Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-267/2024 24.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı QSC cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: subyektiv hüquq, iddianın mümkünlük şərti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı QSC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı “hesablanmış əlavə gömrük borcunun qanunsuz hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiya sının 03 avqust 2023-cü il tarixli, 2-1(103)-1136/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi İddiaçı QSC-yə “5” aprel 2022-ci il tarixli 1400-012/004- 24/001969 №-li məktub göndərərək bildirmişdir ki, 2019-2020-ci illərdə idxal olunan mallara tərtib edilmiş bir sıra gömrük bəyannamələrində malın XİF MN üzrə kodu səhv bəyan edilməklə gömrük rəsmiləşdirilməsi həyata keçirilmişdir. Bununla da dövlət büdcəsinə köçürülməli olan müvafiq gömrük ödənişlərinin yayınma halı baş vermişdir. Odur ki, qeyd edilən gömrük bəyannamələri üzrə 34434,05 AZN idxal rüsumu, 6198,13 AZN əlavə dəyər vergisi və 14830,74 AZN dəb bə pulu olmaqla ümumilikdə 55462,92 AZN gömrük borcunun tam şəkildə qısa zaman ərzində dövlət büdcəsinə ödənilməsi xahiş olunur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı QSC cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin “5” aprel 2022-ci il tarixli 1400-012/004- 24/001969 №-li Bildirişinə əsasən, gömrük bəyannamələri üzrə əsassız yerə hesablanmış 34434.05 manat idxal rüsumu, 6198.13 manat əlavə dəyər vergisi və 14830.74 manat dəbbə pulu olmaqla, ümumilikdə 55462.92 manat gömrük borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçıya borc əsassız olaraq hesablanmış, bu zaman Gömrük Məcəlləsinin və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmuşdur. Borc Bakı Baş Gömrük İdarəsi tərəfindən qanunla nəzərdə tutulmuş qaydada inzibati araşdırma aparılmadan, yalnız bildirişə əsaslanaraq tələb edilmişdir. Belə ki, cavabdeh inzibati orqanın özü tərəfindən İddiaçı QSC-də audit yoxlamasının aparılması barədə qərar qəbul edilməmişdir. Halbuki Gömrük Məcəlləsinin 98-ci maddəsinin tələblərindən irəli gələrək, cavabdeh mütləq şəkildə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Az ərbaycan Respublikasının Qanununa riayət edərək yoxlama aparmalı (yoxlama barədə vahid məlumat reyestrindən çıxarış mövcud olmalı) və audit yoxlamasının keçirilməsi barədə yazılı qərarı təqdim etməli idi. Yuxarıda qeyd olunan Qanunun 3.2-ci maddəsinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Hazırkı vəziyyətdə cavabdeh tərəfindən deyil, onun tabe olduğu qurum tərəfindən daxili yoxlama aparılması və daxili yoxlama barədə akta əsasən iddiaçı barəsində borcun hesablanması (yəni görülmüş məsuliyyət tədbiri) tamamilə qanunaziddir.
4. Malların buraxılışı üçün qanunla tələb olunan bütün prosedur qaydalarına iddiaçı tərəfindən riayət edilmiş, Gömrük Məcəlləsinin 162-ci maddəsinin tələbləri iddiaçı tərəfindən bəyannamələr tərtib edilərkən gözlənilmiş, bəyannamələr tərtib edilməzdən əvvəl bəyan edilən mallar barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə lazımi sənədlər (alğı-satqı müqavilələri. İnvoyslar) təqdim edilmiş və Mərkəz tərəfindən bu malların tibbi avadanlıq/cihaz/İəvazimat olduğu təsdiq edilmişdir. Eyni zamanda bəyan edilmiş malların hansı kod üzrə bəyan edilməli olduğu bugünədək cavabdeh tərəfindən rəsmi formada bil dirilməmişdir. Belə ki, cavabdeh Bakı Baş Gömrük İdarəsinin nümayəndələri rəsmi formada bəyannamələrdəki yanlışlığa dair izah verməkdən yayınırlar. Cavabdeh tərəfindən yoxlama ilə bağlı yazılı qərar qəbul edilmədiyinə görə bəyannamədəki malların nəyə görə digər kod altında bəyan edilməli olduğu aydın olmur. Hesab edilir ki, bu halda "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş sahibkarın təqsirsizlik prezumpsiyası və yoxlamaların vahid məlumat reyestrində dövlət qeydiyyatı kimi prinsiplər cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur.
5. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək İddiaçı QSC-yə **********8113 №-li, **********0800 №-li, ****** ****9411 №-li, **********5098 №-li, **********6823 №-li və **********5382 №-li gömrük bəyannamələri üzrə gömrük borcunun hesablanmasının qanunsuz hesab edilməsi və bank hesablarına qoyulmuş sərəncamların ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9762/2022 saylı, 08 iyul 2022-ci il tarixli protokol qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
7. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, Dövlət Gömrük Komitəsinin 1000/265ş nömrəli, xx.xx.2022-ci il tarixli əmri ilə təsdiqlənmiş “Bakı Baş Gömrük İdarəsində keçirilmiş audit yoxlaması zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılmasına dair” Tədbirlər Planına və “Bakı Baş Gömrük idarəsində aparılmış auditin nəticələrin ə dair Akt”a (xx.xx.2022-ci il tarixli) əsasən, İddiaçı QSC tərəfindən ölkə ərazisinə idxal olunan mallara tərtib edilmiş gömrük bəyannamələrində malların X2 Mal Nomenklaturası üzrə kodu səhv bəyan edilərək gömrük rəsmiləşdirilməsinin həyata keçirildiyi aşkar edilmişdir. Nəticədə dövlət büdcəsinə köçürülməli olan müvafiq gömrük borcu yaranmışdır. Belə ki, idxal gömrük rüsumu üzrə 34434,05 AZN, əlavə dəyər vergisi üzrə AZN, dəbbə pulu üzrə 14830,74 AZN olmaqla ümumilikdə 55462,92 AZN gömrük borcunun tam şəkildə dövlət büdcəsinə ödənilməsi barədə “X7" QSC-yə 1400-012/0xxxx/001969 nömrəli, xx.xx.2022-ci il tarixli bildiriş göndərilmişdir. Gömrük borcu gömrük orqanı tərəfindən əsaslı hesablanmışdır və iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilməlidir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-976 2/2022 saylı, 23 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakim X1) iddia təmin edilmiş, İddiaçı QSC-yə **********8113, **********0800, **********9411, **********5098, **********6823 və **********5382 sorğu nömrəli gömrük bəyannamələri üzrə cavabdeh Bakı Baş Gömrük İdarəsi tərəfindən gömrük borcunun hesablanması qanunsuz hesab edilmiş və İddiaçı QSC-nin bank hesablarına Bakı Baş Gömrük İdarəsi tərəfindən qoyulmuş xx.xx.2022-ci il tarixli sərəncamlar ləğv edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.5-ci bəndinin tələbinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirildi yi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Yoxlamanın Reyestrdə qeydiyyata alınması ilə bağlı formal-hüquqi tələbə əməl olunmamasının nəticəsi (Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur) qanunvericilikdə aşkar olaraq tənzimlənmişdir və bu tənzimləmə imperativ xarakter daşıyır. Cavabdeh tərəfindən həmin tələb təmin olunmadığından, onun tərəfindən aparılmış audit yoxlaması iddiaçıya münasibətdə əlverişsiz hüquqi nəticə yaratmır.
10. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. B akı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1136/2023 nömrəli, 03 avqust 2023-cü il tarixli qərarı ilə (hakimlər X3 /məruzəçi/, X4 və X5) apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətində Mülki Prosessual Məcəllənin 386-cı maddəsinə istinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi qanunu səhv təfsir edərək gömrük borcunun audit aparılması nəticəsində yarandığı qənaətinə gəlsə də, əlində gömrük borcu Bakı Baş Gömrük İdarəsinin fəliayyətinin Dövlət Gömrük Komitəsi tərəfindən yoxlanılması nəticəsində yaranmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmidir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi Maddə
48. Ümumi müddəalar 48.1. Gömrük orqanlarının qərarları onların öz təşəbbüsü, yaxud maraqlı şəxslərin yazılı, o cümlədən elektron formada müraciəti əsasında qəbul olunur. Həmin şəxslər gömrük orqanlarını müvafiq qərarların qəbulu üçün zəruri olan məlumatlarla təmin etməlidirlər.... 48.3. Bu Məcəllədə başqa müddət nəzərdə tutulmadıqda, qərar şəxsin yazılı, o cümlədən elektron formada müraciəti gömrük orqanına daxil olduğu tarixdən 30 (otuz) gün ərzində qəbul edilməlidir. Qərarların qəbulu ilə əlaqədar inzibati icraat “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır.... 48.6. Gömrük orqanının qərarı yazılı formada qəbul olunur və bütün gömrük ərazisində hüquqi qüvvəyə malikdir.... Maddə
249. Gömrük borclarının alınması və məsuliyyət tədbirləri 249.1. Ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur.... 249.3. Vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur. 249.4. Qanunla müəyyən edilmiş hallarda müvafiq icra hakimiyyəti orqanı ödəyicinin banklardakı hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırır. 17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
35. İd dianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbu l edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apelyasiya məhkəməsinin qərarı bütövlü kdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə, iddia mümkün sayılmamalıdır.
22. Cavabdehin xx.xx.2022-ci il tarixli, 1400-012/0xx-xx/001969 nömrəli məktubu ilə iddiaçının gömrük bəyannamələri üzrə 34434,05 AZN idxal rüsumu, 6198,13 AZN əlavə dəyər vergisi və 14830,74 AZN dəbbə pulu olmaqla ümumilikdə 55462,92 AZN gömrük borcunun yarandığını bəyan etmişdir.
23. İddiaçının hazırki tələbi cavabdehin 0 5 aprel 2022-ci il tarixli, 1400-012/00424/001969 №-li məktubuna əsasən, gömrük bəyannamələri üzrə hesablanmış 34434.05 manat idxal rüsumu, 6198.13 manat əlavə dəyər vergisi və 14830.74 manat dəbbə pulu olmaqla, ümumilikdə 55462.92 manat gömrük borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Yəni mübahisə predmeti cavabdehin iddiaçıya ünvanladığı məktubdur.
24. Məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin təfsirinə görə, inzibati iddia yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №li qərarına əsasən, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri).
25. Qeyd olunmalıdır ki, iddianın mümkünlük şərtlərindən biri də mübahisənin inzibati hüquq münasibəti ilə bağlı olmasıdır. Başqa sözlə, inzibati orqanın mübahisə edilən hərəkəti inzibati hüquq normalarına əsaslanmalı və inzibati akt və ya inzibati hərəkət kimi fəaliyyət formalarında ifadə olunmalıdır. İPM-in 35-ci maddəsinin məzmunundan da göründüyü kimi, inzibati orqanın mübahisə edilən qərarı mütləq “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsi anlamında inzibati akt olmalıdır, yəni həmin anlayışda sadalanan əlamətlərin hamısına eyni zamanda malik olmalıdır.
26. Lakin cavabdehin məktubu “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edilmiş inzibati akta dair şərtləri ödəmədiyindən inzibati akt kimi qiymətləndirilə bilməz. Cavabdehin məktubunda iddiaçının sözügedən gömrük borcunun məcburi qaydada tutulması ilə bağlı “İnzibati icraat haqqında” Qanunun “İnzibati icraat” adlanan İV fəslində müəyyən edilmiş inzibati icraatın başlanılması və keçirilməsi əksini tapmamışdır.
27. Burada xüsusi olaraq qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə hazırkı nəticəyə gələrkən qərarının “əsaslandırma hissəsində” özü də göstərmişdir ki, “Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, məhkəmə tərəfindən aparılan araşdırma nəticəsində müəyyən olunmuşdur ki, gömrük borcu cavabdeh qurumun faktiki xarakterli hərəkətləri nəticəsində hesablanmış, həmin borcun tutulmasını təmin etmək məqsədilə üçüncü şəxsin üzərinə vəzifə qoyulmuş (bank hesablarının dondurulması barədə sərəncam verilmişdir). Halbuki, Gömrük Məcəlləsinin bu qərarda qeyd olunan maddi hüquq normalarının tələblərinə görə, gömrük auditi ümumi və xüsusi formalarda həyata keçirilməklə yanaşı, hər iki auditin aparılması barədə qərar qəbul edilməli, həmin qərarın surəti sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmalı, bu barədə çıxarış audit keçirilməmişd ən əvvəl barəsində gömrük auditi aparılacaq şəxsə təqdim olunmalı, gömrük auditi və onun nəticələrinin rəsmiləşdirilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanuna uyğun həyata keçirilməlidir. Məhkəmə tərəfindən iddiaçıya gömrük borcunun hesablanması üçün əsas olan sənədlərin, o cümlədən borcun hesablanmasına dair qərarın məhkəməyə təqdim edilməsi tələb olunsa da məhkəmə araşdırması zamanı bununla bağlı inzibati icraatın aparılmadığı və gömrük borcunun tutulması ilə bağlı qərar qəbul edilmədiyi müəyyən edilmişdir.”
28. Məhkəmə kollegiyası qeyd edir ki, Gömrük Məcəlləsinin 48-ci maddəsinin tələb etdiyi qaydada mübahisə ilə bağlı gömrük orqanı tərəfindən iddiaçı müəssisə barəsində hər hansı yoxlama keçirilməsi, gömrük məsuliyyətinə cəlb olunmasına dair qərar qəbul edilməsi barədə məhkəməyə dəlil təqdim edilməmişdir.
29. Bundan başqa, cavabdeh Gömrük Məcəlləsinin 249-cu maddəsinin tələbinə uyğun vaxtında ödənilməmiş gömrük borclarının icra (ödəniş) sənədi əsasında tutulmasına və iddiaçının banklardakı hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmasına dair hər hansı sübut təqdim etməmişdir.
30. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, iş materiallarından görünür ki, cavabdeh tərəfindən sözügedən məsələ ilə bağlı “İnzibati icraat haqqında” Qanunun müddəaları çərçivəsində inzibati icraat aparılmamış, inzibati akt qəbul edilməmiş, iddiaçıya qarşı mübahisə edilən pul vəsaitinin tutulmasına yönəldilmiş qanunvericiliyə uyğun hər hansı məcburedici hərəkətlər edilməmi şdir.
31. İddiaçı dəqiqləşdirilmiş tələbində cavabdehin onun haqqında qəbul edilmiş bank hesablarına qoyulmuş sərəncamların ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, lakin sərəncamların tarixi, nömrəsi, hansı banklarla bağlı tətbiq edilməsi ərizədə qeyd edilməmişdir.
32. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən sözügedən məsələ ilə bağlı “İnzibati icraat haqqında” Qanunun müddəaları çərçivəsində inzibati icraat aparılmamış, inzibati akt qəbul edilməmiş, iddiaçıya qarşı mübahisə edilən pul vəsaitinin tutulmasına yönəldilmiş qanunvericiliyə uyğun hər hansı məcburedici hərəkətlər edilməmişdir. Hazırki iş üzrə “real və ciddi” mübahisə mövcud deyildir.
33. Hazırkı vəziyyətdə iddia tələbi mümkünlük şərtlərinə o halda cavab verə bilər ki, iddiaçının mübah isələndirdiyi məsələlər onun üçün hüquqi nəticə yaratmış olsun. Başqa sözlə, iddiaçı onun barəsində gömrük borcunun olmasını müəyyən edən inzibati aktı mübahisələndirə bilər və bu halda, məhkəmə icraatı çərçivəsində iddiaçıya hesablanmış gömrük borcunun tətbiq edilməsinin hüquqi əsaslarına qiymət veriləcəkdir. Lakin hazırkı halda, iddiaçı Gömrük Məcəlləsinin tələblərinə uyğun aparılmış inzibati icraatın nəticəsində qəbul edilmiş gömrük borcunun olmasına dair hər hansı qərarı mübahisələndirmir. Cavabdeh tərəfindən iddiaçı barəsində hər hansı əlverişsiz inzibati akt qəbul edilməmişdir.
34. İddiaçının hazırkı tələbi İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məhkəmə icraatı qaydasında baxılan iddialar sırasında mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsi hazırkı iddianı onun m ümkün olub-olmaması baxımından araşdırıb qiymətmətləndirməmişdir.
35. Beləliklə, iddia mümkünlük şərtlərinə cavab vermədiyindən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, kassasiya şikayəti təmin edilməməlidir.
36. Məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlillərini əsassız sayaraq hesab edir ki, cavabdeh yuxarıda bəhs edilən qanunvericiliyə uyğun iddiaçı barəsində inzibati icraat aparması, qanuni əsasla yoxlama keçirməsi, onun əlavə gömrük məsuliyyətinə cəlb edilməsi barədə hər hansı sübut təqdim etmədiyindən, gömrük borcunun Bakı Baş Gömrük İdarəsinin fəaliyyətinin Dövlət Gömrük Komitəsi tərəfindən yoxlanılması nəticəsində yaranması və iddiaçının əlavə gömrük məsuliyyətinə cəlb edilməsi barədə şikayətin dəlilləri əsaslı sayıla bilməz.
37. Yux arıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 avqust 2023-cü il tarixli, 21(103)-1136/2023 saylı qərarı ləğv edilsin. İddiaçı QSC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı iddiası mümkün sayılmasın. Qərar qətidir.