Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-267/2022 23.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (çıxarışın verilməsi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qarşı (üçüncü şəxs X2 qanuni nümayəndəsi Qanuni nümayəndə) “çıxarışın və texniki pasportun verilməsi”, həmçi nin, iddiaçı Qanuni nümayəndə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı (üçüncü şəxs İddiaçı) “mənzilin texniki pasportunda mənzilə aid qeydin ləğv olunması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13.10.2021-ci il tarixli, 21(103)-2083/2021 nömrəli qərarı və qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 02.10.1996-cı il tarixli qeydiyyat vəsiqəsi əsasında X6 tərəfindən Bakı şəhəri, C. Cabbarlı küçəsi, ev 4, mənzil 27 ünvanında yerləşən, sahəsi 30 kv.m olan 2 otaqlı mənzil 16 yanvar 1997-ci il tarixli, 019712 saylı alqı-satqı müqaviləsi ilə İddiaçı satılmışdır.
2. Nərimano v rayon Xalq Məhkəməsinin qətnaməsi ilə Bakı şəhəri, C. Cabbarlı küçəsi, ev 4, mənzil 27 ünvanında yerləşən, sahəsi 30 kv.m olan 2 otaqlı yaşayış sahəsinin İddiaçı adına hüquqi qeydiyyata alınması və ona qeydiyyat vəsiqəsinin verilməsi qət edilmişdir.
3. Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən Bakı şəhəri, C. Cabbarlı küçəsi, ev 4, mənzil 27 ünvanında yerləşən mənzilə İddiaçı adına MH seriyalı 071564 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir.
4. X7 tam mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 62.7 kv.m olan mənzili qızı X4 bağışlamışdır.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş dövlət reyestrindən çıxarışa (reyestr nömrəsi **********70-05101-093012) əsasən Bakı şəhəri, C. Cabbarlı küçəsi, ev 4, mənzili 29 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ X2 adına qeydiyyata alınmışdır.
6. İddiaçı cavabdehə müraciət edərək, mənzilə dair qeydiyyat vəsiqəsində köməkçi sahə göstərilmədiyinə görə, onun daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla əvəz edilməsini və yeni texniki pasport verilməsini xahiş etmişdir.
7. Cavabdeh 15 sentyabr 2020-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina olunduğunu bildirmiş və imtinasını belə əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, C. Cabbarlı küçəsi, ev 4 ünvanında yerləşən 27 nömrəli mənzilin texniki pasportunda göstərilən bəzi sahələrin qonşu tərəfindən istifadə olunması səbəbindən ərizənin icrasının təmin edil məsi mümkün olmamışdır. Həmçinin, cavabdeh tərəfindən bildirilmişdir ki, sözügedən mənzilə dair texniki pasportun ikinci nüsxəsi idarənin arxivində saxlanılmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, yaşayış sahəsi 30 kv.m, köməkçi sahəsi 26,6 kv.m, ümumi sahəsi 56,6 kv.m olmaqla, Bakı şəhəri, Yasamal rayonu, C. Cabbarlı küçəsində yerləşən 4 saylı evin 27 saylı mənzilinə mülkiyyət hüququ haqqında çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2-1(112)-6896/2020 saylı qərardadı ilə X2 qanuni nümayəndəsi Qanuni nümayəndə iş üzrə üçüncü şəxs qism ində cəlb edilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7089/2020 saylı, 20 noyabr 2020-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı Qanuni nümayəndə (azyaşlı X2 qanuni nümayəndəsi) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs İddiaçı) “texniki pasportda anbarın mənzilə aid olması barədə qeydin ləğv olunması” tələbinə dair inzibati işin (iş № 2-1(112)7089/2020), həmin məhkəmənin icraatında olan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X2 qanuni nümayəndəsi Qanuni nümayəndə) “mənzilə mülkiyyət hüququ haqqında çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati işlə (iş № 2-1(112)-6896/2020) birləşdirilməsi və hər ik i inzibati işə bir icraatda baxılması qərara alınmışdır.
10. İddiaçı sonradan iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona yaşayış sahəsi 30 kv.m, köməkçi sahəsi 26,6 kv.m, ümumi sahəsi 56,6 kv.m olmaqla, Bakı şəhəri, Yasamal rayonu, C. Cabbarlı küçəsindəki 4 saylı evin 27 saylı mənzilinə mülkiyyət hüququ haqqında çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, həmçinin, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsindəki 4 saylı evin 27 saylı mənzilinin köməkçi sahəsinin 29 saylı mənzillə ümumi istifadədə olmasına dair daşınmaz əmlakın dövlət reyestrində edilmiş qeydin qanunsuz hesab olunması və həmin qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
11. İddiaçı təl əbini onunla əsaslandırmışdır ki Bakı şəhəri, Yasamal rayonu, C. Cabbarlı küçəsindəki 4 saylı evin 27 saylı mənzili onun mülkiyyətindədir. Həmin mənzili 1997-ci ildə X1 almışdır. Mülkiyyət hüququ Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən qeydiyyata alınaraq, ona bu barədə 12 fevral 1997-ci il tarixli, MH seriyalı, 071564 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. X6 tərəfindən verilmiş texniki pasportdan görünür ki, mənzilin ümumi sahəsi 56,6 kv. metrdir. Bunun 30 kv.m hissəsi yaşayış sahəsi (iki otaq) və 26,6 kv.m hissəsi isə köməkçi sahədir. Bu fakt Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin 1996-cı ildə tərtib etdiyi mənzilin texniki pasportu və DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılan, mənzilin cizgisi (arxivdə saxlanılan nüsxə ilə eyniliyi 2020-ci il iyulun 06-da cavabdeh tərəfindən təsdiq edilmişdir) də təsdiq edir. Cavabdehin 08 iyul 2020-ci il tarixli məktubu ilə də təsdiq edilmişdir ki, mənzil iddiaçının adına qeydiyyatdadır. İş üzrə 3-cü şəxs olan X5 (yetkinlik yaşına çatmayıb, onun qanuni nümayəndəsi Qanuni nümayəndədır) iddiaçının mülkiyyətində olan köməkçi sahənin bir hissəsinə istifadə hüququ ilə bağlı iddia irəli sürmüşdür. Qeydiyyat vəsiqəsində köməkçi sahə göstərilmədiyinə görə, onun daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla əvəz edilməsi və yeni texniki pasport verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan ərizəni təmin etməkdən imtina etmiş və bu barədə iddiaçıya 15 sentyabr 2020-ci il tarixli imtina b ildirişi təqdim etmişdir.
12. Bakı İnzibati Məhkəməsinin ( hakim A. Oruczadə) 20 may 2021-ci il tarixli, 21(112)-1986/2021 saylı qərardadı ilə İddiaçı cаvаbdеh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X2 qanuni nümayəndəsi Qanuni nümayəndə üçüncü şəxs qismində cəlb edilməklə “çıxarışın verilməsi və texniki pasportda olan qeydin ləğv edilməsi” barədə iddia tələbi qismən -“texniki pasportda olan qeydin ləğv edilməsi” hissəsində, iddiaçı Qanuni nümayəndə (azyaşlı X2 qanuni nümayəndəsi) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı İddiaçı iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə “texniki pasportda anbarın mənzilə aid olması barədə qeydin ləğv olunması”na dair iddiası mümkün sayılmamışdır.
13. Bakı İnzibati Məhk əməsinin (hakim A. Oruczadə) 20.05.2021-ci il tarixli, 2-1(112)1986/2021 saylı qərarı ilə İddiaçı iddiası qalan hissədə (çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində) təmin edilməmişdir.
14. Məhkəmə hesab etmişdir ki, yaşayış sahəsinin texniki pasportunda mənzilin sahə xüsusiyyətləri bölməsində yardımçı sahələrin göstəriciləri qeyd olunsa belə, bu hal iddiaçının həmin sahələr üzrə mülkiyyət hüququ əldə etməsi üçün kifayət etmir. İddiaçı verilmiş qeydiyyat vəsiqəsində mənzilin sahə göstəricisi konkret olaraq göstərilməsə belə, təqdim olunmuş mənzil planından və qeydiyyat vəsiqəsinin verilməsi üçün əsas olan Nərimanov rayon Xalq məhkəməsinin qətnaməsindən görünür ki, alqı-satqı münasibətləri zəminində iddiaçının əldə etmiş olduğu Bakı şəhəri, Yasamal rayonu, C. Cabbarlı küçəsində yerləşən 4 saylı evin 27 nömrəli mənzilinin sahəsi 30 kv.m təşkil edir. İddiaçının iddia etdiyi yardımçı sahələr ümumi istifadədə olduğundan cavabdehin imtinası əsaslı olmuşdur.
15. İddiaçı İddiaçı apelyasiya şikayəti verərək həmin qərarın və qərardadın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
16. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13.10.2021-ci il tarixli, 21(103)-2083/2021 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – A.Hüseynov, hakimlər – C.Yusifov və S.Bəkdaşi) apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 20 may 2020-ci il tarixli, 2-1(112)-1986/2021 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərara qəbul edilərək, İddiaçı iddiası qismən təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsində yerləşən 4 saylı evin 27 nömrəli mənzilinin 30 kv.m yaşayış, 11.0 kv.m keçid və 4.0 kv.m mətbəxdən ibarət olan köməkçi sahələri üzərində İddiaçı məxsus hüquqların Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış və texniki pasportun verilməsi qərara alınmış, iddia qalan hissədə təmin olunmamışdır.
17. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddia tələbi 30 kv.m yaşayış sahəsinə, 26.6 kv.m köməkçi sahənin 11.0 kv.m olan keçid hissəsinə və 4.0 kv.m olan mətbəx hissəsinə dair hüquqların dövlət qeydiyyatına alınaraq, İddiaçı bu barədə çıxarışın və texniki pasportun verilməsi hissəsinə münasi bətdə əsaslı olduğundan iddia həmin hissədə təmin olunmalıdır. İddia tələbi 11.6 kv.m olan anbar hissəsinə dair hüquqların dövlət qeydiyyatına alınaraq, İddiaçı bu barədə çıxarışın və texniki pasportun verilməsi hissəsinə münasibətdə əsaslı olmadığından iddia həmin hissədə təmin olunmamalıdır. Anbar sahəsi ümumi istifadədə olduğundan tərəflərdən birinin adına dövlət qeydiyyatına alına bilməz.
18. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13.10.2021-ci il tarixli, 21(103)-2083/2021 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2-1(112)-1986/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
19. İddi açı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13.10.2021-ci il tarixli, 2-1(103)-2083/2021 nömrəli qərarının və qərardadının ləğv edilməsini, iddia tələbinin rədd olunmuş hissəsində təmin edilməsini, mümkün sayılmamış hissəsində mümkün sayılmasını və təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı kassasiya şikayətinin dəlillərində iddia ərizəsində qeyd olunan əsaslara istinad etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Re spublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
23. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. 24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Maddə 12.1 Daşınmaz əmlaka mülkiyyət və digər əş ya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunver iciliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 25. “İnzibati icraat haqqında” Qanun Maddə
15. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır.
26. İnzibati Prosessual Məcəllə Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və y a qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər Maddə
96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
27. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.07.2008-ci il tarixli Qərarı Mülki mübahisənin qa nuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
28. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli, 5 nömrəli Qərarı 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda c avabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
30. Apelyasiya instansiyası məhkəməsinin qərarı və qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının və qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Mübahisələndirilən məhkəmə qərarı və qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı və qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
32. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə və apelyasiya şikayətinin dəlillərinə uyğundur. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüqu qi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
33. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq apelyasiya şikayətinin məzmununa uyğun hazırkı kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın və qərardadın nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhk əmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
34. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı mahiyyət etibarı ilə 30 kv.m yaşayış sahəsindən, 26.6 kv.m köməkçi sahədən ibarət, ümumi sahəsi 56.6 kv.m olan Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsində yerləşən 4 saylı evin 27 saylı mənzili üzərində hüququnun dövlət qeydiyyatına alınmasına, eləcə də həmin mənzilin köməkçi sahəsinin qeyd olunan ünvanda yerləşən üçüncü şəxsə məxsus 29 saylı mənzillə ümumi istifadədə olmasına dair cavabdehin daşınmaz əmlakın dövlət reyestrində etdiyi qeydin qanunsuz hesab olunmasına və həmin qeydin ləğv edilməsinə yönəlmişdir.
35. Bununla bağlı nəzərə almaq lazımdır ki, bu qərarın 24-cü bəndində istinad olunan normaya görə, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən veri lmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
36. Yuxarıda istinad olunan normalara görə, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin həmin normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur.
37. İddianın mümkün sayılmamasına dair məhkəmə qərarına münasibətdə nəzərə alınmalıdır ki, yuxarıda istinad olunan normaların müddəaları baxımından i nzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəmələr ilk növbədə iddiaçının ümumi hüquqi müdafiə marağının, həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmadığını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmadığinı, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının mövcudluğunu, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Mümkünlük şərtləri tərəflərin bildirməsindən asılı olmayaraq məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması tələb olunmur. Bu prosessual qənaət prinsipinin məqsədlərindən irəli gəlir.
38. Nəzərə almaq lazımdır ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növünə münasibətdə digər mümkünlük şərtləri ilə yanaşı, həm də ümumi xarakterli hüquqi müdafiə marağının mövcud olması ilə bağlı əsas mümkünlük şərti də mütləq ödənilmiş olmalıdır.
39. Ümumi xarakterli hüquqi müdafiə marağı və ya ümumi xarakterli hüquqi müdafiə ehtiyacı hüquqi mübahisənin məhkəmə qaydasında həll edilməsinə olan maraqdır. Başqa sözlə, şəxsin inzibati orqanın inzibati aktından və ya hərəkətindən (hərəkətsizliyindən) qorunmasına və ya müdafiə olunmasına ehtiyacın yar andığı təqdirdə ümumi xarakterli hüquqi müdafiə marağı mövcud olur. Mübahisələndirmə haqqında iddiaya münasibətdə belə ehtiyac inzibati orqanın mübahisələndirilən inzibati aktının və ya hərəkətinin (hərəkətsizliyinin) şəxsin hüquqlarını və qanunla qorunan maraqlarını pozma (hüquqlara müdaxilə və ya onları məhdudlaşdırma) ehtimalının mövcud olduğu hallarda yaranır. Nəzərə almaq lazımdır ki, bu zaman şəxsin həmin inzibati akta və ya hərəkətə (hərəkətsizliyə) qarşı mübahisə açaraq özünün hüquqi vəziyyətini və mövqeyini yaxşılaşdırmaq imkanı da mövcud olmalıdır.
40. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə yuxarıda istinad olunan normalara və iş üzrə materiallara əsasən iddiaçının belə hüquqi müdafiəyə ehtiyacı mövcud deyildir. Belə ki, texniki pasport daş ınmaz əmlak üzərində qanuni istifadə və ya mülkiyyət hüququnun rəsmiləşdirilməsi (bir qayda olaraq ilkin rəsmiləşdirmə) zamanı hüquqmüəyyənedici sənəd əsasında tərtib olunur. Başqa sözlə, texniki pasportun tərtibi üçün aidiyyəti quruma qanuni istifadə hüququna dair hüquqmüəyyənedici sənədin təqdim olunması mütləqdir və belə sənəd olmadan texniki pasport tərtib oluna bilməz. Bu ondan irəli gəlir ki, daşınmaz əmlakın texniki pasportu qanuni istifadə hüququnu təsdiq edən sənəddən ayrıca, müstəqil olaraq hüquqi qüvvəyə və təsirə malik deyildir. Bu baxımdan şəxsin ayrıca olaraq həmin sənəddən məhkəmə qaydasında hüquqi müdafiə ehtiyacı da yaranmır. Nəzərə almaq lazımdır ki, texniki pasport hüquqmüəyyənedici sənəd əsasında mənzilin parametrlərinin və xarakteristikasının təsvir və təsbit edilməsi məqsədlərinə xidmət edir.
41. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya məxsus mənzilin aid olduğu Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsində yerləşən 4 saylı bina məhdud kommunal şəraitli mənzillərdən ibarətdir. Mübahisəli 26,6 kv.m sahə 11,0 kv.m sahəsi olan keçid hissəsindən, 4,0 kv.m sahəsi olan mətbəx hissəsindən, 11,6 kv.m (üçüncü şəxsə aid mənzilin texniki pasportuna görə isə 7,6 kv.m) sahəsi olan anbar hissəsindən (otağından) ibarətdir. 11,0 kv.m sahəsi olan keçid hissəsi və 4,0 kv.m sahəsi olan mətbəx hissəsi, iddiaçıya məxsus və yaşayış sahəsi 30 kv.m olan mənzilə aiddir və iddiaçının istifadəsindədir. Bu hal iddiaçıya məxsus mənzilin texniki pasportu və üçüncü şəxsin nümayəndəsinin ifadələri ilə də təsdiq olunur. Mübahisəli sahənin 11,6 kv.m (üçüncü şəxsə aid mənzilin texniki pasportuna görə 7,6 kv.m) sahəsi olan anbar hissəsinin (otağının) isə kommunal şəraitli mənzil sahibi olan iddiaçının və üçüncü şəxsin ümumi istifadəsində olduğu müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, iddiaçının da kassasiya şikayətində etiraf etdiyi ki, məhdud kommunal şəraitli mənzillərdə bir sıra sahələr (mətbəx, hamam, tualet, anbar və s.) funksional baxımdan kommunal mənzil mülkiyyətçilərinin ümumi istifadəsi üçün nəzərdə tutulur və məhz buna görə də onlar məhdud kommunal şəraitli mənzillər sayılır.
42. Bununla bağlı nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 40-cı maddəsinə görə, məhdud kommunal şəraitli kommunal mənzildə birdən artıq otağa xidmət etmək üçün istifadə olunan sahələr (kommunal mənzildə ümumi əmlak) ümumi paylı mülkiyyət hüqu qu ilə həmin mənzildə otaq mülkiyyətçilərinə məxsusdur.
43. Həmin Məcəllənin 41-cı maddəsinə görə, kommunal mənzildə otaq mülkiyyətçisinin bu mənzilin ümumi əmlakına ümumi mülkiyyət hüququnda payı həmin otağın ümumi sahəsinin ölçülərinə mütənasibdir. Kommunal mənzildə otağa mülkiyyət hüququ başqa şəxsə keçdikdə, otağın yeni mülkiyyətçisinin həmin mənzilin ümumi əmlakına ümumi mülkiyyət hüququnda payı otağın əvvəlki mülkiyyətçisinin həmin mənzilin ümumi əmlakına ümumi mülkiyyət hüququnda payına bərabər olur. Kommunal mənzildə otağın mülkiyyətçisinin kommunal mənzilin ümumi əmlakına ümumi mülkiyyət hüququnda payını natura şəklində ayırmağa, kommunal mənzilin ümumi əmlakına ümumi mülkiyyət hüququnda payını özgəninkiləşdirməyə, habelə həmin payın göstərilən otağa mülkiyyət hüququndan ayrılıq da başqasına keçməsinə səbəb olan digər hərəkətlər etməyə haqlı deyildir. 44. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” 26 yanvar 1993-cü il tarixli Qanunun 5-ci maddəsinə görə, biri digərindən təcrid olunmamış məhdud kommunal şəraitli mənzillər (evlər) özəlləşdirilərkən, həmin mənzillərdəki (evlərdəki) ümumi istifadə yerləri mülkiyyətçilərin ümumi mülkiyyətinə verilir.
45. Qeyd olunan normaların mahiyyətinə görə, kommunal şəraitli mənzillərin mülkiyyətçiləri həmin mənzillərdə birdən artıq otağa xidmət üçün istifadə edilən sahələr (kommunal mənzillərdə ümumi əmlak) üzərində ümumi paylı mülkiyyət hüququna malikdirlər. Bununla bağlı nəzərə almaq lazımdır ki, həmin mənzil mülkiyyətçilərinin ümumi əmlak üzərində ümumi paylı mülkiyyət hüququ həmin hüququn qeydə alınıbalınmamasından asılı olma yaraq qanuna əsasən yaranır. Həmin normalara görə, mülkiyyət hüququnun başqasına keçməsi zamanı ümumi əmlak, o cümlədən ümumi istifadə üçün nəzərdə tutulan anbar üzərində ümumi paylı mülkiyyət hüququ da qanuna əsasən yeni mülkiyyətçiyə keçir və bu zaman həmin hüququn qeydə alınıb-alınmaması hər hansı əhəmiyyət daşımır. Bu mənada məhdud şəraitli kommunal mənzildə ümumi istifadə üçün nəzərdə tutulan və birdən artıq otağa xidmət etmək üçün istifadə olunan köməkçi xarakter daşıyan sahələr, o cümlədən ümumi istifadə olunan anbar üzərində iddiaçının tam mülkiyyət hüququ prinsip olaraq tanına bilməz. Bu artıq yuxarıda qeyd edildiyi kimi, qanuna əsasən kommunal mənzillərdə ümumi ümumi istifadədə olan həmin əmlak (köməkçi sahə, anbar) üzərində kommunal mənzil mülkiyyətçilərinin paylı mülkiyyət hüqu qunun mövcud olmasından irəli gəlir.
46. İddia tələbinin, 11.6 kv.m (3-cü şəxsin texniki pasportuna görə 7,6 kv.m) sahəsi olan anbara dair hissəsi həmin mərtəbədə yerləşən birdən artıq mənzilə (otağa) xidmət üçün nəzərdə tutulmuş və kommunal mənzillərdə kommunal mənzil mülkiyyətçilərinin ümumi istifadəsində olan ümumi əmlakla bağlıdır. Anbarın ümumi istifadədə olması iş üzrə materiallarında olan sənədlərlə təsdiq olunur.
47. Nəzərə almaq lazımdır ki, üçüncü şəxs qeyd olunan ünvanda yerləşən 39 saylı məhdud şəraitli kommunal mənzildə yaşayır, həmin mənzilin mülkiyyətçisidir və yuxarıda istinad olunan normalara görə kommunal mənzildə ümumi istifadə üçün nəzərdə tutulmuş köməkçi xarakter daşıyan sahələr (otaqlar), o cümlədən anbar üzərində qanuna əsasən ümumi paylı mülkiyyət hüququnun subyekt idir.
48. Bu baxımdan, məhdud şəraitli kommunal mənzillərdə ümumu istifadədə olan sahənin (otağın) həmin mənzillərin texniki pasportunda göstərilməsi, ümumi paylı mülkiyyət hüququ əsasında kommunal mənzil mülkiyyətçilərinə məxsus olan ümumi əmlak üzərində onlardan hər hansı birinin həmin əmlak üzərində tam və müstəqil mülkiyyət hüququnun mövcud olması anlamına gəlmir və tam mülkiyyət hüququnu təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Odur ki, hazırkı mübahisəyə münasibətdə kommunal mənzil mülkiyyətçilərinə məxsus olan ümumi əmlak, yəni anbar hissəsi (otağı) üzərində tam və müstəqil mülkiyyət hüququnun qeydə alınmasını tələb etməkdə iddiaçı haqlı sayıla bilməz.
49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd olunan səbəblərdən apelyasiya i nstansiyası məhkəməsinin qərarı və qərardadı əsaslı və düzgündür. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı və qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13.10.2021-ci il tarixli, 2-1(103)-2083/2021 nömrəli qərarı və qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.