün iddia və etirazlarını bildirməsinə imkan verən səmərəli işlək mexanizmin mövcudluğu ədalətli məhkəmə araşdırması hüququnun vacib təminatlarından biri kimi qəbul edilir. Çünki məhz bu mexanizm vasitəsilə baxılmaqda olan işdə mübahisənin tərəfi olmayan şəxslərin öz hüquqi maraqlarını qorumaq üçün işə qoşulmalarına şərait yaradılır və bununla da, onlar ədalət mühakiməsinin həyata keçirilməsi nəticəsində veriləcək qərarın özlərinə münasibətdə neqativ təsirlərini önləmək üçün prosessual imkana malik olurlar. Bu, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi prinsipinin tələblərindən irəli gəlir. Buna görə, məhkəmə qərarının üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunma ehtimalı mövcud olduqda, həmin şəxslərə də məhkəmə qarşısında bərabər hüquqlar verilməli, öz hüquqlarının müdafiəsini səmərəli şəkildə həyata keçirə bilmələri üçün onlara bərabər imkanlar yaradılmalıdır.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 01/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli Qərardadının 58-ci bəndində göstərilənlərə əsasən, cəlbetmənin həyata keçirilməsi yalnız qanunvericilikdə təsbit olunmuş müvafiq əsasların mövcudluğu müəyyən olunduğu halda mümkündür.

23. Məh kəmə kollegiyası hesab edir ki, xx.xx.2013-cü il tarixli məhkəmə qərarının ərizəçi Nazim Qayıbovun hüquqlarına və qanunla qorunan maraqlarına toxunması sübuta yetirilmədiyindən, artıq başa çatmış məhkəmə icraatı üzrə işə onun üçüncü şəxs qismində cəlb edilməsi üçün əsaslar mövcud deyil. Odur ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə ərizə də təmin edilə bilməz.

24. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı iş üzrə xx.xx.2013-cü il tarixli məhkəmə qərarı ilə iddiaçının tələb etdiyi və ona yuxarıda qeyd olunan müqavilə ilə ayrılmış məhz 1316 a saylı bağ sahəsinə dair plan-sxemin verilməsi vəzifəsi inzibati orqana həvalə edilmişdir. Həmin məhkəmə qərarı ilə iddiaçıya plan-sxemin verilməsi qərara alınan bağ sahəsini n nömrəsi “1318” (ərizəçinin bağ sahəsinin nömrəsi) olsaydı, məhkəmə qərarının ərizəçi Nazim Qayıbovun hüquqlarına toxunduğu qənaətinə gəlmək olardı. Hazırkı vəziyyətdə isə qeyd edilən səbəblərdən xx.xx.2013-cü il tarixli məhkəmə qərarı ərizəçi Nazim Qayıbovun hüquqlarına və qanunla qorunan maraqlarına toxunmur.

25. Bununla yanaşı qeyd olunmalıdır ki, qeyd edilənlər ərizəçinin, qanuni qüvvəyə minmiş məhkəmə qərarının səhv icra edilməsi nəticəsində iddiaçının bağ sahəsinin plan-sxeminin düzgün tərtib edilməməsi barədə yeni məhkəmə mübahisəsi açmaq hüququnu istisna etmir.

26. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmə dən saxlanılmalıdır.

27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyun 2024-cü il tarixli, 21(103)-2510/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar