Məhkəmə qərarları › İş №2-1(102)-2666/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2666/2019

18.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2666/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARDAD (kassasiya şikayətinin mümkünlüyü barədə) iş № 2-1(102)-2666/18 Bakı şəhəri 18 sentyabr 2019-cu il 18.09.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, məhkəmə iclas katibi Elgün Lətifovun, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəkil Fəxrəddin Səfərovun iştirakları ilə İddiaçı tərəfindən Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 iyun 2019-cu il tarixli, 2-1(107)-336/2019 saylı qərarından verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə bax mışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməsini nəzərə alaraq ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04 aprel 2019-cu il tarixli, 2-1(84)-442/2019 saylı qərarı ilə (hakim Rüfət Məcidov) iddia rədd edilmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 iyun 2019-cu il tarixli, 2-1(107)-336/18 saylı qərarı ilə (sədrlik edən Gündüz Abbasov, hakimlər Rövşə n Rəfiyev və Mübariz Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Sonuncu qərardan iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinə daxil olduqdan sonra onun mümkünlüyü məsələsinə 18 sentyabr 2019-cu il tarixdə baxılacağına dair məhkəmə bildirişi iddiaçıya göndərilmişdir. Bildirişdə iddiaçının nəzərinə çatdırılmışdır ki, onun tərəfindən verilmiş kassasiya şikayəti vəkil tərəfindən tərtib edilərək imzalanmamış, habelə vəkilin orderi şikayətə əlavə edilməmişdir. Bu səbəbdən, təyin olunan vaxta qədər göstərilmiş nöqsanın aradan qaldırılması, yəni vəkil tərəfindən tərtib olunaraq imzalanmış kassasiya şikayətinin və vəkilin orderinin təqdim olunması iddiaçıya təklif edilmişd ir. Lakin iddiaçı təyin edilmiş vaxta qədər göstərilmiş nöqsanı aradan qaldırmamış, vəkil tərəfindən tərtib edilərək imzalanmış kassasiya şikayətini və vəkilin orderinin məhkəməyə təqdim etməmişdir Tərəflərin iştirakı və izahatları İclasda iştirak edən cavabdehin vəkili kassaiya şikayətinin mümkün sayılmamasını xahiş etmişdir. İclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə iddiaçı tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Kassasiya şikayətini nəzərdən keçirərək hesab edirəm ki, kassasiya şikayəti aşağıdakı hüquqi əsaslara görə mümkün hesab edilməməlidir. Azərbaycan Respub likası İPM-nin: - 90.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin inzibati-iqtisadi kollegiyasına şikayət verilə bilər; - 90.3-cü maddəsinə əsasən, şikayət üzrə məhkəmə icraatında bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. - 96.2.-ci maddəsinə əsasən, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır; - 96.3-ci maddəsinə əsasən, kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilmə mişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Məsələ ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, kassasiya şikayəti yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Qeyd edilməlidir ki, kassasiya şikayətinin mümkünlüyünü şərtləndirən tələblərdə həmçinin kassasiya şikayətinin vəkil tərəfindən imzalanması və vəkilin səlahiyyətlərini təsdiq edən orderin əlavə edilməsi müəyyən olunmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, imzalanmamış və vəkilin orderi əlavə olunmamışdır. İstinad edilmiş qanunvericiliyin müddə alarına əsaslanmaqla, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxarkən belə nəticəyə gəlirəm ki, şikayət mümkün hesab edilə bilməz, çünki şikayət vəkil tərəfindən tərtib edilməklə imzalanmamış, habelə vəkilin orderi şikayətə əlavə edilməmişdir. Habelə, yuxarıda göstərilmiş 96.3-maddədə nəzərdə tutulmuş proses iştirakçılarının dinlənilmə hüququnu təmin edilməsi məqsədilə iddiaçıya müvafiq bildiriş göndərilmiş və vəkil tərəfindən tərtib olunmaqla imzalanmış kassasiya şikayətinin və vəkilin orderinin məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Lakin, iddiaçı göstərilən nösanları aradan qaldırmamışdırBu səbəbdən şikayətin qəbulundan imtina edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı isə iddiaçıya münasibətdə qanuni qüvvəyə minməlidir. NƏTİCƏVİ Hİ SSƏ Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 89, 90, 91, 94, 96.2, 96.3 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı tərəfindən Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 iyun 2019-cu il tarixli, 2-1(107)-336/2019 saylı qərarından verilmiş kassasiya şikayəti mümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Ali Məhkəmənin hakimi Sevda Hüseynova “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar