Məhkəmə qərarları › İş №2-1(102)-2666/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2666/2023

08.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2666/2023 08.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ünvanlı dövlət sosial yardımının təyin olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı ünvanlı dövlət sosial yardımının təyin olunması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-54 8/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İş materiallarına əsasən, İddiaçı ailə tərkibi xx.xx.1984-cü il təvəllüdlü həyat yoldaşı X4, xx.xx.2013-cü il və xx.xx.2016-cı il təvəllüdlü oğulları X7 və X5 ibarətdir.

2. İddiaçı tərəfindən ailəsinə ünvanlı sosial yardımın ödənilməsi ilə bağlı cavabdeh orqana müraciətlər edilmişdir.

3. Cavabdeh orqan tərəfindən iddiaçının müraciətinə ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi səbəbindən; ikinci müraciətinə isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun informasiya sistemindən əldə edilən məlumata əsasən ailə üzvü X6 əmək pensiyaçısı olması barədə məlumatın təsdiq edilməməsi səbəbindən onun müraciətlərinin təmin edilməsindən imtina edilmişdir.

4. İddiaçı X8 təyin olunmuş əlillik xx.xx.2019-cu il tarixdə etibarsız hesab edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya ünvanlı dövlət sosial yardımının təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının ailə üzvləri olaraq həyat yoldaşı X10, xx.xx.2013-cü il təvəllüdlü övladı X12, xx.xx.2016-cı il təvəllüdlü övladı X11 ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Övladları azyaşlı olduqlarından onlara baxmağı ilə əlaqədar heç bir yerdə işləmir. Həyat yoldaşı X6 rəsmi aylıq gəliri isə 2022-ci ilin yanvar ayına qədər 440 manat (ödənişlərdən sonra ona çatan məbləğ 389 manat) təşkil etmiş, 2022-ci ilin yanvar ayından etibarən isə 528 manat (ödənişlərdən sonra ona çatan məbləğ 460 manat) təşkil etməkdədir. Göründüyü kimi ailəsinin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olduğundan aztəminatlı ailə olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün ailəsini təmsil edən şəxs kimi “Ərizə-bəyannamə”ni dolduraraq xx.xx.2022-ci il tarixində cavabdeh qurumun Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə göndərmişdir. Belə ki, ilkin olaraq “ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi” səbəbi qeyd olunmaqla sosial yardımın təyin olunmasından imtina edilmişdir. O, təkrarən ünvanl ı dövlət sosial yardımının təyin edilməsi üçün xx.xx.2022-ci il tarixində elektron formada cavabdeh quruma müraciət etmişdir. Bu dəfə isə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun informasiya sistemindən əldə edilən məlumata əsasən ailə üzvü X6 əmək pensiyaçısı olması barədə məlumatın təsdiq edilməməsi” səbəbi qeyd olunmaqla sosial yardımın təyin olunmasından imtina edilmişdir. Hesab edir ki, cavabdeh qurumun hər iki imtina səbəbləri əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016- cı il tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydalarının 1.3-cü bəndinə əsas ən sosial yardımın təyin olunması üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan arayış və məlumatların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə həmin qaydada nəzərdə tutulmuş dövlət orqanlarının və qurumlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur. Göründüyü kimi X6 gəlirləri barədə məlumat da müvafiq dövlət orqanının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla əldə olunmuşdur. Həmçinin cavabdeh qurumun tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli struktur bölməsinin ünvanlı sosial yardım üzrə işçiləri ailənin maddi-məişət şəraitinin müayinəsini apararkən, ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (o n iki) ay müddətinə bütün növ gəlirlərini əhatə etdiyindən X6 əvvəlki aylıq gəlirinin 440 manat olduğu, 2022-ci ilin yanvar ayından isə onun aylıq əmək haqqında artım olduğu nəzərlərinə çatdırılmışdır. Növbəti imtinada isə ailənin gəlirləri məsələsinə toxunulmamış, X6 əmək pensiyaçısı olması barədə məlumatın təsdiq edilməməsi imtinanın səbəbi kimi göstərilmişdir. Qeyd edir ki, X6 xx.xx.2019-cu il tarixindən əmək pensiyası etibarsız hesab edilmişdir. Bu barədə bütün məlumatlar cavabdeh qurumda vardır.

7. Cavabdehin iddia ərizəsinə qarşı təqdim etdiyi etirazın əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Əlavə olaraq qeyd etmişdir ki, iddiaçının xx.xx.2022-ci il tarixli müraciətinə münasibətdə qeyd etmək lazımdır ki, onun tərəfindən doldurulmuş “Ərizəbəyannamə”də X6 əvvəlki 12 ayda m uzdlu işdən gəlirinin 4657.26 manat, müvafiq gəlirə münasibətdə ailə üzvünün orta aylıq gəlirinin 97.03 manat (4657.26:12 (ay): 4 (ailə üzvlərinin sayı)=97.02625) təşkil etdiyi qeyd olunmuşdur. Ailənin maddi-məişət şəraitinin müayinəsi zamanı X6 əmək haqqının 440 manat olduğu müəyyən olunmuşdur. Müvafiq məlumat ailənin maddi-məişət şəraitinin müayinəsi barədə aktda (aktda olan məlumatlar təmsilçi tərəfindən öz imzası ilə təsdiqlənmişdir) öz əksini tapmışdır. Həmçinin iddia ərizəsində X6 rəsmi aylıq gəlirinin 2022-ci il yanvar ayınadək 440 manat, 2022-ci ilin yanvar ayından etibarən 528 manat təşkil etdiyi qeyd olunmuşdur. Əlavə olaraq X1 Sığorta Alt Sisteminə əsasən, X6 əvvəlki 12 ayda (xx.xx.2021-xx.xx.2022-ci il tarixlərdə) gəliri xx.xx.2021- xx.xx.2021-ci il tarixlərdə: 440 manat; xx.x x.2022-xx.xx.2022-ci il tarixlərdə: 528 manat təşkil etdiyi müəyyən olunmuşdur (çıxarış əlavə edilir). Belə olan halda X6 əvvəlki 12 ayda muzdlu işdən gəlirinin 4657.26 manat deyil, 5456 manat (440*10)+(528*2)=5456) təşkil etdiyi müəyyən olunmuşdur. İddiaçı tərəfindən doldurulmuş “Ərizə-bəyannamə”də X2 12 ayda əmək pensiyaçısı olduğu qeyd olunmuşdur. Lakin X1 Pensiya Alt Sisteminə əsasən, əlilliyin etibarsız edilməsi ilə əlaqədar R.F.Əmirullayevin əmək pensiyası xx.xx.2019-cu il tarixdən etibarən dayandırılmışdır (çıxarış əlavə edilir). Həmçinin müvafiq məlumat iddia ərizəsində qeyd olunmuşdur. Belə olan halda X2 12 ayda əmək pensiyaçısı olmadığı müəyyən olunmuşdur. Beləliklə, İddiaçı hər iki müraciətində düzgün məlumat vermədiyi məlum olmuşdur. Yuxarıda qeyd olunan normaların məzmunundan göründüyü kimi, sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. Yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlinir ki, imtinalar qanuni və əsaslı olmuşdur.

8. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-991/2023 nömrəli, 2 mart 2023-cü il tarixli qərarı ilə (hakim L.Mirzəyeva) iddianın təmin edilərək, İddiaçı xx.xx.2022-ci il tarixdən hesablanmaqla ünvanlı dövlət sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

9. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh orqan iddiaçı tərəfindən ailə gəlirləri və həyat yoldaşının əmək pensiyaçısı olması ilə bağlı məlumatın düzgün doldurulmadığını bild irsə də, məhkəməyə qeyd etdiyi halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Odur ki, iddiaçının ərizə-bəyannamədə öz gəlirləri barədə məlumatın düzgün göstərilməməsi və həyat yoldaşının əmək pensiyaçısı olması ilə bağlı məlumatın olmaması barədə imtinası əsassızdır. Odur ki məhkəmə belə hesab edir ki, qanunvericilikdə (müvafiq Qaydalarda) “ünvanlı sosial yardımın alınması”ndan imtina əsasları kimi müəyyən edilmiş, o cümlədən “Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7.6-cı bəndində göstərilən halların iddiaçıya münasibətdə mövcud olmasına dair nə məhkəmə icraatında, nə də iddiaçının müraciəti üzrə inzibati icraat çərçivəsində tutarlı sübut təqdim edilməmiş və dəlil gətirilməmişdir. İmtina mə ktubunda məsələyə formal yanaşılaraq, iddiaçının ailə gəlirlər barədə düzgün məlumat verilmədiyi barədə dəlillərə əsaslanaraq mövqe bildirilmişdir. Belə olan halda, məhkəmə imtinanı qanuni saymayaraq, bu imtinanın həm də iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-548/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qərarı ilə (hakimlər: Z.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Babayeva və G.Cabbarova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmı şdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və gəldiyi nəticəni “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 312 saylı, 16 noyabr 2005-ci il tarixli Fərmanının 2.3, 2.4-cü bəndləri, Azərbaycan Respublikası Nazilər kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 2., 2.5, 3.7 və “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2, 3, 4, 6, 7, 8, 10.2-ci maddələrinə istinad etmişdir.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərar ının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubu və iddia tələbinə qarşı etirazlın dəlilləri ilə eynilik təşkil edir.

15. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün, "Ünvanli dövlət sosial yardımı haqqında" xx.xx.2005-ci il tarixli Qanunun 3, 6.2, 6.3, 7.1, 7.3, 10.1, 10.3 və Azərbaycan Respublikası Nazilər kabinetinin 5 fevral 2016-cı il tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 1.1, 2.2, 3.2, 3.3, 3.4.1, 3.4.2, 3.7.1 və İPM-in 90.1, 96.9-c u maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

16. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini və apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun: Maddə

3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 6.1. Sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Maddə 6.2 və 6.3. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Maddə 7.1. Sos ial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. 7.2. Ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. 7.3. Ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur. Maddə 10.2. Bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulan hallardan biri baş verdikdə sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində məlumat verməlidir. Sosial yardımın təyin olunmamasına, məbləğinin azaldılmasına və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə məlumat verilmədiyi təqdirdə, həmin ailə 1 il müddətinə sosial yardım almaq hüququnu itirir. 18. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 312 saylı, 16 noyabr 2005-ci il tarixli Fərmanı: Bənd 2.3. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.1-ci və 6.3cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. 2.4. Həmin Qanunun 10.2-ci maddəsində (birinci halda) və 10.6-cı maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.2-ci maddəsində nəzərə tutulmuş qaydalar Azərbaycan Resp ublikasının Nazirlər Kabinetinin 37 saylı, 5 fevral 2016-cı il tarixli qərarı ilə təsdiq edilmişdir.

19. Azərbaycan Respublikası Nazilər kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”: Bənd

2. Sosial yardımın alınması üçün müraciətin bir halda elektron formada “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş X14 və X18 (VEMTAS) vasitəsilə həyata keçirilməsi, digər halda isə kağız üzərində müraciətin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən həyata keçirilməsi müəyyən edi lmişdir. (-); 2.5-ci bənd. kağız üzərində edilən müraciət qanunvericiliyin tələblərinə uyğun olduğu halda, şöbənin ünvanlı sosial yardım üzrə işçisi tərəfindən müraciətdə qeyd olunan məlumatlar qəbul olunduğu gün VEMTAS-a daxil edilərək gücləndirilmiş elektron imza ilə təsdiqlənir. Əks halda, uyğunsuzluq barədə məlumat bir iş günü müddətində Təmsilçiyə bildirilir. (-). 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X9 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünva nda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. (-).

20. İnzibati Prosessual Məcəllə: a) Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsin in qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

21. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Bununla belə məhkəmə tərkibi aşağıdakılar qeyd etməyi zəruri hesab edir.

27. Bu qərarın 36-cı bəndinə qeyd edilən qanuna əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.

28. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, qanunvericilikdə (müvafiq Qaydalarda) “ünvanlı sosial yardımın alınması”ndan imtina əsasları kimi müəyyən edilmiş, o cümlədən “Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7.-ci bəndində göstərilən halların iddiaçıya münasibətdə mövcud olmasına dair nə məhkəmə icraatında, nə də iddiaçının müraciəti üzrə inzibati icraat çərçivəsində tutarlı sübut təqdim edilməmiş və dəlil gətirilməmişdir. Cavabdehin imtinalarında məktubunda məsələyə formal yanaşılaraq, iddiaçının ailə gəlirləri barədə düzgün məlumat verilmədiyi barədə dəlillərə əsaslanaraq mövqe bildirilmişdir.

29. Kollegiya qeyd edir ki, iddiaçının VEMTAS vasitəsilə ünvanlı sosial yardımla bağlı müraciətlərində göstərdiyi və cavabdehin müvafiq məlumatların yoxlanılması zamanı düzgün məlumat vermədiyi hallar kimi göstərdiyi hallar (ərinin əmək haqqı barədə məlumat - ailənin gəlirləri barədə məlumatın və ərinin əmək pensiyaçısı olması barədə məlumatın təsdiq edilməməsi) özü-özlüyündə iddiaçıya ünvanlı sosial yardımın təyin edilməsindən imtinaya səbəb olan hallar kimi qiymətləndirilə bil məz. Belə ki, qeyd edilən məlumatlar cavabdehin özündə (tabeçiliyində olan qurumlarda) mövcud olmaqla, həmin məlumatlardakı uyğunsuzluğun aradan qaldırılması imkanına malik olmuşdur. İşin hallarından da göründüyü kimi iddiaçının ərinin əmək haqqındakı fərq və onun əmək pensiyaçısı olmaması son nəticədə yalnız təyin ediləcək ünvanlı sosial yardımın məbləğinin müəyyənləşdirilməsində əhəmiyyət kəsb edə bilərdi, lakin həmin hallar bütövlükdə iddiaçıya “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun tələblərinə uyğun olaraq sosial yardımın təyin olunmasından ümumiyyətlə imtina edilməsinə əsas hesab edilə bilməzdi.

30. Həmçinin qeyd edilməlidir ki, qanunvericiliyə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fər q məbləğində hesablanır. Ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

31. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən cavabdehin ünvanlı dövlət sosial yardım təyin edilməsindən imtinasının əsası kimi qeyd etdiyi hallar öz təsdiqini tapmamışdır.

32. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imtinası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın tələbinə uyğun olmamışdır.

33. Beləliklə apelyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessu al hüquq normaları pozulmamışdır. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-548/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərar qətidir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar