Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2668/2019 23.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2668/2019) Bakı şəhəri xxxx 2019-cu il (açar sözlər: 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır) GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, X4 ibarət tərkibdə, İ.Muradovun katibliyi ilə, iddiaçı X2 cavabdeh Az ərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)-281/2019 saylı qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı X5 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx xxxxxx 1954-cü ildə anad an olduğunu, Şəki rayonu Aydınbulaq kənd “Aydınbulaq” kolxozunda 1971-ci ildə 92 əmək günü, 1972-ci ildə 251 əmək günü, 1973-cü ildə 45 əmək günü, 1974-cü ildə 215 adam günü, 1975-ci ildə 270 adam günü, 1976-cı ildə 227 adam günü, 1977-ci ildə 166 adam günü və 1978-ci ildə 13 adam günü işlədiyini, qeyd olunan illərdə kolxozda işləməsinin, əmək günü, adam günü və əmək haqqı qazanmasının X8 filialı tərəfindən verilmiş xxxx 2019-cu il tarixli, 260 nömrəli arxiv arayışı ilə təsdiq edildiyini, yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə müraciət etdiyini, sonuncu, xxxx 2019-cu il tarixli məktubla kolxozda işlədiyi illər əmək kitabçasında qeyd olunmadığından, həmin illərin sığorta stajı kimi qəbul edilməsinin qanunvericiliklə mümkün olm adığına istinad etməklə, müraciətdən imtina etdiyini bildirərək, 1971-1978-ci illərdə Şəki rayonu Aydınbulaq kənd “Aydınbulaq” kolxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli, 2-1(84)-491/2019 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, X2 1972, 1975 və 1976-cı illərdə Şəki rayon Aydınbulaq kənd “******” kolxozunda işlədiyi illərin və 1971, 1973, 1974, 1977 və 1978-ci illərdə “******” kolxozunda işlədiyi illərin kolxoz tərəfindən müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik işlənmiş müddət nəzərə alınmaqla, onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, qa lan hissədə iddia rədd edilmişdir (hakim - R.Məcidov). Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)-281/2019 saylı qərarı ilə (sədrlik edən G.Q.Abbasov, hakimlər R.R.Rəfiyev və M.R.Hüseynov) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsi və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şika yəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, fiziki şəxslərin, hərbi qulluqçuların, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir, Sosial sığorta stajı dəyişərkən “Əmək pensiyaları haqqında”Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən mü vafiq icra hakimiyyəti orqanlarına məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə vətəndaşın iş və digər fəaliyyət dövrləri başa düşülür, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” əsasnaməyə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajı sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə arayışlar, müəssisələr tərəfindən verilən sənədlərlə müəyyən edilir, həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır, iddiaçının ərizədə göstərdiyi illərdə işləməsi əmək kitabçasında öz əksini tapmadığından, eyni zamanda arxiv sənədlərində və əmək kitabçasında iddiaçının adında uyğunsuzluq olduğundan, o na pensiya təyin edilməsindən imtina edilmişdir. Tərəflərin izahatları İddiaçı X5 və cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üz ürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası iddiaçı X5 və cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbi q edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)-281/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Şəki şəhər Dövlət Arxivinin xxxx 2019-cu il tarixli 260 nömrəli və xxxx 2019-cu il tarixli 74 nömrəli arxi v arayışlarına görə X1 rayon Aydınbulaq kənd “Ayqınbulaq” kolxozunda 1971-ci ildə 92 əmək günü, 1972-ci ildə 251 əmək günü, 1973cü ildə 45 əmək günü, 1974-cü ildə 215 adam günü, 1975-ci ildə 270 adam günü, 1976-cı ildə 227 adam günü, 1977-ci ildə 166 adam günü və 1978-ci ildə 13 adam günü işləmiş, həmin kolxozda əmək və adam günləri minimumu kişilər üçün 220 gün olmuş, iddiaçı, yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə müraciət etmiş, sonuncu, xxxx 2019-cu il tarixli məktubla kolxozda işlədiyi illər əmək kitabçasında qeyd olunmadığından, həmin illərin sığorta stajı kimi qəbul edilməsinin qanunvericiliklə mümkün olmadığına istinad etməklə, müraciətin təmin edilməsindən imtina etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını ar aşdıraraq o nəticəyə gəlmişdir ki, iddiaçı X5 ona məxsus olan əmək kitabçasında adının “*****” deyil, səhvən “*****” kimi yazıldığına görə, Cavabdeh həmin illəri əmək stajı kimi qəbul etmədiyindən, həmin əmək kitabçasının ona məxsus olması ilə bağlı hüquqi faktin müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Şəki rayon məhkəməsinin xxxx 2018-ci il tarixli, 2(075)-4327/2018 nömrəli qətnaməsi ilə ərizə təmin edilərək, İT-İ seriyalı ******* saylı xxxx 1978-ci il tarixli əmək kitabçasının X3 məxsus olmasının hüquqi faktı müəyyən edilmiş, Cavabdeh xxxx 2019-cu il tarixli məktubuna görə İddiaçı X1 1971-1978-ci illərdə Aydınbulaq kənd “******” kolxozunda Arxiv arayışına əsasən işlədiyi illər minimum əmək/adam günü norması 220 gün nəzərə alınmaqla, 3 il minimum bitirən illər, 3 il 2 ay (1994-cü ildə 176 adam günü nəzərə alınmaqla) 3 il 2 ay (707/220=3 il 2 ay) minimum bitirməyən illər olmaqla, cəmi 6 il 2 ay təşkil edir, iddiaçının 1971-1978-ci illərdə olan iş stajı Şəki İnzibati- İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli, 2-1(84)-491/2019 saylı qərarının nəticəvi həssəsində göstərildiyi kimi hesablandıqda cəmi sosial sığorta stajı 23 il 11 ay və pensiya kapitalı 16777,01 manat təşkil edər, vətəndaşa yaşa görə əmək pensiyası təyin olunması üçün 16742,88 manat pensiya kapitalı tələb olunduğundan, hesablanmış kapital əmək pensiyası təyin olunması üçün yetərlidir, belə olan halda iddiaçının yaşa görə əmək pensiyası almaq hüququ yaranır, iddiaçının 1970-1978-ci illərdə Şəki rayonu Aydınbulaq kənd “Aydınbulaq” kolxozunda işləməsi faktı iş materiallarındakı Şəki şəhər D övlət Arxivinin xxxx 2019-cu il tarixli, 260 nömrəli və xxxx 2019-cu il tarixli, 74 nömrəli arayışları ilə təsdiq edilir, digər tərəfdən isə arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmiş, orada iddiaçının işlədiyi illər və həmin vaxt aldığı əmək haqqı barədə məlumatlar müfəssəl göstərilmiş, həmçinin arxiv arayışlarına və Şəki rayonu Aydınbulaq kənd “Aydınbulaq” kolxozunun İddiaçı işləməsinə dair qeydlər olan staj və şəxsi hesab kitablarına görə iddiaçı kolxozda işləmiş, onun işləməsinə dair məlumatlar kitablarda ardıcıl vərəqələrdə qeyd edilmiş və həmin kitablarda ardıcıl olaraq iddiaçının adı bəzi yerlərdə “***”, bəzi yerlərdə isə “****” kimi qeyd olunmuş, iddiaçının adına olan İT-İ ser iyalı ******* saylı xxxx 1978-ci il tarixli əmək kitabçasında da onun adı fərqli olaraq “****” kimi göstərilmiş, beləliklə, cavabdehin imtinası qanuni və əsaslı olmamışdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. 1992-ci ildə qəbul edilmiş və xxxx 2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə (İş stajına daxil edilən əmək fəaliyyətinin növləri) əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əm ək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. 67-ci maddəsinin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla xxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. xxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edil ir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, el əcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi Arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, id arələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi Arayışlar nəzərə alınır. SSRİ Nazirlər Sovetinin xxxx 1956-cı il tarixli **** saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazan ılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Apellyasiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, müvafiq illərin iş stajına daxil edilməsi ilə bağlı iddia tələblərinə baxılması zamanı ilk növbədə müvafiq iddia ilə məhkəməyə müraciət edən şəxsin pensiya hüququnun olub-olmaması yoxlanılmalıdır. Belə ki, sosial sığorta stajı şəxsə müvafiq pensiyanın təyin edilməsi üçün tələb olunan şərtdir və şəxsin pensiya almaq hüququ yoxdursa müvafiq dövrün (hazırkı halda işlədiyi illərin) onun sosial sığorta stajına daxil edilməsindən imtina həmin şəxsin hər hansı hüququnun pozulması ilə nəticələnmədiyindən bu qəbildən olan iddialar mümkün sayılmamalıdır. Başqa sözlə, müvafiq dövrün sosial sığorta stajına daxil edilməsi haqqında iddia tələbləri üzrə işə baxılarkən ilk növbədə iddiaçının pensi ya hüququnun olması müəyyən edilməli, bundan sonra müvafiq dövrün sosial sığorta stajına daxil edilməsi məsələsinə qiymət verilməlidir. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq so nradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il xxxx tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydaları “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Həmin Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. “İnzi bati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. 46.3-cü maddəsinə görə, maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin qismən təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçının 1970-1978-ci illərdə Şəki rayonu Aydınbulaq kənd “Aydınbulaq” kolxozunda işləməsi faktının iş materiallarındakı Şəki şəhər Dövlət Arxivinin 28.02.2019-cu il ta rixli, 260 nömrəli və xxxx 2019-cu il tarixli, 74 nömrəli arayışları ilə təsdiq edildiyini, digər tərəfdən isə arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsasların da müəyyən edilmədiyini, beləliklə, cavabdehin imtinasının qanuni və əsaslı olmadığını nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və k assasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)-281/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)-281/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2668/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2668/2019
23.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver