Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-267/2020 17.03.2020 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə (açar söz: pensiya məbləğində yaranmış fərqin ödənilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, İddiаçının vəkili, cavabdehin vəkili iştirakı ilə, İddiаçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiya məbləğində yaranmış fərqin ödənilməsi tələbinə dair Bakı Apellyasiya Mə hkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23.10.2019-cu il tarixli, 2-1(103)2270/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 17.03.2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Iddiaçı, Bakı X hakim vəzifəsində 22 il 07 ay 11 gün işləmiş, ona Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 05.10.2000-ci il tarixindən hərbi qulluqçu kimi hərbi tribunal hakim vəzifəsinə uyğun olaraq əmək pensiyası təyin edilmişdir. İddiaçı, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 107, 109-cu maddələrində göstərilmiş əlavələrin ona pensiya təyin olunduğu vaxtdan hal-hazıra kimi nəzərə alınmaqla pensiyanın yenidən hesablanması ilə bağlı 25.01.2019-cu il tar ixində ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçıya verilən müavinətin vəzifə maaşına əlavə kimi təminat xərcliyinin tərkibinə daxil edilməməsi əsası ilə sözügedən müraciəti təmin etməmişdir. İddiaçı, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, hakimlər məzuniyyətə çıxdıqda onlara iki aylıq əmək haqqı məbləğində verilən müavinət, il ərzində müalicə üçün verilən iki aylıq əmək haqqı həcmində pul məbləği nəzərə alınmaqla, pensiyanın 01.01.2006-cı il tarixindən yenidən hesablanması və yaranacaq məbləğ fərqinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh, məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, hərbi qulluqçulara pensiya onların təminat xərcliyindən hesablanır, təminat xərcliyinə iddiaçının qeyd etdiyi müavinətlər şamil edilməyib, iddiaçıya da hərbi qulluqçu kimi pensiya təyin olunduğundan iddiası əsassızdır. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.06.2019-cu il tarixli, 2-1(81)1750/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.06.2019-cu il tarixli, 2-1(81)1750/2019 nömrəli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23.10.2019-cu il tarixli, 2-1(103)-2270/2019 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.06.2019-cu il tarixli, 2-1(81)1750/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, qanunvericilikdə hakimlərin məzuniyyətə çıxdığı vaxt iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaları üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı verilməsi nəzərdə tutulduğundan, həmçinin pensiya qanunvericiliyində vəzifə üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələrin yenidən hesablanması qeyd olunduğundan cavabdehin imtinası əsassız, hazırkı iddia tələbi isə əsaslı olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23.10.2019-cu il tarixli, 2-1(103)-2270/2019 nömrəli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə cavabdeh aşağıdakılara əsaslanaraq apellyasiya instansiya məhkəməsinin qərarını əsa ssız hesab edir.
1. İddiaçıya hakim kimi yox, hərbi qulluqçu kimi pensiya hesablanmışdır. 2.“Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsinə görə iddiaçının tələb etdiyi müavinətlər “əmək haqqı”na daxil edilmədiyindən həmin Qanunun 20.7-ci maddəsindəki “əmək haqqının sonrakı artımı” çərçivəsinə daxil edilə bilməz.
3. İddiaçı pensiyaya çıxarkən göstərilən Qanunda “hakimlərə aylıq vəzifə maaşı məbləğində məzuniyyət haqqı, müalicə olunmaları üçün iki onların iki aylıq əmək haqqı məbləğində pul təminatı” verilir. Bunların da əmək haqqının sonrakı artımı ilə heç bir bağlılığı yoxdur.
4. İddiaçı yuxarıda qeyd olunan müavinətləri aldığını iddia etsə də, buna dair heç bir sübut məhkəməyə təqdim etməmişdir.
5. İddianın əsaslı olma ehtimalında belə, “Əmək pensiyaları haqqında” Qanunun 32.1 —ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edildiyindən tələbin müraciət tarixindən geriyə 3 il üçün təmin olunmasında söhbət gedə bilər. Kassator, apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərini nəzər almadığını bildirmiş, Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 96-cı maddəsinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23.10.2019-cu il tarixli, 2-1(103)-2270/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iş tirak edən iddiaçının vəkili kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23.10.2019-cu il tarixli, 2-1(103)-2270/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsində araşdırılan hallarından məlum olur ki, iddiaçıya 05.10.2000-ci il tarixdən polkovnik-leytenant rütbəsi ilə Bakı X hakimi vəzifəsinə uyğun olaraq 22 il 07 ay 11 gün xidmət illərinə görə hərbi qulluqçu kimi əmək pensiyası təyin edilmiş, “Əmək pensiyala rı haqqında” Azərbaycan Respublikasının 01.01.2006-cı il tarixli Qanununa müvafiq olaraq 01.08.2007-ci il tarixdən 630 manat 48 qəpik məbləğində pensiya, “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 613 N-li 26.12.2001-ci il tarixli fərmanına əsasən 11 manat müavinət təyin edilmiş, 01.12.2013-cü il tarixdən (vəzifə maaşı - 1325 manat, rütbə maaşı 134 manat, xidmət illərinə görə əlavə 20% - 291 manat 80 qəpik, ərzaq təminatı - 64 manat və digər əlavələr 15% - 18 manat 75 qəpik olmaqla, təminat xərcləyinin cəmi 2013 manat 55 qəpik məbləğindən 56% - 1127 manat 58 qəpik), 01.03.2018-ci il tarixdən (vəzifə maaşı - 1460 manat, rütbə maaşı 134 manat, xidmət illərinə görə əlavə 20% - 318 ma nat 80 qəpik, ərzaq təminatı - 64 manat və m/də görə əlavə 15% - 219 manat olmaqla, təminat xərcliyinin cəmi 2195 manat 80 qəpik məbləğindən % - 1127 manat 59 qəpik və kommunal müavinat 98 manat 42 qəpik olmaqla, cəmi 1226 manat 01 qəpik) pensiya yenidən hesablanmışdır. Hazırda iddiaçı qanunvericiliklə hakimlərin maddi təminatına aid edilmiş “iki aylıq əmək haqqı məbləğində verilən müavinət, il ərzində müalicə üçün verilən iki aylıq əmək haqqı həcmində pul məbləği”nə dair normaların 01.01.2006-cı il tarixindən ona şamil olunduğuna istinad edərək pensiyasının yenidən hesablanmasını tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi aşağıda sadalanan maddi hüquq normalarının tələblərinə nəzər yetirməyi zəruri hesab edir. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 107-ci maddəsinin b irinci hissəsinə görə hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq əmək haqqı məbləğində müavinət verilir. Həmin Qanunun 109-cu maddəsinə görə hakimlər dövlət tibb xidmətilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. Hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.4-cü maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I qrup əlil olmuş sabiq hakimlərə qulluq stajına görə əmək pensiyası na əlavələr təyin edilir. Odur ki, məhkəmə kollegiyası ilk növbədə iddiaçının hakim kimi pensiyaya çıxmaq hüququnun möcvud olub-olmamasının müəyyən edilməsini zəruri hesab edir. Yuxarıda qeyd olunan normaların məzmunundan görünür ki, həmin normalar hərbi qulluqçu kimi pensiyaya çıxmış şəxslərə yox, hakim kimi pensiyaya çıxmış şəxslərə şamil edilir. Odur ki, hazırki halda iddiaçının tələbinin əsaslı olması üçün iddiaçının əmək pensiyasının yenidən hesblanmasını tələb etdiyi 01.01.2006-cı il tarixində hakim kimi pensiyaya çıxmaq hüququ olmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.1.4-cü maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək 1-ci qrup əlil olmuş sabiq hakimlərə hesablanır. Yəni, iddiaçının tələb etdiy i əlavələr nəzərə alınmaqla pensiyanın yenidən hesablanması üçün onun hakim kimi müvafiq stajı və yaşı olmalıdır. Pensiyaya çıxmaq üçün müvafiq yaşı çatmasa əlil olmalıdır. Lakin, apellyasiya instansiya məhkəməsi bu istiqamətdə hər hansı bir araşdırma aparmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə görə, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Qanunun 34-cü maddəsinə əsasən, əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növ ünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırki mübahisəyə baxılarkən ilk növbədə pensiyasının yenidən hesablanmasını tələb etdiyi 01.01.2006-cı il tarixində iddiaçının neçə yaşının olduğu müəyyən edilməli, qanunvericiliklə hakimlər üçün müəyyən edilmiş pensiya yaşının çatıb-çatmadığı, hakim kimi neçənci ilədək işlədiyi araşdırılmalı idi. Belə ki, nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 37ci maddəsi əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi qaydalarını tənzimləyir və həmin maddənin 3-cü bəndinin 4-cü yarımbəndinə əsasən bu qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir. Həmin şəxslər (bu qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci, 20.1.20-ci maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 35 il qulluq stajı olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (bu qanunun 20.1.1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.4-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.5-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.6-cı m addəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.7-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.9-cu maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.12-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.16-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır. Göstərilən maddi hüquq normasının tələbləri baxımından müəyyən olunur ki, hakim kimi pensiya alan şəxslər çalışdıqda, onlara həmin əlavələr ödənilmir. Apellyasiya instansiya məhkəməsi isə mübahisənin həlli üçün mühüm əhəmiyyət kəsb edən faktiki halı ümumiyyətlə araşdırmayaraq iddia tələ bini əsaslı hesab etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını iş materiallarına doğru tətbiq etməyərək əsassız qər ar qəbul etmişdir. Odur ki, Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23.10.2019-cu il tarixli, 2-1(103)-2270/2019 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərils