Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2665/2023 29.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşına çatmış kişiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; kimya istehsalatı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1965, FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı onun xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək Goranboy rayonu Dmitrov adına kolxozda işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək xx.xx.2017-ci il tarixdən iddiaçıya güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və ödənilməsi öhdəliyinin Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-467/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1984 - xx.xx.1986-cı il tarixlərdə hərbi xidmətdə olmuş, xx.xx.1986xx.xx.1987-ci il tarixlərdə orta texniki peşə məktəbində təhsil almış, xx.xx.1987-ci il tarixdən əmək fəaliyyəti i lə məşğuldur. 2. “Azərkimya” İB Səthi Aktiv Maddələr Zavodu tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 05/203 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.1990-cı il tarixindən xx.xx.2009-cu il tarixədək Sumqayıt Səthi Aktiv Maddələr zavodunun civə üsulu ilə xlor və kaustik soda istehsalatının elektroliz sexinin hidrogen qazının təmizlənməsi şöbəsində təmizləyici aparatçı, həmin sexdə xlorun qurudulması və nəql edilməsi aparatçısı vəzifəsində işləyib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1№-li siyahısının Vİİİ bölməsinin 1080A010 şifri üzrə ona güzəştli şərtlə pensiya təyin olunması hüququ verilir.
3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
4. Ca vabdeh iddiaçıya pensiyasının təyinindən imtina edərək bildirilmişdir ki, Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunanlara əsasən onun ümumi iş stajı 1 yanvar 2006-cı il tarixinədək 20 ildən az (18 il 8 ay 14 gün (xx.xx.1984-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1990-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Əlavə olaraq bildirilmişdir ki, təqdim edilən xx.xx.1987-ci il tarixli AT-V ******* nömrəli əmək kitabçasında xx.xx.1990-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində “Sumqayıt Səthi Aktiv Maddələr Zavodu”nda işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı yuxarıda qeyd olunan dövr ərzində onun ümumilikdə 5 ay 6 gün ödənişsiz məzuniyyətində olduğu müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd olunan dövrü onun iş stajına daxil etmək mümkün deyil. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2017-ci il ta rixdən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. Daha sonra, iddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək Goranboy rayonu Dmitrov adına kolxozda işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək xx.xx.2017-ci il tarixdən iddiaçıya güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. iddiaçının əsaslandırması:
7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.2006-cı ilədək 20 il 5 ay 11 gün ümumi və 10 ildən yuxarı xüsusi iş stajı vardır. Belə ki, o, xx.xx.1990-xx.xx. 2009-cu il tarixədək Sumqayıt Səthi Aktiv Maddələr Zavodunda güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdə işləmişdir. Bununla bağlı o, cavabdehə müraciət edərək 52 yaşdan əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin cavabdehin **********7 nömrəli, xx.xx.2022-ci il tarixli məktubuna əsasən ona güzəştli şərtlərlə pensiya təyin olunmasından imtina edilmişdir. cavabdehin etirazı:
8. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmiş və etirazında qeyd etmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə qeyd olunanlara əsasən iddiaçının ümumi iş stajı xx.xx.2006-cı il tarixədək 20 ildən az (18 il 8 ay 14 gün (xx.xx.1984-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1990-xx.xx.2005-c i il tarixləri arasındakı dövrlər) təşkil edir. Əlavə olaraq iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.1987-ci il tarixli AT-V ******* nömrəli əmək kitabçasında xx.xx.1990-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində “Sumqayıt Səthi Aktiv Maddələr Zavodu"nda işlədiyi qeyd olunmuşdur, iddiaçının adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı yuxarıda qeyd olunan dövr ərzində iddiaçının ümumilikdə 5 ay 6 gün ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd olunan dövr ün iş stajına daxil etmək mümkün deyil. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Həmçinin əmək kitabçasında qeyd edilən xx.xx.1989-xx.xx.1990-cı il tarixləri arasındakı dövr arxiv arayışı ilə öz təsdiqini tapmadığı üçün həmin dövrün iş stajına daxil etmək mümkün deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-546/2023 nömrəli qərarı ilə iddia təmin edilərək iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək Goranboy rayonu Dmitrov adına kolxozda işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək xx.xx.2017-ci il tarixdən iddiaçıya güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və iddiaçının pensi ya təyin edilməsi üçün cavabdehə müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki 3 il üçün alınmamış əmək pensiyası məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin mövqeyinə görə iddiaçının xx.xx.2006-cı il tarixədək 10 ildən artıq xüsusi iş stajına malik olması mübahisələndirilmir. İşin mübahisələndirilən halı iddiaçının xx.xx.2006-cı ilədək 20 il ümumi iş stajına malik olmamasıdır. Belə ki, cavabdeh iddiaçının xx.xx.1990-xx.xx.2006-cı illər ərzində işlədiyi dövrdə ümumilikdə 5 ay 6 gün ödənişsiz məzuniyyətdə olduğunu və xx.xx.1989-xx.xx.1990-cı illərdə Goranboy (keçmiş Q.İsmayılov) rayon Dmitrov adına kolxozda işlədiyi dövrü sosial sığorta stajına daxil etməkdən imtina edir. 11. xx.xx.2006-cı il tarixədək qüvv ədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfındən təsdiq olunan 1 nömrəli Siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 12. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə xx.xx.1997-ci il tarixli, 358-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılaraq 52 yaş müəyyən edilmişdir.
13. Təqdim edilmiş əmək kitabçasından müəyyən edilir ki, iddiaçı xx.xx.1989xx.xx.1990-cı illərdə Goranboy (keçmiş Q.İsmayılov) rayon Dmitrov adına kolxozda işləmişdir.
14. Bununla bağlı X1 filialına sorğu verilmişdir. Həmin Filialdan sorğuya alınmış cavabdan görünür ki, 1992-ci ildə rayonun keçmiş Dmitrov adına kolxoz idarə heyətinin inzibati binasında yanğın baş vermiş, buna görə də kolxozun idarə heyətinin qərarları, şəxsi hesab kitabları, əmək haqqı cədvəlləri mühafizə olunması üçün rayon Dövlət Arxivinə təhvil verilməmişdir.
15. Kolxoz binasında baş vermiş yanğınla bağlı arxiv sənədləri məhv edildiyindən hazırda əmək kitabçasından başqa iddiaçının işləməsini tə sdiq edən sənədləri təqdim edilməməsinə iddiaçı cavabdehlik daşımamalıdır.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı Siyahısı”nın Vlll bölməsinə görə (1080A010 saylı şifrə) civə üsulu ilə xlor və kaustik soda istehsalatının elektroliz sexində xlorun qurudulması və nəql edilməsi və qurutma aparatçısı peşələri nəzərdə tutulmuşdur.
17. Mübahisələndirilən dövr də nəzərə alındıqda iddiaçının ümumi iş stajı 20 ildən artıq təşkil edəcəkdir ki, bu da ona güzəştli şərtlərə 52 yaşdan əmək pensiyasının təyin edilməsi üçün əsas olacaqdır.
18. İş materiallarında mövcud olan sübutlarla iddiaçının “Əmək pensiyalar ı haqqında” Qanun qüvvəyə minənədək, yəni xx.xx.2006-cı il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahı üzrə 10 il güzəştli və 20 il ümumi əmək stajı topladığı təsdiq olunduğundan, onun qanunvericiliyin yuxarıda istinad olunmuş müddəalarına əsasən 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. 19. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
20. İddiaçının pensiya hüququ xx.xx.2017-ci il tarixdə yaransa da, pensiyanın təyini üçün xx.xx.2022-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etdiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə” müddəası iddiaçıya münasibətdə də tətbiq edilməlidir.
21. Beləliklə, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, iddiaçının 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə müəyyən edilmiş bütün şərtlərin ödənildiyi müəyyən olunduğundan iddia təmin edilməli, xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və iddiaçının pensiya təyin edilməsi üçün cavabdehə müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki üç il üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
22. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(105)-467/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-546/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya instansiy ası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq aşağıdakıları qeyd etmişdir.
25. Birinci instansiya qərarını onunla əsaslandırmışdır ki, iş materiallarında mövcud olan sübutlarla iddiaçının “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək, yəni xx.xx.2006-cı il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahı üzrə 10 il güzəştli və 20 il ümumi əmək stajı topladığı təsdiq olunduğundan, onun qanunvericiliyin yuxarıda istinad olunmuş müddəalarına əsasən 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır.
26. Cavabdehin iddiaçının ödənişsiz məzuniyyətdə olduğu 5 ay 6 günlə bağlı dəlillərinə gəldikdə isə, iş materiallarında olan cavabdehin nümayəndəsi tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli aktdan görünür ki, iddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.2010-cu il tarixədək “Sumqayıt Səthi Aktiv Maddələr” zavodunda (hazırkı “EtilenPolietilen”) civə üsulu ilə xlor, kaustik soda istehsalatının elektroliz sexinin hidrogen qazının təmizlənməsi şöbəsində təmizləyici aparatçı, həmin sexdə xlorun qurudulması və nəql edilməsi aparatçı vəzifəsində işləyib. Vətəndaş xx.xx.1999-xx.xx.1999, xx.xx.1999xx.xx.1999, xx.xx.1999-xx.xx.1999, xx.xx.2002-xx.xx.2002, xx.xx.2002-xx.xx.2002, xx.xx.2002-xx.xx.2002, xx.xx.2002-xx.xx.2003, xx.xx.2003-xx.xx.2003, xx.xx.2005xx.xx.2005-ci illərdə ödənişsiz məzuniyyətdə olmuşdur.
27. İddiaçının ödənişsiz məzuniyyətdə olduğu həmin 5 ay 6 günün onun iş stajına daxil edilməm əsi barədə dəlilinə gəldikdə isə Əmək Məcəlləsinin qüvvəyə mindiyi xx.xx.1999-cu il tarixədək qüvvədə olmuş “Məzuniyyətlər haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən qohumluq borcunun yeridə yetirilməsi ilə bağlı ailə; məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə və digər üzürlü səbəblərə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Ödənişsiz məzuniyyətlər qanunvericilikdə nəzərdə tutulan hallarda işçilərin arzusu və tərəflərin qarşılıqlı razılığı ilə verilir (maddə 29-30) Həmin Qanunun 2-ci maddəsinə əsasən məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi, habelə qanunda nəzərdə tutulan halla rda orta aylıq əmək haqqı saxlanılır. Həmin müddət işçinin əmək stajına (həmçinin ixtisası üzrə) daxil edilir. Bundan əlavə, Əmək Məcəlləsinin 129-cu maddəsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.
28. İddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrlər isə təqvim üzrə heç bir halda və ümumilikdə 6 aydan artıq olmamışdır. İstinad edilən normaların tələbləri nəzərə alındıqda, iddiaçının xx.xx.1999-cu il tarixdən başlayan ödənişsiz məzuniyyətin ilk altı ayı qanuna uyğun hesab edilməklə onun əmək stajına aid edilə bilər.
29. Beləliklə, iddiaçının hərbi xidmətdə olduğu, peşə təhsili aldığı müddət və onun əmək kitabçasında qeyd edilmiş dövrlər üzrə işlədiyi müddət nəzərə alındıqda onun 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixədək 20 ildən artıq ümumi iş stajının, həmçinin iş materiallarına əlavə edilmiş arayışlarla 10 ildən artıq güzəştli iş stajının olması öz təsdiqini tapır. Qeyd edilən arayışlarda iddiaçının işlədiyi göstərilmiş peşələr Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarında nəzərdə tutulmuş peşələrə, vəzifələrə uyğundu r. Xüsusi ilə qeyd olunmalıdır ki, cavabdeh iddiaçının tələb olunan 10 il güzəştli iş stajını mübahisələndirməmiş, o cümlədən imtinada, etirazda və apellyasiya şikayətində bununla bağlı hər-hansı dəlil irəli sürməmişdir.
30. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
31. Kassasiya şikayətinin dəlillərinin əsasını cavabdeh tərəfindən təqdim olunmuş imtina məktubunda və iddia tələbinə qarşı etirazda göstərilənlər təşkil edir.
32. Şikayətdə, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanla nmış icmal məktubda göstərilmiş hüquqi mövqeyə istinad olunmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam və hərtərəfli araşdırılmadığı, maddi hüquq normalarının düzgün tətbiq olunmadığı qeyd olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 34. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: (xx.xx.2017-cı il tarixdə qüvvədə olan redaksiyada). Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 35. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvəd ən düşmüşdür). Maddə
13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;...
36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüquq u verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli Siyahısı: 10800000 Vİİİ. Kimya istehsalatı. 1080A00-17541 A. Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri: 1080A010... kaustik soda;... civə cihazları və preparatları;... qurğuşun, civə, xrom, onların oksidləri, birləşmələrinin maddələri;... xlor, onun birləşmələri;... 37. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin m ötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
38. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qər ardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
39. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şik ayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
40. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ape llyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
43. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində təkrarlanan dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək azı 10 il güzəştli iş stajına malik olduğu işin mübahisəsiz halıdır. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayış təqdim edilmişdir.
44. İddiaçının xx.xx.1990-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində ümumilikdə 5 ay 6 g ün ödənişsiz məzuniyyətdə olduğu müddətin və iddiaçının xx.xx.1989-xx.xx.1990-cı İllərdə kolxozdakı iş müddətinin ümumi sığorta stajına aid edilməsinə qarşı cavabdehin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçının xx.xx.1990-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində ödənişsiz məzuniyyətdə olduğu qısa müddətlərin cəmi 6 aydan artıq olmadığından, mübahisələndirilən 5 ay 6 gün iddiaçının ümumi stajına daxil edilməlidir.
45. İddiaçının xx.xx.1989-xx.xx.1990-cı İllərdə kolxozdakı iş müddətinə münasibətdə də apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçının həmin müddətdə kolxozda işlədiyi onun əmək kitabçası ilə təsdiq olunur. X1 Filialının məktubundan görünür ki, 1992 -ci ildə rayonun keçmiş Dmitrov adına kolxoz idarə heyətinin inzibati binasında yanğın baş vermiş, buna görə də kolxozun idarə heyətinin qərarları, şəxsi hesab kitabları, əmək haqqı cədvəlləri mühafizə olunması üçün rayon Dövlət Arxivinə təhvil verilməmişdir.
46. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
47. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddələrində, “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndində təsbit olunmuş şərtlər iddiaçı tərəfindən ödənildiyindən, onun həmin normalardan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.
48. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
49. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-467/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.