Məhkəmə qərarları › İş №2-1(102)-2665/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2665/2024

29.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2665/2024 29.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsin in İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)2505/2024 saylı qərardadından ərizəçilər tərəfindən verilmiş şikayətlər üzrə kassasiyanın mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2018-ci il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən əmlakın Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin 37/6 saylı, xx.xx.2018-ci il tarixli sərəncamı əsasında onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsinin bir vəzifə olaraq cavabdehin öhdəsinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)4176 /2018 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

3. X2 və X3 ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)-4176/2018 nömrəli qərarının onların maraqlarına toxunmağı səbəbindən üçüncü şəxs qismində cəlb edilərək həmin qərarın ləğv edilməsini xahiş etmişlər.

4. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X5 və X1 iddiaçının cavabdehə qarşı “çıxarışın verilməsi” barədə iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsindən imtina edilmişdir.

5. Ərizəçilər xx.xx.2022-ci il tarixdə həmin qərardaddan birgə apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişlər.

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizəçilər tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4176/2018 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş və ərizəçilərin üçüncü şəxs qismində cəlb edilməklə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4176/2018 nömrəli inzibati iş üzrə qəbul edilmiş qərarın ləğv edilməsi ilə bağlı ərizəsinə dair iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərardadı ilə X5 və X1 İddiaçı cavabdeh DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsindən imtina edilmişdir.

8. Ərizəçilər həmin qərardaddan apellyasiya şikayəti verərə k qərardadın ləğv edilməsini və iş üzrə yeni qərardad qəbul edilməsini xahiş etmişlər.

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1955/2023 saylı qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4176/2018 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv olunmuş, iş təkrar baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(81)-4176/2018 nömrəli qərardadı ilə X5 və X1 İddiaçı cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsindən imtina edilməsi qərara alınmışdır.

11. Ərizəçilər həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv olunmasını xahiş etm işlər.

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2505/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizəçilər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4176/2018 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

13. Ərizəçilər ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsi vəsaiti hesabına vəkillə təmin edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişlər.

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-2505/2024 nömrəli qərardadı ilə ərizəçilər tərəfindən verilmiş “dövlət hesabına vəkillə təmin edilməsi” barədə ərizə təmin edilmiş, ərizəçilərin kassasiya şikayətinin verilməsi üçün vəkillə təmin edilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2505/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı xx.xx.2024-cü il tarixdə X5 elektron kabinetinə yerləşdirilmiş, həmçinin xx.xx.2024-cü il tarixdə ərizəçilərə və onların həmin tarixdə təyin edilmiş vəkillərinə təqdim edilmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2505/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından ərizəçi X7 və vəkili tərəfindən tərtib edilmiş kassasiya şikayəti xx.xx.2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmişdir.

17. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 -1(103)2505/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından ərizəçi X3 və vəkili tərəfindən tərtib edilmiş kassasiya şikayəti xx.xx.2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələr inin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyas iya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə

135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi... 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. KASSASİYANİN MÜMKÜNLÜYÜ

20. Şikayətlər üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

21. İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbindən göründüyü kimi, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

22. Yuxarıda qeyd olunduğu kimi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2505/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı xx.xx.2024-cü il tarixdə X5 elek tron kabinetinə yerləşdirilmiş, həmçinin xx.xx.2024-cü il tarixdə ərizəçilərə və onların həmin tarixdə təyin edilmiş vəkillərinə təqdim edilmişdir.

23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2505/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından ərizəçi X7 və vəkili tərəfindən tərtib edilmiş kassasiya şikayəti xx.xx.2024-cü il tarixdə, ərizəçi X3 və vəkili tərəfindən tərtib edilmiş kassasiya şikayəti xx.xx.2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmişdir.

24. Beləliklə, prosessual müddət ərizəçilər tərəfindən ötürülmüşdür.

25. Prosessual müddətin ərizəçilər tərəfindən ötürülmədiyinə dair sübutlar və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatət şikayətlərə əlavə olunmamışdır.

26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-2505/2024 nömrəli qərardadından ərizəçilər tərəfindən verilmiş şikayətlər üzrə kassasiya mümkün sayılmır və şikayətlərin icraata qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar