Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2666/2024 06.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-43/2024 nömrəli, 21 may 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********146569 saylı qərarına əsasən "Kasxim" X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyində səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticəsi xx.xx.2021-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmişləşdirilmişdir.
2. Yoxlama ilə ümumilikdə büdcəyə əlavə 1804740,99 manat mənfəət vergisi hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə hesablanmış 1804740,99 manat mənfəət vergisi məbləğinin 50 % miqdarında, yəni 902370,50 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Kasxim" X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyi (**********) barəsində xx.xx.2022-ci il tarixli, **********154500 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqı nda” Qərar qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, "Kasxim" X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyi (**********) barəsində xx.xx.2022-ci il tarixli, **********154500 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının və onun hüquqi nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Kasxim" X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyi (**********) fəaliyyətə başladığı müddətdən etibarən daim vergi hesabatlarını vaxtlı-vaxtında təqdim etmişdir. İ ddiaçı X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyi 2021-ci il tarixdə “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmişdir. Bundan sonra cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********146569 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə aprel 2018-mart 2021-ci il dövrü üzrə səyyar vergi yoxlaması təyin edilmişdir. Vergi orqanı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq pulu 20 gün ərzində qaytarmalı olduğu halda, növbədənkənar səyyar vergi yoxlaması keçirməklə vaxtı uzatmış, əsassız olaraq əlavə vergi hesablanması aparmışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli, 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” barədə Qaydaların 4.8-ci maddəsinə əsasən, hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi əlavə dəyər vergisinə sıfır (0) dərəcəsi ilə cəlb olunan vergi ödəyicisinə hesabat dövründə əvəzləşdirilən vergi məbləğlərinin hesablanmış vergi məbləğindən artıq olan hissəsi vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi vaxtdan 20 gün müddətində ona qaytarılır. xx.xx.2021-ci ildən davam edən növbədənkənar səyyar vergi yoxlaması Azərbaycan Res publikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin müxtəlif qərarları ilə dayandırılmışdır. Nəhayət yoxlamanın nəticəsinə dair **********146576 saylı növbədənkənar səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Cavabdeh orqan tərəfindən Qərar iddiaçıya təqdim edilmədən, elektron qaydada göndərilmədən şəxsi hesab vərəqəsinə 1804740.99 manat hesablama aparmış, 902370.50 manat maliyyə sanksiyaları tətbiq etmişlər. Bundan əlavə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci ildə “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” *** *******409900 saylı tələbnamə İddiaçı X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyinə göndərilmişdir. Bütün yuxarıda qeyd edilən sənədlərdən sonra xx.xx.2022-ci ildə xx.xx.2022-ci il tarixli, **********154500 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı iddiaçıya elektron sistem üzərindən göndərilmişdir. Yoxlama ərəfəsində bütün zəruri sənədlər, alqı-satqı sənədləri, invoyslar yoxlamaya təqdim edilmişdir. O da qeyd edilir ki, yoxlamanın istinad etdiyi dövr üzrə Rusiya Federasiyasının “X3" MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi eyni fəaliyyətlə məşğul olmur, alqı-satqı ilə məşğuldur. Azərbaycan Respublikasında heç bir məhsul ixra ca verməmişdir. Hesab edir ki, bu göstərici əsasında qəbul edilmiş qərar qanunsuz və əsassızdır. Keçirilmiş vergi yoxlamaları vergi orqanının öz təşəbbüsü ilə deyil, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 15.1.4-ci maddəsinə uyğun olaraq, xx.xx.2021-ci il tarixdə iddiaçının təqdim etdiyi ərizə əsasında başlanılmış və keçirilmişdir. “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizədə şəxsi vərəqəyə əsasən 856,254.50 manatın geri qaytarılması xahiş olunmuşdur. Həmçinin vergilərin yenidən hesablanması ilə bağlı qiymətlərinə istinad edildiyi digər şirkət olan Rusiya Federasiyasının “X3” MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (**********) də 428,594.79 manat artıq ödəmənin geri qaytarılması barədə ərizə ilə müraciət etmişdir. O cümlə dən "xxxx" MMM (**********) də 3,817,686.82 artıq ödəmənin geri qaytarılması barədə müraciət etmişdir. Hər 3 təşkilatda növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və bütün bu yoxlamaların nəticəsində eyni tarixdə verilmiş yoxlama aktları ilə qanunsuz olaraq vergi hesablanmışdır. Hər üç şirkətin şəxsi hesab vərəqəsindən və bank hesablarından aşağıdakı qaydada silinmələr aparılmışdır: "Kasxim" X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyinin şəxsi hesab vərəqəsində olan artıq ödəmədən xx.xx.2022-ci il tarixdə 870,912.20 manat silinmişdir, Rusiya Federasiyasının “X3” MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin şəxsi hesab vərəqəsində olan artıq ödəmədən 227,445.53 manat, kartdan 2,671.58 manat silinmişdir. "xxxx" MMM-nin xx.xx.2022-ci ildə şəxsi vərəqəsindən artıq ödəmə hissəsi ndən 4,044,453.64 manat silinmiş, 268 827.59 manat, vergi ödəyicisinin depozit hesabından 10 409.70 manat silinmişdir. Şirkətlər qrupuna daxil olan 3 şirkətdən əsassız olaraq cəmi 5,424,720.24 manat silinmişdir Müvafiq yoxlama aktında və vergi orqanının xx.xx.2022ci il tarixli Qərarında istinad edilən Rusiya Federasiyasının “X3” MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının tələbetmə müddətinin bitmiş hesab edilməsi haqqında” ərizəsi əsasında keçirilmiş xx.xx.2018-ci il tarixli Səyyar vergi yoxlaması aktına əsasən təsdiqlənmiş artıq ödəmə məbləği 2.014.350.04 bu günədək ödənilməmişdir, əksinə 1.864.930.70 manat məbləğ tələb etmə müddəti keçdiyinə görə qanunsuz silinmişdir. Bununla bağlı vergi orqanının qanunsuzluğu v ə tələblərimizin düzgünlüyü məhkəmə qaydasında bir neçə dəfə təsdiq edilmişdir. İddiaçıda xx.xx.2021-ci ildən başlayan növbədənkənar səyyar vergi yoxlaması xx.xx.2021-ci ilədək, qanunvericiliyə zidd olaraq 137 gün ərzində davam etmişdir. Daha sonra xx.xx.2021-ci ildən etibarən xx.xx.2021-ci ilədək yenə də qanunsuz olaraq dayandırılmışdır. Vergi yoxlaması üzrə akt xx.xx.2021-ci ildə tərtib edilmiş və bu aktın əsasında xx.xx.2022-ci ildə qərar qəbul edilmişdir. Vergi yoxlaması xx.xx.2021-ci ildə bitsə də, onun müddəti qanunsuz olaraq dayandırılmışdır, hər 3 dayandırma qərarında Vergi Məcəlləsinin 38.7.2-ci maddəsinə, yəni səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbərinin (onu əvəz edən şəxsin) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi halına istinad ol unmuş və buna əsasən yoxlama dayandırılmışdır. Qeyd edilən halda aşağıdakı qanun pozuntuları edilmişdir: (1) vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi halını təsdiqləyən hər hansı fakt yoxdur; (2) müvafiq qərarlar əsaslandırılmamışdır, belə ki, hətta rəhbər əmək qabiliyyətini itirsə belə, bunun yoxlamanın nəticələrinə təsiri qeyd edilməli və nəyə görə dayandırma barədə qərar verilməsinə ehtiyac olduğu əsaslandırılmalıdır; (3) VM-in 38.7.2-ci maddəsi ilə dayandırmanın əmək qabiliyyəti bərpa olunanadək maksimal müddəti təyin olunmuşdur, deməli dayandırma qərarının müddəti özbaşına yox, müvəqqəti olaraq əmək qabiliyyətinin itirilməsi barədə müvafiq təsdiqləyici sənəddə qeyd edilmiş əmək qabiliyyətinin itirilmə müddətinə əsasən müəyyən edilməli idi. İkincisi, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 4.5-1-ci bəndinə əsasən yoxlamanın dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlamanın başa çatma tarixindən ən geci 1 iş günü əvvəl bu Əsasnamənin 3.4.16-cı yarımbəndində göstərilən məlumatlar yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, Reyestrdə yerləşdirilməsi üçün informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir. İş materiallarına əlavə olunmuş yoxlama reyestrindən çıxarışa əsasən Prezide ntin Fərmanı ilə təsdiq edilmiş bu tələb də pozulmuşdur, belə ki, dayandırılma barədə qərar və məlumat yoxlamanın başa çatma tarixindən ən geci 1 iş günü əvvəl, yəni xx.xx.2021ci il tarixdə reyestrə daxil edilməli idi. Dayandırma barədə qərar isə 1 gün gecikmə ilə sistemə daxil edilmişdir. Vergi yoxlamasının bitdiyi son gündə onun dayandırılması da məntiqsizdir.xx.xx.2021-ci il tarixində vergi yoxlaması aktı Vergi Məcəlləsinin 39-cu maddəsinə uyğun olaraq tərtib olunmalı və daha sonra Vergi Məcəlləsinin 49-cu maddəsinə uyğun olaraq, səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri tərəfindən müvafiq prosedurlara əməl edilməli idi. Vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi və vergi yoxlaması materiallarına baxılması ilə bağlı məcburi tələb lər vergi orqanı tərəfindən pozulmuş, əsassız olaraq xx.xx.2021-ci ildə dayandırılmış yoxlama yenilənmədən, müddəti uzadılmadan, iş təzələnmədən xx.xx.2021-ci ildə səyyar vergi yoxlama aktı tərtib edilmişdir. Bu aktın əsasında tələbnamə göndərilmiş və xx.xx.2022-ci il tarixli vergi ödəyicisinin şəxsi vərəqəsində olan artıq ödəmədən 870,912.20 manat silinmişdir. Bütün yuxarıda qeyd edilən sənədlərdən, pulun silinməsindən sonra xx.xx.2022-ci ildə isə xx.xx.2022-ci il tarixli **********154500 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar iddiaçıya elektron sistem vasitəsilə göndərilmişdir. Göründüyü kimi, iddiaçıya müvafiq qərar (inzibati akt) m üvafiq silinmələr edildikdən sonra göndərilmişdir. Hərçənd ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanununa görə, (maddə 64.1.) inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.4-cü maddəsinə görə vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Göründüyü kimi, silinmələr inzibati akt qüvvəyə minmədən edilmişdir. Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən, vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Həmçinin Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 65.2-ci maddəsi ilə müəyyən edilən vergi borclarının alınması üzrə məcburi tələblər pozulmuşdur. Belə ki, vergi orqanı vergi borcu ilə bağlı ilkin olaraq bildiriş göndərməlidir və bank hesablarına və ƏDV depozit hesablarındakı vəsaitlərə borcun 105 faizi məbləğində dondurulma sərəncamı qoya bilər. Cavabdeh isə mənfəət vergisi üzrə qanunsuz olaraq müəyyən etdiyi vergi borcunu ƏDV depozit hesabında olan vəsait hesabına qanunsuz olaraq silmişdir. Eyni zamanda mübahisələndirilən qərarda hansı mühasibat uçotu qaydalarının pozulduğu, pozuntunun verginin yenidən hesablanmasına necə təsir etdiyi, kontragentlərin hansı göstəricilərinə əsasən qarşılıqlı əlaqəsi və bunun əməliyyatın məzmununu necə dəyişdiyi, nümunə üçün istinad məlumatları, təhlillər və s. qeyd edilməmiş və əsaslandırılmamışdır. Yoxlama aktında və qərarda Vergi Məcəlləsinin 14.9-cu maddəsinə (Malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatdan, yaxud reklam mənbələrinin məlumatından və digər müvafiq məlumatlardan istifadə edilir) istinad edilsə də, bazar qiyməti olaraq, vergi ödəyicisi və oxşar fəaliyyətlə məşğul olan digər şirkətin tutuşdurulan qiymətləri, bu qiymətlərin hansı zaman kəsiyində müqayisə edildiyi, hər iki şirkətin hansı müqavilələri, hansı konkret əməliyyatları, malları v ə s. yəni heç bir məlumat qeyd edilməmişdir. Akt və qərar ziddiyyətli məlumatlar əsasında tərtib edilmişdir. Bir tərəfdən kontragentlərin qarşılıqlı əlaqəli olması verginin yenidən hesablanması üçün əsas olaraq götürülmüşdür, digər halda vergi ödəyicisinə qarşılıqlı əlaqəli olan başqa şirkətin (“X3” MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin) qiymətləri əsas götürülərək bazar qiyməti əsasında vergi yenidən hesablanmışdır. Qərarda qeyd edilmişdir ki, “yoxlama dövründə qeyrirezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin həmin qeyri-rezidentə və qarşılıqlı surətdə asılı olan digər qeyri-rezidentlərə malları bazar qiymətindən aşağı qiymətə ixrac etdiyindən Vergi Məcəlləsinin 14.9-cu maddəsinə əsasən eyni fəaliyyətlə məşğul olan Rusiya Federasiyasının “X3” MMC-nin Azə rbaycan Respublikasındakı Nümayəndəliyinin oxşar dövrdəki ixrac qiymətləri əsas götürülməklə vergilər yenidən hesablanmışdır.” Bu məqamda nəzərə alınmayıb ki, adı istinad edilən eyni fəaliyyətlə məşğul olan Rusiya Federasiyasının “X3” MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN: **********) bu şirkətə aidiyyəti olan şəxsdir və həmin nümayəndəlikdə də yoxlama keçirilmiş və əlavə vergi hesablanmışdır. Bu nümayəndəliyin səyyar vergi yoxlaması dövründə hazır məhsulların miqdarı və təqdim olunmuş (satılmış) malların real bazar qiymətlərinin müəyyən edilməsi məqsədilə ekspertiza keçirilmiş, buna baxmayaraq hətta ekspert belə qiyməti müəyyən edə bilməmişdir. Bu hal "xxxx" MMM-yə münasibətdə təkrarlanmışdır. Başqa sözlə, vergi orqanının vergi ödəyicisinin qiymətlərinə şübhəsi yarandığ ına görə yoxlama təyin olunmuş, qiymətləri ekspertizaya cəlb olunmuş, ekspert rəy verməkdən imtina etmiş və bu iş üzrə vergi özü “Bazar qiyməti” təyin etmiş və özünün təyin etdiyi “qiyməti” digər vergi yoxlamasında istifadə etmişdir. Vergi Məcəlləsinin 14.2-ci maddəsi müəyyən edir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Əks halın, yəni nəticə etibarilə, mülki hüquqdan sui-istifadənin sübuta yetirilməsi, bununla da sözügedən prezumpsiyanın təkzib edilməsi isə vergi orqanının üzərinə düşür.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7176/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qə rarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Kasxim" X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyi (**********) barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********154500 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı və onun hüquqi nəticələri ləğv edilməsi qərara alınmışdır.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, **********140171 nömrəli səyyar vergi yoxlaması aktından görünür ki, cavabdeh vergi orqanı tərəfindən “X3” MMCdə də vergilərin və digər icbari ödənişlərə dair qanunvericiliyə ə məl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar vergi yoxlaması aparılmış və vergi yoxlamasının nəticələrinə əsasən həmin cəmiyyətdə digər vergilərlə yanaşı 20172019-cu illər ərzində mənfəət vergisinin azaldılması nəticəsinə gələrək əlavə mənfəət vergisi hesablanmışdır, həmin səyyar vergi yoxlaması aktının 1.9.4-cü bəndindən göründüyü kimi qeyd edilən vergi ödəyicisinin təqdim etdiyi (satdığı) malların qiymətin müəyyən edilməsi məqsədilə vergi orqanı tərəfindən ekspert dəvət edilmişdir, yəni vergi orqanı “X3” MMC-nin məhsullarının bazar qiymətlərinin həqiqiliyini və düzgünlüyünü şübhə altına almışdır, belə olan halda vergi orqanının özü tərəfindən həqiqiliyi və düzgünlüyü vergi şübhə altına alınan qiymətlərin əsas götürülərək hər hansı başqa bir vergi ödəyicisi nə vergilərin hesablanması məntiqsizdir, habelə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin normalarında da vergi orqanının qeyri-dürüst hesab etdiyi qiymətlər əsas götürülməklə hər hansı bir vergi ödəyicisinə əlavə mənfəət vergisinin hesablanması imkanı nəzərdə tutulmamışdır. Həmçinin qeyd edilmişdir ki, yoxlamanın aparılması zamanı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin normalarına əməl etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Qeyd edilən normaya xx.xx.2021-ci ildə dəyişiklik edilənə qədər qeyd edilən müddət iş günü ilə dey il sadəcə gün ilə hesablanırdı. İş materiallarından göründüyü kimi, İddiaçı X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyində növbədənkənar səyyar vergi yoxlaması xx.xx.2021-ci ilə başlamış və xx.xx.2021-ci ilə qədər davam etmişdir, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə qədər, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə qədər, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə qədər 3 dəfə növbədənkənar səyyar vergi yoxlamasının aparılması dayandırılmış, daha sonra yenidən davam edərək xx.xx.2021ci ildə başa çatmışdır.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-43/2024 nömrəli, 21 may 2024-cü il tarixli qərarı ilə (hakimlər: Ş.Məmmədova /sədrlik edən və məruzəçi/, M.Qarayeva və P.Hüseynov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
10. Məhkəmə kollegiyası qeyd etmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə və iş materiallarında olan sənədlərə əsasən İddiaçı X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyi (**********) barəsində xx.xx.2022-ci il tarixli, **********154500 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı və bu qərarın qəbul edilməsinə əsas olmuş xx.xx.2021-ci il tarixli **********146576 №-li Səyyar vergi yoxlaması Aktı ilə İddiaçı X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyin hesablanmış vergilərinin düzgünlüyü müəyyən edilmir.
11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
12. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, keçirilmiş vergi yoxlamaları vergi orqanının öz təşəbbüsü ilə deyil, xx.xx.2021-ci il tarixdə təqdim etdiyimiz artıq ödəmənin qaytarılması barədə ərizə əsasında VM-in 38.3.4-cü maddəsi üzrə başlanılmış və keçirilmişdir. 13. “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizədə şəxsi vərəqəyə əsasən 856,254.50 manatın geri qaytarılması xahiş olunmuşdur.
14. Həmçinin vergilərin yenidən hesablanması ilə bağlı qiy mətlərinə istinad edildiyi digər şirkətimiz olan Rusiya Federasiyasının “X3" MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (**********) də 428,594.79 manat artıq ödəmənin geri qaytarılması barədə ərizə ilə müraciət etmişdir. O cümlədən "xxxx" MMM (**********) də 3,817,686.82 artıq ödəmənin geri qaytarılması barədə müraciət edilmişdir. Beləliklə, ortada hər 3 təşkilat üzrə, cəmi 5,102,546.11 AZN məbləğində artıq ödənilmiş vergi məbləğinin geri qaytarılması tələbləri vardır.
15. Həmçinin qeyd edir ki, hər 3 şirkətin şəxsi hesab vərəqəsindən və bank hesablarından aşağıdakı qaydada silinmələr aparılıb: "Kasxim" X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyi (**********) - xx.xx.2022-ci ildə qəbul edilmiş qərar iddiaçıya göndərilmədən xx.xx.2022-ci il tarixdə şəxsi hesab vərəqəsində olan ar tıq ödəmədən 870,912.20 manat silinmişdir. Rusiya Federasiyasının “X3” MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (**********) - şəxsi hesab vərəqəsində olan artıq ödəmədən 227,445.53 manat, kartdan 2,671.58 manat silinmişdir. "xxxx" MMM (**********) - xx.xx.2022-ci ildə şəxsi vərəqədən artıq ödəmə hissəsindən 4,044,453.64 manat silinmiş, 268 827.59 manat, vergi ödəyicisinin depozit hesabından 10 409.70 manat silinmişdir. Şirkətlər qrupuna daxil olan 3 şirkətdən əsassız olaraq cəmi 5,424,720.24 manat silinmişdir.
16. Göründüyü kimi, uydurma vergi borcları yaradılmış artıq ödəmələr tam olaraq və bank hesablarından da müəyyən vəsaitlər silinmişdir.
17. Belə ki, müvafiq vergi qurumunun VM-in 38.3.4-cü maddəsi ilə növbədənkənar səyyar vergi yoxlaması keçirmə hüququ vergi orqanı üçün ta nınsa da, həmin Məcəllənin 87.3-1 və 179.1-ci maddələri birmənalı şəkildə bu hallarda yoxlamaların keçirilməsini istisna edir. Belə ki, "Kasxim" X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyi və digər şirkətlər riskli vergi ödəyiciləri olmamış və habelə 179.1-ci maddə ilə müəyyən edilən dövriyyə əsasında sıfır dərəcə ilə ƏDV ödəyicisi olmuşlar. Artıq ödənilmiş vergilərin qaytarılması ilə bağlı müvafiq Qaydalar da bu sahədə olan münasibətləri konkret olaraq tənzimləyir və yalnız riskli vergi ödəyiciləri üçün yoxlamaların mümkünlüyü təsbit etməklə yanaşı, 4.8-ci maddədə qeyd edir ki, Hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi əlavə dəyər vergisinə sıfır (0) dərəcəsi ilə cəlb olunan vergi ödəyicisinə hesabat dövründə əvəzləşdirilən vergi məbləğlərinin hesablanmış vergi məbləğind ən artıq olan hissəsi vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi vaxtdan 20 gün müddətində ona qaytarılır.
18. Əslində 4.8-ci maddədə qeyd edilmiş hallarda faktiki olaraq da yoxlamalara ehtiyac yoxdur, belə dövriyyə tam olaraq gömrük-vergi orqanlarının elektron sistemi üzərindən və tam nəzarət altında keçir. Məhz buna görə artıq ödəmənin qaytarılması üçün 20 günlük qısaldılmış müddət qanunvericiliklə müəyyən edilmişdir. Başqa ölkələr də ixracı təşviq etmək üçün belə vergi güzəştləri verirlər, hətta artıq ödəmədə qaytarma problemi olmasın deyə ümumən vergi ödənilmir. Göründüyü ki, növbədənkənar səyyar vergi yoxlaması qanunsuz və hər hansı hüquqi əsas olmadan təyin olunmuşdur.
19. Digər tərəfdən, vergi orqanı şirkətlər qrupuna daxil olan və vergi yoxlaması üzrə q iymətlərinə istinad etdiyi Rusiya Federasiyasının “X3” MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə artıq ödənilmiş vergi məbləğlərinin qaytarılmasına dair Ali Məhkəmənin 2 Qərarını müxtəlif bəhanələrlə bu günədək icra etmir. Hesab edirik ki, vergi orqanı vergi məcəlləsi ilə müəyyən edilməyən vergiləri orada qeyd edilməyən qaydalarla qanunsuz hesablayır və bu daha çox qisas almaq, diskriminasiya məruz qoymaq yolu ilə vergi ödəyicisini tabe etdirmək məqsədi daşıyır. Bu isə VM-in 3.1, 3.8 və 3.6-ci, inzibati icraat haqqında Qanunun 22-ci maddələrinin pozuntusunu təşkil edir. Habelə Vergi orqanının diskresion səlahiyyətinin olması ehtimal edilsə də (hərçənd ki, nəzərdə tutulmayıb), vergi yoxlamasının təyin olunması haqqında qərar əsaslandırılmalı idi.
20. Ali Məhkəmənin qərarında de yilir: (İş № 2-1(102)- 564/2023 xx.xx.2023)
40. Hazırkı iş üzrə isə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır.
21. Təəssüf doğuran məsələ budur ki, Bakı Apellyasiya Məhkəməsi bu məqamlara ümumən münasibət bildirməmişdir. Nəticə etibarilə, MPM və İPM-ə zidd olaraq maddi hüquq normaları düzgün tətbiq olunmamış və pozulmuşdur.
22. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQU
23. Azərbaycan Respublikası Gömrük Məcəlləsi: Maddə
104. Gömrük rəsmiləşdirilməsinin başlanması və başa çatması 104.1. Gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. 104.2. Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır.
24. Azərbaycan Respublikası Prezi dentinin 4 iyun 2012-ci il tarixli, 646 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə: 1.1. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (bundan sonra - Komitə) bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, gömrük işi sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, hüquq mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanıdır. 3.1.15. milli təhlükəsizliyin, ictimai asayişin, insanların mənəviyyatının, həyat və sağlamlığının, heyvanlar və bitkilər aləminin, ətraf mühitin, xalqların bədii, tarixi və arxeoloji sərvətlərinin qorunması sahəsində tədbirlərin həyata keçirilməsində müvafiq dövlət orqanlarına yardım göstərmək; 3.1.18. Azərbaycan Respublikasında xarici ticarətin gömrük statistikasını və x üsusi gömrük statistikasını beynəlxalq standartlara və təcrübəyə uyğun aparmaq və təkmilləşdirmək; 3.1.29. gömrük işi sahəsində yeni informasiya sistemlərinin və texnologiyalarının tətbiqini, o cümlədən gömrük prosedurlarının elektron modellərinin, gömrük orqanlarının elektron məlumat sisteminin yaradılmasını, gömrük orqanlarının informasiya ehtiyatlarının formalaşdırılmasını və digər elektron xidmətlərinin göstərilməsini təmin etmək;
25. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3- cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcb uridir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məlum olduğu kimi, iddiaçı tərəfindən cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığo rta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********154500 nömrəli qərarının ləğv edilməsi tələb olunmuşdur.
29. İddianın mahiyyəti və kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmır.
30. Belə ki, işin hallarına görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********146569 saylı qərarına əsasən İddiaçı X2 Azərbaycan Respublikasındakı Nümayəndəliyində səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticəsi xx.xx.2021-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Qərara əsasən 2018, 2019 və 2020-ci illər üçün ümumilikdə 1.804.740,99 manat mənfəət vergisi hesablanmış və 902.370,5 manat maliyyə sanksiyası tətbiq olunmuşdur.
31. Mübahisələndirilən qərarda qeyd edilmişdir ki, “mallar bazar qiymətindən aşağı qiymətə ixrac edildiyindən Vergi Məcəlləsinin 14.9-cu maddəsinə əsasən eyni fəaliyyətlə məşğul olan vergi ödəyicisinin oxşar dövrlərdəki ixrac qiymətləri əsas götürülməklə vergilər yenidən hesablanmışdır.
32. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının xx.xx.2016-cı il tarixli **********011400 nömrəli qərarı ilə “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları” təsdiq edilmişdir. Həmin qaydaların 48.1-ci bəndinə əsasən səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi Vergi Məcəlləsinin 39-cu maddəsinə müvafiq olaraq aparılır. Səyyar vergi yoxlamasının nəticələri vergi orqanları nın səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada “Səyyar vergi yoxlaması aktı” (Əlavə 24) ilə rəsmiləşdirilir. “Qaydalar”da “Səyyar vergi yoxlaması Aktı”nın forması da təsdiq edilmişdir. Qeyd olunan akt formasının 2.5-ci “Xarici iqtisadi əlaqələr haqqında gömrük məlumatları:” bəndində vergi ödəyicilərinin idxal və ixrac olunan malların adı və miqdarı qeyd olunmalıdır.
33. Lakin iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, **********146576 nömrəli Səyyar vergi yoxlaması aktının 2.5-ci bəndində, həmçinin iş materiallarına əlavə olunmuş digər sənədlərdə iddiaçının idxal və ixrac olunan malları barədə hər hansı məlumat əksini tapmamışdır.
34. Lakin Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-43/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının 28-ci bəndində qeyd ed ilmişdir ki, hesablamaların əsasını təşkil edən yük gömrük məlumatlarına əsasən malların "xxxx" MMC tərəfindən ixrac edilməsi görünsə də, müvafiq invoyslar İddiaçı X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyinin olması iddia ərizəsində də öz əksini tapmışdır.
35. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, İddiaçı X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən təqdim olunmuş invoyslar malların ixrac olunmasını əks etdirən sənəd hesab edilə bilməz. Eyni zamanda iş materiallarında İddiaçı X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən 2018-2020-ci illərdə gömrük rəsmiləşdirilməsi başa çatmış ixrac əməliyyatları barədə məlumat olmadan mübahisənin mahiyyəti üzrə hər hansı yekun qərar qəbul edilə bilməz.
36. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 104-cü maddəsində “Gömrük rəsmiləşdirilməsinin başlanması və başa çatması” barədə müddəalar öz əksini tapmışdır. Belə ki, həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən Gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır.
37. Gömrük Məcəlləsinin 104.2-ci maddəsinə əsasən isə malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatmış sayıl ır.
38. Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2012-ci il tarixli, 646 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə təsdiq olunmuşdur. Həmin Əsasnaməyə əsasən gömrük işi sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, hüquq mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsidir (maddə 1.1) Əsasnamə ilə malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsini təşkil etmək (maddə 3.1.15.), Azərbaycan Respublikasında xarici ticarətin gömrük statistikasını aparmaq (maddə 3.1.18.) və gömrük orqanlarının informasiya ehtiyatlarının formalaşdırılmasını təmin etmək (maddə 3.1.29.) Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin vəzifələrinə aid edilmişdir.
39. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası vergilərin hesablanması və maliyyə sanksiyalarının tətbiq edilməsi üçün qanunvericiliklə müəyyən edilən müddətin ötürülməsi məsələsinə, yəni yoxlama ilə əhatə olunan 20182020-ci illər dövründə qüvvədə olan VM-nin 85.4 və 56-cı maddələrinə uyğun olaraq araşdırılmalı, eyni zamanda Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsindən 2018-2020-ci illər ərzində İddiaçı X1 Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən ixrac edilmiş mallar (ixracın tarixi, ixrac edilən malın adı, miqdarı, qiyməti və s) barədə rəsmi məlumat əldə etməklə, həmçinin bazar qiyməti müəyyən edilərkən Vergi Məcəlləsinin 14.6-cı maddəsinin (qiymətlərə təsir edən amillərin nəzərə alınması) düzgün tətbiq edilməsi məsələləri a raşdırılmaqla işə təkrar mahiyyəti üzrə baxaraq mübahisəyə hüquqi qiymət verməlidir. Belə ki, invoys sənədləri malların ixracını təsdiq edən (rəsmiləşdirən) sənəd deyil.
40. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin 21 may 2024-cü il tarixli qərarı ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.
41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 may 2024-cü il tarixli, 21(103)-43/2024 nömrəli qərarı ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.